“Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? .....                     Paşinyan Putinə 200 dəfə zəng edib .....                     İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır .....                     Dövlətin yol getdiyi Adam... .....                     Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır .....                     “Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” .....                     Köçəryan seçki sandığını terrorla əvəzləyir: .....                     “Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır .....                     Ermənistanda Rusiya pasportu skandalı: .....                     Türk dövlətləri vahid valyutaya nə vaxt keçə bilər? .....                     Putin və Si Cinpin strateji tərəfdaşlığın inkişafına dair birgə sənədlər imzalayıblar .....                     Kremlin geosiyasi dalanı: Ermənistana qarşı sərt ritorika və isterika .....                     Özəl sektorda iş yerlərinin sayı 19,9 min artıb, muzdlu işçilərin sayı 28,8 min azalıb .....                     SSRİ bayrağı, “Georgi lenti” və milyonluq ittihamlar .....                     Ya imtahan Naxçıvanda da təşkil olunmalı, ya da... .....                     Ankaradakı bəzi “qardaşlara” səmərəli təklif: “Arabalarınıza təyyarə qanadı taxın” .....                     “Bunları yığışdırın, hər şeyi bacarırlar, muğam oxumaqda niyə aciz olsunlar ki?” .....                     Mühasib şirkətin vergi borclarının silinməsi adı ilə dələduzluq etdi, .....                     Köçəryan erməni seçiciləri AZƏRBAYCANLA təhdid edir... .....                     Hamlet Musayevin qızı azadlığa buraxıldı .....                     Seçkidən sonra Paşinyanı qələbə münasibətilə ilk Putin təbrik edəcək .....                     Burda ancaq PUL YIĞMAĞI BİLİRLƏR... .....                     Tanışının “Kontakt Home”dan aldığı telefonu başqasına satdı: .....                     Ailə sürücüsü şirkət rəhbərinin otağından oğurladığı pulları kazino oyunlarında uduzdu .....                     Karapetyanın qardaşı oğluna qarşı ikili vətəndaşlığı gizlətməsinə görə cinayət işi qaldırılıb .....                     Məmurlar işini itirir, yoxsa bazar dəyişir? .....                     "İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz" .....                     İcra hakimiyyətlərinə tender qadağası .....                     Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ? .....                     Bakı “üçüncü İran müharibəsi” hazırlığında .....                     Günün fotosu: .....                     'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib .....                     İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı .....                     "Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" .....                     Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR .....                     "Əslində qiymət bundan ucuz olmalıdır..." .....                     Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb .....                     Samuxda təhsil adına OYUNBAZLIQ... .....                     Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? .....                     Nazir müavini Vüqar Kərimova ağır ittihamlar .....                 

ABŞ İranda hakimiyyəti devirmək üçün daha aktiv addımlar atacaq - GƏLİŞMƏ
Tarix: 6-01-2026, 09:57 | Çap et

Dünyada cərəyan edən bir sıra proseslər beynəlxalq gündəmi zəbt edib. Bu proseslərin ən diqqətçəkən ünvanlarından biri isə yenidən İrandır. 2025-ci il dekabrın 28-də ölkədə inflyasiyanın sürətlə dərinləşməsi və milli valyutanın ABŞ dolları qarşısında rekord həddə dəyər itirməsi səbəbilə, son üç ilin ən kütləvi etiraz aksiyaları başlayıb.

