Paylaşıb biabır edəcəyəm .....                     Oğuzda ağac kəsiminə görə polisdə cinayət işi başladı .....                     MİDA tikdiyi binadan kirayə götürdüyü mənzili satdı .....                     Dilarə Kazımova Azərbaycan milli alətləri ilə klip çəkdirdi .....                     “Kubinka”da TƏHLÜKƏ .....                     Tələbələr etiraza qalxdı… .....                     Saakaşvili əfv edilməyəcək .....                     AZAL yeni onlayn xidmətini istifadəyə verib .....                     Prezident bu instituta yeni rektor təyin etdi .....                     Siyəzən sakinindən İnam Kərimova MÜRACİƏT .....                     Bazarda 6, marketdə 15 manat… .....                     Rusiya-Azərbaycan problemləri konstruktiv şəkildə həll olunmalıdır .....                     Azərbaycanla sərhəd kəndin rəhbəri saxlanıldı .....                     Keçmiş deputat DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR .....                     “Ekspertiza Anarın şərəf və ləyaqətinin alçaldılıb-alçaldılmadığını araşdırır” .....                     Lavrov Ukrayna ilə sülh sazişində Moskvanın tələblərini açıqlayıb .....                     Rusiyada azərbaycanlılara qarşı YENİ təzyiq: İşçilər yataqxanadan çıxarılır .....                     Sumqayıtın səsi: PRoMete və Cəsur Nemətovdan nostalji duet .....                     Qarageni də Qalstanyanın aqibəti gözləyir: .....                     Bakı metrosunda HƏYƏCANLI ANLAR: .....                     Putin Kəmaləddin Heydərovun yaxın dostunu Bakı ilə danışıqlara göndərir .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Sahibini gözləyən kreslolar .....                     Bakıda dənizkənarı obyektlərdə mövsüm açılmamış bağlandı: 30–40 minlik arenda küləyə getdi .....                     “İlin sonuna kimi sülh müqaviləsinin imzalanması ehtimalı yox səviyyəsindədir, amma...” .....                     Cavanşir Feyziyev əhalini belə soyur .....                     Rusiyadan azərbaycanlılara total təzyiqlər: hava limanlarında dözülməz yoxlamalar .....                     “İki il ərzində hər gün raket atsaq belə, o tükənməz” .....                     TƏBİB-in ad günü qalmaqalına görə işdən çıxardığı şöbə müdirinin yerinə təyinat .....                     Pezeşkianın Xankəndi səfərini qısqananlara... .....                     Təhsil Nazirliyinin aldığı on milyonluq idman avadanlıqlarından harda və necə istifadə edilir .....                     Arzu LAĞA QOYDU: .....                     Ermənistan prokurorluğu müxalifət liderlərinin toxunulmazlığının ləğvini istəyir .....                     "Ermənistan dövlətini uçuruma aparırlar" .....                     Azərbaycanda DƏHŞƏT: 24 yaşlı gəlin öldürüldü, qayınanası yaralandı .....                     Natiq Cəfərlinin atası dünyasını dəyişib .....                     “İran-Azərbaycan münasibətlərini pozmaq istəyən daxili və xarici qüvvələr var” .....                     Son dövrlərdə körpələrə qoyulan qəribə adlar .....                     İlham İsmayıl və onun oğlu İTTİHAM OLUNUR .....                     Kremlin İrəvanla bağlı “B” planı: .....                 

Putin Kəmaləddin Heydərovun yaxın dostunu Bakı ilə danışıqlara göndərir - Aleksandr Kurenkov kimdir?
Tarix: Bu gün, 13:01 | Çap et

“Komp1.guru” saytında Sergey Varçenkonun müəllifi olduğu yazıda bildirilir ki, Moskvada gələn həftə qeyri-rəsmi missiya ilə Bakıya gələcək nümayəndə heyəti formalaşır. Müəllifin mənbəsinin sözlərinə görə, məqsəd iki ölkə arasındakı yaranmış gərginliyi həll etməkdir. Mənbə istisna etmir ki, qeyri-rəsmi nümayəndə heyətinə Putinin keçmiş şəxsi adyutantı, indiki mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri, Azərbaycanın hakimiyyət nümayəndələri ilə şəxsi münasibətləri yaxşı olan general polkovnik Aleksandr Kurenkov rəhbərlik edə bilər. Müəllif qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərdə ciddi soyuqlaşma 2024-cü ilin dekabrında Rusiyanın Azərbaycan Hava Yollarına məxsus E-190 təyyarəsini səhvən vurması və 38 sərnişinin həlak olması ilə başlayıb və Rusiya vurulan təyyarəyə görə üzr istəmək və günahını etiraf etmək əvəzinə, hər şeyi inkar etməyə, günahı başqalarının üzərinə atmağa başlayıb.

Sayt son hadisələri də yada salıb:

“2025-ci il iyunun sonunda Yekaterinburqda FTX, DİN və İstintaq Komitəsinin əməkdaşları Azərbaycandan olan şəxslərə qarşı reydlər keçirib, həbs zamanı əsassız fiziki güc tətbiq edilib, nəticədə iki azərbaycanlı öldürülüb. Bu hadisə münasibətləri yenidən gərginləşdirib, Bakı da rusiyalılara qarşı sərt həbslər həyata keçirib”. Saytın mənbəsi hesab edir ki, Azərbaycanla münasibətlərdə gərginlik hazırda Kremlin planlarına uyğun deyil.

“Bu, indi Moskva üçün sərfəli deyil və bir neçə istiqamətdə konflikt aparmaq və mühüm regionda strateji tərəfdaşını itirmək fikri yoxdur”,- deyə xəbərin sonunda qeyd edilir.

Maraqlıdır, Azərbaycana gələcək qeyri-rəsmi nümayəndə heyətinə rəhbərlik edən general polkovnik Aleksandr Kurenkov kimdir?

Musavat.com Azərbaycanın hakimiyyət nümayəndələri ilə şəxsi münasibətləri yaxşı olan polkovnikin tərcümeyi-halına nəzər salıb:

Aleksandr Kurenkov 1972-ci il iyunun 2-də Moskvaətrafı bölgədə anadan olub. O, 2022-ci ildə “Komsomolskaya Pravda”ya verdiyi müsahibədə bildirib ki, həyatının ilk bir il yarımı valideynlərinin işlədiyi ayaqqabı fabrikinə məxsus yataqxanada keçib. Atası ayaqqabıçılıqla, anası isə dərziliklə məşğul olub. Sonradan Kurenkovun atası zavoddan mənzil alıb. Valideynlərinin adları, yaşları və sonrakı fəaliyyəti, eləcə də ailədəki uşaqların sayı barədə açıq mənbələrdə məlumat yoxdur. Kurenkovun sözlərinə görə, anası artıq həyatda deyil.

Gələcək FHN rəhbəri 1998-ci ildə Moskva Dövlət Bədən Tərbiyəsi Akademiyasını və 2004-cü ildə Moskva Psixoloji-Sosial İnstitutunu (indiki Moskva Psixoloji-Sosial Universiteti) bitirib.

1995–1999-cu illərdə Moskvada №312 saylı məktəbdə bədən tərbiyəsi müəllimi işləyib, daha sonra isə FTX-də xidmətə başlayıb.

Kurenkov 1999–2002-ci illərdə FTX-də müxtəlif vəzifələrdə çalışıb. Bundan sonra o, Federal Mühafizə Xidmətinə keçib. Onun tanışı “RBK”ya danışıb ki, əvvəlcə Kurenkov Federal Mühafizə Xidmətində “səfərçi” adlanan vəzifədə olub. Yəni dövlətin yüksək vəzifəli şəxslərini səfərlər zamanı mühafizə edən əməkdaş kimi çalışıb.

2015-ci ildə Kurenkov Rusiya prezidenti Vladimir Putinin adyutantı olub. “RBK”ya danışan iki mənbənin sözlərinə görə, gələcək FHN rəhbəri baş adyutant vəzifəsində olub. Eyni dövrdə Putin Kurenkovu “Vətən qarşısında xidmətlərinə görə” ordeninin II dərəcəli medalı ilə təltif edən sərəncam imzalayıb. Onun Federal Mühafizə Xidmətindəki işi 2021-ci ilə qədər davam edib.

2021-ci ilin payızında onu əvvəlcə Rosqvardiyanın rəhbəri Viktor Zolotovun köməkçisi, sonra isə müavini təyin ediblər. Kurenkov hərbi qulluqçuların döyüş hazırlığı məsələlərinə nəzarət edib. İlin sonunda Silahlı Qüvvələrin Baş Qərargahının Hərbi Akademiyasını bitirib və general-mayor rütbəsi alıb.

2022-ci ildə Rosqvardiya tərkibində Ukraynadakı hərbi əməliyyatda iştirak edib. 2022-ci il mayın 23-də Putin Kurenkovun FHN rəhbəri vəzifəsinə namizədliyini baxılmaq üçün Federasiya Şurasına təqdim etdi. İki gün sonra senatorlar bu təşəbbüsü yekdilliklə dəstəkləyiblər və prezident onun təyinatı barədə sərəncam imzalayıb. Dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin Kurenkovu “şəxsi olaraq yaxşı tanıyır” və onu Fövqəladə Hallar naziri vəzifəsinə “bunu məqsədəuyğun hesab edən kimi” irəli sürüb.

Kurenkovdan əvvəl Fövqəladə Hallar naziri vəzifəsini müvəqqəti icra edən şəxs FHN-in birinci müavini Aleksandr Çupriyan olub. O, bu vəzifəyə 2021-ci ilin sentyabrında, FHN rəhbəri Yevgeni Ziniçevin həlak olmasından sonra təyin edilmişdi.

FHN kollegiyasının üzvlərinə yeni naziri təqdim edərkən Putin deyib:

“Aleksandr Vyaçeslaviç pis mənada karyerist deyil, əksinə, o, əsl xidmət adamıdır, başladığı işi dərindən bilir, mövzuya tam dalmağı bacarır, yetkin bir insan kimi kollektivdə münasibətləri qurmağı bacarır”.

Prezident əminliyini ifadə edib ki, Kurenkov “uzun müddətdir qarşıda duran və yenidən meydana çıxan vəzifələrin öhdəsindən gələcək”, həmçinin “müasir çağırışlara və vətəndaşların gözləntilərinə cavab verəcək”.

Həmin il mayın 30-da Kurenkov Rusiya Təhlükəsizlik Şurasının tərkibinə daxil edilib, 2 iyunda ona general-leytenant rütbəsi verilib. Oktyabrın 21-də isə FHN rəhbəri Ukraynadakı hərbi əməliyyatın ehtiyaclarının təmin edilməsi üçün hökumət yanında yaradılmış Koordinasiya Şurasının üzvü olub, dekabrda isə Hərbi-Sənaye Komissiyasının və onun kollegiyasının tərkibinə daxil edilib.

Yeni FHN rəhbəri əsas vəzifələri sırasında qurumun kadr potensialının qorunub saxlanmasını və əməkdaşlara əlavə sosial dəstək tədbirlərinin tətbiqini qeyd edib. O həmçinin vəd verib ki, Rusiya xilasedicilərinin Donbasdakı iştirakını fəallaşdıracaq və yardımına ehtiyac duyan ölkələrlə beynəlxalq əməkdaşlığı davam etdirəcək.

2024-cü ilin martında keçirilmiş prezident seçkilərindən və mayda yeni hökumət formalaşdırıldıqdan sonra Kurenkov yenidən FHN rəhbəri təyin olunub. 2025-ci il iyunun 4-də Vladimir Putin Aleksandr Kurenkova general-polkovnik rütbəsi verib.

Onun FHN rəhbəri kimi vəzifədə olduğu dövrdə 2022-ci ilin yekunlarına əsasən, FHN-nin bölmələri 200-dən çox fövqəladə hadisənin nəticələrinin aradan qaldırılmasında iştirak edib, 2023-cü ildə isə bu rəqəm 300-dən çox olub.

Kurenkov xidmət müddətində “Vətənə Xidmətə Görə” ordeninin II dərəcəli medalı, Suvorov medalı və 2023-cü ildə Rusiya və Qırğızıstan arasında beynəlxalq əməkdaşlığın inkişafına və dostluq münasibətlərinin möhkəmləndirilməsinə verdiyi böyük töhfəyə görə “Dank” ordeni ilə təltif edilib.

Hərbi əməliyyatların başlamasından sonra o, ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Ukrayna, Avstraliya və Yeni Zelandiya tərəfindən sanksiyalara məruz qalıb.

2022-ci ildə “Komsomolskaya Pravda”ya verdiyi müsahibədə Kurenkov həyat yoldaşının olduğunu qeyd edib, lakin FHN rəhbərinin nikahı, uşaqları və gəlirləri barədə açıq mənbələrdə məlumat yoxdur.

2024-cü ilin oktyabrında Çeçenistan rəhbəri Ramzan Kadırov Kurenkovun həyat yoldaşı kimi itkin düşmüş və zərərçəkmiş uşaqlara yardım üzrə Milli Mərkəzin Nəzarət Şurasının sədri Yelena Milskanı göstərib. O, 2018–2019-cu illərdə Müqəddəs Vasili Böyük xeyriyyə fondunun rəhbəri olub və hazırda Arxistratqil Məxail Fonduna rəhbərlik edir.

2023-cü ilin noyabrında ABŞ sanksiya siyahısına Kurenkovla əlaqəli şəxs kimi daxil edilib, 2024-cü ilin iyununda isə Avropa İttifaqının sanksiyalarına məruz qalıb.

Aleksandr Kurenkovun Azərbaycanın Fövqaladə Hallar Naziri Kəmaləddin Heydərovla çox yaxın münasibətləri olduğu bildirilir. Azərbaycanlı nazir sonuncu dəfə ötən il yanvar ayında rusiyalı həmkarı ilə görüşüb. Həmin görüşdə K. Heydərov A. Kurenkova xatırladıb ki, “xalqlarımız arasındakı sıx dostluq və qarşılıqlı hörmət ənənələrinə söykənən Azərbaycan-Rusiya münasibətləri bu gün ölkələrimizin liderlərinin siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində yüksələn xətlə inkişaf edir”. Görüşün yekununda nazirlər “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında 2024-2026-cı illər üçün birgə Fəaliyyət Planı”nı imzalayıblar.

Musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paylaşıb biabır edəcəyəm - Tanınmış bloger
Bu gün, 16:03
Oğuzda ağac kəsiminə görə polisdə cinayət işi başladı
Bu gün, 15:58
MİDA tikdiyi binadan kirayə götürdüyü mənzili satdı – MƏHKƏMƏ İŞİ
Bu gün, 15:57
Dilarə Kazımova Azərbaycan milli alətləri ilə klip çəkdirdi - VİDEO
Bu gün, 15:01
“Kubinka”da TƏHLÜKƏ - Kanalizasiya lyuku ölüm saçır
Bu gün, 14:51
Tələbələr etiraza qalxdı… - SABAH qruplarına onların qəbulu niyə ləğv edildi?
Bu gün, 14:46
Saakaşvili əfv edilməyəcək - RƏSMİ TİFLİS
Bu gün, 14:38
AZAL yeni onlayn xidmətini istifadəyə verib - DİQQƏT
Bu gün, 14:35
Prezident bu instituta yeni rektor təyin etdi - SƏRƏNCAM
Bu gün, 14:34
Siyəzən sakinindən İnam Kərimova MÜRACİƏT - Raman Sədrəddinov haqsız yerə həbs olunduğunu iddia edir
Bu gün, 14:32
Bazarda 6, marketdə 15 manat… – Bakıda bu məhsul Rusiyaya görə baha satılır?
Bu gün, 14:20
Rusiya-Azərbaycan problemləri konstruktiv şəkildə həll olunmalıdır - Peskov
Bu gün, 14:14
Azərbaycanla sərhəd kəndin rəhbəri saxlanıldı - “Sputnik Ermənistan”
Bu gün, 14:12
Keçmiş deputat DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR - ÖZÜ İSƏ DEYİR Kİ...
Bu gün, 14:00
“Ekspertiza Anarın şərəf və ləyaqətinin alçaldılıb-alçaldılmadığını araşdırır” – Məhkəməyə verilən şair
Bu gün, 13:51
Lavrov Ukrayna ilə sülh sazişində Moskvanın tələblərini açıqlayıb
Bu gün, 13:48
Rusiyada azərbaycanlılara qarşı YENİ təzyiq: İşçilər yataqxanadan çıxarılır - KREML MEYMUNLUĞA "DAVAM" DEYİR...
Bu gün, 13:43
Sumqayıtın səsi: PRoMete və Cəsur Nemətovdan nostalji duet - VİDEO
Bu gün, 13:15
Qarageni də Qalstanyanın aqibəti gözləyir: - Hakimiyyət yaxın zamanda kilsəni ram edəcək
Bu gün, 13:07
Bakı metrosunda HƏYƏCANLI ANLAR: - Ana və övladları eskalatordan yıxıldılar
Bu gün, 13:04
Putin Kəmaləddin Heydərovun yaxın dostunu Bakı ilə danışıqlara göndərir - Aleksandr Kurenkov kimdir?
Bu gün, 13:01
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:58
Sahibini gözləyən kreslolar - SİYAHI
Bu gün, 12:53
Bakıda dənizkənarı obyektlərdə mövsüm açılmamış bağlandı: 30–40 minlik arenda küləyə getdi - Mövsümi sahibkarlıq təhlükədədir
Bu gün, 12:49
“İlin sonuna kimi sülh müqaviləsinin imzalanması ehtimalı yox səviyyəsindədir, amma...” - ŞƏRH
Bu gün, 12:47
Cavanşir Feyziyev əhalini belə soyur – iqtisadçıdan İTTİHAM
Bu gün, 12:37
Rusiyadan azərbaycanlılara total təzyiqlər: hava limanlarında dözülməz yoxlamalar - KREMLİN İSTERİK GEDİŞLƏRİ DAVAM EDİR...
Bu gün, 12:32
“İki il ərzində hər gün raket atsaq belə, o tükənməz” - İran generalı
Bu gün, 12:29
TƏBİB-in ad günü qalmaqalına görə işdən çıxardığı şöbə müdirinin yerinə təyinat - BUNDAN SONRA...
Bu gün, 12:27
Pezeşkianın Xankəndi səfərini qısqananlara... - Rəsmi
Bu gün, 12:22
Təhsil Nazirliyinin aldığı on milyonluq idman avadanlıqlarından harda və necə istifadə edilir - NAZİRİN NƏZƏRİNƏ
Bu gün, 12:19
Arzu LAĞA QOYDU: - “Haradan oldun, dünya şöhrətli aktrisa?!”
Bu gün, 12:09
Ermənistan prokurorluğu müxalifət liderlərinin toxunulmazlığının ləğvini istəyir
Bu gün, 12:04
"Ermənistan dövlətini uçuruma aparırlar" - partiya sədri
Bu gün, 12:00
Azərbaycanda DƏHŞƏT: 24 yaşlı gəlin öldürüldü, qayınanası yaralandı - TƏFƏRRÜAT
Bu gün, 11:57
Natiq Cəfərlinin atası dünyasını dəyişib
Bu gün, 11:52
“İran-Azərbaycan münasibətlərini pozmaq istəyən daxili və xarici qüvvələr var” - Əfşar Süleymani
Bu gün, 11:49
Son dövrlərdə körpələrə qoyulan qəribə adlar - Əsğər, Dua, Koroğlu, Nənəş, Binəli, Dağlar.....
Bu gün, 11:47
İlham İsmayıl və onun oğlu İTTİHAM OLUNUR - TƏFƏRRÜAT
Bu gün, 11:45
Kremlin İrəvanla bağlı “B” planı: -300 min erməni niyə göndərilir?
Bu gün, 11:37
Rusiyadakı Azərbaycan diasporundan xəyanətkar çağırış - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Paytaxt Xankəndiyə köçürülə bilər - AÇIQLAMA
Bu gün, 11:30
Sülh müqaviləsi: İrəvan prosesi niyə ləngidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:12
“Rusiyadakı soydaşlarımızın tədricən Azərbaycana qaytarılmasının önü açılmalıdır...” - ÇAĞIRIŞ
Bu gün, 11:02
Naxçıvan səhiyyəsində MALİYYƏ BÖHRANI... - "Bizi qul yerinə qoyublar..."
Bu gün, 10:59
Vladimir Solovyovun “psixoloji travması”: - “Səviyyəsi plintusdan aşağıdır”
Bu gün, 10:56
İranın Zəngəzur dəhlizi dərdi: Tehrandan Ərdoğana cavab - KİV
Bu gün, 10:54
Rusiya ilə gərginlik belə bitəcək – Sabiq nazirdən diqqətçəkən PROQNOZ
Bu gün, 10:51
ABŞ-da yaşayan azərbaycanlı 137 milyon dollarlıq tibbi sığorta fırıldağında ittiham olunur - FOTO
Bu gün, 10:48
Təbii problem: Süni məsuliyyətsizlik - NƏ ETMƏLİ?
Bu gün, 10:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru