Tanınmış iranlı ictimai fəal və İran Ticarət Palatasının sabiq sədri Hüseyn Selahvərzi Məsud Pezeşkiyanın Azərbaycana tez-tez səfər etməsindən narahat olduğunu bildirir.
KONKRET.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində qərəzli paylaşım edib:
“Sizə elə gəlmir ki, hörmətli prezidentin Azərbaycana səfərlərinin və bu ölkə ilə təmaslarının sayı iki ölkə arasında əlaqələrin adi səviyyəsindən çoxdur? Yaxşılıq həddən aşanda, nadan pis xəyallara düşür”.
Hüseyn Selahvərzinin bu fikirləri paniranist qüvvələrin Pezeşkiyanın Azərbaycanın siyasi dairələri ilə sıx əlaqələrinə olan narazılığını əks etdirir.