Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb .....                     Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər .....                     İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb .....                     Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? .....                     Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi .....                     Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb .....                     Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb .....                     Litva Rusiyaya nota verdi .....                     "Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" .....                     "AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib .....                     Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib .....                     Kremlin qorxunc planı: .....                     Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib .....                     “Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” .....                     Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb .....                     "Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Şeyx Əbdül və bitməyən narazılıq akademiyası .....                     “Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” .....                     Qərbin “sonuncu erməniyə qədər” prinsipi... .....                     Ermənistanın yeni siyasətində YENİ GERB .....                     Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir .....                     Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? .....                     Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi .....                     Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq .....                     “Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” .....                     Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi .....                     İrəvana TƏHDİD YAĞIŞI bitmir... .....                     "Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı .....                     Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür .....                     “Kreditlə, borcla qurban kəsmək olmaz” .....                     "Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." .....                     "Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı .....                     “Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... .....                     Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur .....                     İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib .....                     İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? .....                     Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi .....                     Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu .....                     Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı .....                 

İmtahan, yoxsa tələ? - AKTUAL
Tarix: 22-08-2025, 06:40 | Çap et

Son vaxtlar keçirilən imtahanlarda şəffaflığın təmin edilməməsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Lisey və gimnaziyalara qəbul imtahanları sualların satılması ilə bağlı iddialar şagird və valideynlər arasında narazılıqlar yaratmışdı.

Bundan əlavə, müəllimlərin işə qəbulu imtahanlarında tarix və kimya fənlərindən sualların həddindən artıq çətinliyi ictimaiyyətdə narazılıq doğurarkən, DTX-nin Dövlət İmtahan Mərkəzində sualların satılması ilə bağlı keçirdiyi əməliyyat təhsil sisteminə olan inamı ciddi şəkildə sarsıdıb.

Bəs Azərbaycanda imtahanların şəffaf keçirilməməsinin əsas səbəbləri nələrdir və bu vəziyyətin qarşısını almaq üçün hansı tədbirlər görülə bilər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-aaçıqlama verən təhsil eksperti Kamran Əsədov bildirdi ki, imtahanlardakı saxtakarlıq etimadı sarsıdır, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi isə məsuliyyətdən yayınır:

“Azərbaycanda imtahanların keçirilməsi son 3 ildə ən çox narazılıq doğuran mövzularından biridir. Lisey və gimnaziyalara qəbul imtahanlarında sualların satılması, bəzi fənlər üzrə - xüsusilə riyaziyyat, tarix və kimya, həddən artıq çətin tapşırıqların verilməsi və nəticədə minlərlə şagirdin haqsızlıq hissi ilə üzləşməsi təhsil sisteminə etimadı ciddi şəkildə sarsıdır. Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyatlar göstərdi ki, bu sahədə fırıldaq və korrupsiya halları sistemli xarakter daşıyır.

DTX-nin müdaxiləsi cəmiyyət üçün bir ümid işığı oldu, çünki bu qurum yalnız təhlükəsizlik deyil, həm də təhsilin qorunması, şəffaflığın bərpası və gələcək nəsillərin sağlam mühitdə yetişməsi baxımından həyati vacib rol oynadı. Amma burada əsas sual yaranır, niyə bu vəziyyətə gəlinib və niyə Elm və Təhsil Nazirliyi öz öhdəsinə düşən işi görə bilmir?”

Onun sözlərinə görə, imtahanlardakı şəffaflıq pozuntuları gənclərin taleyini riskə atır:

““Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərilir ki, təhsil dövlət siyasətinin əsas prioritetlərindən biri sayılır, 5-ci maddəsində isə təhsilin keyfiyyətinə dövlət təminat verir. Əlavə olaraq, Konstitusiyanın 42-ci maddəsində qeyd olunur ki, dövlət vətəndaşlara bərabər təhsil imkanları yaratmalıdır.

Lakin imtahanların təşkilində şəffaflıq prinsipi pozulduqda, şagirdlər bərabər imkanlardan məhrum olur və qanunun mahiyyəti kağız üzərində qalır. Sualların satılması faktı bu prinsiplərin birbaşa pozulmasıdır və təhsil sistemində qanunla idarə olunmalı olan prosesin korrupsiya ilə əvəzlənməsini göstərir. Müsbət tərəfi yalnız DTX-nin fəaliyyətində görmək olar. Bu qurum imtahan fırıldaqçılarını ifşa etməklə təhsil sahəsində təhlükəsizliyi təmin edir, neqativləri aradan qaldırır və şəffaf mühit yaratmaq üçün qətiyyət nümayiş etdirir.

Bu, dövlətin gücünün və iradəsinin göstəricisidir. Amma mənfi tərəflər çox daha genişdir. Elm və Təhsil Nazirliyi bu sahədə heç bir preventiv tədbir həyata keçirmir, sual bazasının məxfilik prinsipləri qorunmur, imtahanların məzmunu balanslaşdırılmır. Nazirlik yalnız statistika açıqlamaqla kifayətlənir, amma prosesin keyfiyyəti barədə ictimaiyyətə nə hesabat verir, nə də şəffaflıq yaradır.

Statistika göstərir ki, son 5 ildə orta məktəblərdə buraxılış və qəbul imtahanlarında iştirak edənlərin sayı hər il 100 min nəfəri keçir. Bu qədər gəncin taleyi imtahanların nəticəsindən asılıdır və onların gələcək təhsil və karyera imkanları burada müəyyənləşir. Belə bir kütləvi prosesdə ən kiçik saxtakarlıq minlərlə ailənin həyatına təsir göstərir. Nəticədə insanlar repetitorluğa, qeyri-rəsmi yollarla hazırlığa üz tutur və təhsil getdikcə daha çox bazara çevrilir”.

Ekspert qeyd edib ki, Azərbaycanda imtahanların qapalı və şəffaf olmaması etimadı zəiflədir:

“Dünya təcrübəsi ilə müqayisə etdikdə, Azərbaycanın geridə qaldığı aydın görünür. Məsələn, Estoniya və Finlandiya imtahan sistemini tam elektronlaşdırıb, suallar geniş bankdan avtomatik seçilir və insan faktorunun müdaxiləsi minimuma endirilir.

İngiltərədə GCSE (Orta Təhsil Haqqında Ümumi Attestat) və A-level (Yüksək Səviyyə Təhsil Diplomu) imtahanlarının nəticələri barədə hər il ətraflı hesabat dərc olunur, çətinlik balansı daim müzakirə edilir. ABŞ-da SAT və GRE imtahanlarının sualları müstəqil qurumlar tərəfindən hazırlanır və ictimai etimad mexanizmləri formalaşdırılıb.

Azərbaycanda isə imtahan sistemi hələ də qapalıdır, nəticələr üzrə hesabat verilmədiyi üçün ictimaiyyət yalnız fərziyyələr üzərində müzakirə aparır. Nəticə etibarilə dəyişəcək olan budur ki, əgər vəziyyət eyni qaydada davam edərsə, imtahanlara etimad tamamilə itəcək, gənclər təhsil yolunu imtahanla yox, başqa vasitələrlə axtarmağa başlayacaqlar.

Dəyişməli olan isə imtahanların təşkili mexanizmidir. Sual bazası beynəlxalq standartlara uyğun qorunmalı, imtahanların məzmunu tədris proqramları ilə uyğunlaşdırılmalı, nəticələr barədə ictimai hesabat sistemi yaradılmalıdır.

İmtahanların hazırlanması və keçirilməsi yalnız Elm və Təhsil Nazirliyinin səlahiyyətində qalmamalı, müstəqil akademik qurumlar və ictimai təşkilatlar bu prosesə cəlb olunmalıdır. Təəssüf ki, Elm və Təhsil Nazirliyi bu istiqamətdə nə plan açıqlayır, nə də ictimai müzakirə aparır. Nazirliyin nə marifləndirmə işi var, nə də real proqnozları.

Bu qurum sadəcə idarəçiliklə məşğuldur, amma təhsil siyasətini müəyyənləşdirmək iqtidarında deyil. Əgər DTX-nin sərt müdaxiləsi olmasa, imtahan fırıldaqları davam edəcək. Nazirliyin fəaliyyətsizliyi isə göstərir ki, ölkədə imtahanların şəffaflığını qoruyan əsas qurum təəssüf ki, təhsil nazirliyi deyil, təhlükəsizlik orqanlarıdır. Bu isə dövlətin təhsil strategiyası üçün çox acınacaqlı mənzərədir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
Dünən, 17:30
Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
Dünən, 17:27
İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
Dünən, 17:07
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Dünən, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Dünən, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Dünən, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Dünən, 15:29
Litva Rusiyaya nota verdi
Dünən, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Dünən, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Dünən, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Dünən, 15:13
Kremlin qorxunc planı: - Rusiya Avropada yeni müharibə ocaqları yandırır
Dünən, 13:20
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
Dünən, 13:14
“Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” - “İravunk”
Dünən, 12:55
Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
Dünən, 12:44
"Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 12:36
Şeyx Əbdül və bitməyən narazılıq akademiyası - Saffari yazır…
Dünən, 12:27
“Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” - Rövşən Tağıyev
Dünən, 12:20
Qərbin “sonuncu erməniyə qədər” prinsipi... - NƏ BAŞ VERİR?
Dünən, 12:16
Ermənistanın yeni siyasətində YENİ GERB - FOTO
Dünən, 12:14
Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir - DETALLAR
Dünən, 12:09
Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? - Bakının şərti qüvvədə qalır
Dünən, 12:06
Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi - FOTO
Dünən, 11:52
Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq - İNCƏLƏMƏ
Dünən, 11:48
“Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” - Paşinyan
Dünən, 11:43
Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - TƏFƏRRÜAT
Dünən, 11:39
İrəvana TƏHDİD YAĞIŞI bitmir... - “RİA Novosti”
Dünən, 11:26
"Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı - TƏFƏRRÜAT
Dünən, 11:04
Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür - ÇÜNKİ...
Dünən, 11:02
“Kreditlə, borcla qurban kəsmək olmaz” - Hacı Surxay
Dünən, 10:57
"Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 10:47
"Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." - GİLEY
Dünən, 10:45
"Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı - FOTO
Dünən, 10:42
“Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... - BU DA FAKT!
Dünən, 10:39
Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur
Dünən, 10:25
İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib
Dünən, 10:23
İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? - GƏLİŞMƏ
Dünən, 10:18
Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi - “Kommersant”
Dünən, 10:16
Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu - 500 milyonluq RAZILAŞMA
Dünən, 10:09
Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 10:05
Sabah Ermənistanın taleyi Astanada həll olunur - AKTUAL
Dünən, 10:01
Aktrisa Ulduz Süleymanova vəfat edib
Dünən, 09:57
İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Dünən, 09:51
Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? – Sabiq sədrlə bağlı yeni məlumatlar yayıldı
Dünən, 09:45
Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:42
"Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" - Nura Suri
Dünən, 08:18
SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... - NARAZILIQ VAR...
Dünən, 08:13
"Bu sullara cacab verən baba-igid məmur varmı?!" - ŞƏRH
Dünən, 07:31
Burda SAXTA DOLLAR satılır? - TƏFƏRRÜAT
Dünən, 07:18
Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq - Rusiya mediası
Dünən, 06:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru