AZAL hava şəraiti ilə əlaqədar müvəqqəti dayandırılan Naxçıvan reyslərinin icrasına davam edir .....                     WUF13 - Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir .....                     Ermənistan Azərbaycanla demarkasiya təlimatlarını müzakirəyə çıxardı .....                     Naxçıvanda "Böyük bağ" abadlaşdırılacaq .....                     17 mayda keçirilmiş imtahanın nəticələri ləğv olunacaq? .....                     Azərbaycanlı kişi rusiyalı qadınla evləndi, prokurorluq hərəkətə keçdi .....                     Burda rəsmən bazar açıblar... .....                     Azərbaycanda "halal" şirkətlərinin milyonlarla borcu var .....                     Yeniyetmələr yol ayrıcında: AUE -nin milli variantı .....                     Azərbaycan neftinin qiyməti 118 dolları keçib .....                     Naxçıvanlılar 30 faiz aşağı maaş alırlar... .....                     Anomal yağıntılar məhsul qıtlığı yarada bilər? .....                     İran Hörmüzdən keçid üçün ödənişləri tənzimləmək məqsədilə rəsmi qurum yaratdı... .....                     “Space FM”ə yeni direktor təyin edildi .....                     Tramp IRS-ə qarşı iddiasını geri çəkib: .....                     Araz Paşayev: YERİNDƏ OLMAYAN KADR... .....                     Bu yağan yağış deyil... MƏMUR YEYİNTİSİNİN ifadəsidir... .....                     Zaur Mikayılovun GÖRDÜYÜ İŞ... .....                     Azərbaycanlı yazıçı Bakıdan deport olundu .....                     Ukraynanın Rusiyaya zərbələri koordinasiyasızdır .....                     Bu, Rusiya üçün ən ağrılı məqamdır .....                     "SpaceX"in kosmodromunda istehsalat qəzası nəticəsində bir nəfər ölüb .....                     Onun qəbuluna düşmək ÇƏTİNDİR .....                     "İnsanın ömrünün bir anında nəfəsalma zamanı var" .....                     Nizami rayonu NƏZARƏTSİZ BURAXILIB? .....                     ADSEA şefi özünü belə sığortalayır .....                     İran-ABŞ müharibəsi davam edəcəkmi? .....                     “Həyat yoldaşımla şərt kəsdik, sərhəd qoyduq, çətinliklə də olsa qəbullandı, .....                     Stabil maaş: yeni dəbdəbə? .....                     Rusiyanın sonuncu “qalası” qazı Azərbaycandan ALACAQ .....                     “Avropa Parlamenti Bakıya qarşı ikili oyun oynayır” .....                     Mingəçevir xəstəxanasında 90 min manatlıq alış-veriş .....                     Rusiyanın hava əlaqələri çökür: Kreml həm də Azərbaycana ümidlidir .....                     İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib .....                     ABŞ-dan daha bir KUBA HƏMLƏSİ .....                     "Onlar gərginlikdən bəslənirlər..." .....                     Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı .....                     Xalq artistləri "Turan marşı"nı təqdim edəcək .....                     Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı .....                     Gah yol çəkir, gah da lift quraşdırır... .....                 

HƏQİQƏTƏN DƏ: Turist Azərbaycanı niyə seçməlidir ki? - Quru sərhədlər bağlı, hotel, servis xidmətləri....
Tarix: 25-01-2026, 06:43 | Çap et

Dünya Səyahət və Turizm Şurasının (WTTC) məlumatına görə, qlobal turizm sektoru 2025-ci ili tarixdə ən yüksək göstəricilərlə başa vurub.

Sektorun qlobal iqtisadiyyata ümumi töhfəsi 10 trilyon avroya yüksəlib ki, bu da qlobal ÜDM-in 10,3 %-ni təşkil edir. Bu, əvvəlki illə müqayisədə 6,7 % artım deməkdir.

WTTC məlumatları göstərir ki, sektor dünyada hər üç işçidən birini məşğulluqla təmin edir. WTTC prezidenti və baş direktoru Qloriya Gevara bildirib ki, "turizm, iqtisadiyyatın vacib sahələrindən biri olaraq, dünya ölkələrin inkişafına mühüm təsir göstərir”.

