"Demək, böyük elektronika satışı mərkəzləri yeni oyuna əl atıb..." "DİA-AZ" xəbər verir ki, bu barədə "AZBank Klubu" sosial qrupundakı paylaşımında Ülvi Nəsirov adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra özünün etiraz dolu müraciətini belə davam etdirir:
"Yazırlar ki 18 aylıq faizsiz kredit... gedirsən həmin elektronika mağazalarına, deyirlər, rəsmiləşdirmə zamanı komissiya tətbiq olunur.
"Rəsmiləşdirmə" çox böyük işdir axı... ona görə də komissiya alırlar.
Bir sözlə, insanları aldatmaq üçün faizin adın dəyişib, ediblər: "Komissiya"..."








