Erməni müğənni Paşinyana qarşı çıxdı .....                     Tramp Omanı hədələyib, yeni bəyanat ölkələr arasında diplomatik gərginliyə səbəb olub .....                     9 min manat maaş deputatları qane edirmi? .....                     "Şəkillərin silinməsi müəllim fəaliyyətinin məhdudlaşdırılmasıdır" .....                     Ermənistanda seçkilər ikinci tura qala bilər .....                     "Ermənistan və Azərbaycanda getdikcə daha çox insan sülhün oyun deyil, gerçək olduğuna inanır..." .....                     Əhaliyə bəd xəbər: Bu məhsullar BAHALAŞACAQ .....                     Paşinyan iki stulda oturmaq siyasətinin qurbanına çevrilir .....                     Naxçıvanın sertifikasiya sərgüzəştləri... .....                     “Azərbaycanın yerində olsaydım...” .....                     “Taleyim belə gətirdi, peşman deyiləm” .....                     “Turan Tovuz” Konfrans Liqasına buraxılmayacaq? .....                     SEPAH ABŞ-ın daha bir PUA-sını vurdu .....                     "Sərhəd kəndini məhv etmək planınız varmı?" .....                     Yaponiyada tayfun təhlükəsi səbəbindən təxminən 300 aviareys ləğv edilib .....                     Fitsodan çağırış: .....                     Putin Paşinyana ermənilərlə bağlı nə deyib? .....                     Fars-molla rejimi artıq Tramp hakimiyyətinə inanmır... .....                     Putinin hədəsi işə yarayacaqmı? .....                     Səfər Mehdiyevin bacanağı yüksək vəzifəyə gətirilir... .....                     ADY sanki sərnişinləri aparmır... UÇURUR... .....                     Hippokrat andını SU KİMİ İÇƏNLƏR... .....                     SOCAR rəhbərliyi bir izahat versin, görək... .....                     Paşinyan niyə bir addım öndə görünür... .....                     Doğru-dürüst məlumat almaq da problemdir .....                     Burda müştəri məmnuniyyəti bir xəyaldır... .....                     ACI REALLIQLAR... .....                     "Biz niyə fikirlərimizi nifrət və təhqir olmadan deyə və yaza bilmirik?" .....                     FAİZSİZ KREDİT FIRILDAĞI... .....                     ADY-də pulu bax, belə qazanırlar... .....                     Yeni sorğu Paşinyanın partiyasının inamlı liderliyini göstərir .....                     "Vaxtım gedir, mən bu yaxşılıqdan heç nə qazanmıram" .....                     Rusiya Ermənistana satdığı qazın qiymətini artırmaq istəyir .....                     Türkiyə Hörmüz boğazının açılmasını əsas prioritet hesab edir .....                     “Kəmaləddin Heydərovla bir-birimizi yarım sözdən anlayırıq” .....                     "SF Azerbaijan" BOKT-un xalis mənfəəti 2 dəfədən çox azalıb .....                     Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb .....                     Paşinyan sevərlərə... .....                     Uşaqpulu verilsə... .....                     Rasim Balayevin qəbirüstü abidəsi ilə bağlı .....                 

“Azərbaycanın yerində olsaydım...” – Rusiya təhlükəsi ilə bağlı diqqətçəkən açıqlama
Tarix: Bu gün, 10:33 | Çap et

Latviyanın Milli Silahlı Qüvvələri (NBS) Rusiya ilə sərhəd boyunca “əjdaha dişləri” kimi tanınan tank əleyhinə maneələrin quraşdırılmasına başlayıb. Bu barədə LSM məlumat yayıb. Hər biri 1,5 ton çəkidə olan beton piramidalar təxminən 10 metr enində üç sıra şəklində yerləşdirilir. Hərbiçilərin sözlərinə görə, ağır texnikanın bu maneələri keçə bilməməsi üçün “dişlər” arasındakı məsafə minimum səviyyədə saxlanılır.

Bu istehkamlar Baltik Müdafiə Xəttinin bir hissəsinə çevriləcək. Gələcəkdə təxminən 450 kilometr uzunluğunda sərhəd boyunca tank əleyhinə xəndəklər də qazılacaq. Layihəyə cavabdeh olan polkovnik Andris Rieksts bildirib ki, müdafiə xəttinin məqsədi təkcə potensial rəqibi çəkindirmək deyil, həm də hücum baş verəcəyi təqdirdə onun ölkənin dərinliklərinə irəliləməsinin qarşısını almaqdır.

Əgər nəsə baş versə, düşməni məhz burada məhv edə bilməliyik. Ukraynanın timsalında görürük ki, ərazi itiriləndən sonra onu geri qaytarmaq demək olar, mümkün olmur”, – o vurğulayıb.

Mayın 19-da Rusiyanın Xarici Kəşfiyyat Xidməti Latviyanı Ukrayna pilotsuz uçuş aparatlarının buraxılması üçün bazalar hazırlamaqda ittiham edib və “cavab zərbəsi” ilə hədələyib. Qurum bəyan edib ki, “Latviya ərazisində qərarların qəbul olunduğu mərkəzlərin koordinatları yaxşı məlumdur və respublikanın NATO üzvlüyünün onu xilas etməyəcək”.

Mayın 25-də isə Vladimir Putin xaricdə yaşayan həmvətənlərin “müdafiəsi” məqsədilə ordudan istifadəyə imkan verən qanunu imzalayıb. Həmin gün Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Latviya, Litva və Estoniya ruslara qarşı “repressiya və qorxutma siyasəti” həyata keçirirlər. Nazirlik bu ölkələrdə yaşayan rusların “müdafiəsi” üçün Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edəcəyini də açıqlayıb.

Qeyd etmək lazımdır ki, Litva artıq Belarusla sərhəddə yerləşən və istifadə olunmayan “Şumskas”, “Lavorişkes”, “Latejeris” və “Rayqardas”, həmçinin Rusiya ilə sərhəddə yerləşən “Ramonişkyay” sərhəd-keçid məntəqələrində “əjdaha dişləri” quraşdırıb. Bundan əlavə, maneələr fəaliyyət göstərən keçid məntəqələrinin yaxınlığında da yerləşdirilib.

Estoniya isə “əjdaha dişləri”ni Narvadakı sərhəd-keçid məntəqəsində və şəhəri Rusiyanın İvanqorod şəhəri ilə birləşdirən Narva çayı üzərindəki körpüdə quraşdırıb. Körpüdə həmçinin iri metal darvazalar qoyulub və zərurət olacağı təqdirdə hər iki istiqamətdə nəqliyyatın hərəkətini tam dayandırmağa imkan verən çıxarılan baryerlər quraşdırılıb.

Baltik Müdafiə Xətti layihəsi Baltik ölkələri və Polşa tərəfindən birgə həyata keçirilir. Bütün işlərin 2028-ci ildə başa çatdırılması planlaşdırılır.

Bu arada, Avropanın yüksək vəzifəli rəsmiləri “The Wall Street Journal” nəşrinə bildiriblər ki, Rusiya yaxın 12 ay ərzində NATO-ya hücum edə bilər. Bu fonda Alyans Baltik ölkələrinin müdafiəsi üçün qoşunların sürətlə yerləşdirilməsinə dair plan hazırlamağa başlayıb. Bu barədə “Reuters” agentliyinin mənbələri məlumat veriblər.

Həqiqətən də, son vaxtlar bir çox şərhçilər Rusiyanın NATO-nun şərq cinahındakı ölkələrə qarşı, birbaşa müharibə olmasa da, ən azı genişmiqyaslı təxribat xarakterli addımlara hazırlaşdığına dair əlamətlərdən danışırlar. Bu tendensiya xüsusilə də təcavüzkar dövlətin müxtəlif yüksək vəzifəli nümayəndələrinin ritorikasında özünü açıq şəkildə göstərir. Bildiyimiz kimi, bu, Rusiya tərəfinin artıq tanış taktikasıdır. Düzdür, bu cür bəyanatlar hər zaman hücumla nəticələnmir, amma yenə də diqqət çəkir.

Bəs Putinin yaxın perspektivdə Baltik ölkələrindən birinə hücum etmək qərarına gəlməsi ehtimalı nə dərəcədə yüksəkdir? Onu belə bir addıma hansı motivlər sövq edə bilər? NATO və Avropa İttifaqı Rusiyanı bu cür niyyətlərdən çəkindirmək üçün hansı addımları ata bilər?

Latviyalı siyasi analitik, filologiya elmləri doktoru, müstəqil jurnalist, vaxtilə ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) əməkdaşı olmuş Aleks Qriqoryevs Pressklub.az-ın suallarına cavab verib.

O, ilk növbədə qeyd edib ki, bu gün bir çoxları Rusiyanın Baltik ölkələrinə hücum edib-etməyəcəyini soruşur. Halbuki, müasir geosiyasi reallıqlar kontekstində məsələ daha geniş qoyulmalıdır.

Putin yaxın vaxtlarda Ukraynadan başqa hansısa ölkəyə də hücum edəcəkmi? Mən hesab edirəm ki, bunun ehtimalı çox yüksəkdir. Bu, Baltik ölkələrindən birinə hücum olacaqmı? Ola bilər. Amma Rusiyanın heç bir qonşusu özünü tam təhlükəsiz hiss edə bilməz. Bəlkə də yalnız Çin istisna olmaqla. Qonşu ölkənin özünü təhlükəsiz hiss etməsi rusları hücuma sövq edir.

Ukrayna cəbhəsində vəziyyət Rusiya üçün əlverişli inkişaf etmir. Putin bu müharibəni həm döyüş meydanında, həm də Rusiya ictimai rəyinin gözündə uduzur. 2014-cü ildə Krımın ilhaqından sonra yaranmış eyforiyadan fərqli olaraq, bu gün onun hakimiyyəti anlaşılmazlıqla qarşılaşır və cəmiyyətin dəstəyini itirir. Rusiya cəmiyyəti hələ də imperiya təfəkkürünü qoruyub saxlayır və əgər Putin vəd etdiyi kimi Kiyevi üç günə ələ keçirsəydi, ruslar onu əlləri üstündə gəzdirərdilər.

Ukraynalıların Rusiya işğalına qarşı qəhrəmancasına müqaviməti nəticəsində Rusiya getdikcə daha həssas vəziyyətə düşür. Cəbhə xətti faktiki olaraq donub və hər hansı hərəkət müşahidə olunursa, bu daha çox Ukraynanın xeyrinədir. Rusiyanın iqtisadi vəziyyəti də pisləşir. Ukraynanın limanlara və neft emalı zavodlarına endirdiyi uğurlu zərbələr səbəbindən neft və qaz satmaq getdikcə çətinləşir.

Populyarlığını bərpa etmək üçün Putinə Rusiya tarixində dəfələrlə rast gəlinən “kiçik qalibiyyətli müharibə” lazımdır. Mən Rusiyanın mümkün hücum hədəflərini iki qrupa bölərdim: NATO ölkələri və digər qonşu dövlətlər.

Putin Astanada çıxışı zamanı bəyan etdi ki, Qazaxıstan vaxtilə Rusiya dövlətinin tərkib hissəsi olub. Bu, ərazi iddiası və siyasi mesajdır. Bunu “Rusiyanın Qazaxıstan ərazisinə hüququ var” kimi başa düşmək lazımdır. Əgər nə vaxtsa belə bir hücum baş versə, Çin Qazaxıstanı hərbi yolla müdafiə edəcək, yoxsa diplomatik qınaqla kifayətlənəcək? Bu, maraqlı sualdır və cavabı hələ məlum deyil”, – ekspert qeyd edir.

Onun sözlərinə görə, Gürcüstan faktiki olaraq artıq Rusiyanın nəzarəti altına düşüb.

Gürcüstan ərazisinin 20 faizi açıq və birbaşa şəkildə işğal olunub, qalan hissə isə dolayı yolla idarə olunur. Ermənistan iqtisadi təzyiqlərə məruz qalır, hətta ona qarşı birbaşa hərbi təhdidlər də səsləndirilir. Onu kim qoruyacaq? Çətin ki, Putinin müttəfiqi olan İran onu qorusun.

Mən Azərbaycanın yerində olsaydım, çoxdan Rusiya ilə sərhəd boyunca “əjdaha dişləri” yerləşdirər, Xəzər sahili boyunca isə artilleriya mövqeləri qurardım. Rusiya Azərbaycana hücum edərsə (bunu mümkün, hətta ehtimal olunan variant hesab edirəm) Türkiyə onunla açıq hərbi qarşıdurmaya gedəcəkmi? Bu da ciddi sualdır.

Moldova da özünü təhlükəsiz hiss etmir. Baxmayaraq ki, Ukraynanın Xerson vilayətində yerləşən ilk Rusiya hərbi hissələri ilə Moldova sərhədi arasında təxminən 500 kilometr məsafə var. Bununla belə, Dnestryanı bölgədə Rusiya qoşunları mövcuddur və həmin regionun silahlı qüvvələri də Rusiyaya meyllidir. Onlar döyüşmək istəmirlər. Amma əmr verilsə nə olacaq? Kişinyov və Belts şəhərləri atəşə tutulmağa başlasa? Bu, çətin ssenaridir, amma hər şey mümkündür.

İndi isə Baltik ölkələri və digər NATO üzvləri barədə. Rusiya həmçinin Norveç, Finlandiya və Polşa ilə həmsərhəddir. Yeri gəlmişkən, bu yaxınlarda İsveç rəsmilərindən biri Rusiyanın İsveç adalarına, xüsusilə də Qotland adasına hücum edə biləcəyi ilə bağlı narahatlığını ifadə etmişdi. Qotland Baltik dənizinin mərkəzi hissəsinə nəzarət edir və bu, Rusiya limanlarından Atlantik okeanına çıxış marşrutudur.

Əsas sual budur: NATO-nun mümkün hücuma reaksiyası necə olacaq? Alyansın dəstəyi birmənalı, dərhal və qəti olacaqmı? Bunun üçün NATO qüvvələri daim hazır vəziyyətdə saxlanılmalıdır. Belə qüvvələr mövcuddur, amma onların yetərli olub-olmaması ayrıca sualdır.

Əgər NATO Baltik ölkələrinin müdafiəsinə qalxmasa, o zaman bu alyansı artıq ciddi qüvvə hesab etmək mümkün olmayacaq. Və bu, Putin üçün son dərəcə cəlbedici hədəfdir. Bu zaman o, bütün dünyaya bəyan edə biləcək ki, Rusiya NATO üzərində qələbə qazanıb.

Bəs biz nə edirik? Əlimizdən gələni edirik. Unutmuruq ki, sülh istəyirsənsə, müharibəyə hazırlaşmalısan. Biz də hazırlaşırıq. Hərbi büdcəni artırmışıq, hərbi qulluqçular cəlb edirik, “əjdaha dişləri” yerləşdiririk. Müttəfiqlərlə işləyirik.

Bir sual qalır: Rusiyanın belə təxribatlar üçün kifayət qədər qüvvəsi varmı? Hazırda bütün qoşunlar cəbhədədir. Bu doğrudur. Amma Narvanı və ya Dauqavpilsi ələ keçirmək üçün çox böyük qüvvəyə ehtiyac yoxdur. Eynilə Qubanı və ya Xaçmazı tutmaq üçün də.

Və Abşeron yarımadası Rusiya donanmasının mümkün hücumundan nə dərəcədə yaxşı qorunub?” – Qriqoryevs sual verib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni müğənni Paşinyana qarşı çıxdı - "Qarabağ erməniləri ölkədə təqib olunurlar!"
Bu gün, 11:32
Tramp Omanı hədələyib, yeni bəyanat ölkələr arasında diplomatik gərginliyə səbəb olub - TƏFƏRRÜAT
Bu gün, 11:19
9 min manat maaş deputatları qane edirmi? - "Xoşbəxt o insandır ki..."
Bu gün, 11:12
"Şəkillərin silinməsi müəllim fəaliyyətinin məhdudlaşdırılmasıdır" - AÇIQLAMA
Bu gün, 10:55
Ermənistanda seçkilər ikinci tura qala bilər - ÇÜNKİ...
Bu gün, 10:52
"Ermənistan və Azərbaycanda getdikcə daha çox insan sülhün oyun deyil, gerçək olduğuna inanır..." - Paşinyan belə deyir...
Bu gün, 10:51
Əhaliyə bəd xəbər: Bu məhsullar BAHALAŞACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 10:48
Paşinyan iki stulda oturmaq siyasətinin qurbanına çevrilir - İNCƏLƏMƏ
Bu gün, 10:46
Naxçıvanın sertifikasiya sərgüzəştləri... - İLGİNC
Bu gün, 10:37
“Azərbaycanın yerində olsaydım...” – Rusiya təhlükəsi ilə bağlı diqqətçəkən açıqlama
Bu gün, 10:33
“Taleyim belə gətirdi, peşman deyiləm” - Talıb Tale
Bu gün, 10:25
“Turan Tovuz” Konfrans Liqasına buraxılmayacaq? – Klubdan açıqlama
Bu gün, 10:23
SEPAH ABŞ-ın daha bir PUA-sını vurdu
Bu gün, 10:21
"Sərhəd kəndini məhv etmək planınız varmı?" - İrəvanda GƏRGİNLİK
Bu gün, 09:18
Yaponiyada tayfun təhlükəsi səbəbindən təxminən 300 aviareys ləğv edilib
Bu gün, 09:15
Fitsodan çağırış: - Bu, dünya müharibəsinə səbəb ola bilər!
Bu gün, 09:14
Putin Paşinyana ermənilərlə bağlı nə deyib? – Kremli qarışdıracaq qərar
Bu gün, 09:11
Fars-molla rejimi artıq Tramp hakimiyyətinə inanmır... - KİV
Bu gün, 09:00
Putinin hədəsi işə yarayacaqmı? - GƏLİŞMƏ
Bu gün, 08:42
Səfər Mehdiyevin bacanağı yüksək vəzifəyə gətirilir... - İDDİA
Bu gün, 08:33
ADY sanki sərnişinləri aparmır... UÇURUR... - Di gəl, anla...
Bu gün, 08:25
Hippokrat andını SU KİMİ İÇƏNLƏR... - BU NƏDİ BELƏ?
Bu gün, 08:17
SOCAR rəhbərliyi bir izahat versin, görək... - MÜRACİƏT
Bu gün, 08:01
Paşinyan niyə bir addım öndə görünür... - AKTUAL
Bu gün, 07:48
Doğru-dürüst məlumat almaq da problemdir - NARAZILIQ VAR...
Bu gün, 07:42
Burda müştəri məmnuniyyəti bir xəyaldır... - GİLEY
Bu gün, 07:34
ACI REALLIQLAR... silsiləsindən...
Bu gün, 07:20
"Biz niyə fikirlərimizi nifrət və təhqir olmadan deyə və yaza bilmirik?" - ETİRAZ
Bu gün, 07:14
FAİZSİZ KREDİT FIRILDAĞI... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:03
ADY-də pulu bax, belə qazanırlar... - AXI NİYƏ?..
Bu gün, 06:48
Yeni sorğu Paşinyanın partiyasının inamlı liderliyini göstərir - 65% səs...
Bu gün, 06:31
"Vaxtım gedir, mən bu yaxşılıqdan heç nə qazanmıram" - ONA GÖRƏ DƏ...
Bu gün, 06:19
Rusiya Ermənistana satdığı qazın qiymətini artırmaq istəyir - KİV
Dünən, 17:00
Türkiyə Hörmüz boğazının açılmasını əsas prioritet hesab edir
Dünən, 16:51
“Kəmaləddin Heydərovla bir-birimizi yarım sözdən anlayırıq” – Baba Vəziroğlu
Dünən, 16:44
"SF Azerbaijan" BOKT-un xalis mənfəəti 2 dəfədən çox azalıb
Dünən, 16:41
Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb
Dünən, 15:34
Paşinyan sevərlərə... - Unutmayaq ki...
Dünən, 15:28
Uşaqpulu verilsə... ...sərhəd açılsa, nə olar?!!
Dünən, 15:24
Rasim Balayevin qəbirüstü abidəsi ilə bağlı AÇIQLAMA
Dünən, 15:19
Ermənistan iqtisadiyyatı sanksiyalara tab gətirə biləcəkmi? - GƏLİŞMƏ
Dünən, 15:16
“Babək” yatağı niyə BP-yə verilir - Bakının strateji planı
Dünən, 15:13
ARVAD... - Dəyişək... amma nə ilə?
Dünən, 15:10
Paşinyanın taleyini xarici amillər müəyyənləşdirə bilər? — Deputatdan AÇIQLAMA
Dünən, 15:09
Rus konsul ölkədən çıxarıldı, Zaxarova qəzəbləndi: - NATO-ya PUA çağırışı
Dünən, 15:04
“Səni unutmaq günahdır, amma unuduldun....” - Xalq artisti
Dünən, 15:02
Ermənistan İrandan bu raketləri aldı - Foto
Dünən, 15:00
Ermənistandan Rusiyanı qəzəbləndirəcək şok statistika... - Əhalinin 75 faizi o qərarı verdi
Dünən, 14:54
Karapetyan Ermənistan parlamentin spikerini məhkəməyə verib - BUNA GÖRƏ...
Dünən, 14:48
Moskvanın İrəvana təhdidləri dayanmır – Gərginlik pik həddə
Dünən, 13:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru