İranın Xalq Mücahidlərinin lideri Məryəm Rəcəvi ölkəsi ilə İsrail arasındakı müharibənin bitməsini istədiyini deyib.
Gununsesi.info xəbər verir ki, Məryəm Rəcəvi, həmçinin Xameneinin hakimiyyətdön getməli olduğunu deyib.
İran xalqı müharibənin bitməsini alqışlayır və sülh, azadlıq istəyir.
“Xamenei çoxsaylı insan həyatları ilə yanaşı, İran xalqına ən azı 2 trilyon dollara başa gəlmiş antimilli bir layihənin məsuludur və indi bu sərvət havaya sovrulub”.
Xanım Rəcəvi əlavə edib ki, İran xalqı və müxalifəti tərəfindən dini diktaturanın devrilməsi üçün çalışmalıdır:
“Azad İrana, dinin dövlətdən ayrıldığı və qadınla kişinin bərabər hüquqlu olduğu qeyri-nüvə demokratik respublikaya doğru irəli!”