Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki qurumun nəqliyyat vasitələrinə texniki xidmətlərin göstərilməsi üçün "Sülh" firması ilə müqavilə bağlayıb.
32gun.az xəbər verir ki, tərəflər arasında 253.400,28 AZN dəyərində müqavilə bağlanıb.
Bir mənbədən satınalma metodu ilə reallaşan bu razılaşmanın qalibi olan şirkətin nizamnamə kapitalının cəmi 20 manat olması və qanuni təmsilçisinin Vidadi Güləliyev Haxverdi oğlu kimi göstərilməsi maliyyə şəffaflığı baxımından maraq doğurur.









