Bir gecədə kriptovalyuta bazarında 133 min dollar batdı .....                     Hörmüz boğazında ilişib qalan KAL ARMUD... .....                     ABŞ-ın Suriyadakı hərbi bazasına hücum edilib .....                     Prokuror "Toplum TV" işi üzrə ittiham aktını elan edib .....                     Ziya Məmmədovun oğlunun beton şirkəti ləğv edilir .....                     Şimal-qərb küləyi gündüz arabir güclənəcək .....                     Rövşən Məmmədov Mahmud Əhmədinejat xəbərinə görə onu işdən çıxardı .....                     “American Airlines”in reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib .....                     Tanınmış aktrisa GİZLİNLƏRİ AÇDI: .....                     Kilsə Paşinyanı devirəcək? .....                     Azərbaycana qısa müddətə böyük gəlir gələ bilər, amma... .....                     AMİP qurultaya hazırlaşır .....                     İsrailin görünməyən gücü Azərbaycan erməni yanlısı İrana görə İsraildən keçərmi? .....                     Xüsusi karantin rejiminin müddəti uzadıldı .....                     Ermənistan XİN başçısı Çinə səfər edəcək .....                     İran dövlət televiziyasında Azərbaycana hücum çağırışı .....                     İndi qəzet oxuyan var? .....                     İstanbulda qəbul edilən qətnamə İrəvanda təşviş yaradıb .....                     “Bakı Mexanizasiya Tikinti” ASC-nin əmlakı səhmdarlar arasında bölünəcək .....                     "İnsanlara həmişə şans vermək lazımdır ki, .....                     “CFİ Financial İnvestisiya Şirkəti”nin rəhərliyində təyinatlar olub .....                     Qarabağ Qazisi 6 illik məzuniyyət pulunu ALA BİLMİR... .....                     Meşələrin İnkişafı Xidmətindən “Region Mühəndislik” MMC ilə şübhəli satınalma .....                     Polis rəisinə rüşvət verən azərbaycanlı narkotacir .....                     Dolların hökmranlığı bitir: Pekin dağıtmır, alternativ qurur .....                     “OFİS-A.M.” MMC dövlət satınalmalarında rekord qırır .....                     Sevgilisinin maşınını icazəsiz götürdü .....                     İranda Ukrayna kəşfiyyatının əməkdaşları diversiyaya hazırlıq ittihamı ilə saxlanılıb .....                     “Pensiyaların və müavinətlərin artırılması mütəmadi olaraq baş verəcək” .....                     QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verib .....                     Fəda Abbasovla monopolist Afər Hacıyevin işbirliyindən Məcnun Məmmədovun xəbəri varmı .....                     Daha bir tiktoker ev dustaqlığına buraxılıb .....                     2 trilyon dollara başa gəlmiş antimilli bir layihə havaya sovrulub .....                     Aqrar Xidmətlər Agentliyi qanun pozmaqda “gül” vurur .....                     Binəqədi rayonunda icarəyə götürülən obyektdə qanunsuz tikinti aparılır .....                     Gündəmi silkələyən olay: 16 yaşlı qızı qaçıran axund… .....                     Xameneiyə qarşı gizli komitə quruldu .....                     Zeynəb Xanlarovanın oğlu bu qurumun sədr müavini İŞLƏYİR .....                     Sertifikasiya imtahanlarının nəticələri qaneedicidir? .....                     Binəqədidəki ailəvi restoran ətrafdakı AİLƏLƏRİ NARAHAT EDİR .....                 

Sertifikasiya imtahanlarının nəticələri qaneedicidir? - AKTUAL
Tarix: Bu gün, 10:13 | Çap et

Xəbər verdiyimiz kimi, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirilib.

Bu il sertifikasiya imtahanlarının nəticələri qaneedicidirmi və nəticələrdən narazı olan müəllimlərə haqq qazandırmaq olarmı?

Mövzu ilə bağlı Trend-ə danışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov bildirib ki, 2025-ci ildə keçirilən müəllimlərin sertifikasiya imtahanı Azərbaycanın ümumi təhsil sistemində müəllimlərin peşəkarlığının artırılması və obyektiv qiymətləndirilməsi istiqamətində həyata keçirilən sistemli islahatların davamı olaraq təşkil olunub:

“Bu proses həm dövlət təhsil strategiyasının tərkib hissəsi kimi, həm də müəllim əməyinin stimullaşdırılması və karyera inkişafının motivasiyaedici vasitəsi kimi nəzərdən keçirilir. Təhsil Nazirliyi tərəfindən təşkil olunan bu imtahanlarda əsas məqsəd mövcud müəllim kontingentinin bilik və bacarıqlarının standartlara uyğunluğunu ölçmək, onların işində keyfiyyəti artırmaq və nəticələr əsasında diferensial əməkhaqqı tətbiq etməkdir.

2025-ci ilin sertifikasiya imtahanları ötən illərlə müqayisədə daha genişmiqyaslı olub. İl ərzində ümumilikdə 35 mindən çox müəllim bu prosesə cəlb olunub. Bu, indiyədək keçirilən sertifikasiyaların sayına görə ən yüksək göstəricidir. İmtahanlarda iştirak edən müəllimlər əsasən biologiya, kimya, fizika, coğrafiya və informatika fənləri üzrə çalışırlar. İmtahan iki mərhələdə aparılıb: test imtahanı (fənn və metodiki bilikləri əhatə edən) və müsahibə mərhələsi. Test mərhələsi elektron sistem üzərindən aparılıb və nəticələr şəffaf şəkildə namizədlərə təqdim olunub”.

K.Əsədov qeyd edib ki, statistik nəticələrə əsasən, 2025-ci ilin birinci və ikinci rübündə keçirilən sertifikasiya imtahanlarında iştirak edən müəllimlərin təxminən 68%-i 30 balı keçərək, sertifikasiyadan uğurla keçib.

“Onlardan təxminən 40%-i 51 baldan yuxarı nəticə göstərərək 35% maaş artımı hüququ qazanıb, qalan 28%-i isə 10%-lik maaş artımı əldə edib. Təxminən 32% müəllim isə keçid balını toplaya bilməyib və onlara növbəti il imtahanı yenidən vermək imkanı verilib. Bu nəticələr 2024-cü illə müqayisədə nisbətən aşağı olsa da, prosesin daha çox müəllimi əhatə etməsi və imtahanın bəzi sahələrdə daha mürəkkəb olması nəzərə alınmalıdır.

Sertifikasiya prosesinin müsbət cəhətləri arasında onun şəffaf təşkili, nəticələrin ədalətli sistemlə qiymətləndirilməsi və imtahanın pedaqoji biliklərlə yanaşı metodiki hazırlığı da əhatə etməsi qeyd olunmalıdır. Bu, müəllimlərin təkcə faktoloji bilikləri ilə deyil, həm də təlim və sinif idarəetməsi bacarıqları ilə qiymətləndirilməsinə imkan verir.

Prosesin nəticəsi olaraq, minlərlə müəllim əməkhaqqı artımı alaraq sosial rifah baxımından müəyyən dəstək əldə edib və bu da müəllimlik peşəsinin stimullaşdırılmasına xidmət edir.Bununla yanaşı, proseslə bağlı bəzən haqlı, bəzən isə emosional narazılıqlar da müşahidə olunub. Bir çox müəllim sualların çətinliyi, proqramla uyğunluğu və məzmun dəqiqliyi ilə bağlı iradlarını bildirib.

Məlum olub ki, bəzi suallar terminoloji və metodoloji baxımdan çətin anlaşılır, dil baxımından qüsurlar var. Xüsusilə regionlarda yaşayan müəllimlər təlim və resurslara çıxış baxımından geridə qaldıqları üçün nəticələri şəhərlərlə müqayisədə zəif olub. Bu isə mövcud struktur fərqlərinin nəticəyə təsir etdiyini göstərir. Həmçinin, imtahan nəticəsi ilə bağlı apelyasiya mexanizmlərinin effektiv işləmədiyi hallarda etimad zəifliyi yaranıb”, - deyə o əlavə edib.

Kamran Əsədov vurğulayıb ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 29.2-ci maddəsinə görə, sertifikasiyanın məqsədi müəllimlərin peşəkar inkişafını təşviq etmək, onların pedaqoji fəaliyyətinin effektivliyini artırmaqdır:

“Əgər bu proses nəticəyə görə cəzalandırma vasitəsinə çevrilərsə, yəni müəllimlər yalnız nəticəyə görə işdən çıxarılma təhdidi ilə qarşılaşarsa, bu zaman sertifikasiya ilkin məqsədindən uzaqlaşar. Ona görə də, nəticəsi zəif olan müəllimlər üçün dəstək proqramları, təlimlər və yenidən imtahan imkanları sistemli şəkildə təqdim olunmalıdır.

Dünya təcrübəsində, məsələn, Estoniyada müəllimlər karyera pillələrinə əsasən sertifikasiya prosesindən keçirlər və bu prosesə dövlət dəstək verir – müəllimlər imtahan verməzdən öncə hazırlıq kursları keçir, həmkarlar arasında mentorluq proqramları tətbiq olunur. Koreyada isə sertifikasiyadan keçən müəllimlərə yalnız maaş artımı deyil, əlavə sosial təminatlar da təqdim edilir.

Azərbaycanda isə bu mexanizmlər hələ tam formalaşmayıb. 2025-ci ilin sertifikasiyası onu göstərdi ki, sistem həm kütləvilik, həm də texniki təşkilat baxımından müəyyən yetkinlik mərhələsinə çatıb. Lakin keyfiyyət baxımından – yəni sual bazasının məzmunu, imtahan metodikasının real sinif bacarıqları ilə əlaqələndirilməsi, regional imkanların bərabərliyi və nəticələrə əsaslanan dəstək sisteminin qurulması baxımından hələ də ciddi inkişaf zərurəti var. Əgər bu problemlər aradan qaldırılarsa, növbəti illərdə sertifikasiya yalnız sadə bir yoxlama deyil, real keyfiyyət artımına səbəb olacaq bir mexanizmə çevrilə bilər.

Bu baxımdan, 2025-ci ildə keçirilən sertifikasiya müəllim sistemində vacib mərhələ olsa da, onun yalnız nəticələri deyil, ətrafındakı sistematik proseslərin də qiymətləndirilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması və pedaqoji ictimaiyyətin etimadının bərpası prioritet olmalıdır”.

Məsələ ilə bağlı Trend-ə danışan Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli isə bildirib ki, Azərbaycan dövləti təhsili strateji sahə kimi müəyyənləşdirərək, müəllim amilini bu sistemin mərkəzinə yerləşdirib:

“Müasir dövrdə müəllimin peşəkarlığı yalnız pedaqoji təcrübəsi ilə deyil, bilik və bacarıqlarının sistemli şəkildə qiymətləndirilməsi ilə də ölçülür. Bu baxımdan, sertifikatlaşdırma imtahanları Azərbaycan təhsil sistemində keyfiyyətin artırılması istiqamətində dövlət tərəfindən atılmış vacib və prinsipial addımdır. Bu proses bir inzibati tədbir deyil, milli maraqlar fonunda strateji islahatdır – məqsəd cəzalandırmaq deyil, inkişafı təşviq etmək, müəllim peşəsinə ictimai və maddi dəyər qazandırmaqdır.

Dövlət öz müəllimini zəiflətmək yox, gücləndirmək istəyir. Hökumətin həyata keçirdiyi bu prosesin arxasında duran əsas məram – təhsildə şəffaflığın, ədalətin və nəticəyönümlülüyün təmin edilməsidir. Əgər bu gün müəllimlərin bilik və bacarığı obyektiv şəkildə qiymətləndirilirsə, bu, həm təhsil alanların, həm də təhsil verənlərin gələcəyinə investisiyadır”.

Ekspert vurğulayıb ki, müəllimlər arasında narazılıqların olması gözləniləndir və bu, təbii qarşılanmalıdır.

“Lakin narazılığın səbəblərinə obyektiv baxmaq vacibdir. Gözləntilər və reallıq arasında fərq, müəllimlərin illərdir iştirak etmədiyi imtahan formatına öyrəşməməsi, bəzən sualların məzmununun kurikulumla və ya real dərs təcrübəsi ilə uyğun gəlmədiyinə dair fikirlər – bunların hər biri diqqətlə araşdırılmalı, ehtiyac olarsa, qiymətləndirmə mexanizmlərində müəyyən texniki və elmi korrektələr aparılmalıdır. Amma burada vacib bir prinsip unudulmamalıdır: Müəllim cəmiyyətin güzgüsüdür.

Cəmiyyət inkişaf edirsə, müəllim də daim inkişaf etməli, öz biliklərini yeniləməli, müasir tələblərə uyğunlaşmalıdır. Biz bu gün beynəlxalq təhsil məkanında rəqabətə davamlı bir gənclik yetişdirmək istəyiriksə, bu məqsədin həyata keçməsi birbaşa müəllimin bilik və bacarığından asılıdır. Hər bir valideyn övladının qarşısında dayanan müəllimin savadlı, motivasiyalı, sistemli düşünə bilən biri olmasını arzulayır.

Bu arzuya gedən yol isə təsadüf və ya tanışlıq yox, şəffaf və obyektiv qiymətləndirmədən keçir. Əlbəttə, sertifikatlaşdırma imtahanı yeni bir mərhələdir və bu mərhələyə keçid psixoloji baxımdan bəzilərini narahat edə bilər. Lakin biz bu prosesə “hədə” kimi deyil, “inkişaf siqnalı” kimi yanaşmalıyıq. Tənqid varsa – bu, inkişaf üçün fürsətdir. Əsas məsələ həmin tənqidi aqressiyaya yox, konstruktiv təhlilə çevirməkdir”, - deyə o əlavə edib.

Ə.Həsənlinin sözlərinə görə, müəllimlərimiz bilməlidir ki, bu proses onların əleyhinə deyil.

“Əksinə, bu gün müəllim sertifikatla daha yüksək əməkhaqqına, daha çox sosial təminata, daha böyük nüfuza sahib ola bilir. Bu imtahan nəticələri yalnız rəqəm yox, eyni zamanda, müəllimin gələcək karyera planlaması üçün yol xəritəsidir. Bir cəmiyyətin müəllimə verdiyi dəyər, gələcəyinə verdiyi dəyərdir. Dövlətimiz bu dəyəri verməkdə qərarlıdır. İndi isə sıra bizdədir – bu etimada cavab verməliyik. Zəif nəticə göstərən müəllimlərimiz özlərini günahlandırmaq əvəzinə, yeni bir mərhələyə qədəm qoymalı, təlimlərə cəlb olunmalı, fərdi inkişaf yolunu seçməlidir. Belə olan halda, biz bütöv təhsil sistemimizi sağlam və davamlı bir əsas üzərində qurmuş olarıq.

Yekunda qeyd etmək istərdim ki, sertifikatlaşdırma prosesi nə qədər mükəmməl qurulsa da, onu həyata keçirən də, ona uyğunlaşan da insandır. Ona görə də bu prosesi həm elmi-metodoloji, həm də humanist və sosial cəhətdən düzgün idarə etmək, müəllimi prosesin tərəfdaşı etmək vacibdir. Ancaq bu yolla, biz təkcə imtahan keçirtməyəcək, həm də təhsildə inam, etibar və peşəkarlıq mədəniyyətini formalaşdıracağıq”- deyə təhsil eksperti fikirlərini tamamlayıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bir gecədə kriptovalyuta bazarında 133 min dollar batdı - “Emosiyalara qapıldım”
Bu gün, 14:52
Hörmüz boğazında ilişib qalan KAL ARMUD... - AKTUAL
Bu gün, 14:49
ABŞ-ın Suriyadakı hərbi bazasına hücum edilib - "Mehr"
Bu gün, 14:45
Prokuror "Toplum TV" işi üzrə ittiham aktını elan edib - TƏFƏRRÜAT
Bu gün, 13:08
Ziya Məmmədovun oğlunun beton şirkəti ləğv edilir
Bu gün, 12:59
Şimal-qərb küləyi gündüz arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:47
Rövşən Məmmədov Mahmud Əhmədinejat xəbərinə görə onu işdən çıxardı - FOTO
Bu gün, 12:35
“American Airlines”in reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
Bu gün, 12:29
Tanınmış aktrisa GİZLİNLƏRİ AÇDI: - “7 ay arxasınca süründüm”
Bu gün, 12:28
Kilsə Paşinyanı devirəcək? - “Yaxın 2 ay ərzində...”
Bu gün, 12:22
Azərbaycana qısa müddətə böyük gəlir gələ bilər, amma... - GƏLİŞMƏ
Bu gün, 12:16
AMİP qurultaya hazırlaşır - AÇIQLAMA
Bu gün, 12:13
İsrailin görünməyən gücü Azərbaycan erməni yanlısı İrana görə İsraildən keçərmi? -Yəhudi açarı, Amerika qapısı
Bu gün, 12:09
Xüsusi karantin rejiminin müddəti uzadıldı - QƏRAR
Bu gün, 12:03
Ermənistan XİN başçısı Çinə səfər edəcək
Bu gün, 12:00
İran dövlət televiziyasında Azərbaycana hücum çağırışı - BAŞLARI QAÇIB...
Bu gün, 11:55
İndi qəzet oxuyan var? - Tanınmışlar CAVAB VERDİLƏR
Bu gün, 11:53
İstanbulda qəbul edilən qətnamə İrəvanda təşviş yaradıb - Ölkə “türk tələsi”nə salınıb
Bu gün, 11:49
“Bakı Mexanizasiya Tikinti” ASC-nin əmlakı səhmdarlar arasında bölünəcək
Bu gün, 11:44
"İnsanlara həmişə şans vermək lazımdır ki, özlərini sona qədər alçalda bilsinlər"
Bu gün, 11:42
“CFİ Financial İnvestisiya Şirkəti”nin rəhərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 11:37
Qarabağ Qazisi 6 illik məzuniyyət pulunu ALA BİLMİR... - AXI NİYƏ?
Bu gün, 11:30
Meşələrin İnkişafı Xidmətindən “Region Mühəndislik” MMC ilə şübhəli satınalma - BU NƏDİ BELƏ?
Bu gün, 11:25
Polis rəisinə rüşvət verən azərbaycanlı narkotacir HƏBS OLUNDU
Bu gün, 11:21
Dolların hökmranlığı bitir: Pekin dağıtmır, alternativ qurur - İNCƏLƏMƏ
Bu gün, 11:12
“OFİS-A.M.” MMC dövlət satınalmalarında rekord qırır - İcazə verin, şübhələnək...
Bu gün, 11:01
Sevgilisinin maşınını icazəsiz götürdü - Məhkəməlik oldular
Bu gün, 11:00
İranda Ukrayna kəşfiyyatının əməkdaşları diversiyaya hazırlıq ittihamı ilə saxlanılıb - KİV
Bu gün, 10:55
“Pensiyaların və müavinətlərin artırılması mütəmadi olaraq baş verəcək” - deputat
Bu gün, 10:45
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verib - DETALLAR
Bu gün, 10:41
Fəda Abbasovla monopolist Afər Hacıyevin işbirliyindən Məcnun Məmmədovun xəbəri varmı - İLGİNC FAKTLAR
Bu gün, 10:33
Daha bir tiktoker ev dustaqlığına buraxılıb
Bu gün, 10:29
2 trilyon dollara başa gəlmiş antimilli bir layihə havaya sovrulub - MƏRYƏM RƏCƏVİ
Bu gün, 10:27
Aqrar Xidmətlər Agentliyi qanun pozmaqda “gül” vurur - İTTİHAM VAR...
Bu gün, 10:25
Binəqədi rayonunda icarəyə götürülən obyektdə qanunsuz tikinti aparılır - ÖZBAŞINALIQ
Bu gün, 10:23
Gündəmi silkələyən olay: 16 yaşlı qızı qaçıran axund… – Hüquqşünas açıqlayır
Bu gün, 10:20
Xameneiyə qarşı gizli komitə quruldu - “Ruhanini hakimiyyətə gətirmək istəyirlər”
Bu gün, 10:18
Zeynəb Xanlarovanın oğlu bu qurumun sədr müavini İŞLƏYİR - TƏFƏRRÜAT
Bu gün, 10:15
Sertifikasiya imtahanlarının nəticələri qaneedicidir? - AKTUAL
Bu gün, 10:13
Binəqədidəki ailəvi restoran ətrafdakı AİLƏLƏRİ NARAHAT EDİR - GİLEY
Bu gün, 10:10
AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir - DİQQƏT!
Bu gün, 10:04
İran Silahlı Qüvvələrinin rəhbəri ABŞ-ni cavab zərbələri ilə hədələyib - “The Times of Israel”
Bu gün, 09:59
Uranın zənginləşdirilməsini davam etdirəcəyik - İran XİN
Bu gün, 09:58
İsrail səfiri Elçibəyə hansı sirri açıb? – Azərbaycanla bağlı sensasion plan olub
Bu gün, 09:34
Nigar onu polislə hədələdi - Fotolar
Bu gün, 09:31
ABŞ ordusu İranın nüvə obyektini sıradan çıxarıb - FOTO
Bu gün, 09:20
Azərbaycanda 5 şirkət yenidən təşkil edilərək QSC-dən MMC-yə çevrilir - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:16
İsmayıllıda oğlu tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb - TƏFƏRRÜAT
Bu gün, 09:10
Dollarla bağlı kritik durum: vəziyyət dəyişir – Tarix verildi
Bu gün, 09:03
SOCAR rəhbərliyi bu QOVHAQOVA `DUR` deməsə... - Bəhanə axtarırlar ki...
Bu gün, 08:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru