Sosial şəbəkələrdə İnşaatçılar metrostansiyası yaxınlığında fəaliyyət göstərən “Fitoclub” adlı mağaza ilə bağlı narazılıq paylaşılıb.
32gun.az bildirir ki, iddialara görə, mağazada artıq 6-7 aydır kassa çek aparatı işləmir, nə QR kod oxunur, nə də alış-veriş zamanı müştərilərə rəsmi çek təqdim olunur.
Paylaşımda qeyd edilir ki, məsələ barədə Vergilər Xidmətinə məlumat verilsə də, hələ də heç bir tədbir görülməyib:
“6-7 aydır kassa aparatı işləmir, nə QR kod oxunur, nə bir şey. Bildirirsən vergiyə – əncam çəkən yoxdur. Özlərinə deyirsən, ‘belədi, xoş deyil alış-veriş eləməyin’ cavabını verirlər.”
İstifadəçi əlavə edib ki, bəzi məhsullar yalnız həmin mağazada satıldığı üçün alıcılar məcbur qalıb alış-veriş etməyə davam edirlər.
Sosial şəbəkə istifadəçiləri də paylaşım altında bu vəziyyəti vergi nəzarətinin zəifliyi və sahibkar məsuliyyətsizliyi kimi dəyərləndiriblər.