Məlumata görə, 2025-ci ildə 1,5 milyarddan çox insan xaricə səyahət edib ki, bu da 2024-cü illə müqayisədə 80 milyon çoxdur. Gündə orta hesabla 219 min beynəlxalq gəliş qeydə alınıb ki, bu da sektorun qlobal miqyasda tam bərpasını və dinamizmini təsdiqləyir.

Eyni zamanda, Avropada turizm investisiyaları 2,5 trilyon avroya çatıb ki, bu da regionun ÜDM-nin 10 %-ni təşkil edir. Artım illik müqayisədə 5,1 % təşkil edib.

Qloriya Gevara vurğulayıb ki, Avropa turizmi həm pandemiyadan əvvəlki dövrdən, həm də ötən ildən daha yaxşı nəticələr göstərib.

Məhz ötən il İspaniya rekord sayda ziyarətçi qəbul edib. Belə ki, ölkə 2025-ci ildə 96,5 milyon xarici turist qəbul edib ki, bu da əvvəlki illə müqayisədə 2,9 faiz çoxdur. Nəticədə turizmin birbaşa və dolayı yolla iqtisadi inkişafa təsiri 260 milyard avroya çatıb. Ümumilikdə, bu sektor artıq İspaniyanın ÜDM-nin 16 %-ni təşkil edir və 3,2 milyon insanı işlə təmin edir.

Dünyanın xəritəsinə nəzər salsaq görərik ki, turizim sektorunda artım qlobal miqyasda geniş yayılsa da, yeganə istisna ABŞ olub. ABŞ-da turizm investisiyaları 2025-ci il ərzində təxminən 16,3 milyard avro azalıb.

Qloriya Gevara bildirib ki, turizm artıq İspaniya iqtisadiyyatın təməl daşlarından birinə çevrilib. Eyni zamanda, İspaniyanın BMT Turizm Agentliyinin və Dünya Turizm Şurasının (WTTC) qərargahına ev sahibliyi etməsi də bu rolu daha da gücləndirir.

O, əlavə edib ki, Dünya Səyahət və Turizm Şurası Madriddə yeni ofis açmağa hazırlaşır və təxminən 35 nəfərdən ibarət beynəlxalq komanda formalaşdıracaq.

Dünya Səyahət və Turizm Şurası, eləcə də qlobal turizmin davamlı inkişafı üçün ölkələr arasında səyahətə mane olan hüquqi maneələrin və bürokratiyanın azaldılmasının vacibliyini vurğulayıb və dövlət-özəl sektor əməkdaşlığının artırılmasına çağırıb.

Bəs hazırda ölkəmizdə bu sektorda mövcud vəziyyət necədir?

Qeyd edək ki, Azərbaycanda da uzun illərdir ki, turizm prioritet elan olunsa da, bu sektor yerində sayır. Fərqli illər üzrə statistik rəqəmlərə baxdıqda bunu aydın görmək olur. 2025-ci ildə Azərbaycana 189 ölkədən 2 milyon 570,2 min və yaxud 2024-cü illə müqayisədə 2,1 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, gələnlərin 23,9 faizi Rusiya, 17,7 faizi Türkiyə, 8,1 faizi İran, 6,5 faizi Hindistan, 4,3 faizi Gürcüstan, 4,1 faizi Səudiyyə Ərəbistanı, 4,0 faizi Qazaxıstan, 3,5 faizi Pakistan, 2,7 faizi İsrail, 2,5 faizi Çin, 2,4 faizi Özbəkistan, 1,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər biri 1,0 faiz olmaqla Belarus, Böyük Britaniya və Küveyt, 12,9 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 67 faizini kişilər, 33 faizini qadınlar təşkil edib.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,8 faizi hava, 22,9 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Görünən odur ki, Azərbaycana gələn turistlərin sayı artmaq əvəzinə, daha da azalır. Ölkəmizə ən çox turist səfəri 2019-cu ildə qeydə alınıb ki, bu rəqəm də 3 milyon nəfər təşkil edib.

Turist səfərlərinin sayının azalması isə müxtəlif amillərlə izah edilir. Burada quru sərhədlərinin bağlı olması, yalnız Bakıda deyil, bölgələrdəki hotellərdə gecələmə qiymətlərinin, eləcə də servis xidmətlərinin baha olması göstərilir.

Bundan başqa, ölkəyə gələn turistlərdə maraq doğuracaq obyektlərin sayının azlığı da burada rol oynayır. Onu da unutmamalııyıq ki, bu gün turistlər maraqlı, əyləncəli, "adrenalin" yaşayacaq məkanlara daha çox üstünlük verirlər.

Azərbaycan turizm sektoru qəbul etməlidir ki, yalnız "Qız Qalası", "Qobustan qaya rəsimləri", "Atəşgah" və "Şəki Xan sarayı"nı təqdim etməklə milyonlarla turist cəlbinə nail olmaq mümkün deyil.

Azərbaycanda hotellərin qiymətinə gəldikdə, onlardan cəmi bir neçəsinin qiymətini təqdim etmək kifayətdir:

*“Hyatt Regency Baku” - 1 nəfərlik üçün standart otaq 134 manat

*“JW Marriott Abseheron Baku” - 1 nəfərlik üçün standart otaq 294 manat

*“Ramada by Wyndham Baku” - 1 nəfərlik üçün standart otaq 127 manat

*“Qafqaz Tufandag Mountain Resort Hotel” - 1 nəfərlik üçün standart otaq 229 manat

*“Qafqaz Riverside Resort Hotel Gabala” - 1 nəfərlik üçün standart otaq 204 manat

*“Cinar Hotel Naftalan” - 1 nəfərlik üçün standart otaq 128 manat

*“Seki Marxal Hotel”- 1 nəfərlik üçün standart otaq 130 manat

*“Qəbələ Garden Otel” - 1 nəfərlik üçün standart otaq 99 manat

*“Sheki Palace Hotel” –1 nəfərlik üçün standart otaq 79 manat.

Turist bu qiymətlərə baxarkən düşünür ki, bu cür baha qiymətə, məsələn, 1 603 manata 7 günlük “Qafqaz Tufandag Mountain Resort Hotel”də gecələməkdənsə, 5 ulduzlu Antalya oteldə 7 günlük 1 600 manata turla səfər etmək daha məqsədəuyğundur.

Hətta Antalya turu zamanı iki nəfərlik səfər zamanı qiymətlərdə endirim də tətbiq olunur. Həmin qiymətə hoteldə gündə 3 dəfə qidalanma da daxildir.

Ölkəmizdə nə qədər ki, düzgün turizm siyasəti həyata keçirilmir, 2025-ci ilin nəticələri kimi turist səfərlərinin sayı azalmaqda davam edəcək.

Ötən il ölkəmizə gələn 2 milyon 570,2 min turistin bir çoxu müxtəlif idman yarışları və konfrans iştirakçılarının təşkil etdiyini nəzərə alsaq, demək ki, sırf turizm məqsədilə gələnlərin sayı o qədər də çox deyil.

Ölkəmizdə bu sektordakı acınacaqlı vəziyyət onu göstərir ki, mövcud problemlər, o cümlədən quru sərhədlərin bağlı olması, hotellərdə qiymətləri, həmçinin servis xidmətlərin baha olması, eləcə də turistlər üçün maraq doğuracaq məkanların, əyləncələrin təşkili öz həllini tapmayınca, turist bizim ölkəni seçməyəcək. Bununla həm də ölkəyə milyardlarla valyuta axınının qarşısı alınmış olur.

Nigar Abdullayeva
"Cebheinfo.az"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL hava şəraiti ilə əlaqədar müvəqqəti dayandırılan Naxçıvan reyslərinin icrasına davam edir - DİQQƏT!
Bu gün, 09:59
WUF13 - Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:57
Ermənistan Azərbaycanla demarkasiya təlimatlarını müzakirəyə çıxardı - KİV
Bu gün, 09:55
Naxçıvanda "Böyük bağ" abadlaşdırılacaq
Bu gün, 09:53
17 mayda keçirilmiş imtahanın nəticələri ləğv olunacaq? - AKTUAL
Bu gün, 09:49
Azərbaycanlı kişi rusiyalı qadınla evləndi, prokurorluq hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 09:48
Burda rəsmən bazar açıblar... - İTTİHAM VAR...
Bu gün, 09:37
Azərbaycanda "halal" şirkətlərinin milyonlarla borcu var
Bu gün, 09:31
Yeniyetmələr yol ayrıcında: AUE -nin milli variantı – Allah Uzaq Eləsin
Bu gün, 09:29
Azərbaycan neftinin qiyməti 118 dolları keçib
Bu gün, 09:09
Naxçıvanlılar 30 faiz aşağı maaş alırlar... - AXI NİYƏ?
Bu gün, 09:08
Anomal yağıntılar məhsul qıtlığı yarada bilər? – Mütəxəssis deyir ki...
Bu gün, 09:05
İran Hörmüzdən keçid üçün ödənişləri tənzimləmək məqsədilə rəsmi qurum yaratdı... - KİV
Bu gün, 08:04
“Space FM”ə yeni direktor təyin edildi - BUNDAN SONRA...
Bu gün, 08:02
Tramp IRS-ə qarşı iddiasını geri çəkib: - ABŞ-də 1,8 milyard dollarlıq fond yaradılır
Bu gün, 08:00
Araz Paşayev: YERİNDƏ OLMAYAN KADR... - İLGİNC FAKTLAR
Bu gün, 07:57
Bu yağan yağış deyil... MƏMUR YEYİNTİSİNİN ifadəsidir... - "Əslində Bakı çoxdan dayanıqlı şəhərdir..."
Bu gün, 07:48
Zaur Mikayılovun GÖRDÜYÜ İŞ... - Maləsəf... O hələ də İŞ BAŞINDADIR...
Bu gün, 07:31
Azərbaycanlı yazıçı Bakıdan deport olundu - TƏFƏRRÜAT
Bu gün, 07:24
Ukraynanın Rusiyaya zərbələri koordinasiyasızdır - ABŞ kəşfiyyatı
Bu gün, 07:03
Bu, Rusiya üçün ən ağrılı məqamdır - Zelenski
Bu gün, 07:02
"SpaceX"in kosmodromunda istehsalat qəzası nəticəsində bir nəfər ölüb - KİV
Bu gün, 07:00
Onun qəbuluna düşmək ÇƏTİNDİR - qəbul etsə də, NƏ FAYDASI?
Bu gün, 06:50
"İnsanın ömrünün bir anında nəfəsalma zamanı var"
Bu gün, 06:32
Nizami rayonu NƏZARƏTSİZ BURAXILIB? - VİDEOFAKT
Bu gün, 06:21
ADSEA şefi özünü belə sığortalayır - FOTOFAKT
Bu gün, 06:10
İran-ABŞ müharibəsi davam edəcəkmi? - Sərdar Cəlaloğlu ŞƏRH EDİR
Bu gün, 06:06
“Həyat yoldaşımla şərt kəsdik, sərhəd qoyduq, çətinliklə də olsa qəbullandı, çünki səhnədə ər-arvad deyildik, evdə...”
Bu gün, 06:02
Stabil maaş: yeni dəbdəbə? - ARAŞDIRMA
Bu gün, 06:00
Rusiyanın sonuncu “qalası” qazı Azərbaycandan ALACAQ - GƏLİŞMƏ
Bu gün, 05:58
“Avropa Parlamenti Bakıya qarşı ikili oyun oynayır” - Vuçiç deyir ki...
Bu gün, 05:56
Mingəçevir xəstəxanasında 90 min manatlıq alış-veriş
Bu gün, 05:53
Rusiyanın hava əlaqələri çökür: Kreml həm də Azərbaycana ümidlidir - SİYAHI
Bu gün, 05:50
İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib - "Al Mayadeen"
Bu gün, 05:47
ABŞ-dan daha bir KUBA HƏMLƏSİ - CNN
Bu gün, 02:45
"Onlar gərginlikdən bəslənirlər..." - partiya sədri
Bu gün, 02:38
Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı - FAKT BUDUR!
Bu gün, 02:25
Xalq artistləri "Turan marşı"nı təqdim edəcək
Dünən, 18:19
Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı - TƏFƏRRÜAT
Dünən, 18:19
Gah yol çəkir, gah da lift quraşdırır... - Əlövsət Orucovun şirkəti bu dəfə 735 manatlıq sifariş aldı
Dünən, 18:15
Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi
Dünən, 17:18
Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub - Natiq Miri
Dünən, 17:13
Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir - Mariya Zaxarova
Dünən, 17:09
Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq - SİYAHI
Dünən, 17:05
“Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb
Dünən, 17:00
Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Dünən, 16:50
Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? - DEPORTASİYA REJİMİ
Dünən, 16:42
Döyüşə robotlar gedir – Azərbaycan üçün əsas nəticə...
Dünən, 16:38
XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib
Dünən, 16:37
Mandatı olsa da, misrası olmayan şair deputatımız - Saffari yazır…
Dünən, 16:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru