12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Cavid Səfərov Alay Komandiri təyin olunur? .....                     Əraziyə zəncir vurulub: kim aradan qaldırmalıdır? .....                     Vüqar Qurbanov Vətən müharibəsi iştirakçısına vəzifə verdi .....                     Azərbaycanda internet tam kəsiləcək? .....                     Sahibkar gömrük sisteminin eybəcərliklərini İFŞA ETDİ .....                     “Azərbaycan Dəmir Yolları” törəmə şirkətinə yeni direktor təyin edilib .....                     Azərbaycanda 10-15 manatlıq «mini tenderlər» də keçirilirmiş .....                     Dövlət Mühafizə Xidmətinin hərbçiləri təltif edilib .....                     Sədərək Mərkəzi Xəstəxanasının tibbi avadanlıqları hansı məmur tərəfindən oğurlanıb? .....                     “Evlənəcəyim qızı Ramiz Rövşənlə məsləhətləşdim” .....                     Qriqoryan və ABŞ-nin İrəvandakı səfiri .....                     “Azercell” abunəçilərindən hər yolla pul qoparmağa çalışır... .....                     Makron, Merts və Tusk gələn həftə Moldovaya gedəcək .....                     "SEPAH İranın daxili problemlərini ört-basdır etmək üçün .....                     İcra Hakimiyyətinin vəzifəli şəxsi 8 sutka həbs olundu .....                     İran telekanalı Pezeşkianı ələ saldı .....                     Paşinyan Zəngəzurla bağlı əsl razılaşmanı gizlədir .....                     “Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır .....                     Moskva Paşinyanı küncə sıxdı .....                     Putinin nümayəndəsindən Azərbaycana qarşı təxribat .....                     Mülayim şərq küləyi əsəcək .....                     Qəbələnin başçısının guya BUNDAN XƏBƏRİ YOXDUR? .....                     Ukraynanın taleyi ABŞ-nin masasındadır .....                     Gələcəkdə bu dəhlizdən Azərbaycandan Türkiyəyə qaz xətti çəkilsə... .....                     Dövlət Xidmətinin 8,4 milyon manat vergi borcu var .....                     Bu gün Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə .....                     Tofiq Cəfərli vəzifəsindən azad edildi .....                     Rusiyadakı dairələr ölkəmizi süni “mərmi” böhtanı ilə “vurmaq istəyirlər” .....                     "Olmayan məhsulları necə sata bilirsiniz, axı..." .....                     “Bu pulu vermək bizi yandırır” .....                     "İran İslam İnqilabı Keşikçiləri Korpusunun Azərbaycana qarşı təhdidi ilk deyil..." .....                     "Azərbaycan Dəmir Yolları"nın Müşahidə Şurası yenidən formalaşdırılıb .....                     AZAL-ın Müşahidə Şurasının üzvləri dəyişib .....                     Rusiya Prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib .....                     "Əfqanıstan da Pakistan kimi bizim strateji müttəfiqimiz olacaq" .....                     Nuranə Babayeva şöbə müdiri təyin olundu .....                     Paşinyandan Ter-Petrosyana məsləhət: .....                     Baş nazir millətinə reallıqları çatdırır .....                     Füzuli Rayon Mərkəzi Xəstəxanası artezian quyu qazdırır .....                     “7-dən 77-yə hər kəs anlayır ki, Rusiyadan ancaq fəlakət, qan, ölüm gələr” .....                 

Putinin nümayəndəsindən Azərbaycana qarşı təxribat - NƏ BAŞ VERİR?
Tarix: Bu gün, 12:31 | Çap et

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycana qarşı təxribatçı-şovinist ittihamlarla çıxış edib.

Şvıdkoy Qarabağda ermənilərə məxsus abidələri sökdüyünü iddia edərək Azərbaycanın ünvanına təhqiramiz ifadələr işlətməyə cəsarət edib.

