Özünü "ölkənin ən böyük mobil operatoru" adlandıran və əslində abunəçilərinə hər addımda BÖYÜK PROBLEMLƏR yaşatmaqda olan "Zercell"dən vətəndaş gileyləri bitmək bilmir. "DİA-AZ" olaraq bu qəbildən olan yetərincə şikayətləri ictimailəşdirsək də, problemlər nəinki həll olunmur, əvəzində sanki yeniləri yaradılmaqdadır. Bu isə DÖVLƏT ÇƏTİRİ altında barınan "Azercell"in ÖZBAŞINA qalmasının bariz nümunəsidir. Yəni "nə etsəm də, bizə kimsə nəsə deməz" devizi ilə fəaliyyət göstərən "Azercell" hətta administrativ rıçaqlar hesabına mobil operator bazarında belə öz maraqlarını diqtə etməkdədir.
Biz isə belə bir şəraitdə HAVAYA DEYİLƏN növbəti vətəndaş gileyini təqdim edirik. Beləliklə, Gülnar Abbasova adlı sosial şəbəkə istifadəçisi öz postunda yazır:
""Azercell"də ay ərzində 58 manat balans artımı ilə niyə mən bütün günü internetsizlikdən əziyyət çəkirəm? Hələ ayın sonuna 5 gün də var. Hər gün də 4 manatlıq internet götürürəm.
Heç bir tətbiqə girmədən mesaj gəlir ki internet balansınız bitdi...
Axı niyə?"