İlk etiraz qığılcımları Tehranın Qapalı Bazar ərazisində alışıb və qısa müddət ərzində dalğa kimi yayılaraq ölkənin müxtəlif şəhər və əyalətlərini əhatə edib. Gərginliyin artması ilə təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq məqsədilə gözyaşardıcı qazdan istifadə edib. Xüsusilə paytaxt Tehranda silahlı iğtişaşçıların bir neçə bölgədə dövlət qurumları və hökumət binalarına hücumları davam etdirdiyi bildirilir. Rəsmi mənbələrin açıqlamasına görə, qarşıdurmalar zamanı təhlükəsizlik qüvvələrinin bir əməkdaşı da daxil olmaqla azı 20 nəfər həyatını itirib. Hadisələr beynəlxalq müstəvidə də ciddi rezonans doğurub. ABŞ Prezidenti Donald Tramp etirazlara açıq dəstək nümayiş etdirərək bildirib ki, İranda dinc nümayişçilərə qarşı güc tətbiq ediləcəyi təqdirdə, Vaşinqton proseslərə müdaxilə edə bilər. Bu açıqlama rəsmi Tehranın sərt reaksiyasına səbəb olub. İranın ali dini liderinin baş müşaviri Əli Şamxani xəbərdarlıq edib ki, ABŞ-nin ölkənin daxili işlərinə müdaxiləsi kəskin cavabla nəticələnəcək. İranın ali rəhbəri Seyid Əli Xamenei isə baş verən hadisələrin kökünü hökumətin səriştəsizliyində deyil, “düşmənin məqsədyönlü və məkrli siyasətində” gördüyünü bildirib. Onun fikrincə, valyuta bazarında qiymətlərin nəzarətsiz artımı təsadüfi xarakter daşımır. Məsələ xarici qüvvələrin planlı fəaliyyətinin nəticəsidir. Xamenei vurğulayıb ki, xalqın dəstəyi ilə düşmənə qarşı qətiyyətli mübarizə aparılacaq. İran Prezidenti Məsud Pezeşkian isə ilkin mərhələdə fərqli mövqe nümayiş etdirib. O, mövcud iqtisadi çətinliklərə görə hökumətin məsuliyyət daşıdığını bəyan edib və rəsmi şəxsləri ABŞ kimi xarici aktorları günahlandırmaqdan çəkinməyə çağırıb. Lakin Trampın iddialı açıqlamasından sonra Pezeşkianın ritorikasında da dəyişiklik müşahidə olunub. O, etirazçılara qarşı zorakılıq olacağı təqdirdə ABŞ-nin onları “xilas edəcəyi” ilə bağlı bəyanatını, cəfəngiyyat adlandırıb. Daha sonra İran prezidenti həqiqət, ədalət və imamın yolu ilə gedən bir millətin heç bir qüvvə tərəfindən sarsıdıla bilməyəcəyini vurğulayıb.

Politoloq Zərdüşt Əlizadə Sherg.az-a açıqlamasında İranda baş verən kütləvi iğtişaşların təkcə daxili sosial narazılıqlarla izah edilə bilməyəcəyini qeyd edib.

Onun sözlərinə görə, mövcud proseslərin formalaşmasında həm İran hakimiyyətinin apardığı səmərəsiz daxili siyasət, həm də Qərbin uzunmüddətli təzyiq mexanizmləri həlledici rol oynayır.

Ekspert bildirir ki, İran İslam Respublikası təxminən 40 ildir beynəlxalq sanksiyalar altında fəaliyyət göstərir və bu müddət ərzində ölkənin sərbəst iqtisadi manevr imkanları ciddi şəkildə məhdudlaşıb:

“İran sanksiyalar ucbatından neftini sərbəst sata bilmir, qabaqcıl texnologiyalara çıxışı yoxdur. Qərb demək olar ki, bütün əsas sahələrdə İrana sistemli şəkildə maneçilik törədir. Bu da birbaşa olaraq iqtisadi duruma və əhalinin sosial rifahına mənfi təsir göstərir. Mövcud sanksiyalar İran iqtisadiyyatına ciddi zərbə vurub, lakin bütün məsuliyyəti yalnız xarici amillərin üzərinə atmaq da doğru deyil. Rəsmi Tehran daha çevik və rasional idarəetmə modeli qura bilsəydi, sanksiyalara baxmayaraq iqtisadiyyatın müəyyən qədər stabilləşdirilməsi mümkün olardı. Məhz bu sahədə yol verilən səhvlər ölkədə kəskin bahalaşma, qıtlıq və sosial narazılığın dərinləşməsinə gətirib çıxarıb”.

Politoloq vurğulayıb ki, İran mətbuatı artıq bu problemləri açıq şəkildə gündəmə gətirirərək, iqtisadi böhranın miqyasını gizlətmir. O, İran Prezidenti Məsud Pezeşkianın ali dini elitanın siyasətini tənqid etməsini də ölkə daxilində mövcud siyasi ziddiyyətlərin açıq təzahürü kimi qiymətləndirib.

Z.Əlizadə ABŞ-nin mövqeyinə toxunaraq, Vaşinqtonun İranla bağlı siyasətini kəskin tənqid edib:

“Xüsusilə Donald Tramp administrasiyası beynəlxalq münasibətlərdə ikili standartlara əsaslanan imperialist xətt yürüdür. Tramp bir tərəfdən Qəzzada uşaqların öldürülməsini pisləyir, digər tərəfdən isə İsrailə silah sataraq, hərbi dəstək göstərir. Trampın Venesuela və Yaxın Şərq neftinin ABŞ-yə məxsus olması ilə bağlı səsləndirdiyi açıqlamalar onun imperialist düşüncə tərzini açıq şəkildə nümayiş etdirdiyini göstərir”.

İranda davam edən iğtişaşların hazırkı mərhələsinə toxunan politoloq bildirib ki, proseslər hələlik rəsmi Tehranın nəzarəti altındadır. Onun sözlərinə görə, İran hakimiyyətinin kifayət qədər güclü təhlükəsizlik infrastrukturu və sərt cəza mexanizmləri mövcuddur. Lakin etirazların uzunmüddətli və kütləvi xarakter alması hakimiyyətin zəifləməsinə səbəb ola bilər.

Z.Əlizadənin fikrincə, məhz belə bir vəziyyətdə ABŞ və İsrail İran İslam Respublikasını devirmək üçün daha aktiv addımlar atmağa çalışacaqlar:

“Bu gün Misir, Mərakeş, Səudiyyə Ərəbistanı və Qətər kimi ölkələr İsrailin işğalçı siyasətinə faktiki olaraq müqavimət göstərmir. İran isə regionda İsrailə qarşı prinsipial və açıq mövqe nümayiş etdirən yeganə dövlətdir. ABŞ və İsrail İranı məhz bu mövqeyinə görə düşmən hesab edir. Qətərlə İranın müqayisəsi də bu baxımdan diqqətçəkicidir. İranda nisbi siyasi pluralizm və müxalif fikirlər mövcud olduğu halda, Qətərdə avtoritar idarəetmə hökm sürür”.

Zərdüşt Əlizadənin qənaətincə, Qərb dövlətləri uzun illərdir sanksiya mexanizmləri vasitəsilə İran İslam Respublikasını zəiflətməyə cəhd göstərir. O, beynəlxalq mediada Qərb və yəhudi lobbisinin dominant mövqedə olduğunu, Fələstin məsələsində isə beynəlxalq hüququn selektiv şəkildə tətbiq edildiyini xüsusi vurğulayıb. Politoloqun fikrincə, İsrailin mülki əhalini bombaladığı bir şəraitdə öz torpaqlarını müdafiə edən HƏMAS-ın terror təşkilatı kimi təqdim olunması, ikili standartların açıq və bariz təzahürüdür.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Bu gün, 12:06
Paşinyan Putinə 200 dəfə zəng edib
Bu gün, 12:02
İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Bu gün, 11:51
Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Bu gün, 11:48
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Bu gün, 11:36
Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Bu gün, 11:28
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Bu gün, 11:25
Ermənistanda Rusiya pasportu skandalı: - Məşhur milyarderin qohumu həbs oluna bilər
Bu gün, 11:23
Türk dövlətləri vahid valyutaya nə vaxt keçə bilər? - AÇIQLAMA
Bu gün, 11:11
Putin və Si Cinpin strateji tərəfdaşlığın inkişafına dair birgə sənədlər imzalayıblar - "Xinhua" agentliyi
Bu gün, 11:09
Kremlin geosiyasi dalanı: Ermənistana qarşı sərt ritorika və isterika - Moskva yeni reallığı qəbul etməyə açıq şəkildə hazır deyil
Bu gün, 11:04
Özəl sektorda iş yerlərinin sayı 19,9 min artıb, muzdlu işçilərin sayı 28,8 min azalıb – Rəsmi
Bu gün, 11:03
SSRİ bayrağı, “Georgi lenti” və milyonluq ittihamlar – Saleh Səmədov işi böyüyür
Bu gün, 11:00
Ya imtahan Naxçıvanda da təşkil olunmalı, ya da... - ETİRAZ VAR...
Bu gün, 10:53
Ankaradakı bəzi “qardaşlara” səmərəli təklif: “Arabalarınıza təyyarə qanadı taxın” - BELƏ HARA GEDİRİK?
Bu gün, 10:49
“Bunları yığışdırın, hər şeyi bacarırlar, muğam oxumaqda niyə aciz olsunlar ki?” - xanəndədən ETİRAZ
Bu gün, 10:35
Mühasib şirkətin vergi borclarının silinməsi adı ilə dələduzluq etdi, pulları “Topaz”da uduzdu
Bu gün, 10:34
Köçəryan erməni seçiciləri AZƏRBAYCANLA təhdid edir... - "Zəngəzurda məscid tikəcəklər..."
Bu gün, 10:25
Hamlet Musayevin qızı azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 10:19
Seçkidən sonra Paşinyanı qələbə münasibətilə ilk Putin təbrik edəcək - Sərkisyan
Bu gün, 10:11
Burda ancaq PUL YIĞMAĞI BİLİRLƏR... - Qanunsuzluq, özbaşınalıq və əmək istismarı
Bu gün, 10:09
Tanışının “Kontakt Home”dan aldığı telefonu başqasına satdı: - “Dedi ki, uzun illər türmədə olub, “vor-zakon”dur”
Bu gün, 09:52
Ailə sürücüsü şirkət rəhbərinin otağından oğurladığı pulları kazino oyunlarında uduzdu – HÖKM
Bu gün, 09:46
Karapetyanın qardaşı oğluna qarşı ikili vətəndaşlığı gizlətməsinə görə cinayət işi qaldırılıb - Ermənistan mediası
Bu gün, 09:42
Məmurlar işini itirir, yoxsa bazar dəyişir? - Görünəni odur ki...
Bu gün, 09:37
"İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz" - ÇAĞIRIŞ
Bu gün, 09:35
İcra hakimiyyətlərinə tender qadağası - NƏ BAŞ VERİR?
Bu gün, 09:32
Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ? - İşçilər deyir ki...
Bu gün, 09:30
Bakı “üçüncü İran müharibəsi” hazırlığında - AKTUAL
Bu gün, 09:21
Günün fotosu: - AY BƏRƏKALLAH...
Bu gün, 08:15
'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib - KİV
Bu gün, 07:58
İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - AY MAŞALLAH...
Bu gün, 07:52
"Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" - NARAZILIQ VAR...
Bu gün, 07:34
Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR - yarımçıq qalan yol və körpülər...
Bu gün, 07:09
"Əslində qiymət bundan ucuz olmalıdır..." - HESABLAYAQ...
Bu gün, 07:02
Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb - "Times"
Bu gün, 06:40
Samuxda təhsil adına OYUNBAZLIQ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:36
Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? - ARAŞDIRMA
Bu gün, 06:25
Nazir müavini Vüqar Kərimova ağır ittihamlar – “Meşə mafiyası”nın başında kim dayanır?
Bu gün, 06:24
Məhkəmə Hicran Əyyubovaya qarşı... QƏRAR VERDİ
Bu gün, 06:16
"Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" - Əməkdar müəllimdən ETİRAZ
Bu gün, 06:12
Kürdəmirdə QOÇULUQ edən məmur kimdir - NARAZILIQ VAR...
Bu gün, 06:10
Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb
Bu gün, 06:00
Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 05:59
ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib - C-SPAN kanalı
Bu gün, 05:57
“ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” - ETİRAZ VAR!
Bu gün, 01:41
Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır - BU NƏDİ BELƏ?
Bu gün, 01:38
Qarabağlı “siyasətçiyə” qarşı sərt addım – iş ağır maddəyə keçirildi
Bu gün, 01:34
Moskvada rekord temperatur qeydə alındı
Dünən, 18:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru