Naxçıvanda “İrana xoş gəlmisiniz” təhlükəsi reallaşa bilərmi? .....                     Əliyev-Putin görüşü .....                     Hindistan Cənubi Qafqazda gərginlik yaratmağa çalışır .....                     Tramp “əsl günahkar”ı tapıb, o, Putin deyil .....                     Dünyanı qarışdıran ərazi təklifi .....                     “Tramp yolu”: “Qırmızı xətt”i keçdi .....                     Vətəndaşların şikayət etdiyi MTK ləğv olunur .....                     Türkiyəli iş adamı Naxçıvandakı 21 illik tikinti şirkətini satdı .....                     “Miqrantlar Rusiyada qalmaq üçün xristianlığı qəbul edib döyüşməlidirlər” .....                     Kəmaləddin Heydərovun bacanağı “AFB Bank”dan nə qədər qazanır? .....                     Azərbaycandan Rusiyaya cavab: rus dilində filmlərin nümayişi... .....                     Rusiyadan külli miqdarda pul çıxaran azərbaycanlı ər-arvad saxlanıldı .....                     ETX-yə yeni mətbuat katibi təyin olundu .....                     SEPAH-dan Zəngəzurla bağlı sərt açıqlama .....                     O qızcığazın həyatını danışa bilməyən Elmar qurtarıbmış... .....                     "Qapısı möhürlənən banklar arasında səni də görərik.." .....                     Bu ölkə Bakı və İrəvan arasında yeni müharibə hazırlayıbmış .....                     Ilham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı dedikləri Rusiyanın özünün də bildiyi məsələdir .....                     Əliyevin ŞƏT-də bu sözü Paşinyanı narahat etdi .....                     "Zəngəzur dəhlizi hansısa ölkəyə qarşı yönəlməyib" .....                     Göygöl Milli Parkı 411 min manata 5 pikap, 1 sedan alır .....                     Paşinyanın müavini Maqdalena Qrono ilə Azərbaycanla əldə olunmuş razılaşmaları müzakirə edib .....                     Rusiyada azərbaycanlı kişi dostununu arvadına görə cərimələndi .....                     “Elnur-2” şirkəti Cəlilabadı “ələ keçirib”: Bir ildə 5 tender .....                     Yanukoviç deyir ki... .....                     Elmira Axundovanın adı keçən iş Sabunçu məhkəməsində: Gizli ödəmə və açıq haqsızlıq .....                     Putin Şahbaz Şəriflə görüşüb .....                     Nazir bu cəzaçəkmə müəssisəsinə yeni rəis təyin etdi .....                     “Emin Ağalarovun övladları zarafatlarımı əzbər bilir” .....                     Nikolun diletantlığı: Əliyevlə Paşinyan Çində Zəngəzura görə toqquşdu .....                     Finlandiyada öldürülən azərbaycanlı qadın hamilə imiş... .....                     1,6 manatlıq "tender kralı"na daha bir sifariş .....                     Kəmaləddin Heydərov Tibb Mərkəzinə xanım rəisi təyin etdi .....                     Emin Rusiyada təxirə düşən konsertlərini bərpa etdi .....                     Azərbaycanın paralimpiya çempionuna FHN-də vəzifə verilib .....                     "Əli Mirəliyev nə vaxt düzələcək?" .....                     BQXK-nin Azərbaycandakı nümayəndəliyi sabah bağlanır .....                     İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir .....                     “Putinin ittifaqı”na daha bir üzv qoşulur? .....                     Çində mühüm mərhələyə çatdıq .....                 

Hindistan Azərbaycanın ŞƏT-ə üzvlüyünə niyə veto qoydu? – 5 səbəb
Tarix: Bu gün, 08:31 | Çap et

Hindistan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlük müraciətini yenidən bloklayıb.
"AnewZ" diplomatik mənbələrə istinadən bu məlumatı yayıb.
Nəşrin mənbələrin fikrincə, bu addım Azərbaycan və Pakistanın sıx əlaqələri ilə bağlıdır, çoxtərəfli diplomatiya prinsiplərinə və "Şanxay ruhu"na ziddir, həmçinin Hindistanın məhdud yanaşmasını nümayiş etdirir.
Sual olana bilər: Hindistanın qarın qurdluluğunun yeganə səbəbi Pakistan-Azərbaycan dostluğudurmu?
Məncə, xeyir. Hindistanın bu addımının əlavə 5 səbəbi də var.
1. “Bir Kəmər, Bir Yol” marşrutu
Əvvəla, Azərbaycan Çinin ən böyük beynəlxalq kommunikasiya layihəsi olan “Bir Kəmər, Bir Yol” marşrutunun Orta dəhlizinin üzərində yerləşir və bu xəttin fəaliyyətə keçməsində həyati rol oynayır. Çini özünə ən böyük rəqib kimi görən Hindistan onun ticarət yolları üzərində bacardığı qədər əngəl yaratmağa çalışır. Görünür, Azərbaycanın ŞƏT-ə qoşulmasına qoyduğu veto da bu rəqabət hissindən qaynaqlanır.
2. “Yeni Ədviyyat yolu”nun qisası
Məlum olduğu kimi, 2023-cü ilin 9-10 sentyabr tarixində Hindistanda keçirilən G-20 zirvəsində ən böyük sürpriz tarixi “Ədviyyat yolu” dəhlizinin yenidən canlandırılması projesi oldu. Proje Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (IMEC) adlandırılırdı. Sammitdə Hindistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, Fransa, Almaniya, ABŞ və Aİ bu layihə üçün anlaşma memorandumu imzalamışdılar. Hindistanın Mumbay şəhərində başlayacaq dəhliz Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və İordaniyadan keçərək İsrailin Hayfa limanına qədər uzanacaqdı. Daha sonra Yunanıstanın Pirey limanında Cənubi Kipr vasitəsilə Avropa qitəsinə çıxacaq, daha sonra Şərqi Avropanı keçərək Almaniyanın Hamburq limanına çatacaqdı.
Faktiki olaraq Türkiyə və İranın təcrid olunduğu bu layihə Çinin də maraqlarına cavab vermirdi. Amma sözügedən layihənin ömrü 1 ay belə çəkmədi. Qəzzada HƏMAS-ın 7 oktyabr 2023-cü il tarixində başlatdığı “Əqsa tufanı” əməliyyatı ilə Yaxın Şərq və İsrail indiyədək davam edən ağır müharibələrə qədəm qoydu. İsrailin Fələstində apardığı soyqırım siyasəti Yaxın Şərqdəki ərəb ölkələrinin Tel-əvivlə iqtisadi və siyasi əlaqələrini davam etdirməsinin qarşısında keçilməz əngələ çevrildi. Bundan sonra uzun illər boyu İsraillə ərəb ölkələrinin bir araya gəlməsi böyük müşkülə çevrilib. “Ədviyyat yolu” projesinin faktiki iflasa uğramasından ən çox zərərli çıxan isə ərəb ölkələri ilə yanaşı Hindistan və İsrail oldu.
Hindistanın bu təxribatın planlaşdırılmasında Çindən şübhələnməsi üçün kifayət qədər əsasları da var. Əvvəla, “Yeni Ədviyyat yolu” projesi Çinin “Bir Yol, Bir Kəmər” layihəsinin alternativi hesab olunurdu. ABŞ-ın dəstəyi ilə Hindistan Uzaq Şərqdə Çin qarşısında əngəlləyici faktor kimi önə çıxarılırdı.
İkincisi, Çin və Rusiya liderləri G-20 zirvəsində iştirak etməməklə faktiki olaraq orda qəbul ediləcək qərarlara qarşı çıxdıqlarını göstərirdilər. Və bu mesajın özünü göstərməsi uzun sürmədi, “Əqsa tufanı” əməliyyatı ilə Hindistan və İsrailin konturlarını cızdıqları həmin projeyə nöqtə qoyuldu. Mümkündür ki, Hindistan da Orta dəhlizin kilid nöqtəsi sayılan Azərbaycanın ŞƏT üzvlüyünə veto qoymaqla Pekindən öz qısasını almaq yolunda önəmli addım atdı.
3. İslam düşmənçiliyi
Hindistanda hazırda 200 milyondan çox müsəlman yaşayır. Ölkə əhalisinin 14-15 faizinə bərabər olan bu rəqəm hər il daha da böyüyür. Pew Araşdırma Mərkəzinin məlumatına görə, hindistanlı müsəlman qadınların doğurqanlıq nisbəti hindulara nisbətən daha yüksəkdir. Düzdür, bu nisbət 2015-ci ildən etibarən xeyli azalsa belə, hələ də müsəlmanlarda doğum faizi öz yüksəkliyini qoruyur. Belə ki, 1992-ci ildə hindistanlı müsəlman analar orta hesabla 4,4 uşaq dünyaya gətirirdilər, 2015-ci ildə bu göstərici 2,6-ya düşmüşdü. Eyni dövrlərdə hindu qadınlarının doğuş nisbəti isə 3,3-dən 2,1-ə enmişdi.
Bəzi proqnozlara inansaq, bu artım nəticəsində Hindistan müsəlmanlarının sayı 2050-ci ildə 310 milyona yüksələ bilər. Bu da müsəlmanların 25 il ərzində əhali sayındakı nisbətinin 20%-ə yüksəlməsi anlamına gəlir. Azlıqların 20%-lik nisbəti isə bütün ölkələr üçün ciddi təhlükə kimi qavranılır. Hindistanın Baş naziri Narendra Modi məhz bu səbəbdən müsəlmanları sevmir, onların bir-biri ilə inteqrasiyasının onun ölkəsinə təsir göstərə biləcəyindən ehtiyatlanır. Modinin Hindistandakı müsəlmanlara qarşı düşmən ritorikasını mənimsəməsi də bu xofdan qaynaqlanır. Odur ki, müsəlmanlar, xüsusilə də türklər arasında inteqrasiyanı pozmaq məqsədilə Modi bu addımı ata bilər.
4. Xalq Pariyası - Milli Konqresi rəqabəti
Narendra Modinin müsəlmanlara, xüsusilə də türklərə qarşı düşmənçiliyin daxili siyasi səbəbləri də var. Bilirsiniz ki, Modinin rəhbərlik etdiyi Hindistan Xalq Partiyası 2014-cü ildən hakimiyyətdədir. Aşırı hindu millətçiliyi ideologiyasını mənimsəyən bu partiyanın ən böyük rəqibi, hətta rəqibdən də ötə, düşməni Hindistan Milli Konqresidir (INC). INC Hindistanın ən qədim və ən böyük siyasi partiyalarından biridir. 1885-ci ildə qurulan partiya Hindistanın müstəqillik hərəkatında əsas rol oynayıb və uzun illər ölkəni idarə edib.
1915-ci ildə Afrikadan Hindistana qayıdan Mahatma Qandi bu təşkilatla yaxın əlaqələr qurmuş və onun əsas liderlərindən birinə çevrilmişdi. Hindistanın 20-ci əsrin birinci yarısında az qala siyasi bütünə çevrilən Qandi bu təşkilatdakı fəaliyyəti sayəsində ölkəsini ingilis müstəmləkəçiliyindən azad etməyi bacarmışdı. Məhz bu özəlliyi ilə Hindistan Milli Konqresi ölkənin siyasi həyatında da önəmli rollar oynamış və oynamaqdadır. 2014-cü ildə Modi ortaya çıxana qədər Hindistan, demək olar ki, bu partiyanın rəhbərliyi altında idarə olunmuşdu.
1915-ci ildən 1948-ə qədər Hindistan Milli Konqresinin mənəvi lideri olan Mahatma Qandi isə müsəlmanlara, əsasən də türklərə xüsusi simpatiyası ilə seçilirdi. Və onun miras qoyduğu bu ənənə Hindistan Milli Konqresi tərəfindən sədaqətlə həyata keçirilir.
1921-ci ilin martında Qandinin “Bombay Chronicle” qəzetinə verdiyi müsahibəsi bunun ən bariz örnəyidir. O, müsahibəsində deyirdi: “Müsəlmanlar Fələstini istəyirlər və Məhəmməd peyğəmbərin buyurduğu kimi, Fələstinin vəlayəti (idarəçiliyi) müsəlmanların əlində qalmalıdır. Lakin bu o demək deyil ki, yəhudilər və xristianlar sərbəst şəkildə Fələstinə gedə, hətta orada yaşaya və mülk sahibi ola bilməzlər. Qeyri-müsəlmanların edə bilməyəcəyi tək şey Fələstin üzərində suverenlik qazanmaqdır”.
Göründüyü kimi, Mahatma Qandi indiki ərəb ölkələrindən daha ciddi şəkildə Fələstini dəstəkləyirdi.
O, müsəlmanların suverenlik haqlarının İslam xilafəti tərəfindən qorunmalı olduğunu düşünür, hətta 3 mart 1924-cü ildə xilafət ləğv ediləndə Türkiyə parlamentini anlamadığını vurğulayırdı. Məhz islama bu qədər yaxınlığına görə o, 30 yanvar 1948-ci ildə radikal bir hindu tərəfindən sui-qəsdə məruz qalaraq öldürüldü. Qatil öz istintaq ifadəsində açıq şəkildə bildirmişdi ki, onu İslama duyduğu hörmətə görə qətlə yetirib. Və bu o zaman idi ki, İsrailin qurulmasına (14 may, 1948-ci il) cəmi 4 ay 16 gün qalmışdı.
Təsadüfi deyil ki, Qandinin təməllərini atdığı Hindistanın indiyədək 3 prezidenti müsəlman inancına malik olub: Zakir Hüseyn xan (1967-1969), Fəxrəddin Əli Əhməd (1974-1977), Zeynəlabidin Əbdülkəlam (2002-2007). Və bu müsəlman prezidentlər Hindistanın inkişafinda hindu sələf və xələflərindən belə, daha mühüm rol oynayıblar. Yalnız onu vurğulamaq istərdim ki, Zeynəlabidin Əbdülkəlam Hindistanın uzunmənzilli raket sistemlərinin qurucusu olaraq tarixə düşüb.
Öz radikal hindu düşüncəsi ilə hakimiyyətə gələn Modi isə ucuz populizmlə səs toplama çalışır və bu səbəbdən də müsəlmanları hədəfə alır. Onun Azərbaycanın ŞƏT üzvlüyünə veto qoymasının başlıca səbəblərindən biri də budur.
5. Modinin qarın qurdluğunun digər səbəbi ABŞ-dan sifariş alması ilə də bağlı ola bilər. Sirr deyil ki, Vaşinqton Orta dəhlizin açılmasında o qədər də maraqlı deyil. Modi isə ABŞ-ın Çinə qarşı 1 nömrəli müttəfiqi kimi tanınır. ABŞ-ın ermənilərin türk xofundan faydalanaraq gəlib Zəngəzur dəhlizində lövbər salması da bundan qaynaqlana bilər. Məqsəd, təbii ki, dəhlizə nəzarət etmək, lazım bildiyi anda müxtəlif bəhanələrlə onun qarşısını kəsməkdir.
Qısası, ABŞ Hindistandan istifadə edərək Çini Zəngəzurda zəncirləmək niyyətindədir. Amma unudur ki, qarşısındakı Çin də az aşın duzu deyil. O, tarix boyu təmkinli siyasətlər yürüdə-yürüdə, həmişə öz hədəfinə çatmağı bacarıb.
Heydər Oğuz - "DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanda “İrana xoş gəlmisiniz” təhlükəsi reallaşa bilərmi? - AKTUAL
Bu gün, 18:06
Əliyev-Putin görüşü niyə BAŞ TUTMADI?
Bu gün, 18:04
Hindistan Cənubi Qafqazda gərginlik yaratmağa çalışır - deputat
Bu gün, 17:57
Tramp “əsl günahkar”ı tapıb, o, Putin deyil - “The Times”
Bu gün, 17:54
Dünyanı qarışdıran ərazi təklifi – Zəngəzur ssenarisi təkrarlana bilər
Bu gün, 17:53
“Tramp yolu”: “Qırmızı xətt”i keçdi - ŞƏRH
Bu gün, 17:50
Vətəndaşların şikayət etdiyi MTK ləğv olunur - şirkət özü məlumat yayıb...
Bu gün, 17:47
Türkiyəli iş adamı Naxçıvandakı 21 illik tikinti şirkətini satdı - TƏFƏRRÜAT
Bu gün, 17:44
“Miqrantlar Rusiyada qalmaq üçün xristianlığı qəbul edib döyüşməlidirlər” – Duqin
Bu gün, 17:41
Kəmaləddin Heydərovun bacanağı “AFB Bank”dan nə qədər qazanır? – Rəqəmlər
Bu gün, 17:39
Azərbaycandan Rusiyaya cavab: rus dilində filmlərin nümayişi... - BUNDAN SONRA...
Bu gün, 17:38
Rusiyadan külli miqdarda pul çıxaran azərbaycanlı ər-arvad saxlanıldı
Bu gün, 17:36
ETX-yə yeni mətbuat katibi təyin olundu - BUNDAN SONRA...
Bu gün, 17:33
SEPAH-dan Zəngəzurla bağlı sərt açıqlama – “Xamenei mövqeyini dəyişməyib”
Bu gün, 17:31
O qızcığazın həyatını danışa bilməyən Elmar qurtarıbmış... - TƏFƏRRÜAT
Bu gün, 17:09
"Qapısı möhürlənən banklar arasında səni də görərik.." - ÇAĞIRIŞ...
Bu gün, 17:05
Bu ölkə Bakı və İrəvan arasında yeni müharibə hazırlayıbmış – Detallar
Bu gün, 16:19
Ilham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı dedikləri Rusiyanın özünün də bildiyi məsələdir - BƏS NİYƏ QAŞINIRLAR...
Bu gün, 16:16
Əliyevin ŞƏT-də bu sözü Paşinyanı narahat etdi - AKTUAL
Bu gün, 16:12
"Zəngəzur dəhlizi hansısa ölkəyə qarşı yönəlməyib"
Bu gün, 16:08
Göygöl Milli Parkı 411 min manata 5 pikap, 1 sedan alır
Bu gün, 16:06
Paşinyanın müavini Maqdalena Qrono ilə Azərbaycanla əldə olunmuş razılaşmaları müzakirə edib - KİV
Bu gün, 16:03
Rusiyada azərbaycanlı kişi dostununu arvadına görə cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 16:00
“Elnur-2” şirkəti Cəlilabadı “ələ keçirib”: Bir ildə 5 tender - DETALLAR
Bu gün, 15:57
Yanukoviç deyir ki... - GƏLİŞMƏ
Bu gün, 15:48
Elmira Axundovanın adı keçən iş Sabunçu məhkəməsində: Gizli ödəmə və açıq haqsızlıq - DETALLAR
Bu gün, 15:38
Putin Şahbaz Şəriflə görüşüb
Bu gün, 15:36
Nazir bu cəzaçəkmə müəssisəsinə yeni rəis təyin etdi - BUNDAN SONRA...
Bu gün, 15:33
“Emin Ağalarovun övladları zarafatlarımı əzbər bilir” - "Məhəbbət"lə MÜSAHİBƏ
Bu gün, 15:30
Nikolun diletantlığı: Əliyevlə Paşinyan Çində Zəngəzura görə toqquşdu - NƏ BAŞ VERİR?
Bu gün, 15:27
Finlandiyada öldürülən azərbaycanlı qadın hamilə imiş... - TƏFƏRRÜAT
Bu gün, 15:25
1,6 manatlıq "tender kralı"na daha bir sifariş - TƏFƏRRÜAT
Bu gün, 15:20
Kəmaləddin Heydərov Tibb Mərkəzinə xanım rəisi təyin etdi - ƏMR
Bu gün, 15:17
Emin Rusiyada təxirə düşən konsertlərini bərpa etdi - SİYAHI
Bu gün, 13:22
Azərbaycanın paralimpiya çempionuna FHN-də vəzifə verilib - ƏMR
Bu gün, 13:21
"Əli Mirəliyev nə vaxt düzələcək?"
Bu gün, 13:16
BQXK-nin Azərbaycandakı nümayəndəliyi sabah bağlanır - AÇIQLAMA
Bu gün, 13:14
İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir - İcazə verin, şübhələnək...
Bu gün, 12:09
“Putinin ittifaqı”na daha bir üzv qoşulur? - Ölkənin adı MƏLUMDUR
Bu gün, 12:05
Çində mühüm mərhələyə çatdıq - Mirzoyan
Bu gün, 11:56
Milli Məclis sürücüləri çətin duruma salıb - DEPUTATLAR OXUMADIĞI LAYİHƏYƏ SƏS VERİB
Bu gün, 11:49
Daha 1 550 ailə Qarabağa köçürülür – “Qaçqınkom” 1,3 milyon manat ayırdı
Bu gün, 11:42
Bir fotonun analizi - AKTUAL
Bu gün, 11:40
Paşinyan Akopyanla birgə Pekinə getdi - Parada görə
Bu gün, 11:38
“Azərbaycan Başkəndi Ermənistana verə bilməz” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:35
Nazirliyin strukturunda dəyişiklik edildi – Yeni təyinatlar
Bu gün, 11:32
"Azəripək" auditor seçir
Bu gün, 11:11
Rasim İldırımzadə məhkəmədə prokurorun suallarını cavablandıra bilmədi
Bu gün, 11:08
"Dövlətin verdiyi ərzaqları evinə aparır..." - VİDEO
Bu gün, 11:00
Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi - BUNA GÖRƏ...
Bu gün, 10:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru