Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb .....                     Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər .....                     İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb .....                     Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? .....                     Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi .....                     Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb .....                     Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb .....                     Litva Rusiyaya nota verdi .....                     "Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" .....                     "AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib .....                     Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib .....                     Kremlin qorxunc planı: .....                     Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib .....                     “Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” .....                     Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb .....                     "Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Şeyx Əbdül və bitməyən narazılıq akademiyası .....                     “Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” .....                     Qərbin “sonuncu erməniyə qədər” prinsipi... .....                     Ermənistanın yeni siyasətində YENİ GERB .....                     Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir .....                     Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? .....                     Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi .....                     Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq .....                     “Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” .....                     Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi .....                     İrəvana TƏHDİD YAĞIŞI bitmir... .....                     "Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı .....                     Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür .....                     “Kreditlə, borcla qurban kəsmək olmaz” .....                     "Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." .....                     "Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı .....                     “Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... .....                     Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur .....                     İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib .....                     İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? .....                     Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi .....                     Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu .....                     Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı .....                 

Kreml başçısı Vaşinqtonda sülh sənədinə imza atan liderlərlə bir masa arxasında əyləşəcəkmi? - gözlənti
Tarix: 26-08-2025, 08:47 | Çap et

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 31-dən sentyabrın 1-dək Çinin Tyanjin şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinə dəvət olunublar. Musavat.com xəbər verir ki, bu barədə məlumatı Çinin xarici işlər nazirinin köməkçisi Liu Bin verib. Rəsmi Pekin bildirib ki, Çin beşinci dəfədir ŞƏT sammitinə ev sahibliyi edir və bu, təşkilatın yaranmasından bəri ən böyük tədbir olacaq.

Sammitə dəvət olunan liderlər arasında Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Şahbaz Şərif, Belarus Prezidenti Aleksandr Lukaşenko, Hindistanın Baş naziri Narendra Modi, İran Prezidenti Məsud Pezeşkian, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov və digərləri var. Ermənistan tərəfi artıq Paşinyanın sammitdə iştirakını təsdiqləyib.

Heç şübhəsiz ki, qurumda Azərbaycanın rolu və sammitin önəmi danılmazdır. Xatırladaq ki, ŞƏT 2001-ci ildə təsis olunub və hazırda 9 üzvü, 3 müşahidəçi dövləti, 14 dialoq tərəfdaşı var. Azərbaycan dialoq tərəfdaşları sırasında xüsusi çəkiyə malikdir. Bu mənada Prezident İlham Əliyevin dəvəti təsadüfi deyil: ölkəmizin yerləşdiyi strateji coğrafi mövqe təşkilat üçün mühüm əhəmiyyət daşıyır və bu barədə dəfələrlə digər dövlətlər tərəfindən etiraflar olunub. Çin lideri Si Cinpinin də Azərbaycan Prezidentinə və dövlətinə böyük etimadı var. İki ölkə arasında strateji müttəfiqlik münasibətləri mövcuddur.

Üstəlik, 8 avqustda Vaşinqtonda sülh mətni paraflandıqdan sonra sammit pozitiv fon yarada bilər. Ekspertlər hesab edirlər ki, Əliyevlə Paşinyanın Çində bir araya gəlməsi də istisna deyil. Ərdoğan və Putinin də tədbirdə iştirakı liderlərin üçlü, hətta dördlü görüş imkanlarını gücləndirir.

Eyni zamanda bu ərəfədə Bakı-Moskva xəttində gərgin fonun olması da diqqətdən qaça bilməz. Lakin hesab olunur ki, sammit Azərbaycanla Rusiya arasındakı soyuqluğun yumşalması üçün fürsət ola bilər. Son 8 ayda Bakı-Moskva münasibətlərində ciddi gərginlik yaşanır. Azərbaycanın mülki təyyarəsinin vurulmasından sonra Rusiya hələ də Bakının tələblərinə cavab verməyib. Prezident İlham Əliyev bu barədə ABŞ-nin “Fox News” kanalına açıqlama verib. Paralel olaraq, Rusiyadan Azərbaycana qarşı təhdidlər səslənib, Ukraynada isə SOCAR-a məxsus enerji obyektləri hədəfə alınıb.

Bununla belə, ötən həftə Həştərxanda baş tutan hökumətlərarası görüşdə baş nazirlərin müavinləri Şahin Mustafayevlə Aleksey Overçuk enerji əməkdaşlığını müzakirə ediblər. Ardınca Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla Rusiya XİN rəhbəri Sergey Lavrov telefon danışığı keçiriblər.

Bəs sammit yeni dialoq üçün platforma ola bilərmi? Təhlilçilərə görə, Tyanjində Əliyevlə Putinin görüşü baş tutarsa, bu, münasibətlərin normallaşmasına xidmət edə bilər. Hətta Azərbaycanın vurulan təyyarəsi məsələsi də liderlər arasında müzakirə oluna bilər. Buna qədər yüksək səviyyəli təmasların artması bu ehtimalları gücləndirən amillərdən sayılır.

Amma əsas suallar açıq qalır: Putin Çinə yollanacaqmı? Yaxud Kreml lideri gedəcəksə, sülh sənədinə imza atan Əliyev və Paşinyanla bir masa arxasında əyləşəcəkmi?

Rusiya liderinin planları barədə Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin jurnalisti Pavel Zarubin məlumat verib. Onun açıqlamasında görə, Rusiya Prezidenti Vladimir Putin gələn həftə Çinə dördgünlük səfər edəcək. Məlumata görə, Çində iki ölkənin nümayəndə heyətləri arasında genişmiqyaslı danışıqlar planlaşdırılır. Bundan əlavə, Putin Şanxay Əməkdaşlıq Təşkilatının Tyantszin şəhərində keçiriləcək sammitində iştirak etmək niyyətindədir. Son qərar isə Ukrayna müharibəsinin gedişindən də asılı olaraq verilə bilər. İstənilən halda, bu sualların cavabı avqustun son günlərində bəlli olacaq...

Deputat Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, bu sammit qlobal siyasətin yeni geosiyasi trayektoriyasını müəyyənləşdirəcək mühüm hadisələrdən biri kimi dəyərləndirilir: “Azərbaycanın bu platformada iştirakı təsadüfi deyil. Ölkəmiz 2005-ci ildən dialoq tərəfdaşı statusuna malikdir və enerji, nəqliyyat, regional təhlükəsizlik məsələlərinə görə ŞƏT-də mühüm tərəfdaş qismində çıxış edir. Bakı, xüsusilə Orta dəhlizin aparıcı aktoru kimi, ŞƏT məkanının Şərq-Qərb istiqamətli nəqliyyat-logistika inteqrasiyasında əsas həlqəyə çevrilib".

Millət vəkili də təsdiqləyir ki, sammitin ən çox müzakirə olunan mövzularından biri Azərbaycan və Ermənistan liderlərinin potensial görüşü ola bilər: “Məlum olduğu kimi, avqustun 8-də Vaşinqtonda ABŞ-nın vasitəçiliyi ilə sülh sazişinin mətni paraflanıb və bu hadisə regionda uzun illər davam edən qarşıdurmanın yekun həllinə doğru mühüm addım kimi qiymətləndirilir. Bu baxımdan, Tyanjində Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında dialoqun davam etməsi ilə bağlı müəyyən gözləntilərin olması təbii qəbul edilməlidir”.

E.Mirzəbəyli qeyd etdi ki, belə bir görüşün baş tutması həm də simvolik məna daşıyacaq: “Bu, o deməkdir ki, ABŞ-də paraflanan sənədin ardından tərəflərin Çin kimi böyük gücün ev sahibliyi etdiyi tədbirdə görüşməsi, prosesin qlobal dəstəyə malik olduğuna işarə sayıla bilər. Baxmayaraq ki, Çin Azərbaycanla Ermənistan arasındakı sülh prosesini birmənalı şəkildə dəstəkləyir və tərəflərin razılaşmalarına hörmət nümayiş etdirir, dialoqun bu ölkənin ərazisində də davam etdirilməsi hadisələrin gedişatına müsbət dinamika qata bilər”.

Azərbaycan-Ermənistan münasibətlərinə gəldikdə, E.Mirzəbəyli vurğuladı ki, Tyanjində, hətta liderlərin görüşü baş tutsa belə, yekun sülh sazişinin imzalanması gözlənilmir: “Amma belə bir görüş baş tutarsa, bu, Vaşinqtonda imzalanan sənədin beynəlxalq legitimliyinin daha da gücləndirilməsi üçün əhəmiyyət kəsb edə bilər.

Milli Məclis üzvü digər görüş gözləntilərindən də bəhs etdi: “Son ayların diqqət mərkəzində olan mövzusu isə, şübhəsiz ki, Azərbaycan-Rusiya münasibətləridir. Azərbaycan Hava Yollarına məxsus təyyarənin 2024-cü ilin dekabrında Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulması faktı ilə bağlı Bakı Moskvadan rəsmi üzr və məsuliyyətin etirafını tələb etsə də, Kreml indiyə qədər məsələni ört-basdır etməyə çalışır. Eyni zamanda Rusiyanın Azərbaycana məxsus enerji təsisatlarını hədəfə alması münasibətləri daha da gərginləşdirib. Bununla belə, ötən həftə Həştərxanda keçirilən Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın iclasında enerji sahəsində əməkdaşlıq üzrə razılaşmalar əldə olunması, eləcə də Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı, gərginliyin tam qarşıdurmaya çevrilməməsi üçün diplomatik kanalların hələ də işlədiyini göstərir. ŞƏT sammiti bu mənada Bakı-Moskva münasibətlərində buzların əriməsi üçün fürsət ola bilər”.

Deputat vurğuladı ki, əgər sammitdə Azərbaycan və Rusiya prezidentlərinin görüşü reallaşarsa, bu, tərəflər arasında ən azı minimal inamın bərpasına müsbət təsir göstərə bilərlər: “Lakin bunun davamı olaraq, Moskva AZAL-a məxsus təyyarənin vurulmasına görə ənənəvi mövqeyini dəyişməzsə, o zaman münasibətlərin strateji səviyyədə əvvəlki vəziyyətə qayıtması mümkün olmayacaq. Ümumilikdə isə Bakı, Çində keçirilən sammitdən regional tranzit, enerji əməkdaşlığı və təhlükəsizlik mövzularında yeni təşəbbüslərlə qayıda bilər. Bu, həm Orta dəhlizin, həm də Azərbaycanın Şərq-Qərb enerji dəhlizindəki aparıcı rolunun möhkəmlənməsinə xidmət edəcək".

Ümumilikdə E.Mirzəbəyli bildirdi ki, Tyanjin sammiti Azərbaycan üçün təkcə beynəlxalq tribunada öz mövqeyini ifadə etmək imkanı deyil, həm də üç əsas istiqamətdə həlledici məqamdır: “Ermənistanla yekun sülhə doğru irəliləyiş, Rusiya ilə münasibətlərin gərginlikdən çıxarılması və çoxqütblü dünyada Azərbaycanın geosiyasi mövqeyinin güclənməsi baxımından da əhəmiyyətə malikdir”.

Deputat Sahib Alıyev də qəzetimizə bildirdi ki, Çində Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Paşinyan arasında görüşün olacağını istisna etmir: “Üçtərəfli görüşə gəldikdə, Vaşinqtonda belə bir formatda baş tutan və uğurla sonuclanan 8 avqust danışıqlarından sonra onun yenidən təkrarlanmasına zərurət varmı? Fikirləşmirəm. Burada Çin liderinin Azərbaycanla Ermənistan arasında sülh yönündə atılan mühüm addıma dəstəyi ifadə oluna bilər. Bunun hansı formada və formatda baş verəcəyini, açığı, indi demək çətindir. Və mümkündür ki, bu, sadəcə, qurumun dəstəyi şəklində hansısa sənəddə, yaxud nitqdə öz əksini tapsın”.

S.Alıyevin proqnozuna görə, Çində Nikol Paşinyanla Vladimir Putin arasında görüş ehtimalı çox yüksəkdir. Azərbaycan lideri ilə görüşə gəldikdə, millət vəkilinin qənaəti belədir: “Son bir neçə gündə Azərbaycanla Rusiyanın yüksək vəzifəli təmsilçiləri arasında gedən danısıqlar, özəlliklə də Ceyhun Bayramova Sergey Lavrovun zəngindən belə nəticə çıxarmaq olar ki, qarşı tərəf cənab İlham Əliyevlə Vladimir Putinin görüşünə də cəhd edir. Amma cəhdin necə sonuclanacağı, məncə, Rusiyanın Azərbaycanın beynəlxalq hüquqa dayanan haqlı tələblərinə köntöycəsinə və bir sıra hallarda həddini aşan reaksiya əvəzinə normal, imperiya mərəzindən uzaq cavaba nə dərəcədə hazır olub-olmadıgından asılıdır”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
Bu gün, 17:30
Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
Bu gün, 17:27
İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
Bu gün, 17:07
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Bu gün, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Bu gün, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Bu gün, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Bu gün, 15:29
Litva Rusiyaya nota verdi
Bu gün, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Bu gün, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Bu gün, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Bu gün, 15:13
Kremlin qorxunc planı: - Rusiya Avropada yeni müharibə ocaqları yandırır
Bu gün, 13:20
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
Bu gün, 13:14
“Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” - “İravunk”
Bu gün, 12:55
Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
Bu gün, 12:44
"Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 12:36
Şeyx Əbdül və bitməyən narazılıq akademiyası - Saffari yazır…
Bu gün, 12:27
“Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” - Rövşən Tağıyev
Bu gün, 12:20
Qərbin “sonuncu erməniyə qədər” prinsipi... - NƏ BAŞ VERİR?
Bu gün, 12:16
Ermənistanın yeni siyasətində YENİ GERB - FOTO
Bu gün, 12:14
Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir - DETALLAR
Bu gün, 12:09
Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? - Bakının şərti qüvvədə qalır
Bu gün, 12:06
Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi - FOTO
Bu gün, 11:52
Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq - İNCƏLƏMƏ
Bu gün, 11:48
“Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” - Paşinyan
Bu gün, 11:43
Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - TƏFƏRRÜAT
Bu gün, 11:39
İrəvana TƏHDİD YAĞIŞI bitmir... - “RİA Novosti”
Bu gün, 11:26
"Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı - TƏFƏRRÜAT
Bu gün, 11:04
Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür - ÇÜNKİ...
Bu gün, 11:02
“Kreditlə, borcla qurban kəsmək olmaz” - Hacı Surxay
Bu gün, 10:57
"Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47
"Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." - GİLEY
Bu gün, 10:45
"Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı - FOTO
Bu gün, 10:42
“Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... - BU DA FAKT!
Bu gün, 10:39
Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur
Bu gün, 10:25
İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib
Bu gün, 10:23
İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? - GƏLİŞMƏ
Bu gün, 10:18
Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi - “Kommersant”
Bu gün, 10:16
Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu - 500 milyonluq RAZILAŞMA
Bu gün, 10:09
Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:05
Sabah Ermənistanın taleyi Astanada həll olunur - AKTUAL
Bu gün, 10:01
Aktrisa Ulduz Süleymanova vəfat edib
Bu gün, 09:57
İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Bu gün, 09:51
Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? – Sabiq sədrlə bağlı yeni məlumatlar yayıldı
Bu gün, 09:45
Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:42
"Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" - Nura Suri
Bu gün, 08:18
SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... - NARAZILIQ VAR...
Bu gün, 08:13
"Bu sullara cacab verən baba-igid məmur varmı?!" - ŞƏRH
Bu gün, 07:31
Burda SAXTA DOLLAR satılır? - TƏFƏRRÜAT
Bu gün, 07:18
Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq - Rusiya mediası
Bu gün, 06:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru