Elmira Axundovanın adı keçən iş Sabunçu məhkəməsində: Gizli ödəmə və açıq haqsızlıq .....                     Putin Şahbaz Şəriflə görüşüb .....                     Nazir bu cəzaçəkmə müəssisəsinə yeni rəis təyin etdi .....                     “Emin Ağalarovun övladları zarafatlarımı əzbər bilir” .....                     Nikolun diletantlığı: Əliyevlə Paşinyan Çində Zəngəzura görə toqquşdu .....                     Finlandiyada öldürülən azərbaycanlı qadın hamilə imiş... .....                     1,6 manatlıq "tender kralı"na daha bir sifariş .....                     Kəmaləddin Heydərov Tibb Mərkəzinə xanım rəisi təyin etdi .....                     Emin Rusiyada təxirə düşən konsertlərini bərpa etdi .....                     Azərbaycanın paralimpiya çempionuna FHN-də vəzifə verilib .....                     "Əli Mirəliyev nə vaxt düzələcək?" .....                     BQXK-nin Azərbaycandakı nümayəndəliyi sabah bağlanır .....                     İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir .....                     “Putinin ittifaqı”na daha bir üzv qoşulur? .....                     Çində mühüm mərhələyə çatdıq .....                     Milli Məclis sürücüləri çətin duruma salıb .....                     Daha 1 550 ailə Qarabağa köçürülür .....                     Bir fotonun analizi .....                     Paşinyan Akopyanla birgə Pekinə getdi .....                     “Azərbaycan Başkəndi Ermənistana verə bilməz” .....                     Nazirliyin strukturunda dəyişiklik edildi .....                     "Azəripək" auditor seçir .....                     Rasim İldırımzadə məhkəmədə .....                     "Dövlətin verdiyi ərzaqları evinə aparır..." .....                     Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi .....                     Həbsdə olan keçmiş direktor yenidən məhkəmə qarşısında .....                     Naxçıvanda TARİX YAZIRLAR: Müəllim demədiyi sözə görə məhkəməyə verildi .....                     Keçmiş sovet ölkələri sürətlə Rusiyadan uzaqlaşmağa məcburdur .....                     Paşinyanın oğlu Milli Qalereyanın rəhbərliyinə işlə bağlı müraciət edib .....                     Bu bank rəsmən millətin QƏSDİNƏ DURUB... .....                     İcra başçıları sosial şəbəkələrdə: kim fəaldır, kim zəif? .....                     Sabiq məmurun oğlu və digərlərinin işi Ali Məhkəmədə .....                     Rusiyadan Ermənistana sərt xəbərdarlıq: .....                     Bakı Moskvaya qarşı “əjdaha qalxanı”nı götürdü .....                     Keçmişdə Ermənistan digər dövlətlərin hesabına mövcud olub .....                     “Yelo Bank” səhmdarlarını yığıncağa çağırır .....                     Nazirlər Kabinetinin vəzifəli şəxsi vəfat etdi .....                     Olavio Juninyo yenidən "Qarabağ"da .....                     16 il iş almışdı, həbsdə də cinayət törətdi... .....                     İcra hakimiyyətlərinin ləğvi gündəmdə .....                 

Rusiyanın tarix təhrifi... - Tarixçi faktlarla cavab verir!
Tarix: Bu gün, 06:39 | Çap et

Son dövrlərdə Rusiya mətbuatında və müxtəlif informasiya mənbələrində Azərbaycan tarixini saxtalaşdırmağa yönələn sistemli kampaniyalar müşahidə olunur. Görünən odur ki, bu cəhdlər imperiya təfəkküründən qaynaqlanır və tarixi hadisələrə birtərəfli, qərəzli yanaşma ilə seçilir. Təəssüf doğuran məqam isə bu yanaşmalarda obyektiv elmi əsaslara deyil, siyasi maraqlara söykənən təhlillərin ön plana çıxmasıdır. Nəticədə Azərbaycanın keçmişi, dövlətçilik ənənələri və milli mübarizəsi, dəfələrlə işğala məruz qalması, ərazi itkiləri görməzdən gəlinir.
Müstəqillik dövründə aparılan elmi-tarixi araşdırmalar, yazılmış fundamental əsərlər bu saxtalaşdırmalara qarşı ciddi elmi əsaslar formalaşdırıb. Tarixi mənbələr açıq şəkildə göstərir ki, çar Rusiyasının Azərbaycanı mərhələli şəkildə işğal etməsi, xanlıqların ləğvi və dövlətçiliyin aradan qaldırılması təsadüfi deyil, məqsədli və planlı siyasətin tərkib hissəsi olub.
Prezident İlham Əliyev Əl-Ərəbiyyə telekanalına verdiyi müsahibədə də bu məsələlərə aydınlıq gətirərək Azərbaycanın dövlətçilik tarixində baş vermiş mühüm mərhələlərə toxunub. Dövlət başçısı haqlı olaraq vurğulayıb ki, 1917-ci ildə Çar Rusiyasının süqutundan sonra yaranan siyasi boşluq nəticəsində Azərbaycan xalqı öz müqəddəratını təyin edərək 1918-ci ildə ilk müstəqil dövlətini- Azərbaycan Xalq Cümhuriyyətini qurdu. Bu, müsəlman Şərqində ilk parlamentli respublika idi. Lakin 1920-ci ildə Sovet Rusiyası Azərbaycanı yenidən işğal edərək bu müstəqilliyə son qoydu. Azərbaycan xalqının iradəsi nəzərə alınmadan süni şəkildə Sovet Sosialist Respublikası elan olundu.
Prezidentin bu açıqlaması tarixi faktlara əsaslanmaqla yanaşı, həm də Azərbaycanın müstəqillik uğrunda apardığı davamlı mübarizənin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Çünki bu gün də bəzi Rusiya dairələrindən Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə zidd şəkildə səsləndirilən tarixi torpaq iddiaları fonunda, tarixə obyektiv yanaşmaq zərurəti daha da aktuallaşır. Bu cür iddialar, əslində regionda əməkdaşlıq və qarşılıqlı etimadın formalaşmasına da ciddi maneələr yaradır.
Azərbaycanın tutduğu mövqe isə açıq və prinsipialdır. Azərbaycan tarixi reallıqları təhrif etmir, başqalarının ərazilərinə iddia irəli sürmür və beynəlxalq hüququ əsas götürür. Eyni yanaşma da qonşu dövlətlərdən gözlənilir. Tarixi saxtalaşdırmaq və keçmiş hadisələri siyasi təzyiq alətinə çevirmək heç vaxt uğur gətirməyib, bu gün də gətirməyəcək.
 
Tarixçi-alim Boran Əziz Sherg.az-a tarixi həqiqətlərdən danışıb:
"Son vaxtlar Rusiya mətbuatında və müxtəlif informasiya resurslarında Azərbaycan tarixinin təhrifinə yönəlmiş kampaniyaya başlanılıb. Bu təəssüf doğuran haldır. Azərbaycan tarixinə Rusiya dövlətinin və imperialist düşüncəli insanlarının baxış bucağından qiymət verilməsi cəhdi tamamilə yanlış nəticələrə gətirib çıxarır. Azərbaycan tarixinə Sovet dövründə verilən qiymətlərin bir tərəfli olması, Marksist-Leylinçi dünya görüşünə əsaslanması, Azərbaycanın işğalına haqq qazandırılması cəhdi də təəssüf doğurur. Bu suallarla bağlı müstəqillik dövründə Azərbaycan tarixinə aid əsərlərə fundamental yanaşmalar mövcuddur. Fundamental əsərlərdə çar rusiyasının Azərbaycan dövlətçiliyini məhv etməsi, 19-cu yüzilliyin əvvəlində 1803-1804-cü illərdə əvvəlcə Rusiya-Azərbaycan, 1804-1813-cü illərdəki Rusiya-Qacar və 1826-1828-ci illərdə Türkmənçay müqaviləsi ilə başa çatan ikinci Rusiya-Qacar müharibəsinin nəticəsində torpaqlarımızın işğalı tarixi faktlardır. Eyni zamanda bağlanmış müqavilələr, xüsusilə andlı öhdəliklər cərgəsində Qarabağ, Şəki, Şirvan xanlığının ləğv edilməsi və Azərbaycan dövlətçiliyinin tamamiliklə yox edilməsi tarixi reallıqdır. Məlumdur ki, 1875-ci ildən 1918-ci ilə qədər Azərbaycanda dövlət müstəqilliyinin bərpa edilməsi istiqamətində milli azadlıq hərəkatı baş verdi. Bununla bağlı çoxlu əsərlər yazılıb. Burada da qeyd olunub ki, həmin dövrdə birinci dünya müharibəsinin yekunlarında dünyada-Avropada və regionumuzda baş verən hadisələr fonunda xalqımızın apardığı milli azadlıq mübarizəsi AXC-nin yaranması ilə nəticələndi. Yenidən dövlətçiliyimiz bərpa edildi. Bu baxımdan Çar Rusiyası və ya Bolşevik Rusiyası bizə heç bir dövlət, dövlətçilik bəxş etməyib. Əksinə Çar Rusiyası Azərbaycanı işğal edərkən 150 min kvadrat kilometrlik ərazini tamamilə özünə və bizə qonşu olan xalqlara ata-baba torpaqlarıymış kimi pay verdi. Torpaqlarımızda ermənilərə dövlət yaratdı. Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyəti dövründə bütün bunlara baxmayaraq torpağımızın yalnız bir hissəsində mübahisəsiz olaraq 114 min kvadrat kilometr və ya 97,3 min kvadrat kilometrlik ərazidə cumhuriyyət qurduq. Onun parlamenti, ordusu, bütün dövlət atributları mövcud oldu, pul vahidi çap olundu. Azərbaycanda müxtəlif ölkələrin səfirlikləri, konsulluqları, eyni zamanda Azərbaycanın da bu ölkələrdə səfirlikləri mövcud idi. Lakin bu uzun müddət davam etmədi. 1920-ci ildə XI Qırmızı ordu Dağıstan sərhəddində, Yalama istiqamətindən hücum edərək Azərbaycanı yenidən işğal etdi. Onların Azərbaycan Cumhuriyyətini işğal etməsindən sonra xalqımızdan heç bir icazə almadan torpaqlarımızda Azərbaycan Sovet Sosialist Respublikası yaradıldığı elan edildi".
 
Tarixçi parlamentdə hakimiyyətin kommunislərə, XI Qırmızı ordunun və bolşevik Rusiyasının əl altısı olan adamlara təhvil verilməsi dövründə 6 maddəlik müqavilə imzalandığını bildirib:
"O müqavilənin də şərtləri yerinə yetirilmədi. Əgər həmin müqaviləyə baxsalar görərlər ki, Bolşevik Rusiyası Azərbaycanda heç bir dövlət yaratmayıb. Başqa xalqlar haqqında bunu deyə bilərlər, amma Azərbaycanı əksinə olaraq məhv etməyə çalışıblar. Azərbaycan torpaqlarının həmin dövrdə bir hissəsinin Ermənistana və Gürcüstana verilməsi də tarixi faktlardır. Hər kəs bilir ki, bizim 97,3 kvadrat kilometrlik ərazimizdən bolşeviklərin fəaliyyətləri nəticəsində 86,6 kvadrat kilometrlik ərazimiz qalıb. Həmin dövrdə Azərbaycanın həm Qarabağda, həm də Naxçıvanda general qubernatorluğu yarandı. Bolşeviklərin səyi nəticəsində Zəngəzur torpaqlarının bir hissəsi Ermənistana verildikdən sonra Naxçıvan ana vətəndən ayrı düşdü.
Biz bu gün tarixi Azərbaycan torpaqları haqqında bəhs edərkən başqa dövlətlərə ərazi iddiası irəli sürmürük. Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi torpaqları qəbul edirik. Amma bununla yanaşı qonşu dövlətlərin bəzi ictimai-siyasi xadimlərinin naşıcasına Azərbaycan tarixini təhrif etmək cəhtləri yolverilməzdir. Bu baxımdan Azərbaycan prezidentinin Əl-Ərəbiyyə telekanalına verdiyi müsahibəni yüksək qiymətləndirirəm. Prezident İlham Əliyev müsahibədə haqlı olaraq bolşeviklərin hakimiyyətindən əvvəl Azərbaycanda Xalq Cumhuriyyətinin mövcud olduğunu və ony bolşeviklər işğal etdikdən sonra 1920-1991-ci illərdə çətinliklə olsa da milli azadlıq mübarizəsinin aparıldığını bəyan etdi. 1991-ci ildə dövlətçiliyimiz bərpa edilərkən onun Xalq Cumhuriyyətinin varisi olduğunu bildirməsi tamamilə doğru idi.
İlham Əliyevin müsahibəsi elmi, tarixi faktlara əsaslanır".
 
Müsahibimiz Azərbaycana qarşı tarixi torpaq iddialarının heç bir əsası olmadığını söyləyib:
"Biz vaxtı ilə qədim Sasani mənbələrində, Ərəb və sonrakı dövr qaynaqlarında, eyni zamanda rus mənbələrinin özündə də Dərbəndin kimə məxsus olduğu ilə bağlı məlumatları söyləmirik. Dərbənd bütün tarixi sənədlərdə Azərbaycanın şimaldakı torpağıdır. Amma buna baxmayaraq hər dəfə bildiririk ki, biz ərazi iddiası irəli sürmürük. Bunun hansı mənfi nəticələrə gətirib çıxara biləcəyini yaxşı dərk edirik. Ona görə də bu adamların torpaq iddiası irəli sürmədən əvvəl Azərbaycanın şimal torpağında olan Dərbənd haqqında fikirləşmələri yaxşı olardı".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elmira Axundovanın adı keçən iş Sabunçu məhkəməsində: Gizli ödəmə və açıq haqsızlıq - DETALLAR
Bu gün, 15:38
Putin Şahbaz Şəriflə görüşüb
Bu gün, 15:36
Nazir bu cəzaçəkmə müəssisəsinə yeni rəis təyin etdi - BUNDAN SONRA...
Bu gün, 15:33
“Emin Ağalarovun övladları zarafatlarımı əzbər bilir” - "Məhəbbət"lə MÜSAHİBƏ
Bu gün, 15:30
Nikolun diletantlığı: Əliyevlə Paşinyan Çində Zəngəzura görə toqquşdu - NƏ BAŞ VERİR?
Bu gün, 15:27
Finlandiyada öldürülən azərbaycanlı qadın hamilə imiş... - TƏFƏRRÜAT
Bu gün, 15:25
1,6 manatlıq "tender kralı"na daha bir sifariş - TƏFƏRRÜAT
Bu gün, 15:20
Kəmaləddin Heydərov Tibb Mərkəzinə xanım rəisi təyin etdi - ƏMR
Bu gün, 15:17
Emin Rusiyada təxirə düşən konsertlərini bərpa etdi - SİYAHI
Bu gün, 13:22
Azərbaycanın paralimpiya çempionuna FHN-də vəzifə verilib - ƏMR
Bu gün, 13:21
"Əli Mirəliyev nə vaxt düzələcək?"
Bu gün, 13:16
BQXK-nin Azərbaycandakı nümayəndəliyi sabah bağlanır - AÇIQLAMA
Bu gün, 13:14
İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir - İcazə verin, şübhələnək...
Bu gün, 12:09
“Putinin ittifaqı”na daha bir üzv qoşulur? - Ölkənin adı MƏLUMDUR
Bu gün, 12:05
Çində mühüm mərhələyə çatdıq - Mirzoyan
Bu gün, 11:56
Milli Məclis sürücüləri çətin duruma salıb - DEPUTATLAR OXUMADIĞI LAYİHƏYƏ SƏS VERİB
Bu gün, 11:49
Daha 1 550 ailə Qarabağa köçürülür – “Qaçqınkom” 1,3 milyon manat ayırdı
Bu gün, 11:42
Bir fotonun analizi - AKTUAL
Bu gün, 11:40
Paşinyan Akopyanla birgə Pekinə getdi - Parada görə
Bu gün, 11:38
“Azərbaycan Başkəndi Ermənistana verə bilməz” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:35
Nazirliyin strukturunda dəyişiklik edildi – Yeni təyinatlar
Bu gün, 11:32
"Azəripək" auditor seçir
Bu gün, 11:11
Rasim İldırımzadə məhkəmədə prokurorun suallarını cavablandıra bilmədi
Bu gün, 11:08
"Dövlətin verdiyi ərzaqları evinə aparır..." - VİDEO
Bu gün, 11:00
Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi - BUNA GÖRƏ...
Bu gün, 10:53
Həbsdə olan keçmiş direktor yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:49
Naxçıvanda TARİX YAZIRLAR: Müəllim demədiyi sözə görə məhkəməyə verildi - Bu harasıdır: Hakim də işi İCRAATA GÖTÜRÜB...
Bu gün, 10:43
Keçmiş sovet ölkələri sürətlə Rusiyadan uzaqlaşmağa məcburdur - ÇÜNKİ...
Bu gün, 10:38
Paşinyanın oğlu Milli Qalereyanın rəhbərliyinə işlə bağlı müraciət edib - KİV
Bu gün, 10:35
Bu bank rəsmən millətin QƏSDİNƏ DURUB... - BU NƏDİ BELƏ?
Bu gün, 10:34
İcra başçıları sosial şəbəkələrdə: kim fəaldır, kim zəif? - ARAŞDIRMA
Bu gün, 10:17
Sabiq məmurun oğlu və digərlərinin işi Ali Məhkəmədə - TƏFƏRRÜAT
Bu gün, 10:13
Rusiyadan Ermənistana sərt xəbərdarlıq: - Cavabsız qalmayacaqsınız
Bu gün, 10:11
Bakı Moskvaya qarşı “əjdaha qalxanı”nı götürdü – Rusiya təzyiq etsə…
Bu gün, 10:09
Keçmişdə Ermənistan digər dövlətlərin hesabına mövcud olub - Paşinyandan İLGİNC ETİRAF
Bu gün, 10:02
“Yelo Bank” səhmdarlarını yığıncağa çağırır
Bu gün, 09:44
Nazirlər Kabinetinin vəzifəli şəxsi vəfat etdi - FOTO
Bu gün, 09:41
Olavio Juninyo yenidən "Qarabağ"da - YAXIN SAATLARDA...
Bu gün, 09:38
16 il iş almışdı, həbsdə də cinayət törətdi... - TƏFƏRRÜAT
Bu gün, 09:36
İcra hakimiyyətlərinin ləğvi gündəmdə - NƏ BAŞ VERİR?
Bu gün, 09:34
Uzun növbələr, yorucu prosedurlar... “gedin ölün!” - Tanınmış naşir İTS-ni tənqid etdi
Bu gün, 09:18
AQTA-nın Tovuzdakı işçiləri NƏ İŞ GÖRÜR? - NARAZILIQ VAR...
Bu gün, 09:13
Ruslar niyə GERİ ZƏKALIDIR? - İŞ TƏQVİMDƏ DEYİL...
Bu gün, 09:01
Rusiyanın 10 noyabr üçtərəfli bəyanatından yapışmasının sirri - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57
Azərbaycan-Çin ortaqlığı Hindistanın Güney Qafqaz maraqlarına qarşı... - Görünəni odur ki...
Bu gün, 08:56
Naxçıvanda əsgərimiz İNTİHAR ETDİ - BORCA GÖRƏ...
Bu gün, 08:50
Bərdədə polis qaçaqmalçılıqla ölkəyə gətirilən 10 kq narkotik aşkarlayıb
Bu gün, 08:47
İcra başçısı qanunsuz olaraq `SÖK` dedi... indi camaat ortalıqda qalıb... - AXI NİYƏ?
Bu gün, 08:46
KONTAKT HOME bu dəfə jurnalistlə ÜZ-ÜZƏ... - Əsassız faiz ittihamı...
Bu gün, 08:39
Kərəm Mustafayevin qızlarının da BİZNESİ BATDI - İLGİNC
Bu gün, 08:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru