Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi .....                     Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb .....                     Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb .....                     Litva Rusiyaya nota verdi .....                     "Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" .....                     "AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib .....                     Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib .....                     Kremlin qorxunc planı: .....                     Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib .....                     “Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” .....                     Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb .....                     "Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Şeyx Əbdül və bitməyən narazılıq akademiyası .....                     “Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” .....                     Qərbin “sonuncu erməniyə qədər” prinsipi... .....                     Ermənistanın yeni siyasətində YENİ GERB .....                     Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir .....                     Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? .....                     Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi .....                     Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq .....                     “Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” .....                     Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi .....                     İrəvana TƏHDİD YAĞIŞI bitmir... .....                     "Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı .....                     Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür .....                     “Kreditlə, borcla qurban kəsmək olmaz” .....                     "Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." .....                     "Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı .....                     “Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... .....                     Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur .....                     İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib .....                     İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? .....                     Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi .....                     Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu .....                     Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı .....                     Sabah Ermənistanın taleyi Astanada həll olunur .....                     Aktrisa Ulduz Süleymanova vəfat edib .....                     İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib .....                     Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? .....                 

AŞ PA-ya ehtiyacımızın olmadığı il yarımda bəlli oldu - HƏQİQƏTƏN DƏ...
Tarix: 29-08-2025, 08:48 | Çap et

Ötən ilin yanvar ayının 24-də Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Azərbaycan nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edib. Qətnamənin müzakirəsi zamanı 76 deputat Azərbaycanın əleyhinə, 10 deputat lehinə səs verib, 4 deputat bitərəf qalıb. 16 deputat isə səsvermədə iştirak etməyib. Səsvermə zamanı Türkiyə (9 deputat) və Albaniya (1 deputat) nümayəndələri sənədin əleyhinə səs veriblər.

Buna cavab olaraq, Azərbaycan nümayəndə heyəti öz fəaliyyətini dayandırıb.

Azərbaycanın yenidən bu Avropa təşkilatında təmsil olunub-olunmayacağı hələlik məlum deyil.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Avropa Şurası Azərbaycanı incidən qətnaməyə görə üzr istəməklə kifayətlənməməlidir: “Söhbət üzr istəməkdən getmir. Təbii olaraq, Azərbaycan əleyhinə qətnamə qəbul etməklə böyük səhv etmişdilər. Qətnamənin özünün mətni dəyişdirilməlidir. Orada Azərbaycana qarşı ağlasığmaz ittihamlar var. Amma üzr istəyib, sabah öz siyasətlərini yürüdən insanları, təşkilatları biz çox görmüşük. Söhbət üzr istəməkdən getmir. Onların üzləri elədir ki, bu gün üzr istəyib, sabah öz siyasətlərini yürüdəcək. Söhbət təşkilatın içərisində köklü, əsaslı dəyişiklikdən, bu günün siyasətini, Azərbaycanın yaratdığı yeni reallığı, ABŞ-nin təklif etdiyi gündəmi qəbul etməkdən gedir. Bu baş verəcəksə, onda hansısa perspektivlər gündəmə gələ bilər. Yox, bunlar, sadəcə, yenə də baş aldatmaqla məşğul olub, hansısa formada ikili standartlarla sözdə bir şey deyib, əməldə ayrı addımlar atacaqsa, bunun heç bir mənası yoxdur”.

Qeyd edək ki, Gürcüstan da bu ilin yanvarından AŞ PA-dakı fəaliyyətini dayandırıb. Avropa Şurası Gürcüstandan isə ötən ilin oktyabrında bu ölkədə keçirilmiş parlament seçkilərinin nəticələrinin ləğvini, qanunsuz aksiyalarda tutulanların azadlığa buraxılmasını, yeni parlament seçkilərinin keçirilməsini tələb etdiyi üçün Gürcüstan nümayəndə heyəti də fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. İlyarım əvvələdək Avropa Birliyinə üzvlük prosedurlarından keçən Tiflis təkcə Brüsselin nəzərindən düşməyib, Strasburq da Gürcüstan hakimiyyətini qurumdan çıxarmaqla hədələyir. Motiv dəyişməyib. Gürcüstan hakimiyyəti son parlament seçkiləri ərəfəsi qərbpərəst QHT-lərin “əl-ayağını” qanunlarla yığışdırıb ki, bu da “Gürcü Arzusu”nu “Rusiya ilə işbirliyində” ittiham etmək üçün bəhanə verib. İndi AŞ PA-da Cənubi Qafqazda səsvermə hüququ qalan Ermənistandır. Bu vəziyyət Cənubi Qafqaza hansı perspektivlər vəd edir? Avropa Şurası artıq nüfuzunu itirmiş bir platforma ola bilər, amma həm Bakı, həm Tiflis bu qurumdan ayrılmaqla nə qazana, nə itirə bilər?

Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın 30 il ərzində müxtəlif platformalarda, o cümlədən AŞ PA səviyyəsində aparılan müzakirələrdən, qəbul olunmuş qətnamələrin masa üzərində qalmasından sonra ərazi bütövlüyünü və suverenliyini təkbaşına təmin etməsi bir çox ölkənin, beynəlxalq təşkilatın ürəyincə olmadı: “Hesab etdilər ki, Bakı onların iradəsindən kənar hərəkət etdiyi üçün cəzalandırılmalıdır. Lakin unudurlar ki, Azərbaycan üçün nəinki AŞ PA-da səsvermə hüququnun dondurulması, bu qurumun özü belə artıq heç bir əhəmiyyət kəsb etmir. Azərbaycan vaxtilə Qarabağ probleminin həllinə olan ümidlərə görə Avropa Şurasına üzv olmuşdu. Amma uzun illər qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görmədi, yalnız hüquqi çəkisi olmayan azsaylı bəyanatlarla kifayətləndi. AŞ PA-da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanı işğal etdiyi ərazilərdən çıxmağa çağıran bir neçə qətnamə qəbul olunsa da, bu qətnamələrin icrası üçün heç bir addım atılmadı. AŞ PA bu illər ərzində üzvü olan bir ölkənin-Ermənistanın digərinin-Azərbaycanın ərazisini işğal altında saxlaması faktına göz yumdu, işğalçı dövlətin səs hüququnun məhdudlaşdırılması haqda belə düşünmədi. Artıq Qarabağ problemi həll olunub. Azərbaycanın hazırda Avropada heç bir nüfuzu olmayan Avropa Şurasına ehtiyacı yoxdur. Azərbaycan nümayəndə heyətinin bu qurumda fəaliyyətini dayandırması qərarının doğru qərar olduğu aradan keçən müddətdə sübuta yetib. Azərbaycan 2001-ci ildə bu təşkilata üzv olandan bəri ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə edib”.

