Öz dogma, qanı canı bir qardaşı ilə heç bir fəaliyyəti olmayan partiya üstündə qırğın aparan birindən daha cazibədar fikir gözləmirəm! Uşaq pulu verəndə güya insanlar o pulla uşaq baxacaq? Məsələn, bir uşağa ne qədər pul veriləcək ki, ailə məhz o pula görə uşaq dünyaya getirsin? Artiq kimsə 2 uşaqdan artığına cəhd belə etmir. Əvvələr çox uşaqlı anaya qəhrəman statusu verirdilər. İndi 3 uşaqdan artığı olanda cahil kimi baxırlar. Əslində bu psikolojik başqıdır. 10 milyonluq ölkəmiz var. Və getdikcə gənclər uşaq istəmir! Əksinə bizdə uşaqların artımı üçün proqramlar olmalıdır! Bu uşaq puluda olur, uşağına baxaraq işləyə bilməyən anaya müəyyən zaman qədər bağlanan maaş da olur və s. Xalq dövlətindən istəməyib kimdən istəsin? Var olsun dövlətimiz ki, tələb de edək! Əslində, millət vəkilləri danışmasa müzakirə də açılmaz... Ayda ildə bir dəfə ağız açırlar onda da millətin əlehinə... Bunun nəyi millətin vəkili oldu?
Müəllif: Məhsəti Şərif Özyürək - "DİA-AZ"









