Erməni keşişi Asoxik Karapetyan bütün ermənilərin katolikosunun patriarxal iqamətgahının yerləşdiyi Müqəddəs Eçmiədzin kilsəsinin ərazisini işğal etməyə cəsarət edən hər kəsi lənətləyib.
Teleqraf xəbər verir ki, məlumatı Ermənistan saytları yayıb.
Xatırladaq ki, bundan əvvəl sosial şəbəkələrin erməni seqmentində bu gün səhər saatlarında hüquq-mühafizə orqanları əməkdaşlarının Müqəddəs Eçmiədzin ərazisində əməliyyat keçirmək niyyəti barədə məlumatlar yayılıb.
Keşiş bəyanatında bildirib: “Ruhlarını şeytana sataraq, bu işıqlı səhərdə və ya nə vaxtsa Müqəddəs Eçmiədzinin ərazisinə basqın etməyə cəsarət edənlərə, Erməni Patriarxlığını, erməni xalqının ziyarətgahını təhqir edənlərə, ruhanilərə və bütün Ermənilərə göndərilmiş Tanrı elçilərinə qılınc qaldıranlara lənət oxuyuram”.
Kahinin sözlərinə görə, Müqəddəs Eçmiədzin ərazisinə hücum etmək müqəddəs olan hər şeyi tapdalamaq deməkdir.