İran Prezidenti Məsud Pezeşkian ölkədə təhlükəsizlik və diplomatiya sahəsində qəbul edilən qərarların müəyyən edilmiş siyasi çərçivədən kənara çıxmayacağını bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, dövlət televiziyası və radio qurumunun rəhbər heyəti ilə görüşündə deyib.
“İranın Ali Milli Təhlükəsizlik Şurası çərçivəsindən kənarda və ölkə rəhbərliyi ilə razılaşdırılmadan heç bir qərar qəbul edilməyəcək! Diplomatik istiqamətdə qərar qəbul olunduqdan sonra bütün dövlət strukturları, ictimai platformalar və siyasi dairələr həmin xətti dəstəkləməlidir”.
Pezeşkian bildirib ki, indiyədək ölkə rəhbərliyinin mövqeyinə zidd açıqlama verməməyə və hakimiyyət institutları arasında fikir ayrılığı yaradacaq addımlardan yayınmağa çalışıb:
“Belə vəziyyətlərdən xarici qüvvələr faydalana bilər”.









