"Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq .....                     “Nar” regionlarda təhsilə dəstəyini davam etdirir .....                     İran rəsmisi Pezeşkianı təhqir etdi .....                     2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” .....                     Güney Qafqaz üçün ƏRƏB MASASI... .....                     Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər .....                     "Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR .....                     Bu məktəblər ÖZBAŞINA QALIB... .....                     AzTV-nin 440 minlik tenderi ləğv edildi .....                     “Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” .....                     Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb .....                     Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... .....                     Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” .....                     “Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi .....                     Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi .....                     Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib .....                     Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi .....                     İranda ETİRAZLAR BAŞLADI: .....                     Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır .....                     Sabah bəzi yerlərdə az yağış yağacaq... .....                     Hüquqşünasdan ağır sözlər: .....                     Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? .....                     "OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? .....                     Bakıda falçı evini satan qadının başına OYUN AÇDI .....                     Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... .....                     Afət həmkarlarına MEYDAN OXUDU: .....                     “Daşnaksütyun”un rəhbərlərindən biri olan deputat Moskvaya qaçdı?.. .....                     "Alqış Musayevin yazdığı dəyərləndirmə yox, məğlubiyyət etirafıdır" .....                     Ermənistan ordusunda 8 yaralı .....                     Hakimiyyət uğrunda amansız mübarizə: açıq savaşda yeni mərhələ .....                     İrəvanı qarışdıran iddia: Paşinyanı qorumaq üçün səs yazısını o ölkə verib .....                     Naxçıvanda vətəndaşlara YENİ TƏLƏ: `Cibimizi soyurlar...` .....                     Gecə əri evə gələn qadın sevgilisini qızının otağında gizlətdi, o isə azyaşlı ilə... .....                     Holdinqin aqrar biznesinə yeni rəhbər təyin edilib .....                     London Azərbaycanın nəqliyyat dəhlizinə qoşulur .....                     Tramp Moskva və Pekini bombalamaqla hədələyib .....                     Nazirliyin 5 milyonluq tenderi ləğv edildi .....                     “Ks Baku”da qanun HƏRLƏYƏN YOXDUR... .....                     "Ermənistan Elektrik Şəbəkələri"nin ofisində axtarışlar siyasi motivlidir .....                     ETSN-nin NƏZƏRİNƏ: Lənkəranda camaatı boğurlar... .....                 

Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? - AKTUAL
Tarix: Bu gün, 11:58 | Çap et

Professor Aida Qasımova sosial şəbəkə hesabında magistraturaya qəbul planında ərəb ədəbiyyatına yer ayrılmamasına etiraz edib. O bildirib ki, bu yaxınlarda keçmiş tələbələrindən üç nəfər onunla əlaqə saxlayaraq magistratura imtahanında tələb olunan balı topladıqlarını deyiblər. Həmin tələbələr məhz Aida Qasımovanın təcrübəsindən faydalanmaq üçün ərəb ədəbiyyatı ixtisasını seçmək istədiklərini bildiriblər.

Lakin məlum olub ki, bu il magistratura səviyyəsində fars və türk ədəbiyyatı ixtisaslarına yer ayrılsa da, ərəb ədəbiyyatına heç bir plan yeri ayrılmayıb. Professorun sözlərinə görə, fakültə rəhbərliyi məsələdən xəbərdardır və bildirib ki, onlar yer ayrılmasını istəsələr də, Dövlət İmtahan Mərkəzi (DİM) bu tələbi nəzərə almayıb.

“Yaxşı, necə olur ki, türk və fars ədəbiyyatına yer ayrılır, amma ərəb ədəbiyyatına yox? Ərəb ölkələrinin geosiyasi mövqeyi, bu ölkələrlə dostluq əlaqələrimiz, bu sahənin Azərbaycan elmi üçün önəmi və görkəmli alimlərimizin bu fənlə bağlı fəaliyyəti nəzərə alınmırmı? Niyə məhz ərəb ədəbiyyatı üzrə magistratura ləğv edilir?”, – deyə professor sual edib.

Məsələyə aydınlıq gətirmək üçün əvvəlcə Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzin mətbuat katibi Xanlar Xanlarzadə Publika.az-a bildirdi ki, magistraturaya plan yerlərinin müəyyən edilməsi DİM-in səlahiyyətində deyil:

“DİM sadəcə olaraq ali təhsil müəssisələri üçün ayrılmış plan yerləri üzrə qəbul prosesini həyata keçirir. Bu yerlər Nazirlər Kabineti tərəfindən təsdiqlənir və bizə təqdim olunur. Yəni ixtisas üzrə yer ayrılıb-ayrılmaması bizim deyil, təhsil siyasətini formalaşdıran orqanların qərarıdır”.

Bakı Dövlət Universitetinin (BDU) mətbuat katibi Kəmalə Quliyeva isə bildirdi ki, plan yerlərinin müəyyən edilməsi universitetlərin deyil, Elm və Təhsil Nazirliyinin (ETN) səlahiyyətindədir.

Ümumiyyətlə, magistraturada ixtisas yerləri hansı meyarlarla müəyyən olunur? Əgər ərəb dili üzrə bakalavr pilləsində kifayət qədər tələbə təhsil alırsa, niyə bu istiqamət magistratura pilləsində davam etdirilmir? Belə yanaşma gələcəkdə ərəb dili və ədəbiyyatı üzrə mütəxəssis çatışmazlığına səbəb ola bilərmi?

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov bildirdi ki, magistratura səviyyəsində ixtisaslara yer ayrılması məsələsi təkcə təhsil siyasətinin texniki tərəfi deyil, həm də dövlətin strateji kadr hazırlığına olan baxışını, dəyərləndirmə prioritetlərini əks etdirən mühüm göstəricidir:

“Bu məsələ ilə bağlı Əmək Məcəlləsi, “Təhsil haqqında” Qanun və Nazirlər Kabinetinin 25 fevral 2010-cu il tarixli, 31 nömrəli qərarı (“Magistratura səviyyəsi üzrə kadr hazırlığının planlaşdırılması Qaydaları”) əsas hüquqi baza rolunu oynayır. Qanunvericilikdə qeyd olunur ki, magistratura üzrə qəbul planı təhsil müəssisələrinin təklifləri, ixtisaslı kadr hazırlığına dair proqnozlar və əmək bazarının tələbləri əsasında tərtib edilir. Lakin hazırda müşahidə olunan vəziyyət bu prosesin təcrübi tətbiqində ciddi uyğunsuzluqların olduğunu göstərir.

Ərəb ədəbiyyatı üzrə magistratura ixtisasının 2025-ci il üçün qəbul planında yer almaması bu sahənin sistemli şəkildə diqqətdən kənarda qalmasının təzahürüdür. Halbuki son illərin statistikası ərəb dili üzrə bakalavr pilləsində təhsil alan tələbə sayının artdığını göstərir. Təkcə 2023-cü ildə ərəb dili və ədəbiyyatı üzrə 60-dan çox tələbə dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə qəbul olunub. Bu isə o deməkdir ki, yaxın bir-iki il ərzində bu tələbələr magistratura səviyyəsinə keçmək üçün müraciət edəcəklər. Ancaq bu mərhələdə onlara uyğun ixtisas üzrə yer ayrılmaması təhsil ardıcıllığını pozur və onların ixtisas üzrə inkişafını dayandırır.

K.Əsədov məsələnin müsbət tərəfi olduğunu da bildirdi:

“Son illərdə Təhsil Nazirliyi bəzi nadir və az yayılmış dil ixtisaslarının dəstəklənməsi istiqamətində addımlar atıb. Fars və türk ədəbiyyatlarına magistr pilləsində yer ayrılması bunun nümunəsidir. Ancaq bu yanaşma bütün Şərq dillərinə bərabər tətbiq olunmayanda sistemin bütövlüyü pozulur. Ərəb dili həm İslam mədəniyyətinin əsas daşıyıcısı, həm də Yaxın Şərq ölkələri ilə diplomatik və iqtisadi münasibətlər baxımından strateji əhəmiyyətə malikdir. Bu dili bilən, ədəbiyyatına bələd olan mütəxəssislərə yalnız universitetlərdə deyil, eyni zamanda Xarici İşlər Nazirliyi, Dövlət Tərcümə Mərkəzi, jurnalistika, turizm və beynəlxalq layihələr sahəsində də ciddi ehtiyac var. Hazırda bir sıra dövlət qurumları ərəb dünyası ilə əməkdaşlığı genişləndirməyə çalışır, lakin bu istiqamətdə yerli kadr potensialı yetərli deyil.

Dünya təcrübəsinə baxdıqda görürük ki, bir çox ölkələrdə – xüsusən də Avropa İttifaqına üzv olan dövlətlərdə – strateji dillərin öyrədilməsi və bu dillərdə ədəbiyyatşünaslıq üzrə ixtisaslaşmış magistr proqramlarına xüsusi kvotalar ayrılır. Məsələn, Almaniyanın Heydelberq Universitetində ərəb dili və ədəbiyyatı üzrə ixtisaslaşma üçün dövlət sifarişi əsasında yerlər ayrılır, çünki bu sahədə kadr hazırlığı həm daxili multikultural siyasətin, həm də beynəlxalq diplomatik fəaliyyətin bir hissəsi hesab olunur. Böyük Britaniyada SOAS (School of Oriental and African Studies) ərəb dili üzrə təkcə dil yox, eyni zamanda ədəbiyyat, tarix və müasir cəmiyyətlər üzrə də magistr proqramları həyata keçirir. Bu yanaşma strateji baxışın nəticəsidir”.

Ekspert bu məsələnin Azərbaycan üçün də aktual olduğunu bildirdi:

“Əgər magistratura pilləsində ərəb ədəbiyyatına yer ayrılmırsa, bu, bir neçə il sonra ali məktəblərdə bu sahədə dərs deyəcək mütəxəssisin qalmaması ilə nəticələnə bilər. Bu isə ərəb dili ixtisasının kökündən zəifləməsi deməkdir. Eləcə də tələbələrin bu sahəyə marağını azaldacaq və ərəb dili üzrə ixtisaslaşma təhsilin alt mərhələlərində sıradan çıxacaq. Halbuki “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda göstərilir ki, ixtisaslaşma pillələri üzrə fasiləsiz təhsil zənciri təmin olunmalıdır. Bu zəncirin qırılması həmin strategiyanın pozulması deməkdir.

Bundan əlavə, ərəb dili üzrə magistr yerinin ayrılmaması müəllimlərin elmi fəaliyyətə cəlb olunması prosesinə də mənfi təsir göstərir. Çünki magistr pilləsi həm də gələcək doktorantlar üçün ilkin mərhələdir. Əgər bu sahədə magistr yoxdur, sabah elmi tədqiqatlar, dissertasiyalar, tərcümələr və dərsliklər kim tərəfindən hazırlanacaq? Bu sahədə artıq bir çox mütəxəssisin yaş həddi 60-65 üzərindədir və yeni nəslin hazırlanması üçün gecikmək təhlükəli nəticələrə gətirə bilər.

Ən əsası isə bu qərar tələbələrin akademik azadlığını məhdudlaşdırır. Ali təhsil sistemində tələbənin maraq və qabiliyyətinə uyğun olaraq ixtisaslaşma seçmək hüququ əsas prinsip sayılır. Bu hüquq yalnız inzibati qərarlarla məhdudlaşdırıldıqda təhsil sisteminə olan inam sarsılır, intellektual potensialın istiqaməti dəyişdirilir və bəzən itirilir”.

Kamran Əsədov sonda qeyd etdi ki, ərəb ədəbiyyatı üzrə magistratura ixtisasının qəbul planından çıxarılması strateji baxışın olmamasını, planlaşdırmanın yalnız texniki statistikaya əsaslandığını göstərir:

“Bu isə nə elmi, nə də milli maraqlara uyğun deyil. Elm və Təhsil Nazirliyi müvafiq sahə üzrə mütəxəssislərin, fakültələrin və tələbələrin fikirlərini nəzərə alaraq bu qərarı yenidən dəyərləndirməli və ədalətli, ardıcıl, strateji baxışa söykənən qərarlar qəbul etməlidir. Əks təqdirdə, bu sahədə yaranacaq boşluğun doldurulması illərlə vaxt aparacaq və milli təhsil sistemimiz bir sahədə daha da zəifləyəcək”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq - Mehdiyevlər GERİ DURUR?
Bu gün, 16:41
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - BUNDAN SONRA...
Bu gün, 16:34
İran rəsmisi Pezeşkianı təhqir etdi - BAŞLARINI İTİRİBLƏR...
Bu gün, 16:29
2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” – ŞOK AÇIQLAMA
Bu gün, 16:25
Güney Qafqaz üçün ƏRƏB MASASI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:22
Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - KİV
Bu gün, 16:15
"Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq?
Bu gün, 13:03
Bu məktəblər ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Bu gün, 13:01
AzTV-nin 440 minlik tenderi ləğv edildi
Bu gün, 12:57
“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:56
Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Bu gün, 12:46
Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... - NARAZILIQ VAR...
Bu gün, 12:44
Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” – Məhkəmə
Bu gün, 12:38
“Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi
Bu gün, 12:34
Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi - Dövlət Departamenti
Bu gün, 12:30
Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:27
Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi
Bu gün, 12:15
İranda ETİRAZLAR BAŞLADI: -Pezeşkian HƏDƏFDƏ
Bu gün, 12:12
Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır
Bu gün, 12:10
Sabah bəzi yerlərdə az yağış yağacaq...
Bu gün, 12:06
Hüquqşünasdan ağır sözlər: - “Ölkədə geyləşmə prosesi gedir...”
Bu gün, 12:00
Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? - AKTUAL
Bu gün, 11:58
"OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? - İTTİHAM VAR...
Bu gün, 11:44
Bakıda falçı evini satan qadının başına OYUN AÇDI - TƏFƏRRÜAT
Bu gün, 11:31
Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... - BU NƏDİ BELƏ?
Bu gün, 11:28
Afət həmkarlarına MEYDAN OXUDU: - “Toy bazarında nömrə birəm”
Bu gün, 11:17
“Daşnaksütyun”un rəhbərlərindən biri olan deputat Moskvaya qaçdı?.. - “Johovurd”
Bu gün, 11:13
"Alqış Musayevin yazdığı dəyərləndirmə yox, məğlubiyyət etirafıdır" - Elçin Alıoğlu yazır...
Bu gün, 11:09
Ermənistan ordusunda 8 yaralı - Biri polkovnik-leytenantdır
Bu gün, 11:05
Hakimiyyət uğrunda amansız mübarizə: açıq savaşda yeni mərhələ - GƏLİŞMƏ
Bu gün, 11:01
İrəvanı qarışdıran iddia: Paşinyanı qorumaq üçün səs yazısını o ölkə verib – Gizli görüş
Bu gün, 10:58
Naxçıvanda vətəndaşlara YENİ TƏLƏ: `Cibimizi soyurlar...` - Fuad Nəcəfli ƏNCAM ETMƏLİDİR...
Bu gün, 10:55
Gecə əri evə gələn qadın sevgilisini qızının otağında gizlətdi, o isə azyaşlı ilə... - TƏFƏRRÜAT
Bu gün, 10:49
Holdinqin aqrar biznesinə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:45
London Azərbaycanın nəqliyyat dəhlizinə qoşulur - AKTUAL
Bu gün, 10:41
Tramp Moskva və Pekini bombalamaqla hədələyib - CNN
Bu gün, 10:39
Nazirliyin 5 milyonluq tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 10:37
“Ks Baku”da qanun HƏRLƏYƏN YOXDUR...
Bu gün, 10:20
"Ermənistan Elektrik Şəbəkələri"nin ofisində axtarışlar siyasi motivlidir - “Taşir” Şirkətlər Qrupu
Bu gün, 10:13
ETSN-nin NƏZƏRİNƏ: Lənkəranda camaatı boğurlar... - NARAZILIQ VAR...
Bu gün, 10:12
Paytaxtın mənzil bazarındakı qiymətlər payızdakı artıma hazırlaşır - Bir yandan sökürlər, bir yandan tikirlər...
Bu gün, 09:50
Göyçə gölü sahilində 900-dən çox mülk yoxlanılır... -Baş pokuror
Bu gün, 09:42
Fərid Əhmədov Mirsaleh Seyidovu HƏDƏFƏ ÇEVİRİBMİ? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:36
Fermerə 95 minlik dələduzluq edən “Hacı Telman”la bağlı QƏRAR
Bu gün, 09:20
Azərbaycanda krediti 5 faizlə də vermək olar: - İKİ YOL
Bu gün, 09:16
Ekspert Elnur Fərzəliyev Rieltor kursları açdı - DİQQƏT!
Bu gün, 09:11
Bakını anti-ABŞ blokuna qoşmaq riski - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:04
Moskvadan iki mühüm mesaj: Bakı üçün “yaşıl işıq” yandı, qərar dəyişdi - NƏ BAŞ VERİR?
Bu gün, 09:03
Erməni keşişi Müqəddəs Eçmiədzin ərazisində əməliyyat keçirmək istəyənləri lənətlədi - KİV
Bu gün, 09:00
Azərbaycan Pezeşkianı irqçilərə yem etməyəcək -ŞƏRH
Bu gün, 08:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru