“Turan Tovuz” Konfrans Liqasına buraxılmayacaq? .....                     SEPAH ABŞ-ın daha bir PUA-sını vurdu .....                     "Sərhəd kəndini məhv etmək planınız varmı?" .....                     Yaponiyada tayfun təhlükəsi səbəbindən təxminən 300 aviareys ləğv edilib .....                     Fitsodan çağırış: .....                     Putin Paşinyana ermənilərlə bağlı nə deyib? .....                     Fars-molla rejimi artıq Tramp hakimiyyətinə inanmır... .....                     Putinin hədəsi işə yarayacaqmı? .....                     Səfər Mehdiyevin bacanağı yüksək vəzifəyə gətirilir... .....                     ADY sanki sərnişinləri aparmır... UÇURUR... .....                     Hippokrat andını SU KİMİ İÇƏNLƏR... .....                     SOCAR rəhbərliyi bir izahat versin, görək... .....                     Paşinyan niyə bir addım öndə görünür... .....                     Doğru-dürüst məlumat almaq da problemdir .....                     Burda müştəri məmnuniyyəti bir xəyaldır... .....                     ACI REALLIQLAR... .....                     "Biz niyə fikirlərimizi nifrət və təhqir olmadan deyə və yaza bilmirik?" .....                     FAİZSİZ KREDİT FIRILDAĞI... .....                     ADY-də pulu bax, belə qazanırlar... .....                     Yeni sorğu Paşinyanın partiyasının inamlı liderliyini göstərir .....                     "Vaxtım gedir, mən bu yaxşılıqdan heç nə qazanmıram" .....                     Rusiya Ermənistana satdığı qazın qiymətini artırmaq istəyir .....                     Türkiyə Hörmüz boğazının açılmasını əsas prioritet hesab edir .....                     “Kəmaləddin Heydərovla bir-birimizi yarım sözdən anlayırıq” .....                     "SF Azerbaijan" BOKT-un xalis mənfəəti 2 dəfədən çox azalıb .....                     Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb .....                     Paşinyan sevərlərə... .....                     Uşaqpulu verilsə... .....                     Rasim Balayevin qəbirüstü abidəsi ilə bağlı .....                     Ermənistan iqtisadiyyatı sanksiyalara tab gətirə biləcəkmi? .....                     “Babək” yatağı niyə BP-yə verilir .....                     ARVAD... .....                     Paşinyanın taleyini xarici amillər müəyyənləşdirə bilər? .....                     Rus konsul ölkədən çıxarıldı, Zaxarova qəzəbləndi: .....                     “Səni unutmaq günahdır, amma unuduldun....” .....                     Ermənistan İrandan bu raketləri aldı .....                     Ermənistandan Rusiyanı qəzəbləndirəcək şok statistika... .....                     Karapetyan Ermənistan parlamentin spikerini məhkəməyə verib .....                     Moskvanın İrəvana təhdidləri dayanmır .....                     Partiya sədri "Metropoliten" rəhbərliyini sərt TƏNQİD ETDİ .....                 

Putin Paşinyana ermənilərlə bağlı nə deyib? – Kremli qarışdıracaq qərar
Tarix: Bu gün, 09:11 | Çap et

Rusiya Prezidenti Vladimir Putin mayın 29-da Avrasiya İqtisadi Forumunun yekunlarından sonra keçirilən mətbuat konfransında Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyünün müzakirəsi ilə bağlı sualı cavablandırıb. Putin bildirib ki, Rusiya və Ermənistan xalqları arasında xüsusi münasibətlər var.

Rusiya prezidenti Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə də bu məsələyə diqqət çəkdiyi söyləyib. Putin Paşinyana Ermənistan üçün yaxşı olan hər şeyin Rusiya üçün də məqbul olduğunu dediyini vurğulayıb.

Analitiklər isə Ermənistanın seçkilərdən sonra Aİİ və KTMT-dən rəsmən çıxacağını iddia edir.

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Vladimir Putinin Avrasiya İqtisadi Forumunun yekunlarına dair mətbuat konfransında Ermənistanla bağlı səsləndirdiyi fikirlər ilk baxışdan iqtisadi inteqrasiya məsələlərinə aid görünsə də, əslində daha geniş geosiyasi məna daşıyır:

“Belə ki, Putin açıq şəkildə Ermənistanın Avropa İttifaqına inteqrasiya cəhdləri ilə Avrasiya İqtisadi İttifaqında tamhüquqlu iştirakının uzunmüddətli perspektivdə uzlaşmasının mümkün olmadığını bəyan etdi. Bu açıqlama Rusiyanın İrəvana ünvanladığı ən açıq siyasi xəbərdarlıqlardan biri kimi qiymətləndirilə bilər.

