Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb .....                     Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər .....                     İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb .....                     Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? .....                     Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi .....                     Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb .....                     Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb .....                     Litva Rusiyaya nota verdi .....                     "Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" .....                     "AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib .....                     Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib .....                     Kremlin qorxunc planı: .....                     Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib .....                     “Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” .....                     Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb .....                     "Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Şeyx Əbdül və bitməyən narazılıq akademiyası .....                     “Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” .....                     Qərbin “sonuncu erməniyə qədər” prinsipi... .....                     Ermənistanın yeni siyasətində YENİ GERB .....                     Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir .....                     Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? .....                     Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi .....                     Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq .....                     “Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” .....                     Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi .....                     İrəvana TƏHDİD YAĞIŞI bitmir... .....                     "Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı .....                     Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür .....                     “Kreditlə, borcla qurban kəsmək olmaz” .....                     "Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." .....                     "Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı .....                     “Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... .....                     Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur .....                     İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib .....                     İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? .....                     Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi .....                     Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu .....                     Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı .....                 

Paşinyanın “torpaq mübadiləsi” açıqlamasının şok pərdəarxası - NƏ BAŞ VERİR?
Tarix: 23-08-2025, 08:56 | Çap et

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın bu ölkənin ərazisindəki anklavlarını - Sofulu, Barxudarlı, Yuxarı Əskipara və Kərki kəndlərini təhvil verməyə hazırlaşır. “Yeni Müsavat” bildirir ki, bu barədə “Respublika Meydanı” Teleqram kanalı (Ermənistan) məlumat yayıb.

Kanal məsələ ilə bağlı Paşinyandan sitat gətirib: “Azərbaycanın bizim nəzarətimizdə olan suveren əraziləri (anklavlar) var, bu məsələ demarkasiya prosesində öz həllini tapmalıdır”.

“Respublika Meydanı” hesab edir ki, Ermənistan Azərbaycanın Tavuş və Araratdakı anklavlarını Bakıya verməyə hazırlaşır. Mənbənin fikrincə, bununla Ermənistan-Gürcüstan və Ermənistan-İran yolları Azərbaycanın nəzarətinə keçəcək. “Paşinyan və komandası ”Tramp yolu"nu, əslində isə Zəngəzur dəhlizinin, yaxud Sünikin (Qərbi Zəngəzur) açarlarını ABŞ və Türkiyə-Azərbaycan tandeminə verir. Sünik bundan sonra tamamilə Azərbaycan mövqeləri və səngərləri ilə əhatə olunacaq. Paralel olaraq, Ermənistanın İranla əlaqəsi kəsiləcək", - məlumatda vurğulanıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə Azərbaycanla torpaq mübadiləsinin ancaq xalqın razılığı ilə baş tuta biləcəyini qeyd edib. Ermənistanın jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib. O qeyd edib ki, həm Ermənistanın, həm də Azərbaycanın keçmiş Sovet respublikalarının sərhədlərini göstərən xəritələri var. Baş nazir əlavə edib ki, sərhədlərin müəyyənləşdirilməsi prosesi məhz bu xəritələr əsasında davam etdiriləcək. “Əgər birdən-birə bəzi ərazilərin mütənasib şəkildə, yəni 1 kv.km ərazinin başqa 1 kv.km ərazi ilə dəyişdirilməsi arzusu yaranarsa, bu məsələ ilə bağlı biz xalqımıza müraciət etməliyik ki, vətəndaşların belə bir qərara razı olub-olmadığını öyrənək”, - deyə Paşinyan bildirib.

Xatırlatmaq yerinə düşər ki, ötən ilin aprelində əldə olunmuş razılaşmaya əsasən, Ermənistanın Azərbaycana qaytardığı Qazaxın 4 kəndinin ərazisi may ayından etibarən Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. Azərbaycan və Ermənistan arasında 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib. Hazırda Ermənistanın işğalı altında qalan 4 kəndimiz bunlardır: Qazaxın Yuxarı Əskipara, Bərxudarlı, Sofulu və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndi. Bu kəndlərin hər biri indiki Ermənistan ərazisi ilə əhatə olunub. Həmin kəndlər Azərbaycan üçün esklav, Ermənistan üçün anklav kəndlərdir.

Bir müddət əvvəl Ermənistan bu məsələdə Gədəbəyin Başkəndi ilə anklavların mübadiləsini təklif etmişdi. Azərbaycan isə bunu istisna edir. Lakin anklav kəndlər bizə qaytarılmalıdır ki, sülh prosesi yekunlaşsın. Bu məsələnin sərhədlərin delimitasiyası çərçivəsində həllini tapacağı da qeyd olunurdu.

Bir müddət əvvəl Paşinyan mətbuat konfransında bildirmişdi ki, anklavlar Azərbaycanın ərazi bütövlüyünün bir hissəsidir. “29,8 min kvadratkilometrlik Ermənistanın ərazi bütövlüyünə isə Artsvaşen daxildir. Anklavlar məsələsinin həlli üçün bir neçə variant var. Onlardan biri bu ola bilər: xəttin hər iki tərəfindəki anklav ərazilər yerləşdikləri tərənfin nəzarəti altında qalır. Digər variant isə odur ki, sülh müqaviləsi imzalandıqdan sonnra Artsvaşen Ermənistanın, qalan ərazilər isə Azərbaycanın suverenliyi altına qayıdacaq. Bu, siyasi nöqteyi-nəzərdən olan mövqedir, lakin hüquqi aspekt hələ də öyrənilməlidir”, - deyə Paşinyan bildirmişdi.

Vaşinqtonda əldə olunan razılaşmadan sonra isə anklav kəndlərlə bağlı göründüyü kimi, hərəkətlilik var. Bunu 8 avqust zirvəsinin nəticələrinin bir hissəsi saymaq olarmı? Ermənistan qalan 4 kəndi qaytaracaqmı?

Deputat Sahib Alıyev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Başkəndi heç bir halda Ermənistana vermək niyyətində deyil və verməyəcək: “İstisna etmirəm ki, Vaşinqtonda, cənab İlham Əliyevin təbirincə desək, dünyanın bir nömrəli ofisində bu bir daha qarşı tərəfin diqqətinə çatdırılıb. Paşinyanın tərəflər arasında ərazi mübadiləsinin istisna edilmədiyi haqda açıqlaması da elə bundan xəbər verir”.

Ermənistanın İranla sərhəddin bağlanmasına gəldikdə, S.Alıyev hesab edir ki, bu, revanşist ünsürlərin və SEPAH-ın uydurmasıdır: “Bunun üçün Azərbaycan ordusu Zəngəzura yeridilməlidir, bizim isə belə bir planımız yoxdur. Amma dövlət başçımızın avqustun 21-də Kəlbəcərdə bildirdiyi kimi, Ermənistan Zəngəzur dəhlizinin Azərbaycanın irəli sürdüyü şərtlər çərçivəsində açılmasına razılaşıb və bu razılıq Vaşinqtonda verilib”.

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi şərhçi Tural İsmayılov isə hesab edir ki, gözlənilən addımlar regionun gələcək siyasi mənzərəsini dəyişəcək səviyyədədir: “Ermənistanın Azərbaycanın anklav kəndlərini - Sofulu, Barxudarlı, Yuxarı Əskipara və Kərkinin qaytarılmasına hazırlaşması təsadüfi bir jest deyil, Vaşinqtonda əldə olunmuş razılaşmaların davamıdır və bölgədə yaranmış yeni geosiyasi düzənin təzahürüdür. Əvvəla, bu kəndlərin statusu uzun illərdir mübahisəli olaraq qalırdı və əslində, Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi olsa da, Ermənistan tərəfindən işğalda saxlanılırdı. Paşinyanın onları ”bizim nəzarətimizdə olan Azərbaycan torpaqları" adlandırması isə Ermənistan siyasi diskursunda tarixi dönüş kimi qiymətləndirilməlidir. Bu, həm də Bakının diplomatik xəttinin uğurudur - Azərbaycan artıq yalnız hərbi-siyasi deyil, hüquqi və diplomatik platformalarda da mövqeyini rəsmiləşdirir".

Ekspertin fikrincə, İrəvanın bu addımı atması Ermənistanın son 30 ildəki ən ciddi geosiyasi reallıqla barışması anlamına gəlir: “Paşinyan yaxşı anlayır ki, Azərbaycanın güclənmiş hərbi və diplomatik gücü, Türkiyə ilə strateji ittifaqı, üstəgəl Vaşinqton və Brüsselin dəstəyi fonunda bu kəndləri saxlamaq mümkün deyil. Əksinə, belə mövqedə dirənmək Ermənistanın həm sülh sazişini, həm də regional layihələrdə iştirakını sual altına alır”. T.İsmayılovun sözlərinə görə, maraqlı məqam odur ki, “Respublika Meydanı”nın vurğuladığı kimi, bu kəndlərin qaytarılması Ermənistanın yollar üzərindəki nəzarətini də zəiflədəcək: “Çünki Azərbaycan anklavları üzərindən keçən kommunikasiya xətləri regionun geoiqtisadi xəritəsini dəyişəcək, Zəngəzur dəhlizi məsələsində Bakının əlini daha da gücləndirəcək. Əslində, İrəvanın qorxusu da budur: Ermənistanın İranla quru əlaqəsi ciddi şəkildə Azərbaycan faktorundan asılı vəziyyətə düşür. Bu proses Vaşinqtonun vasitəçiliyi ilə aparılan danışıqların konkret nəticələrindən biridir. Qazaxın 4 kəndinin qaytarılması ilə başlayan proses indi yeni mərhələyə qədəm qoyur. Azərbaycan diplomatiyası ardıcıl və sistemli şəkildə torpaqlarımızı geri qaytarır. İstisna edilmir ki, yaxın aylarda İrəvan Kərki, Sofulu, Barxudarlı və Yuxarı Əskiparanı da faktiki olaraq Azərbaycana təhvil verməli olacaq”.

STM təmsilçisinə görə, Paşinyanın “xalqın razılığı” məsələsini gündəmə gətirməsi isə əslində daxili auditoriyanı sakitləşdirmək cəhdidir: “O, çox yaxşı bilir ki, beynəlxalq hüquq baxımından bu kəndlər Azərbaycana məxsusdur və bu, müzakirə mövzusu ola bilməz. Ermənistan xalqı nə qədər etiraz etsə də, dövlətin imzaladığı sənədlər və qəbul etdiyi öhdəliklər İrəvanı məcbur edir ki, Azərbaycanın ərazi bütövlüyünü tanısın”.

T.İsmayılov vurğuladı ki, qarşı tərəfin Başkənd məsələsini qabartmaq cəhdi də manipulyasiyadan başqa bir şey deyil: “Azərbaycan dəfələrlə bəyan edib ki, əsassız torpaq mübadiləsinə razılıq verməyəcək. İndiki mərhələdə yalnız beynəlxalq hüquqa uyğun həll yolu var - işğal altındakı kəndlərin Azərbaycana qaytarılması. Paşinyanın ”mütənasib mübadilə" ifadəsi isə sadəcə vaxt udmaq və daxili auditoriyada radikalları sakitləşdirməkdir". Siyasi şərhçi qeyd etdi ki, məsələnin bir başqa tərəfi də Ermənistanın Vaşinqtonun təzyiqləri altında bu addımı atmasıdır: “ABŞ çox yaxşı bilir ki, Cənubi Qafqazda davamlı sülh yalnız Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə mümkündür. Ona görə də Paşinyan hökuməti ”Tramp yolu" adlandırılan yeni geosiyasi dəhlizi açmaq məcburiyyətindədir. Bu isə Ermənistanın ənənəvi oyun qaydalarını kökündən dəyişir".

T.İsmayılov əminliklə bildirdi ki, Azərbaycan üçün bu proses həm siyasi, həm də strateji qələbədir: “Qazaxın dörd kəndinin qaytarılması ilə başlayan diplomatik dalğa indi daha da genişlənir və nəticə etibarilə İrəvan Azərbaycanın bütün anklavlarını geri qaytarmaq öhdəliyini icra etməyə yaxınlaşır”.

Azərbaycan Prezidenti keçən il anklav kəndlərlə bağlı mövqeyini açıqlamışdı. Sitat:

“O kəndlər ki, anklav kəndlərdir, - çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, - həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir”.

Əminik ki, sonda yenə də dövlət başçımızın dediyi kimi olacaq!











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
Dünən, 17:30
Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
Dünən, 17:27
İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
Dünən, 17:07
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Dünən, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Dünən, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Dünən, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Dünən, 15:29
Litva Rusiyaya nota verdi
Dünən, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Dünən, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Dünən, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Dünən, 15:13
Kremlin qorxunc planı: - Rusiya Avropada yeni müharibə ocaqları yandırır
Dünən, 13:20
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
Dünən, 13:14
“Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” - “İravunk”
Dünən, 12:55
Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
Dünən, 12:44
"Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 12:36
Şeyx Əbdül və bitməyən narazılıq akademiyası - Saffari yazır…
Dünən, 12:27
“Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” - Rövşən Tağıyev
Dünən, 12:20
Qərbin “sonuncu erməniyə qədər” prinsipi... - NƏ BAŞ VERİR?
Dünən, 12:16
Ermənistanın yeni siyasətində YENİ GERB - FOTO
Dünən, 12:14
Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir - DETALLAR
Dünən, 12:09
Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? - Bakının şərti qüvvədə qalır
Dünən, 12:06
Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi - FOTO
Dünən, 11:52
Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq - İNCƏLƏMƏ
Dünən, 11:48
“Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” - Paşinyan
Dünən, 11:43
Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - TƏFƏRRÜAT
Dünən, 11:39
İrəvana TƏHDİD YAĞIŞI bitmir... - “RİA Novosti”
Dünən, 11:26
"Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı - TƏFƏRRÜAT
Dünən, 11:04
Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür - ÇÜNKİ...
Dünən, 11:02
“Kreditlə, borcla qurban kəsmək olmaz” - Hacı Surxay
Dünən, 10:57
"Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 10:47
"Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." - GİLEY
Dünən, 10:45
"Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı - FOTO
Dünən, 10:42
“Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... - BU DA FAKT!
Dünən, 10:39
Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur
Dünən, 10:25
İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib
Dünən, 10:23
İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? - GƏLİŞMƏ
Dünən, 10:18
Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi - “Kommersant”
Dünən, 10:16
Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu - 500 milyonluq RAZILAŞMA
Dünən, 10:09
Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 10:05
Sabah Ermənistanın taleyi Astanada həll olunur - AKTUAL
Dünən, 10:01
Aktrisa Ulduz Süleymanova vəfat edib
Dünən, 09:57
İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Dünən, 09:51
Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? – Sabiq sədrlə bağlı yeni məlumatlar yayıldı
Dünən, 09:45
Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:42
"Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" - Nura Suri
Dünən, 08:18
SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... - NARAZILIQ VAR...
Dünən, 08:13
"Bu sullara cacab verən baba-igid məmur varmı?!" - ŞƏRH
Dünən, 07:31
Burda SAXTA DOLLAR satılır? - TƏFƏRRÜAT
Dünən, 07:18
Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq - Rusiya mediası
Dünən, 06:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru