Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın “qanuni oğru”larla yaxınlığı Ermənistanı silkələyib.
Publika.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb. Bildirilir ki, Nikol Paşinyan kriminal subkulturaya qarşı mübarizə imitasiyasını yaratdığı halda, onun ailə üzvləri oğru ailələri və avtoritetlərlə yaxınlaşır.
“Ötən gün qanuni oğru, “Look at the Girls” mağazasının sahibi Arsen Mkrtçyanın (Arsen İrəvanski) arvadı və qızı Anna Akopyanla növbəti pullu şam yeməyinə qatılıb.
İnternetdə qanun oğrunun arvadı, qızı və Paşinyanın qızının da iştirak etdiyi müxtəlif partiya və tədbirlərdən çoxsaylı fotolar yayılıb. Onların son vaxtlar İrəvanski ailəsinə çox yaxınlaşdıqları və hətta dini baxışları bölüşdüklərini də deyirlər”, - məqalədə bildirilir.








