Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi, hakim Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Arif Qaraşov xaricdə dincəlir.
Onun oğlu Fərhad Qaraşovun sosial media hesabında atası ilə Monteneqrodan paylaşım edib.
Qeyd edək ki, bir müddət əvvəl onun səhhətində ciddi problemlər yarandığı xəbər saytlarında yer almışdı.
Qeyd edək ki, Arif Xanoğlan oğlu Qaraşov 1953-cü ildə anadan olub. O, 2005-2009-cu illərdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi vəzifəsində işləyib.
Onu da qeyd edək ki, Arif Qaraşovun oğlu Fərhad Qaraşov "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışır.
Ajans.az