Bir az yağıntı olan kimi gözəl paytaxtımızın bir çox yeri yenə gölləndi, aşıb-daşdı. Hər dəfə də məsul şəxslər çıxıb şablon cavablarla vəziyyətdən çıxırlar.
Yaş yerlər quruyandan sonra hər şey unudulur. Olan sadə xalqa olur. Oturub 10-15 min maaşın azlığından şikayət edən vəzifəli şəxsin yağışda, palçıqda piyada yol gedən camaat nə vecinə.
30 il erməni tapdağında qalan torpaqları alan, düşmənləri qovan mərd oğulların, qazilərin aldığı 80 manat müavinətin qarşılığında özlərinə 5, 10, 15 min manat və daha çox məvacib tələb edən məmurdan nə gözləyəsən?
Bunlar üçün şəhid ruhuna, qaziyə hörmət kimi hisslər yaddır.
Ancaq ver yeyim, ört yatım. Bir də kamera, mikrofon önündə boğazdan yuxarı boş-boş, ibarəli danışmaq. Başqa bir əməli işləri yoxdur.
Yağış yağanda gizlənib suyun torpağa hopmasını, çəkilib getməsini gözləyirlərsə, büdcədən bu qədər işçiyə, harın məmurcuqlara nə üçün pul verilməlidir.
Axı bunlar hamısı hər bir vətəndaşın gəlirindən tutulan vergilərdən ödənir.
Müəllif: Sima Babayeva - Mənbə: "DİA-AZ"









