SOCAR-ın işçisi qəfil vəfat etdi .....                     Azərbaycanda canlı yayımda söyüş söyən futbolçu HƏBS OLUNDU .....                     Rüfət Nasosnudan valideynlərə ÇAĞIRIŞ: .....                     “Yüksək vəzifəli məmurla tək nə danışacağam ki?.. Bu, şəxsi faciəmdir” .....                     Əliağa Kürçaylının nəvəsinə məxsus şirkətin əmlakına həbs qoyuldu .....                     Kilosu 100 manata olan “At əti” .....                     Fermer 3 litr süddən cəmi 45 qəpik... .....                     Koçaryan və Tsarukyanın pulları alınmalıdır .....                     Azərbaycanın Köçəryan və Sarkisyana ciddi sualları ola bilər .....                     Ərdoğandan daha bir ölkə haqda anons .....                     Ermənistanda hökumətin 5 illik proqramı qəbul edildi .....                     Rusiyadakı Azərbaycan icmasına və diaspor liderlərinə təzyiq açıq siyasi şantaj alətinə çevrilib .....                     “Caspian Equipment Company” səhmdarlarını toplayır .....                     Taksilərdə gediş haqqı 60 qəpik artıb .....                     “Mərmər İnşaat” əvvəlki kimi qazanmır .....                     Baş Prokurorluq məhkəmə zalından azadlığa buraxılan Rasim Həsənovun hökmündən protest verib .....                     Qarşıda kəndləri daha ciddi problem gözləyir .....                     Ermənistan ordusunda ölüm halları artıb: .....                     İran ABŞ-a xəbərdarlıq etdi: .....                     Alen Simonyan eyni gündə ABŞ və Rusiya diplomatları ilə regional məsələləri müzakirə edib .....                     Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib .....                     Anasının sevgilisini öldürənin məhkəməsi başlayır .....                     “Fantastik qonorar versələr də, o rolu heç vaxt oynamaram” .....                     Ermənistan seçimini etdi: Rusiyanın cavabı nə olacaq? .....                     İran banklarının Azərbaycandakı fəaliyyəti dayandırıla bilərmi? .....                     TƏBİB-in sabiq departament müdirinə vəzifə verildi .....                     Laçında Azərbaycanla Ermənistan arasında elektrik enerjisinin idxalı və ixracı imkanları müzakirə edilib .....                     Eldar Hacıbalayev vəzifəsindən AZAD EDİLDİ .....                     Quşencənin içməli su böhranı ETİRAF OLUNDU .....                     Deputat: “Pik saatlarda avtomobillərə nömrələr üzrə məhdudiyyətlər qoyula bilər” .....                     Serj Sarkisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb .....                     YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA .....                     Sərnişin qatarının fəaliyyəti Gürcüstana gedənlərin sayına necə təsir edib? .....                     Bakının məşhur tələbi Ermənistanın ən böyük planı seçildi .....                     Köçəryan və digərlərindən bir-bir qisas alacağıq .....                     Paşinyan Rusiyanın İrəvandakı dayaqlarını silkələdi .....                     Britaniya şirkəti Azərbaycanda və Xəzər regionunda .....                     Şəhid ailəsi 33 ildir ev gözləyir .....                     Gələn həftədən bankların üzərinə yeni öhdəlik qoyulacaq .....                     Tovuz Rayon İcra Hakimiyyətinin əməkdaşı vəfat etdi .....                 

Kreml Azərbaycan diasporunu “Pautina” ilə vurur - Ukrayna kəşfiyyatının əməliyyatını azərbaycanlılara bağlayırlar
Tarix: 20-07-2025, 10:56 | Çap et

Musavat.com xəbər verir ki, Rusiya dövlət təbliğat maşını Azərbaycanı hədəfə alan yeni bir informasiya hücum mərhələsinə keçib. Bu dəfə Moskva açıq şəkildə Azərbaycan diasporunu Ukrayna kəşfiyyatının hərbi-sabotaj əməliyyatlarına cəlb etməkdə ittiham edir. Rusiyanın ultra-millətçi və Kremlin nəzarətində olan “Tsargrad TV” kanalı vasitəsilə yayımlanan süjetlərdə iddia edilir ki, Ukraynanın “Pautina” (“Hörümçək toru”) adlı əməliyyatı — yəni Rusiya ərazisində yerləşən strateji bombardmançı təyyarə bazalarına qarşı həyata keçirilmiş diversiya – guya Azərbaycan diasporunun köməyi və maliyyə dəstəyi ilə baş tutub.

Bu iddialar ilk baxışdan absurddur, lakin məqsəd açıqdır: Rusiyada yaşayan milyonlarla azərbaycanlını, xüsusilə də ictimai fəallığı olan diaspora liderlərini ləkələmək, hədəfə qoymaq, hüquqi və ya fiziki təzyiqlərlə üz-üzə buraxmaq. Daha öncə də Rusiya hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlı aktivistlər saxlanılıb, onların evlərində axtarışlar aparılıb, hətta bəzi hallarda qətllər baş verib. Lakin ilk dəfədir ki, Kreml təbliğatçıları bu qədər irəli gedərək Azərbaycanı birbaşa Ukraynanın kəşfiyyat əməliyyatına ortaq kimi göstərirlər.

Bu böhtanlar həm də Azərbaycan dövlətinə qarşı daha genişmiqyaslı informasiya savaşı üçün ideoloji zəmin hazırlamaq məqsədi daşıyır. Məqsəd yalnız diasporaya qarşı deyil, eyni zamanda Azərbaycan dövlətinin Ukrayna ilə yaxınlaşmasına, anti-Rusiya mövqeli beynəlxalq tədbirlər keçirməsinə cavab verməkdir.

Bununla paralel, diqqətçəkən digər detal da odur ki, bu kampaniya Azərbaycanın Şuşa şəhərində keçirdiyi 3-cü Qlobal Media Forumun dərhal ardından aktivləşib. Forumun ən çox diqqət çəkən qonaqlarından biri Ukraynanın tanınmış jurnalisti, anti-Putin mövqeyi ilə tanınan Dmitri Qordon idi. Qordon Rusiyanın informasiya və hərbi təcavüzünə qarşı Ukrayna xalqının ən ön cəbhə simalarındandır. O, illərdir Ukraynanın ərazi bütövlüyünü müdafiə edir, Putin rejimini ifşa edən jurnalistik fəaliyyəti ilə tanınır.

Qordon Forumda iştirak etməklə, Azərbaycanın informasiya müstəvisində suveren addımlar atdığına simvolik dəstək verdi. Qordon Azərbaycanı sevdiyini, Prezident İlham Əliyevi və onun rəhbərlik etdiyi siyasi xətti dəstəklədiyini dəfələrlə bildirib. Onun çoxmilyonlu auditoriyası qarşısında Azərbaycanı müdafiə etməsi Rusiyanı qıcıqlandırmaya bilməzdi.

Azərbaycan isə Qordonla yanaşı Rusiya dövlət xəbər agentliyi TASS-ın rəhbər şəxslərindən biri – Mixail Qusmanı da Şuşaya dəvət etməklə balanslı mövqeyini qorudu. Hətta Putinçi analitik Sergey Markov da forumda iştirak edir. Lakin buna baxmayaraq, Kreml informasiya cəbhəsində əsassız və təhlükəli hücuma başladı. Bu da göstərir ki, Moskva diplomatik etikaya deyil, təhdid və şantaja əsaslanan strategiyasına sadiqdir.

Prezident İlham Əliyev 19 iyulda Xankəndidə Forumun açılışında çıxışı zamanı Rusiya ilə münasibətlərə, xüsusilə də ötən ilin dekabr ayında Rusiya hərbi hava qüvvələrinə məxsus strateji təyyarənin Azərbaycanın raketləri ilə vurulmasına dair məsələyə də toxundu. Dövlət başçısı bu hadisənin qəza olmadığını, rəsmi Bakının Rusiyadan izahat, üzr və kompensasiya gözlədiyini, lakin bunların heç birinin baş vermədiyini bildirdi.

Əliyev çıxışında Rusiyanın cavablarını “uşaqcasına bəhanələr” adlandıraraq, Moskvanın məsuliyyətdən yayınmağa çalışdığını açıq şəkildə ifadə etdi. Bu, bir tərəfdən Azərbaycanın öz suverenliyini müdafiə etməyə hazır olduğunu, digər tərəfdən isə Rusiya ilə münasibətlərin gərginləşməsinə səbəb olan səbəblərin məhz Kremlin səhv hesablamalarından qaynaqlandığını göstərir.

Musavay.com -un baxışına görə, Rusiya tərəfi Azərbaycanla münasibətləri düzəltmək, gərginliyi azaltmaq əvəzinə, informasiya cəbhəsində yeni kampaniyaya start verib. “Pautina əməliyyatı” ilə Azərbaycan diasporasının adının hallandırılması, guya Ukrayna ilə birgə Rusiya hərbi obyektlərini hədəfə almaqda iştirak etməsi iddiası ağlasığmazdır və beynəlxalq hüququn bütün prinsiplərinə ziddir.

Bu həm də Rusiyada yaşayan 2 milyona yaxın azərbaycanlıya qarşı mənəvi basqı, təqib və təcrid siyasətinin ideoloji əsaslandırmasıdır. Kremlin mediası bu saxta ittihamlarla hüquqi təqiblərə zəmin yaratmaq, həmçinin Azərbaycanın beynəlxalq mövqeyini sarsıtmaq istəyir.

Azərbaycan dövləti prinsipial mövqeyindən dönmür: nə diasporasına qarşı təzyiqlərə susur, nə də dostlarını seçməkdə başqasının göstərişini gözləyir. Ukrayna ilə münasibətlərin inkişafı, ədalətli və hüquqa əsaslanan beynəlxalq münasibətlər sistemi üçün Azərbaycanın apardığı mübarizə Rusiya kimi imperiya iddiaları olan bir ölkəni narahat edir.

Qordonun Şuşada iştirakına Kreml təbliğatının bu “çevik”, hətta “xəstə” reaksiyası isə onu göstərir ki, Azərbaycan informasiya cəbhəsində doğru yoldadır. Bu yol isə asan olmayacaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SOCAR-ın işçisi qəfil vəfat etdi - FOTO
Bu gün, 17:53
Azərbaycanda canlı yayımda söyüş söyən futbolçu HƏBS OLUNDU - Məhkəmənin qərarı ilə...
Bu gün, 17:43
Rüfət Nasosnudan valideynlərə ÇAĞIRIŞ: - “Övladınız qəbul olmayıb deyə onları…”
Bu gün, 17:41
“Yüksək vəzifəli məmurla tək nə danışacağam ki?.. Bu, şəxsi faciəmdir” – Baba Vəziroğlu
Bu gün, 17:38
Əliağa Kürçaylının nəvəsinə məxsus şirkətin əmlakına həbs qoyuldu - TƏFƏRRÜAT
Bu gün, 17:31
Kilosu 100 manata olan “At əti” — Bazara nə vaxt açıq şəkildə çıxarıla bilər?
Bu gün, 17:21
Fermer 3 litr süddən cəmi 45 qəpik... - Vasitəçi isə 2 manat 55 qəpik qazanır
Bu gün, 17:16
Koçaryan və Tsarukyanın pulları alınmalıdır - Paşinyan
Bu gün, 17:07
Azərbaycanın Köçəryan və Sarkisyana ciddi sualları ola bilər - Erməni politoloq
Bu gün, 17:02
Ərdoğandan daha bir ölkə haqda anons – “ABŞ dəstəkləyir, İsrailin xoşuna gəlməyəcək”
Bu gün, 16:58
Ermənistanda hökumətin 5 illik proqramı qəbul edildi
Bu gün, 16:54
Rusiyadakı Azərbaycan icmasına və diaspor liderlərinə təzyiq açıq siyasi şantaj alətinə çevrilib - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 16:51
“Caspian Equipment Company” səhmdarlarını toplayır
Bu gün, 16:47
Taksilərdə gediş haqqı 60 qəpik artıb - BELƏ HARA GEDİRİK?
Bu gün, 16:42
“Mərmər İnşaat” əvvəlki kimi qazanmır - HESABAT
Bu gün, 16:32
Baş Prokurorluq məhkəmə zalından azadlığa buraxılan Rasim Həsənovun hökmündən protest verib - DETALLAR
Bu gün, 16:28
Qarşıda kəndləri daha ciddi problem gözləyir - Nazirlik tədbir görməsə, vəziyyət ötənilkindən daha pis olacaq
Bu gün, 16:26
Ermənistan ordusunda ölüm halları artıb: - Mənəvi-psixoloji uçurum
Bu gün, 16:23
İran ABŞ-a xəbərdarlıq etdi: - Ritorikanı dəyiş!
Bu gün, 16:01
Alen Simonyan eyni gündə ABŞ və Rusiya diplomatları ilə regional məsələləri müzakirə edib - KİV
Bu gün, 15:56
Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI
Bu gün, 15:50
Anasının sevgilisini öldürənin məhkəməsi başlayır - 8 il SONRA
Bu gün, 15:38
“Fantastik qonorar versələr də, o rolu heç vaxt oynamaram” - Aktyorun QIRMIZI XƏTTİ
Bu gün, 15:30
Ermənistan seçimini etdi: Rusiyanın cavabı nə olacaq? - AKTUAL
Bu gün, 15:26
İran banklarının Azərbaycandakı fəaliyyəti dayandırıla bilərmi? – ABŞ sanksiyaları fonunda gözləntilər
Bu gün, 15:22
TƏBİB-in sabiq departament müdirinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 15:19
Laçında Azərbaycanla Ermənistan arasında elektrik enerjisinin idxalı və ixracı imkanları müzakirə edilib - TƏFƏRRÜAT
Bu gün, 15:12
Eldar Hacıbalayev vəzifəsindən AZAD EDİLDİ - FOTO
Bu gün, 15:01
Quşencənin içməli su böhranı ETİRAF OLUNDU - Sakinlər hələ də çıxış yolu gözləyir
Bu gün, 14:59
Deputat: “Pik saatlarda avtomobillərə nömrələr üzrə məhdudiyyətlər qoyula bilər” - Çin rejiminə keçirik?
Bu gün, 14:52
Serj Sarkisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb - Ermənistan mediası
Bu gün, 14:48
YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA - İLGİNC
Bu gün, 14:38
Sərnişin qatarının fəaliyyəti Gürcüstana gedənlərin sayına necə təsir edib? - ARAŞDIRMA
Bu gün, 14:05
Bakının məşhur tələbi Ermənistanın ən böyük planı seçildi – 36 illik qayda pozulur
Bu gün, 14:01
Köçəryan və digərlərindən bir-bir qisas alacağıq - Parlament sədri
Bu gün, 13:59
Paşinyan Rusiyanın İrəvandakı dayaqlarını silkələdi - Onun da qapısı döyüldü
Bu gün, 13:42
Britaniya şirkəti Azərbaycanda və Xəzər regionunda əməliyyatlarını genişləndirəcək
Bu gün, 13:16
Şəhid ailəsi 33 ildir ev gözləyir - “Sanki ölməyimizi gözləyirlər...”
Bu gün, 13:13
Gələn həftədən bankların üzərinə yeni öhdəlik qoyulacaq - TƏFƏRRÜAT
Bu gün, 13:07
Tovuz Rayon İcra Hakimiyyətinin əməkdaşı vəfat etdi - FOTO
Bu gün, 12:58
Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 12:50
““Bakıya 200 milyard dollar yatırılıbsa, pullar hara gedib?” sualını tamamilə haqlı ictimai sual hesab edirəm” - deputat
Bu gün, 12:40
Rusiyadan Ermənistana xəbərdarlıq: - Bədəli ağır olacaq
Bu gün, 12:36
Azərbaycanda lizinq şirkətinin biznesi kiçilir, gəlirləri azalır
Bu gün, 12:23
Cəbrayılda xəstəxana tikintisinin davamına daha 9,8 milyon manat sərf olunacaq
Bu gün, 12:21
Türkiyədə polis deputatı döyərək xəstəxanalıq etdi - FOTO
Bu gün, 12:19
"Qəsdən dəyişdilər ki, fırıldaq etsinlər..." - NARAZILIQ VAR...
Bu gün, 12:10
Adil Əliyevin 2 ili: icra başçısına töhmət, bərbad yollar, zülmət küçələr... - FAKT BUDUR!
Bu gün, 11:52
“İki dəfə insult keçirmişəm, bacım da xəstədir, özümə gələndən sonra İlhamənin mahnılarını...”
Bu gün, 11:45
Qanunsuz orden-medallar təsis edən QHT rəhbərləri ilə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 11:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru