Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakıda yerləşən “Fitoclub” mağazası ilə bağlı şikayət
Bakıda yerləşən “Fitoclub” mağazası ilə bağlı şikayətBu gün, 07:26 |
Sosial şəbəkələrdə İnşaatçılar metrostansiyası yaxınlığında fəaliyyət göstərən “Fitoclub” adlı mağaza ilə bağlı narazılıq paylaşılıb. 32gun.az bildirir ki, iddialara görə, mağazada artıq 6-7 aydır kassa çek aparatı işləmir, nə QR kod oxunur, nə də alış-veriş zamanı müştərilərə rəsmi çek təqdim olunur. Paylaşımda qeyd edilir ki, məsələ barədə Vergilər Xidmətinə məlumat verilsə də, hələ də heç bir tədbir görülməyib:
İstifadəçi əlavə edib ki, bəzi məhsullar yalnız həmin mağazada satıldığı üçün alıcılar məcbur qalıb alış-veriş etməyə davam edirlər. Sosial şəbəkə istifadəçiləri də paylaşım altında bu vəziyyəti vergi nəzarətinin zəifliyi və sahibkar məsuliyyətsizliyi kimi dəyərləndiriblər. Geri qayıt |