Təbii ki, son illərdə Ermənistanın xarici siyasətində müşahidə olunan dəyişikliklər rəsmi Kreml tərəfindən diqqətlə izlənilir. Xüsusilə 2020-ci ildən sonra regionda formalaşan yeni geosiyasi reallıqlar, Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi və münaqişənin bitməsi Ermənistanın xarici siyasət prioritetlərinin yenidən müəyyənləşdirilməsinə səbəb olub. Baş nazir Nikol Paşinyan hakimiyyəti əvvəlki illərdən fərqli olaraq təhlükəsizlik və inkişaf məsələlərində alternativ tərəfdaşlar axtarmağa başlayıb və bu istiqamətdə Avropa İttifaqı, ABŞ və Fransa ilə əlaqələri əhəmiyyətli dərəcədə genişləndirib.

Əslində, Ermənistanın Qərbə yaxınlaşması yeni proses deyil. Lakin son üç ildə bu siyasət daha sistemli xarakter almağa başlayıb. İlk növbədə Ermənistan Avropa İttifaqının müşahidə missiyasını öz ərazisində yerləşdirdi, ABŞ ilə strateji dialoqu genişləndirdi, Fransa ilə hərbi-texniki əməkdaşlığı dərinləşdirdi və Avropa institutları ilə inteqrasiyanı prioritet istiqamətlərdən biri elan etdi. Bütün bunlar Kremlin ənənəvi təsir zonasında yerləşən ölkənin tədricən fərqli geosiyasi kurs formalaşdırmaq niyyətini nümayiş etdirir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Putinin çıxışında diqqət çəkən əsas məqam siyasi deyil, iqtisadi arqumentlərin ön plana çəkilməsi oldu. Rusiya rəhbərliyi anlayır ki, Ermənistanın Qərblə yaxınlaşmasının qarşısını siyasi bəyanatlarla almaq artıq əvvəlki qədər asan deyil. Bu səbəbdən Moskva iqtisadi reallıqları gündəmə gətirir. Avrasiya İqtisadi İttifaqının vahid gömrük məkanı, texniki tənzimləmə sistemi və ticarət qaydaları Avropa İttifaqının normaları ilə uyğun gəlmir. Ermənistan Avropa bazarına inteqrasiya etdikcə bu ziddiyyətlər daha da dərinləşəcək.

Burada diqqət çəkən əsas məqam isə Putinin Ukrayna nümunəsini xatırlatmasıdır. Kreml uzun illərdir Ukrayna böhranının əsas səbəblərindən biri kimi Kiyevin Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamaq cəhdlərini göstərir. Putinin bu məsələyə yenidən toxunması təsadüfi deyil. Bu, əslində Ermənistan rəhbərliyinə ünvanlanan mesajdır ki, iqtisadi seçimlər zamanla siyasi və təhlükəsizlik xarakterli nəticələr də yarada bilər”.

Politoloq bildirib ki, Ermənistanın Rusiyadan tam uzaqlaşması barədə danışmaq hələ tezdir:

“Bunun bir neçə fundamental səbəbi var. İlk növbədə Ermənistan iqtisadiyyatı hələ də Rusiya bazarından ciddi şəkildə asılıdır. Ermənistanın ixracında Rusiyanın payı yüksək olaraq qalır. Ölkəyə daxil olan pul köçürmələrinin əhəmiyyətli hissəsi Rusiyada çalışan erməni vətəndaşlarından gəlir. Həmçinin enerji sektorunda Rusiyanın mövqeləri güclü olaraq qalır. Eləcə də, Ermənistanın Avrasiya İqtisadi İttifaqında üzvlüyü son illərdə ölkə iqtisadiyyatına müəyyən üstünlüklər qazandırıb. Belə ki, Rusiyaya tətbiq olunan sanksiyalardan sonra Ermənistan bir sıra məhsulların tranzit və təkrar ixrac mərkəzlərindən birinə çevrildi. Nəticədə son illərdə Ermənistan iqtisadiyyatında qeydə alınan yüksək artım göstəricilərinin mühüm hissəsi məhz bu amillə əlaqələndirilir. Bu səbəbdən rəsmi İrəvan üçün Rusiya ilə iqtisadi əlaqələrin kəskin şəkildə zəiflədilməsi ciddi risklər yarada bilər.

Digər tərəfdən isə Paşinyanın Avropa siyasətinin də öz məhdudiyyətləri var. Avropa İttifaqı Ermənistanı siyasi baxımdan dəstəkləsə də, yaxın perspektivdə bu ölkənin tamhüquqlu üzvlüyü və ya geniş maliyyə paketləri ilə təmin olunması real görünmür. Ermənistanın coğrafi mövqeyi, iqtisadi imkanları və regionun mürəkkəb geosiyasi mənzərəsi Avropa inteqrasiyasını uzunmüddətli prosesə çevirir. Ona görə də, İrəvanın qarşısında dayanan əsas vəzifə Rusiya ilə münasibətləri tam pozmadan Qərblə əlaqələri genişləndirməkdir”.

Politoloqun sözlərinə görə, seçkilərdən sonrakı dövrdə Paşinyanın hakimiyyətdə qalacağı təqdirdə onun Avropa yönümlü siyasəti böyük ehtimalla davam edəcək:

“Lakin bu siyasətin əsas məqsədi Ermənistanın dərhal geosiyasi blok dəyişməsi deyil, daha çox xarici siyasətdə manevr imkanlarının artırılması olacaq. Paşinyan çalışacaq ki, Avropa ilə siyasi və iqtisadi əlaqələri genişləndirməklə Rusiyadan asılılığı tədricən azaltsın. Bununla yanaşı, Moskva ilə münasibətlərin tam qırılmasının Ermənistan üçün ağır nəticələr yarada biləcəyini də nəzərə almağa məcburdur.

Nəticə etibarilə, Putinin son bəyanatı göstərir ki, Ermənistan qarşıdakı bir neçə il ərzində daha mürəkkəb seçimlərlə üzləşəcək. Çünki rəsmi İrəvan həm Rusiya ilə strateji əlaqələri qorumaq, həm də Avropa ilə inteqrasiyanı dərinləşdirmək istəyir. Lakin beynəlxalq münasibətlər təcrübəsi göstərir ki, geosiyasi ziddiyyətlərin kəskinləşdiyi dövrlərdə balanslı siyasəti yürütmək əvvəlkindən daha çətin olur. Ona görə də, Ermənistanın yaxın perspektivdə əsas problemi Qərbə yaxınlaşmaq deyil, bu yaxınlaşmanın Moskva ilə münasibətlərdə yaratdığı riskləri necə idarə etmək olacaq”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Turan Tovuz” Konfrans Liqasına buraxılmayacaq? – Klubdan açıqlama
Bu gün, 10:23
SEPAH ABŞ-ın daha bir PUA-sını vurdu
Bu gün, 10:21
"Sərhəd kəndini məhv etmək planınız varmı?" - İrəvanda GƏRGİNLİK
Bu gün, 09:18
Yaponiyada tayfun təhlükəsi səbəbindən təxminən 300 aviareys ləğv edilib
Bu gün, 09:15
Fitsodan çağırış: - Bu, dünya müharibəsinə səbəb ola bilər!
Bu gün, 09:14
Putin Paşinyana ermənilərlə bağlı nə deyib? – Kremli qarışdıracaq qərar
Bu gün, 09:11
Fars-molla rejimi artıq Tramp hakimiyyətinə inanmır... - KİV
Bu gün, 09:00
Putinin hədəsi işə yarayacaqmı? - GƏLİŞMƏ
Bu gün, 08:42
Səfər Mehdiyevin bacanağı yüksək vəzifəyə gətirilir... - İDDİA
Bu gün, 08:33
ADY sanki sərnişinləri aparmır... UÇURUR... - Di gəl, anla...
Bu gün, 08:25
Hippokrat andını SU KİMİ İÇƏNLƏR... - BU NƏDİ BELƏ?
Bu gün, 08:17
SOCAR rəhbərliyi bir izahat versin, görək... - MÜRACİƏT
Bu gün, 08:01
Paşinyan niyə bir addım öndə görünür... - AKTUAL
Bu gün, 07:48
Doğru-dürüst məlumat almaq da problemdir - NARAZILIQ VAR...
Bu gün, 07:42
Burda müştəri məmnuniyyəti bir xəyaldır... - GİLEY
Bu gün, 07:34
ACI REALLIQLAR... silsiləsindən...
Bu gün, 07:20
"Biz niyə fikirlərimizi nifrət və təhqir olmadan deyə və yaza bilmirik?" - ETİRAZ
Bu gün, 07:14
FAİZSİZ KREDİT FIRILDAĞI... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:03
ADY-də pulu bax, belə qazanırlar... - AXI NİYƏ?..
Bu gün, 06:48
Yeni sorğu Paşinyanın partiyasının inamlı liderliyini göstərir - 65% səs...
Bu gün, 06:31
"Vaxtım gedir, mən bu yaxşılıqdan heç nə qazanmıram" - ONA GÖRƏ DƏ...
Bu gün, 06:19
Rusiya Ermənistana satdığı qazın qiymətini artırmaq istəyir - KİV
Dünən, 17:00
Türkiyə Hörmüz boğazının açılmasını əsas prioritet hesab edir
Dünən, 16:51
“Kəmaləddin Heydərovla bir-birimizi yarım sözdən anlayırıq” – Baba Vəziroğlu
Dünən, 16:44
"SF Azerbaijan" BOKT-un xalis mənfəəti 2 dəfədən çox azalıb
Dünən, 16:41
Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb
Dünən, 15:34
Paşinyan sevərlərə... - Unutmayaq ki...
Dünən, 15:28
Uşaqpulu verilsə... ...sərhəd açılsa, nə olar?!!
Dünən, 15:24
Rasim Balayevin qəbirüstü abidəsi ilə bağlı AÇIQLAMA
Dünən, 15:19
Ermənistan iqtisadiyyatı sanksiyalara tab gətirə biləcəkmi? - GƏLİŞMƏ
Dünən, 15:16
“Babək” yatağı niyə BP-yə verilir - Bakının strateji planı
Dünən, 15:13
ARVAD... - Dəyişək... amma nə ilə?
Dünən, 15:10
Paşinyanın taleyini xarici amillər müəyyənləşdirə bilər? — Deputatdan AÇIQLAMA
Dünən, 15:09
Rus konsul ölkədən çıxarıldı, Zaxarova qəzəbləndi: - NATO-ya PUA çağırışı
Dünən, 15:04
“Səni unutmaq günahdır, amma unuduldun....” - Xalq artisti
Dünən, 15:02
Ermənistan İrandan bu raketləri aldı - Foto
Dünən, 15:00
Ermənistandan Rusiyanı qəzəbləndirəcək şok statistika... - Əhalinin 75 faizi o qərarı verdi
Dünən, 14:54
Karapetyan Ermənistan parlamentin spikerini məhkəməyə verib - BUNA GÖRƏ...
Dünən, 14:48
Moskvanın İrəvana təhdidləri dayanmır – Gərginlik pik həddə
Dünən, 13:28
Partiya sədri "Metropoliten" rəhbərliyini sərt TƏNQİD ETDİ - "İşə gəlir mənbəyi kimi baxırlar"
Dünən, 13:03
Gizli Rusiya proqramı üzə çıxdı: - 20 min uşaq qaçırılıbmı?
Dünən, 13:01
Ermənistanın geosiyasi manevri - Rusiya asılılığından çıxış mümkündürmü?
Dünən, 12:59
Türkiyə erkən prezident seçkisinə gedir?..
Dünən, 12:55
Trampın sağlıq vəziyyəti açıqlanıb - Həkim arıqlamağı məsləhət görüb
Dünən, 12:51
Pentaqon rəhbəri Yeni Zelandiyanı ABŞ-ın hərbi gücünə qarşı "parazit" adlandırıb - KİV
Dünən, 12:47
Rusiya məşhur eksklavla təhdid edildi, Putin özündən çıxdı – Sərt CAVAB
Dünən, 12:25
“Bakıda və Abşeronda həkimlə təmin olunma, hətta Avropa standartları səviyyəsindədir” - Müşfiq Məmmədli belə deyir...
Dünən, 12:21
Hələ uşaq ikən “Barselona”da oynayacağıma inanırdım - Qordon
Dünən, 12:13
Fanatını polisə şikayət edib - yazdığı şərhlərə görə...
Dünən, 12:09
Zəngilanda “Hünər-İnşaat” işlətdiyi fəhlələrin maaşını vermədi: ONLAR DA YOLU BAĞLADI - NARAZILIQ VAR...
Dünən, 12:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru