Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                     Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? .....                     Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? .....                     Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır .....                     Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi .....                     Starmer könüllü olaraq istefa verə bilər .....                     Məqsədimiz bu idi və Putin bacarmadı .....                     Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... .....                     "Bizi adam yerinə qoymurlar..." .....                     Binəqədidə sakinlər buna görə narazılıq edir... .....                     ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq .....                     Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? .....                     Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir .....                     İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb .....                     Formatın süqutu: Rusiya nəyə ümid edir? .....                     Rusiya-Ukrayna savaşında həlak olan azərbaycanlıların məzarına “şəhid” sözü yazılmamalıdır .....                     “ “Avroviziya”-da qalib gələnlər orada-burada, restoranlarda pul qazanırlar, bu yarışmada iştirak etməməliyik” .....                     Ermənistan: müxalifət milyonçu, hakimiyyət “dilənçi” .....                     Köçəryan özünü tam olaraq Putinin vassalı hesab edir... .....                     “Qərb Paşinyanın sərt addımlarına göz yuma bilər” .....                     İcra Hakimiyyətinin 213 min manatlıq "alış-veriş"i ləğv olundu .....                     "Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ .....                     Qazancımızı basıb yeyirik, yoxsa qazancımız ancaq YEMƏYƏ ÇATIR? .....                     ABŞ İrana qarşı intensiv hücumları bərpa etməyə hazırlaşır .....                     Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək .....                 

Küveytdən Azərbaycana axıdılan 10 milyon dolların qaranlıq marşrutu: - Əlixan Musayevi “İnterpol”un axtardığı bu şəxslərlə nə bağlayır?
Tarix: 29-03-2026, 17:14 | Çap et

Radikalizm heç vaxt birdən yaranmır. O, əvvəl sözlə başlayır, sonra düşüncəyə çevrilir, daha sonra isə davranışa keçir. Tarix sübut edib ki, terror təşkilatlarının ən güclü silahı silah deyil – ideologiyadır. Bir ideologiya cəmiyyətə daxil olduqda, onu dayandırmaq çətinləşir. Buna görə radikallaşmanın ideoloji mərhələsi ən təhlükəli mərhələ sayılır.

Bu gün dünyada radikal dini qrupların yenidən fəallaşması fonunda təhlükəsizlik məsələləri daha kəskin müzakirə olunur. Bu səbəbdən radikal düşüncənin yayılması ilə bağlı hər bir fakt və iddia hüquqi müstəvidə araşdırılmalıdır.

Azərbaycanda bu kontekstdə adı ən çox hallanan şəxslərdən biri Əlixan Musayevdir. Onun fəaliyyəti ilə bağlı səslənən ittihamlar artıq sadəcə dini polemika deyil, dövlət təhlükəsizliyi, maliyyə nəzarəti və cinayət hüququ məsələsinə çevrilib. Bu ittihamların ağırlığı isə məsələni birbaşa istintaq predmetinə çevirir.

Təkfirçi ideologiya və radikal çağırışlar

Əlixan Musayevin çıxışlarında müsəlmanları asanlıqla “kafir” və “müşrik” elan edən yanaşmanı müdafiə etdiyi görünür. Bu yanaşma cəmiyyətdə dini parçalanma yarada biləcək təhlükəli ideoloji xəttdir. Dini dözümsüzlük və məzhəbi qarşıdurma yaradan ritorika isə artıq dini polemika deyil, radikalizmə aparan yolun başlanğıcı hesab olunur.

Onun bəzi moizələrində müxtəlif dini qruplara qarşı sərt və ittihamedici ifadələrin işlədilir. Bu isə cəmiyyət daxilində gərginlik yaratmaqla yanaşı, dövlətin dini sabitlik siyasətinə zidd fəaliyyət kimi dəyərləndirilə bilər.

Suriyaya çağırışlar və azərbaycanlıların taleyi ilə bağlı məsuliyyət iddiaları

Ən ağır ittihamlardan biri Suriyada vətəndaş müharibəsi dövründə verilən dini çağırışlarla bağlıdır. İddialara görə, bu çağırışlar nəticəsində yüzlərlə azərbaycanlı xarici münaqişə zonasına yollanıb. Bu proses nəticəsində həyatını itirən və ya geri qayıda bilməyən şəxslərin taleyi hələ də cəmiyyət üçün ağrılı mövzudur. Bu barədə onun “Cihad” fətvası da sosial mediada dolaşmaqdadır:

Maraqlıdır ki, onun toruna düşüb Suriyaya gedənlər ya ölkəyə qayəda bilmir, ya da gəldikdən sonra cəza çəkirlər. Onlara xeyir-dua verən Əlixan Musayev isə yenə kafe-restoran gəzib, radikalizmi təbliğ edib, gənclərimizi İŞİD bataqlığına gömməkdə davam edir.

Bu, sadəcə ideoloji məsələ deyil, insan həyatına və milli təhlükəsizliyə birbaşa təsir edən məsələdir.

10 milyon dollar, brilyant daş-qaş və beynəlxalq axtarışda olan şəxslərlə əlaqə iddiaları

Ən ciddi ittiham maliyyə əlaqələri ilə bağlıdır. İddialara görə, Əlixan Musayev uzun müddət “İslam İrsinin Dirçəlişi Cəmiyyəti” adlı təşkilatın Azərbaycan nümayəndəsi olub. Bu təşkilat radikalizm və terrorla əlaqəli fəaliyyət iddiaları səbəbilə Azərbaycanda 2003-cü ildə bağlanıb, daha sonra isə 2022-ci ildə Küveytdə də fəaliyyəti qadağan edilib.

Məlumatlara görə, Musayev bu təşkilat vasitəsilə 10 milyon dollardan artıq maliyyə vəsaiti əldə edib. Bu vəsaitlərin ölkəyə necə gətirildiyi, hansı kanallar vasitəsilə daxil olduğu və hansı məqsədlərə sərf edildiyi barədə ciddi suallar mövcuddur.

Xüsusilə iddia olunur ki, bu maliyyə vəsaitlərinin bir hissəsi pul formasında deyil, brilyant və qiymətli daş-qaş şəklində ölkəyə gətirilib. Bu əməliyyatların Dubay vasitəsilə həyata keçirildiyi və daş-qaşın pulun gizli şəkildə ölkəyə daxil edilməsi üçün istifadə olunduğu bildirilir.

Daha ağır iddia isə ondan ibarətdir ki, Əlixan Musayev maliyyə vəsaitlərini Əbu Casim əş-Şəmməri və Əbu İbrahim adlı şəxslərdən alıb. Bildirilir ki, həmin şəxslərin hər ikisi də “İslam İrsinin Dirçəlişi Cəmiyyəti”nin əməkdaşları olub və Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib.

Əgər bu məlumatlar təsdiqini taparsa, bu artıq təkcə maliyyə pozuntusu deyil, beynəlxalq cinayət şəbəkəsi ilə əlaqə və qanunsuz maliyyə dövriyyəsi məsələsi deməkdir.

Dövlətçilik və ideoloji təhlükə məsələsi

Radikal dini ritorika vasitəsilə geniş dini kütlə formalaşdırmaq cəhdləri müşahidə olunub. Bu fəaliyyətin məqsədinin dini müxalifətçilik adı altında dövlət və rəhbərlik əleyhinə ideoloji baza yaratmaq olduğu iddia edilir.

Belə hallarda məsələ artıq dini fikir mübahisəsi deyil, dövlət təhlükəsizliyi və ictimai sabitlik məsələsinə çevrilir. Çünki radikal ideologiya üzərindən formalaşan təşkilatlanmış kütlə zamanla sosial və siyasi riskə çevrilə bilər.

Bu ittihamlar sadə iddialar deyil. Söhbət radikal ideologiya, xarici maliyyə, beynəlxalq axtarışda olan şəxslərlə əlaqə və dövlət təhlükəsizliyi riskindən gedir. Belə hallarda susmaq riskləri artırır.

Əgər milyonlarla dollar ölkəyə daxil olubsa, bu pulların mənbəyi araşdırılmalıdır. Əgər beynəlxalq axtarışda olan şəxslərlə əlaqə olubsa, bu fakt hüquqi qiymət almalıdır. Əgər radikal ideologiya yayılıbsa, bu fəaliyyət qanun qarşısında cavab verməlidir.

Eyni zamanda ölkədən növbəti dəfə qaçma təhlükəsi olduğundan Əlixan Musayevin ölkədən giriş-çıxışı da suallar yaradır. Çünki Türkiyədə olarkən iki dəfə Böyük Britaniyadan viza tələb edən Musayevin yenidən təhlükə hiss edərsə anoloji addımı atması mümkündür.
Qısacası, Əlixan Musayevlə bağlə iddialar da, bu iddiaları dəstəkləyən öz səs yazıları da ortadadır. Jurnalist araşdırması da bir yerə qədərdir. Gerisinin necə oıacağını isə zaman göstərəcək.

İsmayıl Yusifoğlu - yenicag.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Bu gün, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Bu gün, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Bu gün, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Bu gün, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Bu gün, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Bu gün, 10:04
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Bu gün, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Bu gün, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Bu gün, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Bu gün, 09:35
Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42
Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? - İLGİNC FAKTLAR
Bu gün, 05:35
Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir - GİLEY
Bu gün, 05:12
İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb - KİV
Bu gün, 05:05
Formatın süqutu: Rusiya nəyə ümid edir? - AKTUAL
Bu gün, 05:03
Rusiya-Ukrayna savaşında həlak olan azərbaycanlıların məzarına “şəhid” sözü yazılmamalıdır - ETİRAZ
Bu gün, 05:02
“ “Avroviziya”-da qalib gələnlər orada-burada, restoranlarda pul qazanırlar, bu yarışmada iştirak etməməliyik” - ÇAĞIRIŞ
Bu gün, 04:59
Ermənistan: müxalifət milyonçu, hakimiyyət “dilənçi” - ARAŞDIRMA
Bu gün, 04:56
Köçəryan özünü tam olaraq Putinin vassalı hesab edir... - GƏLİŞMƏ
Bu gün, 04:54
“Qərb Paşinyanın sərt addımlarına göz yuma bilər” - ÇÜNKİ...
Bu gün, 04:50
İcra Hakimiyyətinin 213 min manatlıq "alış-veriş"i ləğv olundu - BUNA GÖRƏ
Bu gün, 04:48
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ - Ofşor mülklər, qarşılıqsız çeklər və HƏBS SSENARİSİ
Bu gün, 04:46
Qazancımızı basıb yeyirik, yoxsa qazancımız ancaq YEMƏYƏ ÇATIR? - "Bu rəqəm Afrika ölkələrinə yaxındır..."
Bu gün, 04:29
ABŞ İrana qarşı intensiv hücumları bərpa etməyə hazırlaşır - "The New York Times"
Bu gün, 04:19
Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək
Dünən, 17:41
Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb
Dünən, 17:40
Xoşqədəmin əri Doğuşdan şok ETİRAF - "Münasib olmayan yerlərimdən bıçaqlanmışam, kişi belə..."
Dünən, 17:02
Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək
Dünən, 16:59
ADY-dən 258 min manatlıq tender - Saqqız, kəkliklotu, mixək alır
Dünən, 16:58
“ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” - deputat
Dünən, 16:56
114 nömrəli avtobusun bitməyən problemləri... – Niyə tədbir görülmür?
Dünən, 16:51
Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı
Dünən, 16:14
Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü - Ermənistan mediası
Dünən, 16:07
62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI - TƏFƏRRÜAT
Dünən, 16:06
Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - Yasamalda gərgin məhkəmə işi
Dünən, 16:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru