"Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR .....                     Bu məktəblər ÖZBAŞINA QALIB... .....                     AzTV-nin 440 minlik tenderi ləğv edildi .....                     “Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” .....                     Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb .....                     Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... .....                     Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” .....                     “Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi .....                     Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi .....                     Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib .....                     Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi .....                     İranda ETİRAZLAR BAŞLADI: .....                     Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır .....                     Sabah bəzi yerlərdə az yağış yağacaq... .....                     Hüquqşünasdan ağır sözlər: .....                     Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? .....                     "OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? .....                     Bakıda falçı evini satan qadının başına OYUN AÇDI .....                     Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... .....                     Afət həmkarlarına MEYDAN OXUDU: .....                     “Daşnaksütyun”un rəhbərlərindən biri olan deputat Moskvaya qaçdı?.. .....                     "Alqış Musayevin yazdığı dəyərləndirmə yox, məğlubiyyət etirafıdır" .....                     Ermənistan ordusunda 8 yaralı .....                     Hakimiyyət uğrunda amansız mübarizə: açıq savaşda yeni mərhələ .....                     İrəvanı qarışdıran iddia: Paşinyanı qorumaq üçün səs yazısını o ölkə verib .....                     Naxçıvanda vətəndaşlara YENİ TƏLƏ: `Cibimizi soyurlar...` .....                     Gecə əri evə gələn qadın sevgilisini qızının otağında gizlətdi, o isə azyaşlı ilə... .....                     Holdinqin aqrar biznesinə yeni rəhbər təyin edilib .....                     London Azərbaycanın nəqliyyat dəhlizinə qoşulur .....                     Tramp Moskva və Pekini bombalamaqla hədələyib .....                     Nazirliyin 5 milyonluq tenderi ləğv edildi .....                     “Ks Baku”da qanun HƏRLƏYƏN YOXDUR... .....                     "Ermənistan Elektrik Şəbəkələri"nin ofisində axtarışlar siyasi motivlidir .....                     ETSN-nin NƏZƏRİNƏ: Lənkəranda camaatı boğurlar... .....                     Paytaxtın mənzil bazarındakı qiymətlər payızdakı artıma hazırlaşır .....                     Göyçə gölü sahilində 900-dən çox mülk yoxlanılır... .....                     Fərid Əhmədov Mirsaleh Seyidovu HƏDƏFƏ ÇEVİRİBMİ? .....                     Fermerə 95 minlik dələduzluq edən “Hacı Telman”la bağlı .....                     Azərbaycanda krediti 5 faizlə də vermək olar: .....                     Ekspert Elnur Fərzəliyev Rieltor kursları açdı .....                 

Rusiyanın Azərbaycan müxalifətinə işi düşdü - "KASIBLAR İTTİFAQI"
Tarix: Bu gün, 08:57 | Çap et

Rusiya-Azərbaycan gərginliyi ölkə müxalifətinin işinə yarayıb. Məlumatlara görə, müxalifət Rusiya mediasının da diqqətini çəkib, məsələn, Müsavat başqanı İsa Qəmbər Rusiyanın RBK və Ukrayna mediasına geniş açıqlamalar verib. AXCP sədri də diqqətdən kənarda qalmayıb.

“Müxalifət liderlərinin bu cür qəfil maraq obyekti olması isə siyasi təcrübəsi olan hər kəs üçün siyasi alətin vitrində nümayişi deməkdir. Bu müsahibələr daxili narazılığı şişirtmək, hakimiyyətə təzyiq rıçaqları yaratmaq, Azərbaycana "demokratiya dərsi" keçmək üçün istifadə olunur. Müxalifət isə bunu real siyasi maraq kimi qəbul edir və özlərinin beynəlxalq səviyyədə tanındığını düşünür. Halbuki bu diqqət milli marağın yoxluğunun, alət kimi istifadə edilməyin ən real sübutudur", - deyə Modern.az saytı öz təhlilində yazıb.

Maraqlıdır ki, Rusiyanın bəzi politoloqları Bakını “ayıltmaq üçün” Azərbaycan müxalifəti ilə əlaqələr qurulmasının vacibliyini vurğulayıblar. Sirr deyil ki, Rusiya Azərbaycana təzyiq etmək üçün müstəqilliyin ilk illərində və sonralar da onlara nisbətən yaxın olan siyasi qüvvələrdən istifadə etməyə cəhdlər edib. 2013-cü il Azərbaycanda prezident seçkisi ərəfəsində Rusiyada Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı, Azərbaycanda isə “Milyarderlər İttifaqı” adlanan təşkilatın Rusiya vətəndaşlığı olan yazıçı Rüstəm İbrahimbəyovu Azərbaycan prezidentliyinə namizəd göstərməsini xatırlatmaq kifayətdir. ÜATİ 2012-ci ilin sentyabr ayının 28-də Moskvada təsis edildi. Azərbaycanda keçiriləcək 9 oktyabr seçkisinə 1 il qalmış elan edilən bu təşkilatın Koordinasiya Şurasında hakimiyyət üçün sürpriz isimlər toplandı.

Quruma Azərbaycan baş nazirinin keçmiş birinci müavini Abbas Abbasov, “AzerRos” prezidenti Söyün Sadıqov, Rusiya Notarial Kontorlar Gildiyasının prezidenti Natiq Agamirov, Asif Məhərrəmov, tanınmış kinorejissor Rüstəm İbrahimbəyov, milyarder iş adamları İsgəndər Xəlilov, Vahid Ələkbərov, Araz Ağalarov və Telman İsmayılov daxil idi. Elə həmin toplantıda Koordinasiya Şurası Abbas Abbasovu yekdilliklə qurumun sədri seçmişdi. Təxmini hesablamalara görə, qurumda təmsil olunanların ümumi 40 milyard dollar varidatı vardı.

Rusiyanın Azərbaycan hakimiyyətinə təzyiq etmək üçün “Milyarderlər İttifaqı”nın ardınca ölkənin əsas müxalifətinin birləşdiyi Milli Şura ideyası ortaya atıldı.

Vaxtilə Azərbaycan müxalifətində təmsil olunan İlham İsmayıl öz müəllif yazısında bu barədə fikirlərini bildirib. Sitat: “Azərbaycanda müxalifət var. Amma hakimiyyətə gəlmək naminə Rusiyaya arxalanan heç bir müxalif qüvvə yoxdur. Ayrı-ayrı "5-ci kolon" kimi tanıdıqlarımız və sovet nostalgiyası ilə yaşayanlar, sinələrinə Georgi lenti taxanlar, şəxsi mənafeləri naminə Rusiyaya simpatiya bəsləyənlər və sair bu tip insanlar ola bilər, amma onlar siyasi qüvvə səviyyəsində deyillər və ola bilməzlər də. Hətta belələri bilir ki, bir addım atsalar, Azərbaycan xalqı onları vətən xaini kimi qəbul edəcək".

İ.İsmayıl Rusiya xüsusi xidmət orqanlarının bütün sahələrdə casus əldə etmək istiqamətində cəlbetmələrlə məşğul olduğunu xatırladıb: “Onların içərisində müxtəlif kateqoriyalı səlahiyyətli şəxslərin, yəni təsir agentlərinin olması barədə zaman-zaman məlumatlar yayılıb. Amma hesab edirəm ki, o qəbildən olanların bəziləri artıq tarixin arxivinə, bəziləri də zibilliyinə atılıb. Onların baş qaldırması mümkün deyil”.

İndi əlbəttə ki, “Milyarderlər İttifaqı” qurulması gözlənilmir, çünki müharibə edən Moskvanın özünün indi pula xüsusi ehtiyacı var. O səbəbdən yeni müxalifət birliyi yaratmaq mümkün olarsa, onu “Kasıblar İttifaqı” adlandırmaq olar. Çünki nə müxalifət həminkidir, nə Rusiya, nə də Qarabağ problemini birdəfəlik həll edən Azərbaycan hakimiyyəti...

AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a bildirib ki, iqtidar və müxalifət əks qütblərdir. Onun sözlərinə görə, bununla belə, müxalifət dövlətin inkişafı üçün vacibdir: “Bəzən bunu yanlış anlayırlar. Amma müxalifət həkimin xəstəliyi aşkara çıxarmasına bənzəyir. Ona görə müxalifətin çatışmazlıqları deməsi iqtidar tərəfindən aqressiv qarşılanmamalıdır. O ki qaldı Rusiya ilə əlaqələrə, Azərbaycanın bu hadisələrdə tutduğu mövqe haqlıdır. Rusiyanın son davranışlarına Azərbaycan sərt reaksiya verib və obyektiv addım atıb”.

T.Abbaslı hesab edir ki, bu gün Azərbaycan regionda güclənir və Rusiya Cənubi Qafqazda mövqeyini itirir: “Azərbaycan müxalifəti bu prosesdə iqtidarın mövqeyini bölüşür və xarici qüvvələrin ondan alət kimi istifadə etməsinə icazə verməməlidir. Ancaq bu hadisələr başa çatdıqdan sonra müxalifət analiz edərək boşluqları iqtidara bəyan etməlidir. Yəni miqrant məsələsi, iqtisadiyyatdakı problemlər, işsizlik səbəbindən azərbaycanlıların Rusiyaya axını da vurğulanmalıdır. İndi isə hələlik bu proseslərdə gərginlik qalır və müxalifət hakimiyyətlə eyni mövqedən çıxış etməlidir”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli isə bu qənaətdədir ki, xarici təzyiqlər olanda iqtidarla müxalifət həmrəylik nümayiş etdirməlidir: “Çünki bu, təkcə iqtidarın məsələsi deyil. Əgər Azərbaycana, Rusiyadakı həmvətənlərimizə təzyiqlər varsa, müxalifət yaxasını kənara çəkə bilməz. Əksinə, elə ən sərt şəkildə müxalifət Rusiyanın cavabını verməlidir. Çünki Rusiya Azərbaycan müxalifəti üçün mayak ola bilməz. Bəlkə kimlərsə Rusiyanın Azərbaycana demokratiya gətirəcəyi haqda bəsit illüziyalara qapılıb, amma kökündən yanlış gözləntidir. Rusiyadan Azərbaycana heç zaman demokratiya gələ bilməz, çünki özündə yoxdur. Ona görə də Kreml zaman-zaman Azərbaycanda məkrli siyasi ssenarilər hazırlayanda buna ilk biz etiraz etmişik. O dövrdə də "Milyarderlər İttifaqı" layihəsi məhz Rusiyanın təzyiq planı idi. Yəni Moskva heç vaxt Azərbaycanın yaxşılığını fikirləşə bilməzdi. Odur ki, müxalifət son hadisələrdə gedişatı iqtidara qarşı fürsət kimi dəyərləndirməli deyil".

S.Əsədli əlavə edib ki, Rusiyadan gələn istənilən siyasi küləyin qarşısında möhkəm dayanmaq lazımdır və müxalifət avantüraya getməməlidir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq?
Bu gün, 13:03
Bu məktəblər ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Bu gün, 13:01
AzTV-nin 440 minlik tenderi ləğv edildi
Bu gün, 12:57
“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:56
Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Bu gün, 12:46
Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... - NARAZILIQ VAR...
Bu gün, 12:44
Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” – Məhkəmə
Bu gün, 12:38
“Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi
Bu gün, 12:34
Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi - Dövlət Departamenti
Bu gün, 12:30
Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:27
Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi
Bu gün, 12:15
İranda ETİRAZLAR BAŞLADI: -Pezeşkian HƏDƏFDƏ
Bu gün, 12:12
Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır
Bu gün, 12:10
Sabah bəzi yerlərdə az yağış yağacaq...
Bu gün, 12:06
Hüquqşünasdan ağır sözlər: - “Ölkədə geyləşmə prosesi gedir...”
Bu gün, 12:00
Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? - AKTUAL
Bu gün, 11:58
"OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? - İTTİHAM VAR...
Bu gün, 11:44
Bakıda falçı evini satan qadının başına OYUN AÇDI - TƏFƏRRÜAT
Bu gün, 11:31
Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... - BU NƏDİ BELƏ?
Bu gün, 11:28
Afət həmkarlarına MEYDAN OXUDU: - “Toy bazarında nömrə birəm”
Bu gün, 11:17
“Daşnaksütyun”un rəhbərlərindən biri olan deputat Moskvaya qaçdı?.. - “Johovurd”
Bu gün, 11:13
"Alqış Musayevin yazdığı dəyərləndirmə yox, məğlubiyyət etirafıdır" - Elçin Alıoğlu yazır...
Bu gün, 11:09
Ermənistan ordusunda 8 yaralı - Biri polkovnik-leytenantdır
Bu gün, 11:05
Hakimiyyət uğrunda amansız mübarizə: açıq savaşda yeni mərhələ - GƏLİŞMƏ
Bu gün, 11:01
İrəvanı qarışdıran iddia: Paşinyanı qorumaq üçün səs yazısını o ölkə verib – Gizli görüş
Bu gün, 10:58
Naxçıvanda vətəndaşlara YENİ TƏLƏ: `Cibimizi soyurlar...` - Fuad Nəcəfli ƏNCAM ETMƏLİDİR...
Bu gün, 10:55
Gecə əri evə gələn qadın sevgilisini qızının otağında gizlətdi, o isə azyaşlı ilə... - TƏFƏRRÜAT
Bu gün, 10:49
Holdinqin aqrar biznesinə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:45
London Azərbaycanın nəqliyyat dəhlizinə qoşulur - AKTUAL
Bu gün, 10:41
Tramp Moskva və Pekini bombalamaqla hədələyib - CNN
Bu gün, 10:39
Nazirliyin 5 milyonluq tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 10:37
“Ks Baku”da qanun HƏRLƏYƏN YOXDUR...
Bu gün, 10:20
"Ermənistan Elektrik Şəbəkələri"nin ofisində axtarışlar siyasi motivlidir - “Taşir” Şirkətlər Qrupu
Bu gün, 10:13
ETSN-nin NƏZƏRİNƏ: Lənkəranda camaatı boğurlar... - NARAZILIQ VAR...
Bu gün, 10:12
Paytaxtın mənzil bazarındakı qiymətlər payızdakı artıma hazırlaşır - Bir yandan sökürlər, bir yandan tikirlər...
Bu gün, 09:50
Göyçə gölü sahilində 900-dən çox mülk yoxlanılır... -Baş pokuror
Bu gün, 09:42
Fərid Əhmədov Mirsaleh Seyidovu HƏDƏFƏ ÇEVİRİBMİ? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:36
Fermerə 95 minlik dələduzluq edən “Hacı Telman”la bağlı QƏRAR
Bu gün, 09:20
Azərbaycanda krediti 5 faizlə də vermək olar: - İKİ YOL
Bu gün, 09:16
Ekspert Elnur Fərzəliyev Rieltor kursları açdı - DİQQƏT!
Bu gün, 09:11
Bakını anti-ABŞ blokuna qoşmaq riski - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:04
Moskvadan iki mühüm mesaj: Bakı üçün “yaşıl işıq” yandı, qərar dəyişdi - NƏ BAŞ VERİR?
Bu gün, 09:03
Erməni keşişi Müqəddəs Eçmiədzin ərazisində əməliyyat keçirmək istəyənləri lənətlədi - KİV
Bu gün, 09:00
Azərbaycan Pezeşkianı irqçilərə yem etməyəcək -ŞƏRH
Bu gün, 08:59
Rusiyanın Azərbaycan müxalifətinə işi düşdü - "KASIBLAR İTTİFAQI"
Bu gün, 08:57
Top Ermənistandadır: İran geri çəkilir, Zəngəzur qərarını İrəvan verməlidir - İNCƏLƏMƏ
Bu gün, 08:52
Rusiya-Ermənistan universiteti yaradılır: Moskva universitet, İrəvan fond deyir... - NƏ BAŞ VERİR?
Bu gün, 08:41
TƏBİB rəhbərliyinin buradan xəbəri yoxdur... - GİLEY
Bu gün, 08:40
Türkiyə və İsrail Azərbaycan masasından niyə çəkildilər? - Görünəni odur ki...
Bu gün, 08:32
Körpə uşaq MADO-da az qala zəhərlənəcəkdi - "Görün, ətin içinə bu vicdansızlar nələr qatırlar..."
Bu gün, 08:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru