Qumar oyunları təşkil edən 12 nəfərlik dəstənin cinayət işi üzrə məhkəmə prosesi keçirildi, .....                     Türkiyə ilə Ermənistan Gümrü-Qars dəmir yolunun bərpası ilə bağlı görüşəcək .....                     Ramiz Mehdiyev işində adı keçən “Şərq-Qərb” Nəşriyyatı kimindir: Elm və Təhsil Nazirliyi niyə ancaq onunla işləyir? .....                     Qohum evliliyini işıqlandırdığına görə .....                     Bu şirkət xəstəxana tikintisi üçün 10 milyonluq .....                     Azərbaycanda bankların aktivləri öhdəliklərindən nə qədər çoxdur? .....                     "Ziraat Bank" (Azərbaycan)da əmanətləriniz TƏHLÜKƏDƏ .....                     Bəzi yerlərdə yağış yağacağı ehtimalı var .....                     Ramiz Mehdiyevin cinayət işi üzrə yeni detallar məlum oldu .....                     Mirzoyan və Kallas tərəfdaşlıq üzrə yeni gündəliyi müzakirə edib .....                     "Hətta İrəvanın mərkəzindəki Göy məscid də farslaşdırılıb" .....                     Moskvada erməni tanınmış kinooperatoru qətlə yetirib .....                     Ruslar bizə İKİNCİ TƏYYARƏ MESAJI YOLLAYIR... .....                     Elxan Elatlıya ağır itki üz verib .....                     Neft qiymətləri büdcə qiymətindən aşağıda: Azərbaycanda devalvasiya təhlükəsi .....                     Ramiz Mehdiyevin evində AXTARIŞ APARILIB? .....                     “Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi: QIYMƏTLƏR BAHALAŞDI .....                     Sinif yoldaşının ölümündə təqsirləndirilən məktəbliyə hökm oxunub .....                     Aİ Şurası Rusiya qazından mərhələli imtinanı təsdiqləyir .....                     BU NƏDİ BELƏ: İmşili sakinini özünün xəbəri olmadan arvadından boşayıblar... .....                     Azərbaycanda 9 milyon manatlıq şirkət ləğv edilir .....                     Erməni generalın ailəsinə məxsus 1,2 milyardlıq əmlak müsadirə olundu .....                     Ermənistan parlamenti müxalifətin milli böhranla bağlı bəyanatını rədd edib .....                     Yavər Camalovun gəlini vəfat etdi .....                     İcra başçısından şikayət: 3 ildir vətəndaşların pulunu vermir .....                     "Appro Hospital“da əməliyyat faciəsi .....                     Rusiya XİN Lavrov-Rubio görüşünün təxirə salınmasına dair xəbərləri təkzib edib .....                     NDU tələbələrə 5 gün VAXT VERDİ: Pulu ödəməsələr... .....                     "İntiqam Məmmədova yalvardı ki, polisə demə..." .....                     “Nail Kəmərli özünü atamın adı ilə reklam edir, yalvardım ki, bacımı reabilitasiyaya yerləşdir, dedi ki...” .....                     Azərbaycan və Qazaxıstan beynəlxalq arenada biri birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür .....                     Azərbaycanlı reper müharibədə həlak oldu .....                     "Məni şantaj edir?" .....                     Müştərini aldadan zərgər məhkəmə zalından həbs olundu .....                     Gürcüstanın müdafiə naziri Ermənistanda səfərdədir .....                     AZƏRİQAZ niyə tərpənmir: Gərək FACİƏ BAŞ VERSİN? .....                     “Pensiya yaşını 59-dan yuxarı etmək düzgün deyil” .....                     Nura Suri Ramiz Mehdiyevi keçmişdə tərifləyib, indi söyənlərdən yazdı .....                     Yazıçı ilə siyasətçi söz savaşına çıxdı .....                     Tramp sülh lideri kimi tarixə düşmək istəyir .....                 

“Boz kardinal”ın Kiyevdə donuz ferması və kolbasa zavodu üzə çıxdı - sensasion detallar
Tarix: Bu gün, 08:58 | Çap et

Bu gün dövlətə xəyanət ittihamı ilə üz-üzə qalan Ramiz Mehdiyev təkcə ölkə daxilində deyil, ölkə xaricində də şəbəkə qurub. Və bu şəbəkə zaman-zaman Azərbaycana qarşı ən ağlasığmaz planlarda yer alıb. İndi isə həmin imperiyanın xarici qolu olan Ukrayna xətti ifşa olunmaqdadır.

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun Ukraynanın separatçıların nəzarətində olan Donetsk bölgəsinə milyonlarla dollar sərmayə yatırması vaxtilə Azərbaycan diplomatiyası üçün biabırçı böhrana çevrilmişdi. Ukrayna Təhlükəsizlik Xidmətinin ifşa etdiyi bu fakt nəticəsində Kiyev rəsmi Bakıya nota göndərmişdi.

Dövlətimizin beynəlxalq nüfuzunu sarsıdan bu olayda Ramiz Mehdiyev nə etdi?

O, dövlətin maraqlarını deyil, öz biznes şərikini müdafiə etdi! Prezident Administrasiyasında keçirdiyi qapalı müşavirədə günahı Elton Məmmədovda yox, Azərbaycan səfirində və korrupsiya idarəsində axtardı. Bir neçə gün sonra həmin səfir geri çağırıldı. Çox keçmədi ki, Mehdiyevin ən sadiq kadrı, ona “ağsaqqalım, dostum, sirdaşım” deməkdən yorulmayan, “Ramiz Mehdiyevin kitabları hər kəsin masaüstü kitab olmalıdır” deyən Elmira Axundova Ukraynaya səfir təyin olundu. Aydın idi ki, bu, diplomatik təyinat yox, “səfir alveri” idi. Elmira Axundovanın nə diplomatik təcrübəsi vardı, nə xarici siyasət biliyi, nə də beynəlxalq imici. Bu məsələni qaldıranlara isə qeyri-adekvat cavablar verilirdi.

Mətbuatda yayılan məlumatlara görə, Axundova bu postu külli miqdarda rüşvət qarşılığında əldə etmişdi. Heç kim bu iddianı təkzib etmədi.

Demokrat.az-ın yazdığına görə, o zaman Mehdiyevin Ukraynaya “yola saldığı” səfirin əlinə xüsusi tapşırıqlar verilib. Kiyev vilayətinin Makarov qəsəbəsində Ramiz Mehdiyevin nəhəng donuz ferması və kolbasa zavodu fəaliyyət göstərir. Bəli, Azərbaycan xalqına “elm”, “mənəviyyat”, “əxlaq” dərsi keçən Ramiz Mehdiyev əslində “donuz biznesi” ilə məşğul imiş. İroniya ondadır ki, Qarabağda erməni separatçılarının başçılarının qurduğu biznesi Ukraynanın separatçılar tərəfindən işğal olunmuş torpaqlarında Mehdiyev təkrarlayıb! Zavodun məhsulları Ukraynadan Azərbaycan bazarına da idxal olunub. Bu müəssisəyə tez-tez baş çəkən isə onun oğlu, general Teymur Mehdiyev olub. Beləcə, Elmira Axundovanın “ağsaqqalı” “kolbasa mafiyası”nın “matriarxı”na çevrilib.

44 günlük Vətən müharibəsindən sonra Elmira Axundovanın Ukraynada sərgilədiyi mövqe xəyanətin diplomatik forması kimi açıq şəkildə görünürdü. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu canı-qanı bahasına torpaqları azad edərkən, Elmira Axundova Kiyevdə oturub dövlətin qələbəsinə kölgə salırdı. 2020-ci ilin noyabrında, Ermənistan kapitulyasiya aktına imza atandan az sonra Axundova Ukraynanın “Svoboda Slova” televerilişinə qatılaraq, Türkiyənin rolunu danıb, Rusiyaya minnətdarlıq bildirib. Bəli, Ramiz Mehdiyevin səfiri, Azərbaycan Ordusunun və Prezident İlham Əliyevin adını çəkmədən, “bizə Türkiyə kömək etmədi” deyə açıqlama vermişdi. Halbuki hər kəs qələbənin qazanılmasında İlham Əliyev, ordu və xalq birliyindən danışırdı.

Ramiz Mehdiyevin dövlətə xəyanət ittihamı ilə istintaqa cəlb olunması ilə o günlərdə baş verənlərin alt qatı daha aydın sezilir. Elmira Axundovanın səfir olaraq danışıqları Azərbaycana qarşı təkcə diplomatik rüsvayçılıq deyildi, ideoloji xəyanət idi.

Həmin çıxışda səfirin mövqeyi ilə Mehdiyevin illərlə gizlətmədiyi anti-Türkiyə, antimilli xətt üst-üstə düşürdü. Ona görə də Elmira Axundova istintaqa cəlb edilməlidir. Bu gün ortada olan məlumatlar Elmira Axundovanın da istintaqa cəlb edilməsini labüd edir. O, təkcə Mehdiyevin təyin etdiyi səfir olmayıb, onun xarici şəbəkəsinin açar fiqurlarından biri kimi fəaliyyət göstərib. Axundova Ukraynada Mehdiyevin maraqlarını qoruyub. Bu faktlar hüquq-mühafizə orqanları üçün artıq prosessual hərəkətlərin başlanması üçün kifayət qədər əsas verir. Axundovanın istintaqa cəlbi ilə Ramiz Mehdiyevin xarici əlaqələri ifşa oluna bilər.

Bütün bunların fonunda Ramiz Mehdiyevin oğlu, general Teymur Mehdiyevin hələ də nazir müavini postunda saxlanılması ciddi suallar doğurur. Atası dövlətə xəyanət, çirkli pulların yuyulması və səlahiyyətdən sui-istifadə ittihamı ilə istintaq altındadırsa, oğlu necə olur ki, dövlətin yüksək postunda fəaliyyətini davam etdirir?

Bu, təkcə etik məsələ deyil, həm də dövlət idarəçiliyinin prinsipiallığına zərbədir. Ramiz Mehdiyevin sisteminin qalıqları hələ də vəzifə kreslolarında əyləşibsə, bu, o deməkdir ki, “xəyanət şəbəkəsi” tam ləğv olunmayıb. Dövlətin maraqları naminə bu zəncirin hər halqası, istər Mehdiyev, istər Axundova, istərsə də onun ailə üzvləri tam hüquqi məsuliyyətə cəlb edilməlidir.

Ramiz Mehdiyev bu gün ev dustaqlığında olsa da, onun illərlə formalaşdırdığı gizli sistem hələ də siyasi və iqtisadi müstəvilərdə izlərini saxlayır. Dövlətin uzun illər susduğu bu xəyanət şəbəkəsinin ifşası Azərbaycan üçün təkcə bir istintaq işi deyil, həm də milli təhlükəsizliyin bərpası prosesidir.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qumar oyunları təşkil edən 12 nəfərlik dəstənin cinayət işi üzrə məhkəmə prosesi keçirildi, ittiham aktı yarımçıq qaldı
Bu gün, 13:31
Türkiyə ilə Ermənistan Gümrü-Qars dəmir yolunun bərpası ilə bağlı görüşəcək
Bu gün, 13:27
Ramiz Mehdiyev işində adı keçən “Şərq-Qərb” Nəşriyyatı kimindir: Elm və Təhsil Nazirliyi niyə ancaq onunla işləyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:26
Qohum evliliyini işıqlandırdığına görə “Space TV”ə xəbərdarlıq olunub
Bu gün, 13:19
Bu şirkət xəstəxana tikintisi üçün 10 milyonluq - MÜQAVİLƏ BAĞLADI
Bu gün, 13:13
Azərbaycanda bankların aktivləri öhdəliklərindən nə qədər çoxdur? – Tam siyahı
Bu gün, 13:05
"Ziraat Bank" (Azərbaycan)da əmanətləriniz TƏHLÜKƏDƏ - DİQQƏT!
Bu gün, 13:01
Bəzi yerlərdə yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:53
Ramiz Mehdiyevin cinayət işi üzrə yeni detallar məlum oldu - TƏFƏRRÜAT
Bu gün, 12:50
Mirzoyan və Kallas tərəfdaşlıq üzrə yeni gündəliyi müzakirə edib
Bu gün, 12:43
"Hətta İrəvanın mərkəzindəki Göy məscid də farslaşdırılıb" - deputat
Bu gün, 12:42
Moskvada erməni tanınmış kinooperatoru qətlə yetirib
Bu gün, 12:37
Ruslar bizə İKİNCİ TƏYYARƏ MESAJI YOLLAYIR... - NƏ BAŞ VERİR?
Bu gün, 12:21
Elxan Elatlıya ağır itki üz verib
Bu gün, 12:19
Neft qiymətləri büdcə qiymətindən aşağıda: Azərbaycanda devalvasiya təhlükəsi - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:17
Ramiz Mehdiyevin evində AXTARIŞ APARILIB? - AÇIQLAMA
Bu gün, 12:00
“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi: QIYMƏTLƏR BAHALAŞDI - TƏFƏRRÜAT
Bu gün, 11:54
Sinif yoldaşının ölümündə təqsirləndirilən məktəbliyə hökm oxunub
Bu gün, 11:50
Aİ Şurası Rusiya qazından mərhələli imtinanı təsdiqləyir
Bu gün, 11:34
BU NƏDİ BELƏ: İmşili sakinini özünün xəbəri olmadan arvadından boşayıblar... - DƏLİXANADIR VALLAH...
Bu gün, 11:30
Azərbaycanda 9 milyon manatlıq şirkət ləğv edilir
Bu gün, 11:24
Erməni generalın ailəsinə məxsus 1,2 milyardlıq əmlak müsadirə olundu - SİYAHI
Bu gün, 11:20
Ermənistan parlamenti müxalifətin milli böhranla bağlı bəyanatını rədd edib
Bu gün, 11:14
Yavər Camalovun gəlini vəfat etdi
Bu gün, 11:00
İcra başçısından şikayət: 3 ildir vətəndaşların pulunu vermir - AXI NİYƏ?
Bu gün, 10:57
"Appro Hospital“da əməliyyat faciəsi - Pasiyent reanimasiya şöbəsində unuduldu
Bu gün, 10:49
Rusiya XİN Lavrov-Rubio görüşünün təxirə salınmasına dair xəbərləri təkzib edib
Bu gün, 10:44
NDU tələbələrə 5 gün VAXT VERDİ: Pulu ödəməsələr... - QOVULACAQLAR!
Bu gün, 10:40
"İntiqam Məmmədova yalvardı ki, polisə demə..." - Tanınmış aktyor dələduzluqla ÜZ-ÜZƏ...
Bu gün, 10:35
“Nail Kəmərli özünü atamın adı ilə reklam edir, yalvardım ki, bacımı reabilitasiyaya yerləşdir, dedi ki...” - QALMAQAL
Bu gün, 10:27
Azərbaycan və Qazaxıstan beynəlxalq arenada biri birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür
Bu gün, 10:21
Azərbaycanlı reper müharibədə həlak oldu - FOTO
Bu gün, 10:12
"Məni şantaj edir?" - TƏFƏRRÜAT
Bu gün, 10:03
Müştərini aldadan zərgər məhkəmə zalından həbs olundu
Bu gün, 09:59
Gürcüstanın müdafiə naziri Ermənistanda səfərdədir - KİV
Bu gün, 09:58
AZƏRİQAZ niyə tərpənmir: Gərək FACİƏ BAŞ VERSİN? - NARAZILIQ VAR...
Bu gün, 09:55
“Pensiya yaşını 59-dan yuxarı etmək düzgün deyil” - Rəşid Mahmudovdan ETİRAZ
Bu gün, 09:45
Nura Suri Ramiz Mehdiyevi keçmişdə tərifləyib, indi söyənlərdən yazdı - İKİÜZLÜ, SATQIN, VİCDANSIZ...
Bu gün, 09:34
Yazıçı ilə siyasətçi söz savaşına çıxdı - “Ölünün dalınca danışmıram”
Bu gün, 09:31
Tramp sülh lideri kimi tarixə düşmək istəyir - ŞƏRH
Bu gün, 09:28
Mehdiyevin gizli əlaqələri bu tarixdə bilinib – Xüsusi əməliyyat keçirilibmiş…
Bu gün, 09:22
Rusiya və İran Ermənistanda hələ də ehtiyat dost rolundadır - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:13
Azrbaycanda bu ilin iyulunda 50 min manat sərmayə ilə yaradılmış şirkət bağlanır
Bu gün, 09:07
Fərhad Paşayev vəfat etdi
Bu gün, 09:02
“Boz kardinal”ın Kiyevdə donuz ferması və kolbasa zavodu üzə çıxdı - sensasion detallar
Bu gün, 08:58
Anar Quliyev BAKININ ANASINI AĞLADIR... - AXI NİYƏ?
Bu gün, 08:55
Azərbaycan üçüncü ölkənin ordusunu Zəngəzur dəhlizinə yerləşdirmək istəyib? - NƏ BAŞ VERİR?
Bu gün, 08:39
Rusiya və ABŞ xarici işlər nazirlərinin görüşü təxirə salınıb - KİV
Bu gün, 08:35
Azərbaycanlı alim Ankarada “Türk dünyasında yeniləşmək-cədidçilik fəlsəfəsinin iki məktəbi: hüseynzadəçilik və qaspıraçılıq” mövzusunda məruzə edib
Bu gün, 08:26
London meri pedofil dəstələrinin fəaliyyətini gizlətməkdə ittiham olunur
Bu gün, 07:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru