"Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğulları Tale və Nicat Heydərovlar ötən il ekranlara çıxan "Dead of Winter" (Azərbaycanca "Qışın ortasında") triller filmində icraçı prodüser (Executive Producer) kimi iştirak ediblər..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Cavanşir Həsənli ictimailəşdirib.
O daha sonra bildirir: "Lakin bu məlumat Azərbaycan ictimaiyyətinə açıqlanmayıb.
Kino sənayesində onların vəzifəsini belə izah etmək olar: icraçı prodüserlər adətən filmin çəkilməsi üçün lazım olan kapitalı ya özləri birbaşa yatırır, ya da kənar investisiyaların və fondların cəlb olunmasını təmin edirlər.
Məlum olan odur ki, filmin çəkilişlərinə Alman Federal Film Fondu (DFFF) 2.6 milyon avro və "Film- und Medienstiftung NRW" fondu 1 milyon avro dəstək verib.
Filmdə baş rolları dünya şöhrətli aktrisalar Emma Thompson (Barb rolu) və Judy Greer canlandırıblar.