““Dağlıq Qarabağ”da erməni əsilli görkəmli şəxsiyyətlərin və hərbçilərin 25 abidəsinin və büstünün sökülməsi şərəfsiz hərəkətdir”, - deyə Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi bildirib.

“Abidələrə qarşı müharibə heç bir ölkə üçün şərəfli deyil. Onlar bu torpaqda yaşayan xalqların tarixini əks etdirir. Anlamaq çox vacibdir ki, Rusiya ilə Qafqaz xalqları arasında münasibətlər çoxəsrlik tarixə malikdir və bizi təkcə indi deyil, həm də keçmiş və gələcək birləşdirir. Siyasət indiki zamanda, mədəni əlaqələr isə əbədiyyətdə yaşayır və bunu başa düşmək lazımdır. Cənubi Qafqazda Rusiyanın Ermənistan, Azərbaycan və Gürcüstanla çoxəsrlik tarixi var və xalqlarımız arasında əlaqələr kəsilmir”, - Şvıdkoy qeyd edib.

Rusiyada azərbaycanlılara qarşı təzyiqlərin və qanunsuz deportasiya hallarının artdığı bir vaxtda Şvıdkoyun bu açıqlaması təbii ki, siyasi təxribat məqsədi daşıyır. Mixail Şvıdkoyun Azərbaycanın əleyhinə yönəlik işlətdiyi etikadankənar ifadələr onun erməni sevgisindən daha çox Rusiya elitasının başqa xalqlara qarşı imperiya iddiaları və nifrət siyasəti ilə bağlıdır. Görünür, bu gün postsovet ölkələrinə qarşı daha çox düşmənçilik münasibəti göstərmək yarışına Şvıdkoy da qoşulub.

Onun Qarabağdakı “abidələr”i yada salması, yəni ermənidən betər erməni olmasının da mədəniyyətlə heç bir əlaqəsi yoxdur. İndiyə qədər nəinki Xankəndidə, Azərbaycanın hər hansı bölgəsində ermənilərə məxsus mədəni, dini abidələri, məzarları dağıdılması barədə bir dənə də olsun sübut tapılmayıb. Sadəcə olaraq, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərinin işğalında və dinc əhaliyə qarşı kütləvi qətliamlarda iştirak etmiş terrorçuların bəzilərinə ermənilər qanunsuz olaraq sonradan heykəl ucaltmışdı.

Xatırladaq ki, işğal dövründə Şuşada azərbaycanlılara qarşı soyqırımda iştirak etmiş, Ermənistanın sabiq baş naziri Vazgen Sarkisyanın heykəli qoyulmuşdu. Şuşa şəhəri işğaldan azad edildikdən sonra heykəl də demontaj edildi. Yaxud işğal dövründə ermənilər faşist-terrorçubaşı Qaregin Njdeyə Xocavənddə abidə qoymuşdular. Azərbaycan bu heykəlin götürülməsini beynəlxalq səviyyədə qaldırmışdı. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Qaregin Njdenin heykəli də söküldü. Şvıdkoy “erməni hərbçiləri, ictimai xadimləri” deyərkən məhz bu terrorçuları və səhra komandirlərini nəzərdə tutur.

Heykəli ucaldılmış həmin terrorçular Rusiyanın dəstəyi ilə Azərbaycan xalqına qarşı hərbi cinayətlər törədiblər. Hazırda onların bir qismi Bakıda məhkəmə qarşısında bu cinayətlərini etiraf edir. Ona görə də Mixail Şvıdkoyun şərəfdən və ləyaqətdən danışmağa mənəvi haqqı çatmır. Əgər onun şərəfi varsa, 1993-cü ildə Azərbaycan əraziləri işğal olunanda Rusiya mədəniyyət nazirinin müavini kimi bir dəfə Qarabağda baş verən etnik və dini mənsubiyyətinə azərbaycanlılara qarşı həyata keçirilmiş kütləvi qətllərə, talanlara, abidələrin, məzarlıqların məhvinə etirazını bildirərdi. Mixail Şvıdkoy 1993-1997-ci illərdə Rusiyanın mədəniyyət nazirinin müavini, 2000-2004-cü illərdə isə mədəniyyət naziri işləyib.

Bu, Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərindəki məscidləri tövləyə çevirdiyi dövr idi. Amma nədənsə həmin vaxtlarda şərəf anlayışı Şvıdkoyun bir dəfə də olsun yadına düşmədi. Ermənilər yalnız məscidləri deyil, Qarabağdakı qədim alban kilsələrini də təhqir etdilər. Şuşada XIX əsrdə tikilmiş rus provaslav kilsəsini öz adlarına çıxdılar. İndi mədəniyyətdən, şərəf və ləyaqətdən dəm vuran Şvıdkoy bütün bunlara səssiz yanaşdı. Çünki Şvıdkoyun əsl niyyəti ara qatmaq, bölgədə yenidən münaqişəyə rəvac verməkdir.

Azərbaycan və Ermənistan arasında avqustun 8-də sülh sazişinin paraflanmasından sonra 37 il davam edən münaqişəyə son qoyulması, kommunikasiyaların açılması üçün real imkan yaranıb. Bu isə Rusiyanı narahat edir. Kreml Şvıdkoy kimilərinin vasitəsilə guya Qarabağda erməni abidələrinin dağıdılması barədə saxta iddiaları ortaya atmaqla, Azərbaycan və Ermənistan arasında başlanmış sülh prosesini pozmağa, növbəti münaqişə ocağı yaratmağa çalışır.

Ancaq “qatar” getdiyindən, Şvıdkoy kifayət qədər gecikmiş görünür. Arxa vaqona tullanan isə qatarın altına düşə bilər...

Müşfiq Abdulla
"Cebheinfo.az"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Cavid Səfərov Alay Komandiri təyin olunur? - İDDİA
Bu gün, 15:49
Əraziyə zəncir vurulub: kim aradan qaldırmalıdır? - İcra başçısı Coşqun Cəbrayılovun nəzərinə...
Bu gün, 15:44
Vüqar Qurbanov Vətən müharibəsi iştirakçısına vəzifə verdi - ƏMR
Bu gün, 15:20
Azərbaycanda internet tam kəsiləcək? - AÇIQLAMA
Bu gün, 15:18
Sahibkar gömrük sisteminin eybəcərliklərini İFŞA ETDİ - Prezidentə MÜRACİƏT
Bu gün, 15:06
“Azərbaycan Dəmir Yolları” törəmə şirkətinə yeni direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59
Azərbaycanda 10-15 manatlıq «mini tenderlər» də keçirilirmiş - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 14:48
Dövlət Mühafizə Xidmətinin hərbçiləri təltif edilib - SİYAHI
Bu gün, 14:39
Sədərək Mərkəzi Xəstəxanasının tibbi avadanlıqları hansı məmur tərəfindən oğurlanıb? - "Niyə digər yerlərdən işçi götürür?"
Bu gün, 14:30
“Evlənəcəyim qızı Ramiz Rövşənlə məsləhətləşdim” – Xalq artisti
Bu gün, 14:17
Qriqoryan və ABŞ-nin İrəvandakı səfiri Vaşinqtonda əldə olunmuş razılaşmaları müzakirə ediblər
Bu gün, 14:11
“Azercell” abunəçilərindən hər yolla pul qoparmağa çalışır... - GİLEY
Bu gün, 13:55
Makron, Merts və Tusk gələn həftə Moldovaya gedəcək
Bu gün, 13:46
"SEPAH İranın daxili problemlərini ört-basdır etmək üçün xaricə təhdidlə diqqət yayındırır"
Bu gün, 13:44
İcra Hakimiyyətinin vəzifəli şəxsi 8 sutka həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:41
İran telekanalı Pezeşkianı ələ saldı - “Sadəlöhv adam”
Bu gün, 13:11
Paşinyan Zəngəzurla bağlı əsl razılaşmanı gizlədir - Zurabyan
Bu gün, 13:05
“Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır
Bu gün, 13:01
Moskva Paşinyanı küncə sıxdı – “Ya Aİİ-dən çıx, ya da sanksiyalara hazır ol”
Bu gün, 12:48
Putinin nümayəndəsindən Azərbaycana qarşı təxribat - NƏ BAŞ VERİR?
Bu gün, 12:31
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:21
Qəbələnin başçısının guya BUNDAN XƏBƏRİ YOXDUR? - NARAZILIQ VAR...
Bu gün, 12:20
Ukraynanın taleyi ABŞ-nin masasındadır - ŞƏRH
Bu gün, 12:15
Gələcəkdə bu dəhlizdən Azərbaycandan Türkiyəyə qaz xətti çəkilsə... - İranın qaz ixracatı zərəri böyük olar...
Bu gün, 12:10
Dövlət Xidmətinin 8,4 milyon manat vergi borcu var - DETALLAR
Bu gün, 12:01
Bu gün Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək
Bu gün, 11:57
Tofiq Cəfərli vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:54
Rusiyadakı dairələr ölkəmizi süni “mərmi” böhtanı ilə “vurmaq istəyirlər” - AMMA...
Bu gün, 11:37
"Olmayan məhsulları necə sata bilirsiniz, axı..." - NARAZILIQ VAR...
Bu gün, 11:34
“Bu pulu vermək bizi yandırır” - Şərurlu İsfəndiyar
Bu gün, 11:18
"İran İslam İnqilabı Keşikçiləri Korpusunun Azərbaycana qarşı təhdidi ilk deyil..." - SON DA OLMAYACAQ...
Bu gün, 11:15
"Azərbaycan Dəmir Yolları"nın Müşahidə Şurası yenidən formalaşdırılıb
Bu gün, 11:11
AZAL-ın Müşahidə Şurasının üzvləri dəyişib
Bu gün, 11:09
Rusiya Prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
Bu gün, 11:06
"Əfqanıstan da Pakistan kimi bizim strateji müttəfiqimiz olacaq" - GƏLİŞMƏ
Bu gün, 11:01
Nuranə Babayeva şöbə müdiri təyin olundu - BUNDAN SONRA...
Bu gün, 10:54
Paşinyandan Ter-Petrosyana məsləhət: - sakitləş və dinc həyatdan zövq al
Bu gün, 10:52
Baş nazir millətinə reallıqları çatdırır - ONA GÖRƏ DƏ...
Bu gün, 10:50
Füzuli Rayon Mərkəzi Xəstəxanası artezian quyu qazdırır
Bu gün, 10:49
“7-dən 77-yə hər kəs anlayır ki, Rusiyadan ancaq fəlakət, qan, ölüm gələr” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:45
ASCO-nun Müşahidə Şurasının tərkibi dəyişib
Bu gün, 10:39
Xalq artisti yatağa düşdü
Bu gün, 10:31
“Bakı Yoltexnikatəmir” ASC-nin səhmdarları toplanır
Bu gün, 10:27
“Əli Kərimli bu gerçəyi anlamırsa, yaxud anlamaq istəmirsə... demək, onun islahı qeyri-mümkündür”
Bu gün, 10:17
7 ildir müqavilə bağlayıb, 5 ildir pulunu ödəyib, amma evinə sahib ola bilmir... - NARAZILIQ VAR...
Bu gün, 10:12
Ekologiya Nazirliyindən biganəlik: Ağaclar quruyur... BİZƏ NƏ? - VİDEOFAKT
Bu gün, 10:02
Əvvəlcə pulsuz xidmət göstərirdilər, amma indi... - BU NƏDİ BELƏ?
Bu gün, 09:55
Overçuk Paşinyana "Tramp yolu" ilə bağlı hansı xəbərdarlığı etdi?.. - “Hraparak”
Bu gün, 09:41
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 09:39
"Ramiz Mehdiyevin kadrları bu gün Azərbaycanda “at oynadır”lar" - İTTİHAM VAR...
Bu gün, 09:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru