Avropa Birliyi Ermənistanla əməkdaşlığı və İrəvana dəstəyi davam etdirməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Anuar El-Anuni Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, AB Ermənistanın etibarlı tərəfdaşıdır və tərəfdaşlıq hazırda əvvəlkindən daha güclüdür:
“2026-cı ilin mayında ilk dəfə AB-Ermənistan sammiti keçirilib və bu görüşdə AB Ermənistanın demokratik inkişafına dəstəyini bir daha təsdiqləyib. AB Ermənistanın demokratik dayanıqlılığını, o cümlədən xarici informasiya təsirləri və hibrid təhdidlərə qarşı mübarizəsini dəstəkləyir”.









