İdxala son: Yerli istehsalçıların dövranı başlayır? .....                     Əli Həsənovun kadrı Bakı Təhsil İdarəsinə rəhbər gətirilir .....                     Şəki və Şirvan apellyasiya məhkəmələrinə .....                     Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin olunub .....                     Polkovnikə vəzifə verildi .....                     Resurslarımız, pulumuz yoxdur, amma... .....                     Ali Məhkəməyə yeni hakimlər təyin olundu .....                     “Bilmirəm hansısa səbəbdən bu qurum birləşdirildi” .....                     Vəzifəyə təyin olunan əməkdar artist: .....                     Bəli, azərbaycanlılar ət yeməklərini sevəndirlər... amma tapa bilsələr... .....                     Karapetyanın 300 min azərbaycanlı dərdi .....                     İki yol ayrıcında qalan Paşinyanın vəziyyəti ağırdır .....                     Saleh Məmmədovdan qalma KORRUPSİYA RIÇAQLARI LƏĞV OLUNUR... .....                     Ermənistan təhlükənin mənbəyində dolaşır .....                     Yerli kartof marketlərdə maya dəyərindən 8 dəfə baha satılır .....                     “Azfinans” BOKT yenidən zərər edib .....                     ABŞ buna görə narahatdır... .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     "Sizin bir çəkindiyiniz yer varmı?" .....                     Nə yaxşı, nə də pis: Qorxmaz Əlili paradoksu .....                     “Referans Estetik Mərkəzi”ndən CİDDİ NARAZILIQ... .....                     Bakıda türkiyəli iş adamının evindən 193 min manat oğurlayanlar .....                     “Azərbaycanlıların Ermənistanda məskunlaşacağını istisna etmirəm” .....                     Ermənistan Hindistandan yeni silahlar alır: .....                     Robert Köçəryan seçkidə qələbə qazansa, koalisiya hökuməti quracaq .....                     Kreml təbliğatçıları üçün “Facebook”: Qabrelyanovun şəbəkədə hürüşü .....                     Maya dəyəri 5 manat olan mal əti 15 manata satılıb? .....                     Səhmdarlar “FinEx Kredit” BOKT-ni əlavə vəsaitlə ayaqda saxlayır .....                     Rüşvət qalmaqallı direktor görün şagirdi NECƏ ALÇALTDI... .....                     "Ded Xasan"ın "taclandırdığı" "qanuni oğru"nun iddiası .....                     Köçəryan Moskvanın planını açdı .....                     Elgiz Əkbər uzun fasilədən sonra... .....                     Şirkət əməkdaşını döyən qardaşlarla bağlı .....                     "Azpul" BOKT-un xalis mənfəəti 6 dəfəyə yaxın azalıb .....                     "Kartı istəmirəm... niyə pul çıxılmalıdır ki?" .....                     Qərb mediası Paşinyanı “yeganə seçimə” çevirir? .....                     Ermənistan vətəndaşlarının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır .....                     “Artıq çəkimi atıb 15 il sonra Leylini oynadım” .....                     “Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərlə bağlı .....                     Saleh Məmmədovun CİNAYƏT YUVASINDA korrupsiya araşdırması BAŞLADI .....                 

Azərbaycanda korrupsionerlərin “qara günləri” başlayır – Oğurladıqlarını əllərindən belə alacaqlar
Tarix: 16-09-2025, 15:45 | Çap et

Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə cərimə cəzası sabit pul məbləği ilə deyil, cinayətin predmetinin dəyərinin əlli faizindən yetmiş faizinədək miqdarında müəyyən olunacaq.

Musavat.com-un xəbərinə görə, qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qüvvədə olan qanuna görə, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə dörd min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Layihəyə əsasən, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə cinayətin predmetinin dəyərinin əlli faizindən yetmiş faizinədək miqdarında cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılan son qanun layihəsi təsadüfi dəyişiklik deyil.

Onun sözlərinə əsasən, bu dəyişiklik dövlətin cinayət yolu ilə əldə olunmuş əmlaka münasibətində köklü dönüşü şərtləndirəcək:

“Əgər indiyədək cərimə sabit pul məbləği ilə müəyyən olunurdusa, artıq yeni mexanizmdə cinayətin predmetinin dəyəri əsas götürüləcək. Başqa sözlə, qanunsuz yolla milyonlarla gəlir qazanan bir şəxsin məsuliyyəti də eyni miqyasda ölçüləcək. İndiyə qədərki normada 4-8 min manat cərimə həddinin tətbiqi ilə həm xırda miqyaslı, həm də iri maliyyə cinayətləri eyni qəlibdə dəyərləndirilirdi. Bu, ədalət prinsipinə zidd idi. Bir tərəfdə az miqdarda qanunsuz pul dövriyyəsi həyata keçirən şəxs, digər tərəfdə isə yüz minlərlə, bəzən milyonlarla “çirkli pul” leqallaşdıran cinayətkar dayanırdı, lakin onların hər ikisinin üzərinə tətbiq olunan sanksiyanın ölçüsü bir neçə min manatla məhdudlaşırdı”.

Natiq Ələsgərov deyib ki, yeni yanaşma zərərin miqyasına proporsional cəzanı nəzərdə tutur:

“Cinayətin predmetinin 50-70 faizi məbləğində cərimə deməkdir ki, qanunsuz yolla qazanılan hər manatın azı yarısı, çoxu isə böyük hissəsi geri alınacaq. Bu, həm preventiv (qoruyucu), həm də repressiv (cəzalandırıcı) xarakter daşıyır. Dövlət qanunsuz qazanılan sərvətin sahibinə bir mesaj göndərir: sən qazansan da, həmin mənbənin üzərində uzun müddət otura bilməyəcəksən, çünki qanun səni yaxalayacaq. Əslində bu dəyişikliklərin fəlsəfəsində müasir dünyada gedən qlobal tendensiyalar dayanır. “Pul yuyulması” korrupsiya cinayətlərinin “ana arteriyası”dır.

Narkotrafikdən gələn gəlirlər, korrupsiyadan əldə edilən paylar, kölgə iqtisadiyyatının külli miqdarda vəsaitləri məhz leqallaşdırma prosesi olmadan hərəkət edə bilmir. Onu ya ofşor zonalara daşıyırlar, ya daşınmaz əmlak bazarında gizlədirlər, ya da maliyyə sisteminin qanuni institutları ilə qapalı əməliyyatlara cəlb edirlər.

Bu mənada Azərbaycan dövlətinin addımı həm milli təhlükəsizlik maraqlarından, həm də beynəlxalq öhdəliklərdən qaynaqlanır. Çünki biz FATF-ın (Maliyyə Tədbirləri üzrə İşçi Qrup) tələblərinə cavab verməliyik. Əks halda ölkənin maliyyə imici zərbə alar, bank sistemi beynəlxalq bazarlarda şübhə ilə qarşılanar”.

N.Ələsgərov bildirib ki, yeni mexanizmin hədəfində təkcə cinayətkar dəstələr deyil, həm də korrupsiya yolu ilə dövlət büdcəsini talayan məmur təbəqəsi dayanır:

“Əgər sabit 8 min manatlıq cərimə yüksək vəzifəli, yüzminlərlə qazanc əldə edən şəxslər üçün xırda xərc idi, indi artıq həmin şəxslər əmlaklarını itirmək təhlükəsi ilə üz-üzədirlər. Bu, həm də antikorrupsiya siyasətinin hüquqi təminatı deməkdir. Əlbəttə, cəzanın yalnız maliyyə ölçüsü deyil, həbs müddəti ilə də gücləndirilməsi önəmlidir. Qanun layihəsi əvvəlki kimi 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur. Amma əsas yenilik cərimənin ölçüsündədir. Bu, gələcəkdə məhkəmə orqanlarının daha fərqli presedentlər formalaşdırmasına səbəb olacaq. Cinayət yolu ilə əldə edilmiş əmlakın “sığortalanması” dövrü bitəcək. Qanunsuz pulun iqtisadiyyata qanuni formada daxil olması əngəllənəcək. Dövlətin antikorrupsiya və cinayətkarlığa qarşı mübarizədə əli daha da güclənəcək. Qanunun sərt üzü yalnız kasıbların deyil, korrupsiya imkanları hesabına milyonlar sahibinə çevrilənlərə də işləyəcək. Burada artıq imtiyaz, mövqe, status fərqi yoxdur, qanunsuz qazancın dəyəri nə qədərdirsə, cəzanın çəkisi də o qədər ağır olacaq”.

Natiq Ələsgərovun sözlərinə əsasən, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə sanksiyaların dəyişdirilməsi Azərbaycan Cinayət Məcəlləsində vacib bir prinsipin həyata keçirilməsinə hesablanıb:

“Azərbaycan Cinayət Məcəlləsinə görə, cəza cinayətin ictimai təhlükəlilik dərəcəsinə adekvat olmalıdır. Hazırda qüvvədə olan norma 4-8 min manat cərimə isə praktikada çoxsaylı ziddiyyətlər yaradır. Çünki bir halda cinayətin predmeti 10 min manat olur, digər halda 1 milyon manat. Amma tətbiq olunan cərimə eyni qalır. Bu isə ədalətlilik və proporsionallıq prinsipini pozur. Yeni layihə isə həmin boşluğu doldurur: artıq cinayətin predmetinin dəyəri əsas götürüləcək və cərimə 50-70 faiz aralığında hesablanacaq. Bu yanaşma, bir tərəfdən, iqtisadi cinayətlərin çəkisini daha dəqiq əks etdirir, digər tərəfdən, məhkəmələrə çevik qərarvermə imkanı yaradır. Qanunvericiliyin məntiqinə baxanda, burda yalnız repressiv element yoxdur. Bu, həm də maliyyə bərpası, yəni cinayət nəticəsində əldə olunmuş əmlakın dövlətə qaytarılması məqsədini güdür.

Beləliklə, dövlət yalnız azadlıqdan məhrumetmə vasitəsilə deyil, həm də iqtisadi alətlərlə cinayətkarlığa qarşı mübarizə aparmış olur. Praktiki nəticələrinə gəlincə, məhkəmə təcrübəsində mühüm dəyişikliklər gözlənilir. İri miqyaslı cinayətlər üzrə istintaq orqanları artıq predmeti daha dəqiq hesablamalı, ekspertizalardan istifadə etməli, maliyyə dəyərlərinin müəyyən olunmasına xüsusi diqqət ayırmalı olacaqlar. Çünki cərimənin miqdarı birbaşa həmin hesablamadan asılı olacaq.

Burada bir mühüm məqam da var: yeni dəyişiklik beynəlxalq standartlarla - xüsusən də “cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulmasına qarşı mübarizə” üzrə FATF tələbləri ilə üst-üstə düşür. Yəni bu, təkcə daxili hüquqi tələbatdan yox, həm də Azərbaycanın beynəlxalq öhdəliklərindən doğur.

Nəticə etibarilə, qanun layihəsinin qəbulundan sonra artıq heç kim “çirkli pullar”ın leqallaşdırılmasını ucuz qiymətə “sığortalaya” bilməyəcək. İri həcmdə cinayət yolu ilə əldə edilmiş əmlakın sahibləri daha ağır maliyyə yükü ilə üz-üzə qalacaqlar. Bu qanun layihəsi qəbul edilsə, Azərbaycanda korrupsiya və “pul yuyulması” ilə mübarizədə mühüm bir addım olacaq. O, artıq iri miqyaslı iqtisadi cinayətləri cəzalandırmaq üçün daha effektiv, ədalətli və beynəlxalq standartlara uyğun bir hüquqi mexanizm yaradacaq”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İdxala son: Yerli istehsalçıların dövranı başlayır? - ARAŞDIRMA
Bu gün, 13:33
Əli Həsənovun kadrı Bakı Təhsil İdarəsinə rəhbər gətirilir - İLGİNC İDDİALAR...
Bu gün, 13:29
Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib
Bu gün, 13:24
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin olunub - SİYAHI
Bu gün, 13:23
Polkovnikə vəzifə verildi - ƏMR
Bu gün, 13:18
Resurslarımız, pulumuz yoxdur, amma... - Özgür Özəl
Bu gün, 13:13
Ali Məhkəməyə yeni hakimlər təyin olundu - ADLAR
Bu gün, 13:10
“Bilmirəm hansısa səbəbdən bu qurum birləşdirildi” - deputat
Bu gün, 13:09
Vəzifəyə təyin olunan əməkdar artist: - “5 illik saz təhsilim var, muğama gənclərin axını çoxdur”
Bu gün, 12:45
Bəli, azərbaycanlılar ət yeməklərini sevəndirlər... amma tapa bilsələr... - REPLİKA
Bu gün, 12:39
Karapetyanın 300 min azərbaycanlı dərdi - KİV
Bu gün, 12:35
İki yol ayrıcında qalan Paşinyanın vəziyyəti ağırdır - POLİTOLOQ
Bu gün, 12:32
Saleh Məmmədovdan qalma KORRUPSİYA RIÇAQLARI LƏĞV OLUNUR... - SİYAHI
Bu gün, 12:27
Ermənistan təhlükənin mənbəyində dolaşır - Şoyqu
Bu gün, 12:23
Yerli kartof marketlərdə maya dəyərindən 8 dəfə baha satılır – Rəsmi
Bu gün, 12:22
“Azfinans” BOKT yenidən zərər edib
Bu gün, 12:19
ABŞ buna görə narahatdır... - İNCƏLƏMƏ
Bu gün, 12:11
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:08
"Sizin bir çəkindiyiniz yer varmı?" - ETİRAZ VAR!
Bu gün, 12:04
Nə yaxşı, nə də pis: Qorxmaz Əlili paradoksu - Saffari yazır...
Bu gün, 11:33
“Referans Estetik Mərkəzi”ndən CİDDİ NARAZILIQ... - Rövşən Babayev estetik görünüşümü pozdu…
Bu gün, 11:29
Bakıda türkiyəli iş adamının evindən 193 min manat oğurlayanlar yenidən məhkəmə qarşısında
Bu gün, 11:18
“Azərbaycanlıların Ermənistanda məskunlaşacağını istisna etmirəm” - Simonyan
Bu gün, 11:17
Ermənistan Hindistandan yeni silahlar alır: - Siyahıda nələr var?
Bu gün, 11:14
Robert Köçəryan seçkidə qələbə qazansa, koalisiya hökuməti quracaq - “Past” qəzeti
Bu gün, 11:10
Kreml təbliğatçıları üçün “Facebook”: Qabrelyanovun şəbəkədə hürüşü - “Dərin sosioloji tədqiqat”, “400 min erməni” mifi və...
Bu gün, 11:05
Maya dəyəri 5 manat olan mal əti 15 manata satılıb? – Rəsmi
Bu gün, 11:01
Səhmdarlar “FinEx Kredit” BOKT-ni əlavə vəsaitlə ayaqda saxlayır - ZƏRƏR YÜKSƏLİB
Bu gün, 11:00
Rüşvət qalmaqallı direktor görün şagirdi NECƏ ALÇALTDI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:55
"Ded Xasan"ın "taclandırdığı" "qanuni oğru"nun iddiası RƏDD EDİLDİ
Bu gün, 10:42
Köçəryan Moskvanın planını açdı - “Ermənistanda inqilab edəcəyik...”
Bu gün, 10:40
Elgiz Əkbər uzun fasilədən sonra... - VİDEO
Bu gün, 10:36
Şirkət əməkdaşını döyən qardaşlarla bağlı məhkəmə qərarı açıqlandı
Bu gün, 10:25
"Azpul" BOKT-un xalis mənfəəti 6 dəfəyə yaxın azalıb
Bu gün, 10:22
"Kartı istəmirəm... niyə pul çıxılmalıdır ki?" - ETİRAZ VAR...
Bu gün, 10:19
Qərb mediası Paşinyanı “yeganə seçimə” çevirir? - İNCƏLƏMƏ
Bu gün, 10:09
Ermənistan vətəndaşlarının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır - BU GÜN...
Bu gün, 10:03
“Artıq çəkimi atıb 15 il sonra Leylini oynadım” - Zeynəb Xanlarova tamaşadan öncə xanəndəyə nə deyib?
Bu gün, 09:58
“Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:56
Saleh Məmmədovun CİNAYƏT YUVASINDA korrupsiya araşdırması BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 09:45
Rusiyadan Ermənistana qaz şantajı: reallıqlar və miflər - Görünəni odur ki...
Bu gün, 09:34
Avropa Şurasından növbəti anti-Azərbaycan HESABATI – Bakıdan CAVAB
Bu gün, 09:26
ABŞ və Ermənistan arasında anlaşma memorandumu imzalanacaq - BƏYANAT
Bu gün, 09:24
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu - MƏQALƏ
Bu gün, 09:14
Heyvana da İNSANİ MÜNASİBƏT göstərə bilmirik... - BU DA FAKT!
Bu gün, 09:09
NAXÇIVANIN BU GÜNÜ: Blokada davam edir... - NARAZILIQ VAR...
Bu gün, 08:57
Paşinyanın rəqibi seçkidən GERİ ÇƏKİLDİ - KİV
Bu gün, 08:45
Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq şöbə rəisi qərardan narazıdır
Bu gün, 08:44
Ölkə başçısı kənd təsərrüfatında yeni inkişaf istiqamətlərini müəyyən etdi - MƏQALƏ
Bu gün, 08:39
Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru