"Qaymaq" şirkətinə məxsus "Kərə yağı" (daha çox səhər yeməkləri üçün uyğundur) 3 ilin içərisində 150% bahalaşıb. "DİA-AZ" sosial şəbəkəyə istinadla xəbər verir ki, daha öncə qəpik-qəpik bahalaşma edilsə də, son 2 ay ərzində qəfil yüksəlişə keçərək, 6 manatdan 8 manat 59 qəpiyə çatıb.
Qeyd edək ki, bu fakt sosial şəbəkə istifadəçiləri tərəfindən həyəcanla qarşılanıb.
"Heç "NVİDİA" şirkətinin səhmləri belə sürətlə yüksəlmir" deyə etirazlarını ifadə edən narazı vətəndaşlar daha sonra qeyd edirlər:
"Lakin işə bax ki, ölkə vətəndaşının qazancı bu yağla müqaisədə çoxalmır. İqtisadiyyatda buna "İnfilyasiya spiralı" deyilir. Prosesin belə formadan irəliləməsi isə ölkə iqtisadiyyatını təzyiqdə saxlayır..."








