Rubio köməkçisini Azərbaycana niyə göndərib? .....                     Antikorrupsiya Komitəsi Ermənistanda seçkiqabağı rüşvət işi üzrə .....                     Rusiyanın Ermənistandakı səfiri ilə məsləhətləşmələr aparılır .....                     Paşinyan Putinin qarşısından geri çəkildi .....                     Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması hansı nəticələri verə bilər? .....                     Paşinyan axırda Avropaya qaçacaq .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Dövlət tapşırığı”... .....                     Rusiya müharibəni dayandırmaq istəyir, Putin əmr verdi .....                     "Azəristiliktəchizat" auditor seçib .....                     "Hüquq-mühafizə orqanlarına məlumat versinlər" .....                     "Biz ABŞ və ya başqa ölkələrlə bənzər saziş imzalamamışıq" .....                     Ermənistana dəstəyi davam etdirəcəyik .....                     Orta məktəblərdə dərs deyən 30 min müəllimin ali təhsili yoxdur .....                     ATB digər bankdakı iştirak payını dayandırıb .....                     Səsləndirdiyi fikirlərə görə linç edilən Bəkirqızı DANIŞDI .....                     Paşinyan nə qədər səs toplayacaq? .....                     Neftin qiyməti yenidən yüksəldi .....                     Ağsunun Bico kəndi boşalır: .....                     Sabah BTQ dəmir yolu modernləşdirilmədən sonra istifadəyə veriləcək .....                     Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? .....                     “Batka” ən qorxunc ssenarini anons etdi: Ermənistan Qafqazı da dərin hərbi xaosa çəkir .....                     İrəvanın "Bir addım irəli, iki addım geri" siyasəti .....                     Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib .....                     Azərbaycanda daha 184 dərman vasitəsinin qiyməti tənzimlənib .....                     Azərbaycanda Norveç kapitallı “Viator” BOKT-nin xalis mənfəəti azalıb .....                     Qubanın üç kəndinin adı dəyişdirilib .....                     Ermənistanda "1 mart işi" üzrə 4 ordu korpusunun keçmiş komandirləri barəsində cinayət təqibi başladılıb .....                     MTN generalı vəfat etdi .....                     Azərbaycanın verdiyi kritik enerji avadanlıqları qışı keçirməyə kömək etdi .....                     "Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur..." .....                     İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib .....                     Dövlət Dəniz və Liman Agentliyi ötən il 5 milyon manata yaxın zərər edib .....                     Bakı Enerji Həftəsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verir .....                     Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir .....                     “Kapital Bank”da yeni təyinat .....                     Madyar Prezidenti vəzifəsindən kənarlaşdırmaq üçün .....                     Cabbarovun sədrliyini tanımadılar .....                     Mövsümi məhsulların qiyməti niyə ucuzlaşmır? .....                     Bu il marketlərdə 20 qəpiyə satılan yumurta, xaricə 10,4 qəpiyə satılıb .....                     Onlayn qumar və kazino oyunları təşkil edən dəstənin məhkəməsi başlayıb .....                 

Səsləndirdiyi fikirlərə görə linç edilən Bəkirqızı DANIŞDI - Uşaqpulu istəyən kişilər...
Tarix: Bu gün, 16:55 | Çap et

Son günlər uşaq pulu ilə bağlı səsləndirdiyi fikirlərlə geniş müzakirələrə səbəb olan tanınmış aparıcı Səidə Bəkirqızı yenidən gündəmdədir. Onun Azərbaycan kişilərinin uşaq pulu tələb etməsinə dair açıqlamaları sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bir çox istifadəçi tərəfindən sərt tənqid hədəfinə çevrilib. Aparıcı isə fikirlərinin kontekstdən çıxarıldığını və haqqında məqsədli qarayaxma kampaniyasının aparıldığını bildirir.

Mövzu ilə bağlı yaranan suallara aydınlıq gətirmək üçün KONKRET.az Səidə Bəkirqızı ilə həmsöhbət olub.

– Səidə xanım, son günlər sosial şəbəkələrdə haqqınızda tənqidi fikirlərin sayı artıb. Bu, uşaq pulu ilə bağlı çıxışlarınızdan sonra başladı. Bu reaksiyaları necə qiymətləndirirsiniz?

– Əvvəlcə onu deyim ki, mən cəmiyyətin yaddaşında qıcıq yaradan aparıcı kimi qalmamışam. Əksinə, bir çox problemlərə işıq salan, insanların cürət edib deyə bilmədiklərini səsləndirən aparıcı kimi tanınmışam. Mənim haqqımda formalaşdırılan mənfi rəyin əsas səbəbi montaj olunmuş videolardır.

Təəssüf edirəm ki, bəzi həmkarlarımız belə həmin videolara əsaslanaraq materiallar hazırlayırlar. Əgər ali təhsilli jurnalistlər mənim fikirlərimin təhrif olunmuş versiyasına inanırlarsa, o zaman sıravi izləyiciləri qınamaq düzgün olmaz. Bununla belə, kifayət qədər ağıllı və diqqətli tamaşaçılarım var. Onlar da bu gün mənə yazaraq bildirirlər ki, fikirlərim düzgün anlaşılmayıb.

– Bu cür açıqlamalar verməklə cəmiyyətdə qütbləşmə yaratdığınızın fərqindəsinizmi?

– Mən cəmiyyətin müəyyən məsələləri emosional şəkildə qəbul etdiyinin fərqindəyəm. Amma mən tamamilə başqa bir fikir səsləndirmişəm. Əgər cəmiyyət həmin fikirdən fərqli bir mövzu ətrafında mübarizə aparırsa, bu, mənim deyil, həmin yanaşmanın problemidir.

Mən nə dediyimi bilən adamam və dediyim sözlərin arxasında dayanmağı bacarıram. Çünki həmin sözlərə inanıram. Mən Azərbaycan kişisini uşaq pulu üçün müraciət edən vəziyyətdə görmək istəmirəm. Tarix boyu, eləcə də 44 günlük Vətən müharibəsində Azərbaycan kişisini cəsur, döyüşkən və qürurlu görmüşük. Bu gün onun 30-40 manata möhtac vəziyyətə düşməsi bir qadın kimi məni üzür.

Mən demişdim ki, Azərbaycan kişisinə uşaq pulu istəmək yaraşmır. Biz iş yerlərinin açılmasını tələb etməliyik ki, insanlar sosial yardımlardan asılı qalmasınlar. Çünki sabah hər uşağa veriləcək 30-40 manat ailələrin problemlərini kökündən həll etmir. Mənim fikirlərim kontekstdən çıxarılıb və təəssüf ki, bir çox insan da məhz həmin təhrif olunmuş versiya üzərindən müzakirə aparır.

– Bəlkə Səidə Bəkirqızı bir qədər fasilə verib sosial problemlərin həllinə həsr olunan verilişlərə daha çox yer ayırsın? Sizcə, bu daha doğru olmazmı?

– Jurnalist fasilə verirsə, bu, müəyyən mənada məğlubiyyəti qəbul etmək deməkdir. Mən isə əksinə, bu reaksiyalardan daha da güclənirəm. Əgər cəmiyyət montaj olunmuş bir çıxışım ətrafında bu qədər müzakirə aparırsa, deməli, fikirlərimin çəkisi var.

Səidə Bəkirqızı illərdir ən çox sosial problemlərdən danışan, müxtəlif dövlət qurumlarının fəaliyyətini tənqid edən aparıcılardan biridir. Təəssüf ki, bütün bunlar bir kənara qoyulub və insanlar yalnız təhrif olunmuş bir fikrin arxasınca gedirlər. Məni daha çox üzən isə odur ki, bu prosesdə bəzi həmkarlarım da iştirak edir. Bu gün işıqlandırdığım bir çox mövzuları başqaları gündəmə gətirməyə cəsarət etməyib. Bunu tam səmimiyyətimlə deyirəm.

– Uşaq pulu istəyən kişilərlə bağlı mövqeyinizi dəyişə bilərsinizmi? Çünki valideynlər dövlətin sosial proqramlarından yararlanmaq istəyirlər. Bəzi tənqidçilər isə sizin yanaşmanızın gender bərabərliyinə zidd olduğunu düşünür.

– Uşaqlı ailələr bu gün də müxtəlif dövlət sosial proqramlarından yararlanırlar. Qəyyumluğa verilən uşaqlara da müəyyən ödənişlər edilir. Elə bu gün – 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə də aidiyyəti qurumlar bununla bağlı məlumat açıqladılar və sosial təminat alan ailələrin statistikası təqdim olundu.

Mənim uşaq puluna qarşı aqressiyam yoxdur. Sadəcə bəzi şəxslər fikirlərimi təhrif edərək guya mənim “uşaq pulu istəyənlər kişi deyil” və ya daha ağır ifadələr işlətdiyimi iddia edirlər. Bu, tamamilə yalandır. Mən belə söz deməmişəm, bu gün də demirəm, sabah da deməyəcəyəm.

Mən yalnız onu demişəm ki, Azərbaycan kişisini uşaq pulu istəyən vəziyyətdə görmək istəmirəm. Mənə görə insanlar işləməli, əziyyət çəkməli və sosial yardımlardan asılı olmamalıdırlar. Dövlət belə bir qərar versə, əlbəttə ki, həyata keçiriləcək. Amma olmayan bir şeyin hər gün tələb edilməsinin nə qədər məntiqli olduğunu da düşünmək lazımdır.

Mənə ən çox yazanların böyük əksəriyyəti kişilərdir və tez-tez uşaq pulu ilə bağlı suallar verirlər. Hər dəfə də izah edirəm ki, bu məsələ yalnız dövlət başçısının qərarı ilə həll oluna bilər. Mənim Azərbaycan kişiləri ilə heç bir problemim yoxdur. Əksinə, onların daha güclü, daha təminatlı olmalarını istəyirəm.

Kimlərsə çıxışımın müəyyən hissələrini kəsərək mənə qarşı mənfi rəy formalaşdırmağa çalışıblar. Müəyyən qədər buna nail də olublar. Amma mən dediyim sözə əmin olduğum üçün hesab edirəm ki, bu kampaniyanın da ömrü uzun olmayacaq. Fakt ortaya qoysunlar ki, mən onların iddia etdiyi sözləri demişəm. Əks halda, bu cür manipulyativ başlıqlar hazırlayanlar öz peşəkar məsuliyyətləri barədə düşünməlidirlər.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rubio köməkçisini Azərbaycana niyə göndərib? - AKTUAL
Bu gün, 17:49
Antikorrupsiya Komitəsi Ermənistanda seçkiqabağı rüşvət işi üzrə daha 8 nəfəri saxlayıb
Bu gün, 17:45
Rusiyanın Ermənistandakı səfiri ilə məsləhətləşmələr aparılır - TASS
Bu gün, 17:29
Paşinyan Putinin qarşısından geri çəkildi - Müvəqqəti plan
Bu gün, 17:28
Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması hansı nəticələri verə bilər? - İNCƏLƏMƏ
Bu gün, 17:26
Paşinyan axırda Avropaya qaçacaq - Medvedev
Bu gün, 17:23
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Dövlət tapşırığı”... - Dövlət tədbiri adı ilə saxtakarlıq?!
Bu gün, 17:20
Rusiya müharibəni dayandırmaq istəyir, Putin əmr verdi - “Reuters”
Bu gün, 17:16
"Azəristiliktəchizat" auditor seçib
Bu gün, 17:12
"Hüquq-mühafizə orqanlarına məlumat versinlər" - Bu tip təkliflər olarsa...
Bu gün, 17:11
"Biz ABŞ və ya başqa ölkələrlə bənzər saziş imzalamamışıq" - ŞƏRH
Bu gün, 17:07
Ermənistana dəstəyi davam etdirəcəyik - AB
Bu gün, 17:04
Orta məktəblərdə dərs deyən 30 min müəllimin ali təhsili yoxdur - DETALLAR
Bu gün, 17:01
ATB digər bankdakı iştirak payını dayandırıb
Bu gün, 16:59
Səsləndirdiyi fikirlərə görə linç edilən Bəkirqızı DANIŞDI - Uşaqpulu istəyən kişilər...
Bu gün, 16:55
Paşinyan nə qədər səs toplayacaq? - Azərbaycanlı politoloqların PROQNOZLARI
Bu gün, 16:52
Neftin qiyməti yenidən yüksəldi - TƏFƏRRÜAT
Bu gün, 16:47
Ağsunun Bico kəndi boşalır: - Sakinlər şəhərlərə köçür
Bu gün, 16:45
Sabah BTQ dəmir yolu modernləşdirilmədən sonra istifadəyə veriləcək - FOTO
Bu gün, 16:42
Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? - Rəsmi açıqlama
Bu gün, 16:40
“Batka” ən qorxunc ssenarini anons etdi: Ermənistan Qafqazı da dərin hərbi xaosa çəkir - Görünəni odur ki...
Bu gün, 16:37
İrəvanın "Bir addım irəli, iki addım geri" siyasəti - erməni mediası
Bu gün, 15:59
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib - FOTO
Bu gün, 15:58
Azərbaycanda daha 184 dərman vasitəsinin qiyməti tənzimlənib - SİYAHI
Bu gün, 15:56
Azərbaycanda Norveç kapitallı “Viator” BOKT-nin xalis mənfəəti azalıb
Bu gün, 15:06
Qubanın üç kəndinin adı dəyişdirilib
Bu gün, 15:04
Ermənistanda "1 mart işi" üzrə 4 ordu korpusunun keçmiş komandirləri barəsində cinayət təqibi başladılıb
Bu gün, 14:59
MTN generalı vəfat etdi - 71 yaşında...
Bu gün, 14:52
Azərbaycanın verdiyi kritik enerji avadanlıqları qışı keçirməyə kömək etdi - Denis Şmıqal
Bu gün, 14:45
"Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur..." - Keçmiş deputat deyir ki...
Bu gün, 14:42
İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib - FOTO
Bu gün, 14:20
Dövlət Dəniz və Liman Agentliyi ötən il 5 milyon manata yaxın zərər edib - TƏFƏRRÜAT
Bu gün, 13:19
Bakı Enerji Həftəsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verir - MƏQALƏ
Bu gün, 13:14
Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir - İsrafil Kərimovun yazısı
Bu gün, 13:13
“Kapital Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:08
Madyar Prezidenti vəzifəsindən kənarlaşdırmaq üçün konstitusiya dəyişikliyi planlaşdırır
Bu gün, 13:06
Cabbarovun sədrliyini tanımadılar - Yenidən qurultay olacaq
Bu gün, 13:04
Mövsümi məhsulların qiyməti niyə ucuzlaşmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:02
Bu il marketlərdə 20 qəpiyə satılan yumurta, xaricə 10,4 qəpiyə satılıb - AXI NİYƏ?
Bu gün, 12:57
Onlayn qumar və kazino oyunları təşkil edən dəstənin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 12:55
Qusarın icra başçısı rayonun rəqəmsal inkişafına əngəl yaradır –MyGov-a qarşı feodal yanaşma?
Bu gün, 12:47
Bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:40
Lalə Aslanur Qarabağın ruhunu Qoşa Qala Meydanına gətirdi
Bu gün, 12:38
"Ermənistan seçkiləri Kremlin Cənubi Qafqazda nüfuz savaşıdır" - İNCƏLƏMƏ
Bu gün, 12:36
Məmmədli sakinlərinin nəqliyyat PROBLEMİ: - "Avtobuslar kəndə girmir"
Bu gün, 12:33
Bu da Xoşqədəmin böyük oğlu - VİDEO
Bu gün, 12:31
Şağanda obyekt qalmaqalı - KİMSƏ BACARMIR?
Bu gün, 12:17
“Ermənistan tarixində ilk dəfə bir hakimiyyət açıq şəkildə “Rusiyasız da yaşamaq olar” mesajı verdi...”
Bu gün, 12:07
Vüsal Nəsirli onu müdir müavini təyin etdi - ƏMR
Bu gün, 12:04
Restoranda icarədarı döyən müştəri cinayət məsuliyyətindən azad edilib
Bu gün, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru