Madyar Prezidenti vəzifəsindən kənarlaşdırmaq üçün .....                     Cabbarovun sədrliyini tanımadılar .....                     Mövsümi məhsulların qiyməti niyə ucuzlaşmır? .....                     Bu il marketlərdə 20 qəpiyə satılan yumurta, xaricə 10,4 qəpiyə satılıb .....                     Onlayn qumar və kazino oyunları təşkil edən dəstənin məhkəməsi başlayıb .....                     Qusarın icra başçısı rayonun rəqəmsal inkişafına əngəl yaradır .....                     Bəzi yerlərdə duman olacaq .....                     Lalə Aslanur Qarabağın ruhunu Qoşa Qala Meydanına gətirdi .....                     "Ermənistan seçkiləri Kremlin Cənubi Qafqazda nüfuz savaşıdır" .....                     Məmmədli sakinlərinin nəqliyyat PROBLEMİ: .....                     Bu da Xoşqədəmin böyük oğlu .....                     Şağanda obyekt qalmaqalı .....                     “Ermənistan tarixində ilk dəfə bir hakimiyyət açıq şəkildə .....                     Vüsal Nəsirli onu müdir müavini təyin etdi .....                     Restoranda icarədarı döyən müştəri cinayət məsuliyyətindən azad edilib .....                     Bank geridə qaldığından... .....                     Başçı bayramı FÜRSƏT BİLİB... .....                     Fransa Ermənistanda hərbi baza yaradır? .....                     İsraildəki etirazların maliyyələşdirilməsini kim həyata keçirib? .....                     "Bu gün Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün ciddi şəkildə çalışırıq" .....                     “TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək .....                     AYNA dayanacaqların təmiri üçün .....                     Makron Rusiyadan gələn tankerin saxlanıldığını açıqlayıb .....                     Ermənistan seçkilərini bu azərbaycanlılar həll edir .....                     Bakıda marketdə qadın müştəri kassiri döydü .....                     Kremldən İrəvana gözlənilməz diplomatik jest .....                     Dövlət Xidmətinin korrupsiyada təqsirləndirilən sabiq vəzifəli şəxsi həbsdən azad edilib .....                     “Nar” gənclərin təhsilinə dəstək olmağa davam edir .....                     Azyaşlı övladının gözü qarşısında arvadını xüsusi amansızlıqla öldürən şəxs: .....                     Güldürməsə də, qıdıqlayan Mənsur Şərif .....                     "Finans Kredit" BOKT-un xalis mənfəəti .....                     Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloq .....                     Ermənistanın Dövlət Qoruğu Azərbaycanın nəzarətində imiş .....                     “Hadrut Fatehi”nin adını vəsiyyət etdiyi, üzünü görmədiyi oğlu Alparslan: .....                     Ölkəyə qızıl külçə keçirən gömrükçülərin işindən prokuror protest vermişdi VƏ... .....                     Təhsilin fəlsəfəsi dəyişməlidir .....                     Rusiyaya güzəşt etməyəcəyik .....                     PARLAMENT NÖVBƏDƏNKƏNAR SESSİYA ÇAĞIRIR: 42 deputat imza atdı... .....                     50 milyon dollarlıq çevriliş planı .....                     Axmaqlar İranla razılaşmaya mane olurlar .....                 

“Ermənistan tarixində ilk dəfə bir hakimiyyət açıq şəkildə “Rusiyasız da yaşamaq olar” mesajı verdi...”
Tarix: Bu gün, 12:07 | Çap et

“Putin Paşinyanı 8 ildir ki, yıxmağa çalışır. Bunun üçün Rusiya nə edə bilərdisə, hər şeyi etdi və etməkdədir. Lakin Paşinyan hələ də hakimiyyətdədir. Rusiya 8 ildə edə bilmədiyini səkkiz gündə edə bilərmi? Buna inanmaq olduqca çətindir...
Qeyd edək ki, artıq “Ermənistan-Rusiya müttəfiqliyi” deyilən anlayış faktiki olaraq dağılıb. Sadəcə tərəflər bunu hələ rəsmi şəkildə etiraf etmirlər. Moskva Paşinyanı bağışlamayıb və bağışlamayacaq da. Çünki Paşinyan Kremlin ən təhlükəli saydığı xətti keçdi: Rusiyanın təsir dairəsindən çıxmağa cəhd etdi və buna böyük ölçüdə nail oldu. Ermənistan tarixində ilk dəfə bir hakimiyyət açıq şəkildə “Rusiyasız da yaşamaq olar” mesajı verdi. Kremlin qəzəbi də məhz bundandır. Ermənistanı itirməklə Moskva Ermənistandan çox daha artığını itirəcəyini yaxşı bilir. Ona görə də Kreml Ermənistanı əlində saxlaya bilmək üçün hazırda var gücü ilə son həmlələrini edir.”
ABŞ-da yaşayan həmyerlimiz, Şimali Karolina Universitetinin sülh və münaqişə tədqiqatları professoru, sülh fəalı Dr. Əli Əskərli bu fikir və mülahizələri Moderator.az əməkdaşının “Rusiyanın Ermənistana, Paşinyan hakimiyyətinə qarşı son günlər – 7 iyun parlament seçkiləri öncəsi apardığı açıq-gizli savaşı, buna verilən reaksiyaları necə dəyərləndərirsiz? Bu gedişatın nəticələrini necə görürsüz?” suallarını cavablandırarkən ifadə edib.
“Rusiya hal-hazırda Ermənistana qarşı klassik imperiya metodlarından istifadə edir: iqtisadi təzyiq, informasiya savaşı, kilsə və rusiyapərəst şəbəkələrin aktivləşdirilməsi, miqrant kartı, enerji və ticarət asılılığından istifadə... Bu, Ukraynada tətbiq olunan modelin bir az daha yumşaq versiyasıdır. Yəni tək ciddi fərq ondadır ki, Rusiya Ermənistanı bombalamır. Çünki Moskva anlayır ki, Ermənistana açıq hərbi müdaxilə həm Qərbi, həm də regionu tamamilə öz əleyhinə çevirə bilər. Ona görə Kremlin məqsədi Paşinyan hakimiyyətini tankla yox, daxildən çökdürməkdir”, -deyə davamında siyasi təhlilçi qeyd edib.
Konfliktoloq alim vurğulayıb ki, Rusiya Ermənistanı heç vaxt həqiqi müttəfiq kimi görməyib, sadəcə forpost, hərbi baza və geo-siyasi alət kimi istifadə edib:
“Qarabağ məsələsində də Kreml nə Ermənistanı qorudu, nə də separatçıları. Moskva müharibənin nəticəsində Paşinyandan qurtulacağına ümid edirdi. Bu alınmadıqda Moskva üçün əsas prinsip “münaqişə yaşasın ki, mənim təsirim də yaşasın” prinsipi oldu. Bu da Rusiyanın gözlədiyi kimi olmadı. Moskva İrəvanın ondan mədət umacağını, ona yalvaracağını və ondan alacağı strateji dəstək uğruna hər cür güzəştə hazır olacağını gözləyirdi. Paşinyan isə Ermənistanı Rusiyadan qurtarmaq naminə Qarabağdan vaz keçmək yolunu seçdi. Onun Qarabağ siyasətinin ana xəttini “ora bizim deyil” yanaşması təşkil etdi. Bunu Ermənistan cəmiyyətində bəyan etmək və sonra xalqdan səs istəmək asan iş deyil. Paşinyan bunu bir dəfə bacardı. Yenə bacara bilmək üçün indi o, var gücü ilə çalışır…”
Bununla belə, siyasi təhlilçi hesab edir ki, Qərb Ermənistanı Rusiyanın yerinə tam şəkildə himayəyə götürməyə hələ hazır deyil.
“Görünən odur ki, Paşinyan həm ABŞ-ın, həm də Qərbin dəstəyini arxasına alıb. Amma Qərb hələ Ermənistanı Rusiyanın yerinə tam şəkildə himayəyə götürməyə hazır deyil. Bunun üçün bir qədər daha vaxta ehtiyac var. Ermənistan indi müəyyən qədər geo-siyasi bir boşluqda qalıb. Bu, çox təhlükəli mərhələdir. Paşinyan bu mərhələdən uğurla çıxa bilsə, bundan Ermənistan cəmiyyəti də qazanclı çıxacaq”, - deyə Əli Əskərli diqqətə çatdırıb.
Həmsöhbətimiz yaxın müddətdə Ermənistan üçün gözlənilən ssenariləri də təxmin edib:
“Məncə, yaxın aylarda üç əsas ssenari mümkündür. Ən güclü ssenari Paşinyanın seçkini udmasıdır. Amma o, seçkilərdən zəifləmiş halda çıxacaq. Bu, baş verərsə, Rusiya iqtisadi sabotajı və daxili destabilizasiyanı artıracaq. Ermənistanda xaos, etirazlar, sui-qəsd iddiaları, kilsə-hakimiyyət qarşıdurması və s. dərinləşə bilər.
İkinci ehtimal isə odur ki, Kremlin dəstəklədiyi qüvvələr hakimiyyətə gələcək. Bu halda Ermənistan yenidən yarımmüstəmləkə vəziyyətinə qaytarılacaq. Amma əvvəlki kimi tam loyal Ermənistanın mövcud olacağı artıq mümkün deyil. Çünki erməni cəmiyyətində Rusiyaya inam ciddi şəkildə azalıb. Qarabağ müharibəsini Rusiyanın xəyanəti nəticəsində uduzduqlarına inanan ermənilərin sayı az deyil...
Üçüncü və ən maraqlı ssenari Ermənistanın inamlı və qəti addımlar atmasıdır. Bu halda İrəvan KTMT-dən birdəfəlik çıxır, Rusiya bazalarının gələcəyini müzakirəyə çıxarır və onlardan qurtulur, Qərbə inteqrasiyanı sürətləndirir və Türkiyə-Azərbaycan xəttinə yaxınlaşır. Məncə, Kreml ən çox bu variantdan qorxur. Çünki Ermənistanın itirilməsi Rusiyanın Cənubi Qafqaz imperiya sisteminin dağılması demək olar…”
“Mən ümumi nəticəni belə görürəm: Rusiya bu savaşı taktiki olaraq bəzi mərhələlərdə uda bilər, amma strateji olaraq uduzmaqdadır. Çünki qorxu ilə saxlanılan imperiyalar bir gün mütləq dağılır. Ermənistan artıq əvvəlki Ermənistan deyil. Moskva isə hələ də 1990-cı illərin dili ilə danışır. Paşinyana gəlincə isə o, Ermənistanda inqilab etmiş bir siyasətçidir. Əsas müharibəsini isə ermənilərin zehniyyətinə qarşı açmışdır. Onlar bunu başa düşsələr, xəstə təxəyyüllərindən qurtula bilərlər. Bu isə onlar üçün gerçək xoşbəxtliyin əsl açarı olardı”, -deyə professor vurğulayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Madyar Prezidenti vəzifəsindən kənarlaşdırmaq üçün konstitusiya dəyişikliyi planlaşdırır
Bu gün, 13:06
Cabbarovun sədrliyini tanımadılar - Yenidən qurultay olacaq
Bu gün, 13:04
Mövsümi məhsulların qiyməti niyə ucuzlaşmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:02
Bu il marketlərdə 20 qəpiyə satılan yumurta, xaricə 10,4 qəpiyə satılıb - AXI NİYƏ?
Bu gün, 12:57
Onlayn qumar və kazino oyunları təşkil edən dəstənin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 12:55
Qusarın icra başçısı rayonun rəqəmsal inkişafına əngəl yaradır –MyGov-a qarşı feodal yanaşma?
Bu gün, 12:47
Bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:40
Lalə Aslanur Qarabağın ruhunu Qoşa Qala Meydanına gətirdi
Bu gün, 12:38
"Ermənistan seçkiləri Kremlin Cənubi Qafqazda nüfuz savaşıdır" - İNCƏLƏMƏ
Bu gün, 12:36
Məmmədli sakinlərinin nəqliyyat PROBLEMİ: - "Avtobuslar kəndə girmir"
Bu gün, 12:33
Bu da Xoşqədəmin böyük oğlu - VİDEO
Bu gün, 12:31
Şağanda obyekt qalmaqalı - KİMSƏ BACARMIR?
Bu gün, 12:17
“Ermənistan tarixində ilk dəfə bir hakimiyyət açıq şəkildə “Rusiyasız da yaşamaq olar” mesajı verdi...”
Bu gün, 12:07
Vüsal Nəsirli onu müdir müavini təyin etdi - ƏMR
Bu gün, 12:04
Restoranda icarədarı döyən müştəri cinayət məsuliyyətindən azad edilib
Bu gün, 11:49
Bank geridə qaldığından... - Müştərisi MƏSLƏHƏTÇİYƏ ÇEVRİLDİ...
Bu gün, 11:41
Başçı bayramı FÜRSƏT BİLİB... - BU NƏDİ BELƏ?
Bu gün, 11:34
Fransa Ermənistanda hərbi baza yaradır? - RƏSMİ AÇIQLAMA
Bu gün, 11:27
İsraildəki etirazların maliyyələşdirilməsini kim həyata keçirib? - HESABAT
Bu gün, 11:17
"Bu gün Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün ciddi şəkildə çalışırıq" - Paşinyan belə deyir...
Bu gün, 11:12
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
Bu gün, 11:10
AYNA dayanacaqların təmiri üçün 420 min manat xərcləyəcək
Bu gün, 11:06
Makron Rusiyadan gələn tankerin saxlanıldığını açıqlayıb
Bu gün, 10:56
Ermənistan seçkilərini bu azərbaycanlılar həll edir - Bakı və İrəvan anlaşıb?
Bu gün, 10:49
Bakıda marketdə qadın müştəri kassiri döydü
Bu gün, 10:46
Kremldən İrəvana gözlənilməz diplomatik jest - Putin Paşinyana təcili məktub göndərdi!
Bu gün, 10:44
Dövlət Xidmətinin korrupsiyada təqsirləndirilən sabiq vəzifəli şəxsi həbsdən azad edilib - TƏFƏRRÜAT
Bu gün, 10:41
“Nar” gənclərin təhsilinə dəstək olmağa davam edir
Bu gün, 10:40
Azyaşlı övladının gözü qarşısında arvadını xüsusi amansızlıqla öldürən şəxs: - “Hadisədən sonra özümə də xəsarət yetirdim”
Bu gün, 10:37
Güldürməsə də, qıdıqlayan Mənsur Şərif - Saffari yazır…
Bu gün, 10:35
"Finans Kredit" BOKT-un xalis mənfəəti 35 %-ə yaxın azalıb
Bu gün, 10:31
Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloq qərardan NARAZIDIR
Bu gün, 10:29
Ermənistanın Dövlət Qoruğu Azərbaycanın nəzarətində imiş - KİV
Bu gün, 10:27
“Hadrut Fatehi”nin adını vəsiyyət etdiyi, üzünü görmədiyi oğlu Alparslan: - “Bizi ayağa qaldırdı, ona evin böyük kişisi deyirik”
Bu gün, 10:25
Ölkəyə qızıl külçə keçirən gömrükçülərin işindən prokuror protest vermişdi VƏ... - TƏFƏRRÜAT
Bu gün, 10:14
Təhsilin fəlsəfəsi dəyişməlidir - ÇAĞIRIŞ...
Bu gün, 10:10
Rusiyaya güzəşt etməyəcəyik - Gevorq Papoyan belə deyir...
Bu gün, 10:02
PARLAMENT NÖVBƏDƏNKƏNAR SESSİYA ÇAĞIRIR: 42 deputat imza atdı... - NƏ BAŞ VERİR?
Bu gün, 09:56
50 milyon dollarlıq çevriliş planı - Putindən Paşinyana AÇIQ MÜHARİBƏ
Bu gün, 09:52
Axmaqlar İranla razılaşmaya mane olurlar - ABŞ Prezidenti
Bu gün, 09:48
"Azəri Star Mikromaliyyə" BOKT-un zərəri 2 dəfədən çox artıb
Bu gün, 09:44
DİM ödəniş müqabilində imtahan balının artırılması ilə bağlı çağırışlar barədə xəbərdarlıq edib - DİQQƏT!
Bu gün, 09:43
ABŞ dövlət katibinin köməkçisi Kaleb Orr Azərbaycanda səfərdədir
Bu gün, 09:38
Əgər bu tikinti qanunidirsə, məlumat lövhəsi HANI?.. - DAHA BİR ÖZBAŞINALIQ!
Bu gün, 09:32
Gömrük bəyannaməsi edənlərin nəzərinə: - Bu gündən yeni qayda qüvvəyə mindi
Bu gün, 09:24
Naxçıvanda gömrük indi də BELƏ PROBLEM YARADIR... - "2 kiloluq 3 paket gətirirdim, ikisini əlimdən aldılar..."
Bu gün, 09:22
YENƏ TOPAZ, YENƏ ŞİKAYƏT... - Bir ildir “Araşdırma gedir” adıyla uduş verilmir!
Bu gün, 08:18
Bu dəfə qalib o oldu... - FOTO
Bu gün, 08:02
ABŞ İranın PUA idarəetmə məntəqələrinə zərbələr endirdiyini açıqlayıb
Bu gün, 08:00
Rusiya ordusu "miokard infarktı" vəziyyətindədir - ŞƏRH
Bu gün, 07:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru