"Ermənistan Elektrik Şəbəkələri" QSC-nin baş ofisində aparılan axtarışlar siyasi xarakter daşıyır.
"Report" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Samvel Karapetyanın "Taşir" şirkətlər qrupundan bildiriblər.
Qeyd edək ki, ötən gün Ermənistan İstintaq Komitəsi hüquq-mühafizə orqanlarının "Elektrik Şəbəkələri"nin binasında əməliyyat keçirdiyi barədə bəyanat verib.