Deputat qeyd etdi ki, bu təşkilata üzvlük Azərbaycana demək olar ki, heç nə verməyib: “Avropa Şurası və AŞ PA Azərbaycana və Türkiyəyə qarşı daim qərəzli, qeyri-obyektiv mövqe nümayiş etdirib. Azərbaycana qarşı qərəzli mövqedən, yanlış qərardan imtina edilməyəcəksə, bizim verdiyimiz doğru qərara yenidən baxacağımızı gözləməsinlər. Azərbaycan güclü dövlətdir və AŞ PA-nın qərəzli mövqeyi Azərbaycanı doğru bildiyi yoldan çəkindirə bilməz. Bir il yarımda bir daha təsdiqləndi ki, Azərbaycanın AŞ PA-ya ehtiyacı yoxdur, onun işində iştirak etməməyimizdən nə isə itirmirik”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə bildirdi ki, Azərbaycan bir il yarımdan çoxdur Avropa Şurası Parlament Assambleyasının işində iştirak etmir: “Çünki AŞ PA Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirərək Azərbaycan nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi ilə bağlı qərar qəbul etdikdən sonra Azərbaycan tərəfi AŞ PA-nın işində iştirak etməmək barədə qərar verdi və qərar qüvvədə qalır. Hətta xatırlayırsınızsa, Azərbaycan Prezidenti çıxışlarının birində dedi ki, Avropa məhkəmələrinin təyinatı zamanı Azərbaycan nümayəndə bu səsvermədə iştirak etmədiyi üçün biz Avropa məhkəmələrinin qərarlarını da tanımayacağıq. Bu Avropa Şurasına bir mesaj idi. Avropa Şurası Parlament Assambleyası Gürcüstanla da bağlı ədalətsiz qərar verdi və Gürcüstan da Azərbaycan kimi bu təşkilatın işində iştirak etmir. Cənubi Qafqaz ölkələrindən yalnız Ermənistanın AŞ PA-da fəaliyyəti və səs verməsi bizim üçün o qədər də önəmli deyil. Biz orada iştirak etmiriksə və Azərbaycanla, Gürcüstanla bağlı məsələlər müzakirə olunmadıqdan sonra orada başqa hansısa məsələlərin müzakirəsi zamanı Ermənistanın necə davranması bizim üçün önəmli deyil. Biz Avropaya inteqrasiya olmaq, Avropa ailəsinin üzvü olmaq istəyirdik, müəyyən öhdəliklər də götürmüşdük, milli qanunvericliyimizdə xeyli dəyişikliklər etmişdik. Amma Avropa Şurası bunları dəyərləndirmədi. Nəticə bəllidir. Azərbaycan AŞ PA-nın işində iştirak etməməklə heç nə itirmədi və heç nə qazanmadı. Sadəcə olaraq, biz qürurlu dövlət olduğumuzu, qərəzli davranışlara boyun əymədiyimizi ortaya qoymuş olduq. Nə qədər ki, Avropa Şurası Azərbaycana münasibətdə qərəzli münasibətdən imtina etməyib, Azərbaycan AŞ PA-nın işində iştirak etməyəcək. Gürcüstana qarşı Avropa Şurasının atdığı addım isə bu müddətdə Gürcüstanı əslində Rusiyaya müəyyən mənada yaxınlaşdırdı. Avropa Şurası Avropaya sürətli inteqrasiya yolunu seçmiş Gürcüstana bu yolda dəstək vermək əvəzinə, ona mane olmaq yolunu seçdi. İtirən Avropa Şurasıdır”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Bu gün, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Bu gün, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Bu gün, 15:29
Litva Rusiyaya nota verdi
Bu gün, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Bu gün, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Bu gün, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Bu gün, 15:13
Kremlin qorxunc planı: - Rusiya Avropada yeni müharibə ocaqları yandırır
Bu gün, 13:20
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
Bu gün, 13:14
“Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” - “İravunk”
Bu gün, 12:55
Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
Bu gün, 12:44
"Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 12:36
Şeyx Əbdül və bitməyən narazılıq akademiyası - Saffari yazır…
Bu gün, 12:27
“Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” - Rövşən Tağıyev
Bu gün, 12:20
Qərbin “sonuncu erməniyə qədər” prinsipi... - NƏ BAŞ VERİR?
Bu gün, 12:16
Ermənistanın yeni siyasətində YENİ GERB - FOTO
Bu gün, 12:14
Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir - DETALLAR
Bu gün, 12:09
Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? - Bakının şərti qüvvədə qalır
Bu gün, 12:06
Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi - FOTO
Bu gün, 11:52
Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq - İNCƏLƏMƏ
Bu gün, 11:48
“Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” - Paşinyan
Bu gün, 11:43
Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - TƏFƏRRÜAT
Bu gün, 11:39
İrəvana TƏHDİD YAĞIŞI bitmir... - “RİA Novosti”
Bu gün, 11:26
"Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı - TƏFƏRRÜAT
Bu gün, 11:04
Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür - ÇÜNKİ...
Bu gün, 11:02
“Kreditlə, borcla qurban kəsmək olmaz” - Hacı Surxay
Bu gün, 10:57
"Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47
"Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." - GİLEY
Bu gün, 10:45
"Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı - FOTO
Bu gün, 10:42
“Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... - BU DA FAKT!
Bu gün, 10:39
Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur
Bu gün, 10:25
İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib
Bu gün, 10:23
İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? - GƏLİŞMƏ
Bu gün, 10:18
Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi - “Kommersant”
Bu gün, 10:16
Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu - 500 milyonluq RAZILAŞMA
Bu gün, 10:09
Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:05
Sabah Ermənistanın taleyi Astanada həll olunur - AKTUAL
Bu gün, 10:01
Aktrisa Ulduz Süleymanova vəfat edib
Bu gün, 09:57
İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Bu gün, 09:51
Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? – Sabiq sədrlə bağlı yeni məlumatlar yayıldı
Bu gün, 09:45
Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:42
"Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" - Nura Suri
Bu gün, 08:18
SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... - NARAZILIQ VAR...
Bu gün, 08:13
"Bu sullara cacab verən baba-igid məmur varmı?!" - ŞƏRH
Bu gün, 07:31
Burda SAXTA DOLLAR satılır? - TƏFƏRRÜAT
Bu gün, 07:18
Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq - Rusiya mediası
Bu gün, 06:52
Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bu gün, 06:45
Təhsilimiz Bağırovlardan qurtula bilmir - MALƏSƏF...
Bu gün, 06:33
“Kontakt Home” camaatla MƏZƏLƏNİR - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:28
"Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi - Araşdırma aparılır
Bu gün, 06:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru