ABŞ-ın Suriyadakı hərbi bazasına hücum edilib .....                     Prokuror "Toplum TV" işi üzrə ittiham aktını elan edib .....                     Ziya Məmmədovun oğlunun beton şirkəti ləğv edilir .....                     Şimal-qərb küləyi gündüz arabir güclənəcək .....                     Rövşən Məmmədov Mahmud Əhmədinejat xəbərinə görə onu işdən çıxardı .....                     “American Airlines”in reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib .....                     Tanınmış aktrisa GİZLİNLƏRİ AÇDI: .....                     Kilsə Paşinyanı devirəcək? .....                     Azərbaycana qısa müddətə böyük gəlir gələ bilər, amma... .....                     AMİP qurultaya hazırlaşır .....                     İsrailin görünməyən gücü Azərbaycan erməni yanlısı İrana görə İsraildən keçərmi? .....                     Xüsusi karantin rejiminin müddəti uzadıldı .....                     Ermənistan XİN başçısı Çinə səfər edəcək .....                     İran dövlət televiziyasında Azərbaycana hücum çağırışı .....                     İndi qəzet oxuyan var? .....                     İstanbulda qəbul edilən qətnamə İrəvanda təşviş yaradıb .....                     “Bakı Mexanizasiya Tikinti” ASC-nin əmlakı səhmdarlar arasında bölünəcək .....                     "İnsanlara həmişə şans vermək lazımdır ki, .....                     “CFİ Financial İnvestisiya Şirkəti”nin rəhərliyində təyinatlar olub .....                     Qarabağ Qazisi 6 illik məzuniyyət pulunu ALA BİLMİR... .....                     Meşələrin İnkişafı Xidmətindən “Region Mühəndislik” MMC ilə şübhəli satınalma .....                     Polis rəisinə rüşvət verən azərbaycanlı narkotacir .....                     Dolların hökmranlığı bitir: Pekin dağıtmır, alternativ qurur .....                     “OFİS-A.M.” MMC dövlət satınalmalarında rekord qırır .....                     Sevgilisinin maşınını icazəsiz götürdü .....                     İranda Ukrayna kəşfiyyatının əməkdaşları diversiyaya hazırlıq ittihamı ilə saxlanılıb .....                     “Pensiyaların və müavinətlərin artırılması mütəmadi olaraq baş verəcək” .....                     QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verib .....                     Fəda Abbasovla monopolist Afər Hacıyevin işbirliyindən Məcnun Məmmədovun xəbəri varmı .....                     Daha bir tiktoker ev dustaqlığına buraxılıb .....                     2 trilyon dollara başa gəlmiş antimilli bir layihə havaya sovrulub .....                     Aqrar Xidmətlər Agentliyi qanun pozmaqda “gül” vurur .....                     Binəqədi rayonunda icarəyə götürülən obyektdə qanunsuz tikinti aparılır .....                     Gündəmi silkələyən olay: 16 yaşlı qızı qaçıran axund… .....                     Xameneiyə qarşı gizli komitə quruldu .....                     Zeynəb Xanlarovanın oğlu bu qurumun sədr müavini İŞLƏYİR .....                     Sertifikasiya imtahanlarının nəticələri qaneedicidir? .....                     Binəqədidəki ailəvi restoran ətrafdakı AİLƏLƏRİ NARAHAT EDİR .....                     AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir .....                     İran Silahlı Qüvvələrinin rəhbəri ABŞ-ni cavab zərbələri ilə hədələyib .....                 

Dolların hökmranlığı bitir: Pekin dağıtmır, alternativ qurur - İNCƏLƏMƏ
Tarix: Bu gün, 11:12 | Çap et

Qlobal maliyyə sistemində yaxınlaşmaqda olan dəyişiklik sadəcə texniki yenilənmə deyil - bu, tarixdə dolların qızıl standarta çevrildiyi dövr qədər, yaxud da Bretton-Vuds sisteminin çökməsi qədər dərin və köklü bir dönüşdür. ABŞ valyutası illərlə dünya iqtisadiyyatının sarsılmaz dayağı olub, amma bu gün onun mütləq hakimiyyətinə qarşı sükutla, amma planlı şəkildə çıxan yeni güc mərkəzi var - Çin.

2025-ci ilin yazında Şanxayda keçirilmiş Lujiazui İqtisadi Forumu sadəcə növbəti elit toplantı deyildi. Bu, Pekinin yeni maliyyə doktrinasının səssiz, lakin rəsmi təqdimatı idi. Forumun tribunasında əvvəllər bazarların sabitliyindən danışılırdısa, bu dəfə açıq xəbərdarlıqlar səsləndi. Çin Xalq Bankının rəhbəri Pan Gunşen nitqində nə ABŞ-ı birbaşa hədəfə aldı, nə də müharibə çağırışı etdi. Lakin çıxışın məğzi çox aydın idi: dünya artıq bir ölkənin siyasi tsikllərinə bağlı tək valyutanın girovu kimi qala bilməz. Dollar dövrünün alternativsizliyi bitmək üzrədir.

Əvvəllər bu cür bəyanatlar sadəcə ritorika kimi qəbul olunurdu. İndi isə bu, konkret strategiyadır. Çin artıq danışmır - addım atır. Yeni ödəniş sistemləri, valyuta svopları, yuanın ticarətdə artan çəkisi, BRICS və ŞƏT çərçivəsində institusional təşəbbüslər - bunlar Pekinin dəyişiklik planının bir hissəsidir. Bu plan isə təkcə ABŞ-a deyil, bütün dünyaya yeni oyun qaydaları təklif edir.

Dolların hegemonluğu - qlobal təhlükə

2025-ci ilin yazında Çində keçirilən başqa bir forumda Pan Gunşen açıq şəkildə bildirdi: “Qlobal maliyyə sistemi bir tək güclü valyutaya yox, bir neçə dayanıqlı valyutaya əsaslanmalıdır.” Bu sadəcə diplomatik ritorika deyildi - bu, proqram bəyanatı idi. ABŞ-ın adı çəkilməsə də, mesaj aydın idi: dolların həddən artıq dominantlığı artıq dünyanın riskidir. Vaşinqtonda yaranan daxili siyasi və maliyyə böhranlarının Asiyada, Afrikada, Latın Amerikasında zəlzələyə çevrilməsi dözülməz hala gəlib.

2020-ci illərdən bəri ABŞ-da hər il təkrarlanan defolt hədələri, dövlət borcunun idarə olunmaması və konqresin səmərəsizliyi qlobal bazarları silkələyir. Təkcə 2024-cü ildə ABŞ-ın büdcə kəsiri 7,3% ÜDM olub - inkişaf etmiş ölkələr arasında yalnız Yaponiyadan sonra ikinci yerdə. 2025-ci ilin martında isə Konqresin Büdcə İdarəsi xəbərdarlıq etdi: yaxın 10 ildə ABŞ-ın dövlət borcu 130% ÜDM-i keçəcək.

Problem ondadır ki, bu daxili böhranlar dolların qlobal statusuna görə artıq bütün dünya üçün təhlükəyə çevrilib. 2025-ci ilin may ayına olan məlumata görə, beynəlxalq ödənişlərin 47,6%-i dollarla, 20,3%-i avro ilə, yalnız 5,9%-i yuanla həyata keçirilir. Və dollar - artıq sadəcə valyuta yox, həm də sanksiya silahıdır.

ABŞ SWIFT sistemi və beynəlxalq bank şəbəkələri üzərindəki nəzarətindən istifadə edərək 40-dan çox ölkəyə qarşı iqtisadi müharibə aparıb: Rusiya, İran, Kuba, Venesuela, Şimali Koreya və 2023-cü ildən etibarən Çin də bu siyahıdadır. Dollarla hesablaşmaların dayandırılması - ticarətin iflici, milli valyutaların çöküşü və iri layihələrin dalana dirənməsi deməkdir.

Çin bu mübarizəni sərt şəkildə aparmır. O, dağıdıcı yox, qurucu güc kimi çıxış edir. 2022-ci ildən başlayaraq, Çin öz alternativ ödəniş və valyuta sistemini formalaşdırmağa başlayıb. Bu sistemin əsasında yuan dayanır - hazırda daha çox regional valyuta sayılsa da, onu dünya iqtisadiyyatının ən böyüyü dəstəkləyir.

2023-cü ildən bu yana Çin Xalq Bankı Asiya, Afrika və Latın Amerikasındakı mərkəzi banklarla 28 yeni svop sazişi imzalayıb. 2024-cü ildə Çinlə Rusiya, İran, Səudiyyə Ərəbistanı, Braziliya və CAR arasında ticarətin 30%-dən çoxu artıq yuan və ya yerli valyutalarda aparılıb. BƏƏ-nin Mərkəzi Bankı isə 2025-ci ilin mayında öz ehtiyatlarının bir hissəsini dollardan yuan və avroya keçirdiyini bəyan edib - səbəb aydındır: diversifikasiya və sanksiya risklərindən qorunma.

Ən maraqlısı odur ki, Çin öz CIPS (Cross-Border Interbank Payment System) adlanan alternativ SWIFT sistemini sürətlə genişləndirir. 2025-ci ilin iyununa olan məlumata görə, bu sistemə 110 ölkədən 1600-dən çox maliyyə qurumu qoşulub. Təkcə 2025-ci ilin ilk rübündə CIPS-də tranzaksiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 28% artıb.

Çinin bu strategiyasının əsas dayaq nöqtələrindən biri də BRICS platformasıdır. 2024-cü ildə bu alyansa Səudiyyə Ərəbistanı, Misir, İran, Argentina və Efiopiya da qoşulduqdan sonra BRICS artıq dünya əhalisinin 45%-dən çoxunu, qlobal ÜDM-in isə 36%-ni (PPP ilə) əhatə edir. Bu, artıq “alternativ birlik” yox, real güc mərkəzidir.

2025-ci ilin avqustunda Kazanda keçirilmiş sammitdə “BRICS Bridge” adlı çoxtərəfli ödəniş platformasının ilkin konsepsiyası təqdim olundu. Sistem rəqəmsal yuan və üzv ölkələrin mərkəzi banklarının rəqəmsal valyutaları (CBDC) əsasında qurulur. Məqsəd - qlobal cənub ölkələrinin ABŞ valyutasından və SWIFT sistemindən asılılığını azaltmaq, yeni iqtisadi müstəqillik sahəsi formalaşdırmaqdır.

Bu təşəbbüs yalnız siyasi iddia deyil. Burada ekonomik realizm var. Bank of America hesab edir ki, təkcə 2025-ci ilin ilk yarısında BRICS ölkələri arasında dollarla aparılmayan əməliyyatların həcmi 42% artıb. Hindistanın maliyyə naziri Nirmala Sitaraman isə apreldə rəsmi şəkildə bildirdi: “Çoxqütblü valyuta sistemi Qlobal Cənub ölkələrinin maraqlarına uyğundur, çünki bu sistem onlara ABŞ-ın monetar siyasətinin əsiri olmama imkanı verir.”

Qlobal oyunun qaydaları dəyişir

Çin hansısa “anti-dollar” cəbhəsi yaratmır. O, sistemin özəyini tədricən dəyişir. Və bu dəyişikliklər o qədər mütəşəkkil, o qədər planlı şəkildə aparılır ki, artıq dünya maliyyə institutları belə bu trendi qəbul etməyə başlayıblar. Hər şey diplomatik ritorikadan yox, faktlardan ibarətdir:

  • Yuanın dünya ticarətində çəkisi artır;
  • ABŞ sanksiyalarının effektivliyi azalır;
  • Neft və qaz müqavilələri getdikcə daha çox yuanla bağlanır;
  • SWIFT alternativləri güclənir;
  • Ərəb ölkələri və Afrika dövlətləri dollardan ehtiyatla uzaqlaşır.

Bu, heç də dolların “dərhal süqutu” deyil. Amma dolların alternativsiz dövrü qapanır. Dünya yavaş-yavaş yeni reallığa uyğunlaşır - və bu reallığın memarı, təşəbbüskarı və mühəndisi Çin Xalq Respublikasının özüdür.

Dünyanın dollarla olan münasibəti dəyişir. İllərlə iqtisadi təhlükəsizliyin sinonimi sayılan ABŞ valyutası, artıq bir çox ölkələr üçün geosiyasi təzyiq alətinə çevrilib. Çin isə bu tendensiyaya qarşı inqilabla yox, ehtiyatlı, lakin sistemli “maliyyə diplomatiyası” ilə cavab verir.

Yeni pullar peyda olmur - yeni rollar paylaşılır. ABŞ hələ uzun müddət qlobal maliyyə sistemində aparıcı mövqeyini qoruyacaq. Amma artıq onun təkbaşına hegemonluğu tarixin bir hissəsinə çevrilir. Və bu tarixi səhnədə, səssiz, amma arxasında qlobal ticarət və siyasi güc dayanan Çin yuanı yerini möhkəmləndirir.

Gələcəyin valyutası — təkcə riyazi balans deyil, həm də siyasi məsuliyyətdir. ABŞ bu məsuliyyəti illərlə daşıdı. İndi isə səhnəyə yeni oyunçular çıxır. Onlar qışqırmır, pankart qaldırmır, sadəcə öz oyunlarını qururlar. Bu da artıq sadəcə iqtisadiyyat yox, geosiyasətdir.

Bütün geosiyasi təzyiqlərə, Pekinin ardıcıl addımlarına və Qlobal Cənubun artan valyuta şüuruna baxmayaraq, ABŞ dolları hələ də beynəlxalq maliyyə sistemində birinci sıranı əldən verməyib. Bu, təsadüfi deyil. Dolları mövqedə saxlayan üç əsas sütun hələ ki yerindədir: ABŞ maliyyə bazarlarının dərinliyi və likvidliyi, amerikan hüquq sisteminə inam və dünya ticarətinin tarixi inersiyası. Amma bu üç sütun artıq titrəməyə başlayıb.

ABŞ-da sabitlik artıq mifə çevrilir

2025-ci ilin əvvəlində Donald Trampın prezidentliyə qayıdışı ilə Vaşinqtonun daxilindəki siyasi qeyri-sabitlik daha da dərinləşdi. Kaliforniya və Nyu-York kimi iri ştatlar ilə federal hökumət arasında səlahiyyət savaşı açıq qarşıdurmaya çevrildi. Bu, ABŞ tarixində ilk dəfə olaraq institusional parçalanma təhlükəsinin real prizmadan müzakirə olunmasına səbəb oldu.

Fitch reytinq agentliyi 2025-ci ilin fevralında ABŞ-ın dövlət borcu üzrə proqnozunu “sabit”dən “mənfi”yə endirdi. ABŞ dollarının “təhlükəsiz liman” imicinə ilk real zərbə də elə buradan gəldi.

İkinci zərbə isə ABŞ hüquq sisteminin neytrallığının iflasa uğraması oldu. Rusiyaya və Əfqanıstana məxsus milyardlarla dolların bir tərəfli qaydada dondurulması, xüsusən də suveren aktivlərin müsadirə edilməsi, dolları neytral aktiv kimi qəbul edən ölkələr arasında ciddi narahatlıq yaratdı.

2025-ci ilin mayında Beynəlxalq Maliyyə İnstitutunun (IIF) keçirdiyi sorğuya görə, Asiya və Afrika ölkələrinin mərkəzi banklarının 58%-i qarşıdakı üç ildə öz ehtiyatlarında dolların payını azaltmağı planlaşdırır.

Rəqəmsal yuan və yeni alətlər - Pekinin cavabı

1. Rəqəmsal yuan (e-CNY). 2025-ci ildən etibarən e-CNY artıq Çinin 27 vilayətində aktiv dövriyyəyə buraxılıb. 420 milyondan çox insan bu sistemdə test əməliyyatlarında iştirak edib. Ticarət, nəqliyyat, dövlət xidmətləri - hər sahədə rəqəmsal yuan istifadə olunur.

Bloombergin məlumatına əsasən, 2025-ci ilin ilk yarısında e-CNY ilə aparılan əməliyyatların həcmi 2,5 trilyon yuandan çox olub - bu, 2024-cü illə müqayisədə 2,3 dəfə artım deməkdir.

Bundan əlavə, Çin, BƏƏ, Tailand və Honqkonq tərəfindən yaradılmış mBridge adlı transsərhəd platforma üzərindən 2,1 milyard dollarlıq beynəlxalq əməliyyat həyata keçirilib. Bu əməliyyatların 65%-i e-CNY ilə aparılıb.

2. CIPS - Çin SWIFT-ə qarşı. 2025-ci ilin mayına olan məlumata görə, Çinin CIPS (Cross-Border Interbank Payment System) adlı ödəniş sisteminə 109 ölkədən 1457 maliyyə institutu qoşulub. Bu siyahıya Hindistanın, BƏƏ-nin, Braziliyanın və Rusiyanın aparıcı bankları da daxildir.

Yalnız yanvar-may 2025 aralığında CIPS sistemi üzərindən keçən əməliyyatların həcmi 21,6% artaraq 143 trilyon yuana (təxminən 19,6 trilyon dollar) çatıb. SWIFT ilə müqayisədə hələ fərq var, amma böyümə dinamikası Pekinin planlı strateji gedişini göstərir.

3. Ticarətdə yuanın payı: Rusiyadan Braziliyaya qədər. 2025-ci ilin birinci rübündə Çinin Rusiya ilə ticarətində yuanla hesablaşmaların payı 92,4%-ə, İranla 84%-ə, Pakistanla 76%-ə, Braziliya ilə 41%-ə çatıb. OPEK+ ölkələri də getdikcə daha çox yuanla neft müqavilələrini gündəmə gətirirlər.

Braziliya Mərkəzi Bankının rəhbəri Roberto Kampos Neto 2025-ci ilin yanvarında açıq dedi: “Yuanla hesablaşmalar, xüsusilə Çinlə ikitərəfli ticarətdə dollar üçün etibarlı alternativə çevrilib.”

4. Qlobal Cənubda yuanın ekspansiyası. McKinsey Global Instituteun hesabatına görə, 2025-ci ildə Çin Afrikada 23 yeni infrastruktur sazişi imzalayıb - ümumi dəyəri 16,4 milyard dollar. Bu layihələrin maliyyələşməsi, kreditləşdirilməsi və ödənişləri isə dollarda deyil, yuanla həyata keçirilir.

Afrikada Keniya, Efiopiya, Uqanda və Nigeriya artıq öz ehtiyatlarına yuanı daxil ediblər. Latın Amerikasında isə 2025-ci ilin fevralında Argentina ilə imzalanmış valyuta sazişindən sonra yuanla hesablaşmalar 34%-ə yüksəlib.

Bu tendensiyanın ideoloji yox, iqtisadi məntiqi var: Çin “maliyyə hegemonluğu” qurmaq istəmir, sadəcə ticarət və investisiya ardıcıllığı ilə öz valyutasını yayır.

Eurasia Groupun iqtisadçısı Dən Vanq bu prosesi belə izah edir:“Çin öz valyutasını Wall Street-lə yox, betonla, poladla və logistika ilə yayır. Bu, infrastruktur tipli valyuta ekspansiyasıdır.”

Doğrudan da, Çin yuanı dünya üzrə maliyyə bazarları ilə deyil, limanlarla, dəmir yolları ilə, elektrik stansiyaları ilə ixrac edir. Bu, özünəməxsus valyuta strategiyasıdır - spekulyativ deyil, real iqtisadiyyat üzərində qurulmuş modeldir.

Bütün uğurlara baxmayaraq, yuan hələ tam konvertasiya olunan valyutaya çevrilməyib. Bu da onu beynəlxalq ehtiyatlarda geniş istifadə üçün əngəlləyir.

Beynəlxalq Valyuta Fondunun 2025-ci ilin aprel hesabatına əsasən, qlobal valyuta ehtiyatlarında:

  • Dolların payı - 59,3%
  • Avronun payı - 19,7%
  • Yuanın payı - cəmi 2,9%

Bu nisbətlər Çinin valyuta siyasətindəki sərt nəzarətin birbaşa nəticəsidir. Pekin daxili maliyyə sabitliyini itirməmək üçün yuanın sərbəst axınına hələ də imkan vermir.

Üstəlik, yuanın “etibarlı aktiv” statusuna çevrilməsinə Çin iqtisadiyyatının özündəki çatlar da əngəldir. Ən ciddi problem - daşınmaz əmlak sektorudur.

ÇXR-in Statistika Bürosunun məlumatına görə, 2025-ci ilin mayında mənzil satışları ildə 28,6% azalıb. 25 milyon kvadratmetr yeni tikili boş qalır. UBS-in Çin üzrə araşdırmasına əsasən, ev qiymətlərindəki düşüş ev təsərrüfatlarına 1,8 trilyon dollarlıq zərər vurub.

Bu, istehlak xərclərinə də mənfi təsir göstərib: 2025-ci ilin birinci rübündə pərakəndə satışların artımı cəmi 2,3% olub, bu da son illərin orta göstəricisindən 4% aşağıdır.

Bu zəifliklərə baxmayaraq, Çin dövlət bankları elektromobillər (investisiyalar +21%), süni intellekt (+32%), günəş enerjisi (+19%) kimi sahələrə böyük vəsait yönəltməkdə davam edir.

Amma kiçik və orta sahibkarlıq - yəni iqtisadiyyatın “can damarı” - kənarda qalır. Bu da daxili iqtisadi canlanmanı ləngidir və Çinin ixrac asılılığını saxlamağa məcbur edir.

Dollar zəifləyir, amma hələ yerini verməyib

Dolların üstünlüyünü qoruyan sütunlar - hüquqi inam, bazar dərinliyi və tarixdən gələn inersiya - çat verir. Çin isə öz sistemini tədricən və planlı şəkildə qurur. Yuan alternativ deyil, real seçim olmağa doğru gedir.

Lakin Pekin sürətli “dominasiya” deyil, strateji davamlılıq axtarır. Bu da onun fərqidir: dollar güc və sanksiya ilə hökmranlıq edir, yuan isə ticarət, logistika və infrastrukturla öz ərazisini genişləndirir.

Mübarizə artıq başlamayıb - o davam edir. Və bu döyüş valyutalar arasında yox, iqtisadi modellər arasında gedir. Qalib isə o olacaq ki, gələcəyin qlobal sistemini daha sabit, daha şaxələndirilmiş və daha ədalətli qurmağı bacaracaq.

2025-ci il qlobal maliyyə tarixində çevriliş ili kimi qalacaq. Lakin bu çevriliş bir gündə baş vermir — bu, yavaş-yavaş baş verən, amma dayandırılması mümkün olmayan bir eroziyadır. Əsası isə odur ki, bu dəyişiklik təkcə bazarların daxili mexanizmləri ilə yox, böyük dövlətlərin siyasi qərarları ilə sürətlənir. ABŞ prezidenti Donald Trampın yenidən hakimiyyətə qayıdışı və onun “Amerika sənayesini istənilən qiymətə qorumaq lazımdır” bəyanatları bu prosesin katalizatoruna çevrilib.

Avropa Mərkəzi Bankının iyun ayının ortalarında yaydığı statistikaya görə, 2025-ci ilin əvvəlindən bəri dollar avroya qarşı 11,2% ucuzlaşıb. Analitiklər bildirirlər ki, bu hələ başlanğıcdır.

ABŞ maliyyə naziri Cudi Şelton 2025-ci ilin 13 iyun tarixində CNBC-yə verdiyi açıqlamada açıq şəkildə bildirdi:

“Əgər güclü dollar bizim istehsalçılarımıza zərər verirsə, bizə belə bir dollar lazım deyil. Sənaye siyasəti valyuta məzənnəsində elastiklik tələb edir.”

Bu sözlər bazarlarda dərhal “Vaşinqton dolların əvvəlki rolundan imtina edir” kimi yozuldu. ABŞ artıq öz valyutasını qlobal sabitlik dayağı kimi yox, ixrac üçün taktiki alət kimi istifadə etməyə başlayıb.

Institute of International Financein hesabatına görə, 2025-ci ilin ilk rübündə dollar aktivlərindən xalis kapital çıxışı 327 milyard dollara çatıb. Bu, 2009-cu ildən bəri ən yüksək göstəricidir. Bu axının 41%-i Asiya, Latın Amerikası və Körfəz ölkələrinin suveren fondlarının payına düşür — onlar artıq ABŞ siyasətindən asılı olmayan aktivlərə yönəlirlər.

Zəif dollar - ABŞ üçün üç ciddi sistem riski

1. Borcun maliyyələşməsi:

ABŞ Konqres Büdcə İdarəsinin hesablamalarına görə, federal borcun illik xidmət xərci 1,2 trilyon dolları keçib. Bu rəqəm ölkənin hərbi büdcəsindən çoxdur. 2025-ci ilin birinci yarısında isə yeni buraxılmış dövlət istiqrazlarının 36%-ni amerikalı banklar alıb - Çin və Yaponiya kəskin şəkildə alışları azaldıb.

2. İnflyasiya təzyiqi:

Dolların zəifləməsi idxalı bahalaşdırır. 2025-ci ilin may ayında istehlak qiymətləri indeksi (CPI) ay ərzində 0,6% artıb. Bu, Atlanta Federal Ehtiyat Bankının proqnozunu üstələyib. Bu isə faiz dərəcələrinin azaldılması üçün FED-in əl-qolunu bağlayır, halbuki ABŞ iqtisadiyyatı yavaşlayır.

3. Etibarın eroziyası:

Beynəlxalq banklar və mərkəzi banklar artıq dolları qalıcı rezerv yox, müvəqqəti alət kimi dəyərləndirirlər. BIS-in 2025-ci ilin iyun hesabatına əsasən, dolların yeni beynəlxalq əməliyyatlardakı payı 83%-dən 77%-ə düşüb - bu, son 25 ilin minimum göstəricisidir.

Çin danışmır — qurur: alternativ sistem real şəkildə genişlənir

CIPS genişlənir:

Çinin SWIFT-ə cavabı olan China Interbank Payment System (CIPS) artıq 87 ölkəni əhatə edir. Bu siyahıda İran, Rusiya, Venesuela, Səudiyyə Ərəbistanı, Türkiyə kimi ölkələr var. Çin Xalq Bankının məlumatına görə, 2025-ci ilin ilk yarısında CIPS üzərindən əməliyyatların həcmi 39% artaraq 2,1 trilyon dolları keçib.

Rəqəmsal yuan enerji bazarında:

Caixin agentliyinin məlumatına görə, rəqəmsal yuan (e-CNY) artıq İran və İndoneziya ilə enerji müqavilələrində ödəniş vasitəsi kimi istifadə olunur. 2025-ci ilin mayında Çin CNPC və İran NIOC şirkətləri arasında 17 milyard dollarlıq müqavilə bağlanıb - bütün hesablaşmalar yalnız e-CNY ilə aparılacaq.

Yuan — yeni ehtiyat valyuta:

2025-ci ilin iyununda Braziliya Mərkəzi Bankı öz ehtiyatlarının 15%-ni yuanla formalaşdırdığını açıqladı. Bu fonda dolların payı 75%-dən 63%-ə endirildi. Oxşar addımları İndoneziya, Misir və BƏƏ də elan edib.

BRICS+ valyuta platforması:

2025-ci ilin mayında Şanxayda keçirilən “BRICS+” sammitində yuan əsasında ümumi hesablaşma platformasının yaradılması haqqında memorandum imzalanıb. Hindistanın maliyyə naziri Şaktikanta Das bu sistemin “Cənubdan Cənuba olan əməliyyatlarda SWIFT-i əvəz edə biləcəyini” bildirib.

FBŞ dolları kənardan yox, içəridən zəifləyir. Tramp administrasiyasının qısa müddətli iqtisadi dividendlər üçün dolları qurban verməsi, uzunmüddətli perspektivdə onun qlobal statusunu sual altına qoyur.

Çin isə bu boşluğu bəyannamələrlə deyil, real infrastrukturla doldurur. Və bu oyunda artıq sükutla deyil, hesablanmış addımlarla qalib gəlmək mümkündür.

Elçin Alıoğlu -Trend

Baku Network











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-ın Suriyadakı hərbi bazasına hücum edilib - "Mehr"
Bu gün, 14:45
Prokuror "Toplum TV" işi üzrə ittiham aktını elan edib - TƏFƏRRÜAT
Bu gün, 13:08
Ziya Məmmədovun oğlunun beton şirkəti ləğv edilir
Bu gün, 12:59
Şimal-qərb küləyi gündüz arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:47
Rövşən Məmmədov Mahmud Əhmədinejat xəbərinə görə onu işdən çıxardı - FOTO
Bu gün, 12:35
“American Airlines”in reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
Bu gün, 12:29
Tanınmış aktrisa GİZLİNLƏRİ AÇDI: - “7 ay arxasınca süründüm”
Bu gün, 12:28
Kilsə Paşinyanı devirəcək? - “Yaxın 2 ay ərzində...”
Bu gün, 12:22
Azərbaycana qısa müddətə böyük gəlir gələ bilər, amma... - GƏLİŞMƏ
Bu gün, 12:16
AMİP qurultaya hazırlaşır - AÇIQLAMA
Bu gün, 12:13
İsrailin görünməyən gücü Azərbaycan erməni yanlısı İrana görə İsraildən keçərmi? -Yəhudi açarı, Amerika qapısı
Bu gün, 12:09
Xüsusi karantin rejiminin müddəti uzadıldı - QƏRAR
Bu gün, 12:03
Ermənistan XİN başçısı Çinə səfər edəcək
Bu gün, 12:00
İran dövlət televiziyasında Azərbaycana hücum çağırışı - BAŞLARI QAÇIB...
Bu gün, 11:55
İndi qəzet oxuyan var? - Tanınmışlar CAVAB VERDİLƏR
Bu gün, 11:53
İstanbulda qəbul edilən qətnamə İrəvanda təşviş yaradıb - Ölkə “türk tələsi”nə salınıb
Bu gün, 11:49
“Bakı Mexanizasiya Tikinti” ASC-nin əmlakı səhmdarlar arasında bölünəcək
Bu gün, 11:44
"İnsanlara həmişə şans vermək lazımdır ki, özlərini sona qədər alçalda bilsinlər"
Bu gün, 11:42
“CFİ Financial İnvestisiya Şirkəti”nin rəhərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 11:37
Qarabağ Qazisi 6 illik məzuniyyət pulunu ALA BİLMİR... - AXI NİYƏ?
Bu gün, 11:30
Meşələrin İnkişafı Xidmətindən “Region Mühəndislik” MMC ilə şübhəli satınalma - BU NƏDİ BELƏ?
Bu gün, 11:25
Polis rəisinə rüşvət verən azərbaycanlı narkotacir HƏBS OLUNDU
Bu gün, 11:21
Dolların hökmranlığı bitir: Pekin dağıtmır, alternativ qurur - İNCƏLƏMƏ
Bu gün, 11:12
“OFİS-A.M.” MMC dövlət satınalmalarında rekord qırır - İcazə verin, şübhələnək...
Bu gün, 11:01
Sevgilisinin maşınını icazəsiz götürdü - Məhkəməlik oldular
Bu gün, 11:00
İranda Ukrayna kəşfiyyatının əməkdaşları diversiyaya hazırlıq ittihamı ilə saxlanılıb - KİV
Bu gün, 10:55
“Pensiyaların və müavinətlərin artırılması mütəmadi olaraq baş verəcək” - deputat
Bu gün, 10:45
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verib - DETALLAR
Bu gün, 10:41
Fəda Abbasovla monopolist Afər Hacıyevin işbirliyindən Məcnun Məmmədovun xəbəri varmı - İLGİNC FAKTLAR
Bu gün, 10:33
Daha bir tiktoker ev dustaqlığına buraxılıb
Bu gün, 10:29
2 trilyon dollara başa gəlmiş antimilli bir layihə havaya sovrulub - MƏRYƏM RƏCƏVİ
Bu gün, 10:27
Aqrar Xidmətlər Agentliyi qanun pozmaqda “gül” vurur - İTTİHAM VAR...
Bu gün, 10:25
Binəqədi rayonunda icarəyə götürülən obyektdə qanunsuz tikinti aparılır - ÖZBAŞINALIQ
Bu gün, 10:23
Gündəmi silkələyən olay: 16 yaşlı qızı qaçıran axund… – Hüquqşünas açıqlayır
Bu gün, 10:20
Xameneiyə qarşı gizli komitə quruldu - “Ruhanini hakimiyyətə gətirmək istəyirlər”
Bu gün, 10:18
Zeynəb Xanlarovanın oğlu bu qurumun sədr müavini İŞLƏYİR - TƏFƏRRÜAT
Bu gün, 10:15
Sertifikasiya imtahanlarının nəticələri qaneedicidir? - AKTUAL
Bu gün, 10:13
Binəqədidəki ailəvi restoran ətrafdakı AİLƏLƏRİ NARAHAT EDİR - GİLEY
Bu gün, 10:10
AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir - DİQQƏT!
Bu gün, 10:04
İran Silahlı Qüvvələrinin rəhbəri ABŞ-ni cavab zərbələri ilə hədələyib - “The Times of Israel”
Bu gün, 09:59
Uranın zənginləşdirilməsini davam etdirəcəyik - İran XİN
Bu gün, 09:58
İsrail səfiri Elçibəyə hansı sirri açıb? – Azərbaycanla bağlı sensasion plan olub
Bu gün, 09:34
Nigar onu polislə hədələdi - Fotolar
Bu gün, 09:31
ABŞ ordusu İranın nüvə obyektini sıradan çıxarıb - FOTO
Bu gün, 09:20
Azərbaycanda 5 şirkət yenidən təşkil edilərək QSC-dən MMC-yə çevrilir - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:16
İsmayıllıda oğlu tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb - TƏFƏRRÜAT
Bu gün, 09:10
Dollarla bağlı kritik durum: vəziyyət dəyişir – Tarix verildi
Bu gün, 09:03
SOCAR rəhbərliyi bu QOVHAQOVA `DUR` deməsə... - Bəhanə axtarırlar ki...
Bu gün, 08:57
Gəmidə çalışanlar üçün VACİB BİLGİ - Ekspert danışır...
Bu gün, 08:44
Naxçıvan banklarında ARTIM İDDİASI... - rəqəmləri şişirdirlər, ya da...
Bu gün, 08:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru