İqtisadiyyat.az bu barədə Dövlət satınalmalarının vahid internet portalına istinadla xəbər verir.
Məlumata əsasən, Naxçıvan Şəhər İcra Hakimiyyəti bununla əlaqədar müvafiq hazırlıq işlərinə başlayıb.
Abadlaşdırma işlərinə 2,9 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.
Qeyd edək ki, "Böyük bağ" Naxçıvanda sakinlərin ən böyük istirahət məkanlarından biridir. Bağ 1914-cü ildə şəhər xeyriyyəçilərinin vəsaiti ilə (xüsusilə Şahbazağa Kəngərli, Kərbəlayi Musa, Miriş Ağanın təşəbbüsü ilə) “Padşahlıq bağı” adı ilə salınıb. 1951-ci ildə bağda yanğın baş verib və buradakı teatr binası yanıb. Sonradan teatr binası köçürülüb. Bağ isə 1980-ci ildə yenidən bərpa olunaraq istifadəyə verilib.









