Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Kadrlar Baş İdarəsinin sabiq rəisi, general-mayor Əlimusa Əliyev vəfat edib.
“Qafqazinfo”nun məlumatına görə, general-mayor 71 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Əlimusa Əliyev ləğv edilmiş MTN-nin rəisi Eldar Mahmudovun sağ əli kimi tanınıb. 2016-cı ildə barəsində rüşvət iddiaları yayılan general bütün ittihamları təkzib etmişdi.
Mərhum bu gün torpağa tapşırılacaq.









