Putin yeni nəqliyyat naziri təyin edib .....                     Boş qalan istirahət MƏKANLARI: Soyuq hava turizmi də “VURDU” .....                     Tehran-Bakı münasibətlərini pozmağa çalışırlar .....                     Trampın qərarı dolları bahalaşdırdı: Manatı nələr gözləyir? .....                     Müharibə vaxtı qonşu ölkələrin İsraillə hərbi əməkdaşlığı təsdiqlənməyib .....                     Məhkəmə Fazil Mustafaya sui-qəsd işində təqsirləndirilən şəxslərlə bağlı .....                     Sülh müqaviləsi və Zəngəzur dəhlizi üçün “yaşıl işıq” .....                     3 tender ləğv oldu, 1,3 milyon manatlıq gözlənti yarımçıq qaldı .....                     PKK üç gün sonra silahlarını təhvil verməyə başlayacaq .....                     İrəvanda bitməyən “deputat ovu”: Paşinyan onları yolundan kənarlaşdırır .....                     Bu şirkət dövlət qurumuna proqram satdı 700 minə yaxın .....                     Müxalifət onu ümumi lider səviyyəsinə qaldırmaqdan çəkinir .....                     İcra Hakimiyyəti 1,4 milyonluq texnikaları bu şirkətdən aldı .....                     Kredit faizləri artır .....                     Rəsmi Tehran Trampın dediklərini təkzib etdi .....                     Ermənilər təşvişdə: Tezliklə Zəngəzura nəzarət itə bilər .....                     Məsud Pezeşkian Azərbaycan əleyhinə iddiaları təsdiqləməyib .....                     Mingəçevirdə usta İcra Hakimiyyəti binasının damından yıxılıb öldü .....                     Qaqik Tsarukyan Antikorrupsiya Komitəsinə çağırılıb .....                     Qaqik Tsarukyan Antikorrupsiya Komitəsinə çağırılıb .....                     Azərbaycanın hava məkanında məhdudiyyətlərin tətbiqi qaydası müəyyənləşib .....                     Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq .....                     Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb .....                     Bakıda 3 nəfəri öldürən dəstə başçısının MƏHKƏMƏSİ .....                     Əkrəm İmamoğlunun diplom saxtakarlığı ilə bağlı məhkəməsinin vaxtı məlum olub .....                     Unibankın İdarə Heyəti sədri dəyişdirilib .....                     Azərbaycan və Səudiyyə Ərəbistanı Baş qərargah rəisləri görüşüb .....                     Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub .....                     İrəvan Rusiyanı rədd edir, Bakı ilə birgə... .....                     "8-ci kilometr bazarı" ilə üzbəüz parkı çayxanalar zəbt edib: Sakinlər narazıdır... .....                     DTX əməliyyat keçirib, xaricdən ofis və mənzillərdə videomüşahidə kameralarına müdaxilənin qarşısı alınıb .....                     Mülayim qərb küləyi əsəcək .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat olub .....                     Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri və digərlərinin məhkəməsi başlayır .....                     “Azəriqaz” yenə də itkiyə yol verir... .....                     “Azercell” digər mobil operatorlara problem yaradır .....                     Bakıya qarşı “cəbhədə” gərginlik .....                     Arif Mehdiyev “Kapital Bank”ın Hüquq departamentinin direktoru .....                     Ermənistan İstintaq Komitəsi eyni vaxtda 51 ünvanda axtarış aparır .....                     Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqləyib .....                 

Xanım iş adamının 100 min dolları blogger tərəfindən ələ keçirilib - Cəmi 2 ay evli olublar
Tarix: 19-06-2025, 12:08 | Çap et

İnstaqramdakı biznes məqsədli ilə başlayan tanışlıq sonradan sevgiyə çevrilib. Sevgili olmaq isə xanıma baha başa gəlib. İndi həmin xanım zərərçəkmiş kimi 100 min dollar pulunun ələ keçirildiyini deyir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən 33 yaşlı Kənan Balahəsənlinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Cinayət işinin materiallarında diqqət çəkən məqamlar olub. Kənan Balahəsənli özünü gah Prezident Administrasiyanın, gah da Dövlət Təhlükəsizliyi Xidmətinin proqramisti kimi təqdim edib. Onun instaqram sosial şəbəkəsində 260 minə yaxın izləyicisi olub. Qısa zamanda blogger kimi xeyli izləyici toplayıb. O, sosial şəbəkə üzərində şirkətləri reklam edərək pul da qazanırmış.

Kənan Balahəsənli instaqramda canlı yayında olan zaman Elnarə İsgəndərova adlı xanımla tanış olub. Tanışlıq işgüzar məqsədlə olub. Elnarə İsgəndərovanın səsyazma studiyası olub. Onlar birlikdə həmin səsyazma studiyasını işlətməyi qərarlaşdırıblar. Həmçinin Kənan yeni sayt və proqram hazırlanması üçün Elnarə İsgəndərovaya vəd verib və bunun üçün müəyyən məbləğdə pul lazım olduğunu bildirib.

Kənan Elnarədən “Youtube”un Azərbaycanda yeni qolunu yaratmaq adı ilə də pul alıb. Həmin lisenziya üçün 100-300 min dollar arası vəsait lazım olubmuş. Elnarə bu məbləği qarşılamaq üçün bankda olan pulunu çıxararaq bir hissəsini Kənana verib. Elnarə İsgəndərova Rusiyada olan evini sataraq pulunu Azərbaycandakı banklardan birinə depozit olaraq yerləşdiribmiş.

Bunlardan əlavə Elnarə İsgəndərova Kənan Balahəsənliyə “bitcoin”in almaq üçün də pul verdiyini deyib.

Kənan Balahəsənli başqa bir tanışından onu DTX-ya işə düzəltmək adı ilə də 11 min manat pul alıb. İş üzrə iki nəfər zərərçəkmiş şəxs də var. Onlar 500 və 850 manatı kriptovalyutada pul qazanmaq üçün Kənana veriblər. Kənan sonradan onların pulunu qaytarıb.

Əsas epizod Kənanın Elnarəni aldatmasıdır. Kənan bu epizodla bağlı danışarkən deyib ki, Elnarəni aldatmaq niyyəti olmayıb:

“Elnarə ilə instaqramda yaranmış tanışlıq sevgi münasibətinə keçdi. Elnarə şərik işləməyi təklif etdi. Elnarənin mənə ilk dəfə verdiyi pulları youtube kanalının böyüdülməsinə sərf etmişəm. Sonra Arif adlı tanışım bizə yeni proqram hazırlayacağını dedi. Buna görə Arifə 3500 manat pul verdik. Arif “Zombalin” adlı sosial şəbəkəni bizə satacaqdı. Layihənin hazırlanması üçün 8 ay ərzində Arifə 35000 manatdan çox pul verdim. Sonra Arifin bu hərəkətlərinə görə mən çətin vəziyyətdə qaldım. Layihəni təhvil vermədi”.

Kənan Balahəsənlinin sözlərinə görə kriptovalyuta alqı-satqısı üçün aldığı pulları Türkiyə vətəndaşı olan Mustafa Öztürk adlı şəxsə verib. Kənan deyib ki, sonradan Mustafa adlı şəxs onu aldadaraq ölkədən qaçıb.

Zərərçəkmiş Elnarə İsgəndərova dindirilən zaman deyib ki, Kənan ona “bitcoin” kriptovalyuta mütəxəssisi olduğunu bildirib. Həm də Prezident Administrasiyasında işlədiyini deyib:

“Kənan ilk dəfə özünü proqramçı kimi təqdim etmişdi. Böyük layihələr olduğunu, iş birliyi qurmaq istədiyini dedi. Mən də razılaşdım. Bir müddət sonra aramızda sevgi münasibəti yarandı və rəsmi nikahımız oldu. Amma bu nikah 2 ay çəkmədi və ayrıldıq. Buna səbəb həmin zaman aldadıldığımı başa düşməyim oldu”.

Elnarə İsgəndərova necə aldadıldığını danışan zaman bunları qeyd edib: “Youtube kanalının bir qolu olaraq Azərbaycanda fəaliyyət göstərmək istədik. Bunun üçün 100-300 min dollar lazım olduğunu dedi. Kənan bu lisenziyanı almaqda köməklik edəcəyini bildirdi. Buna görə əvvəlcə 41 min dollar verdim. Təxminən 10 gün sonra Kənan “bitcoin”in qalxdığını və təcili pul qoyulmalı olduğunu dedi. 12 min dollar da onda verdim. Sonra estetik əməliyyat üçün mənə 15 min dollar verməli idi. Lakin bu pulu vermədiyinə görə aramızda münaqişə yarandı”.

İstintaqla Elnarə İsgəndərovaya dəymiş zərər 93 min 500 manat olaraq müəyyən edilib. Lakin Elnarə İsgəndərova bildirib ki, qəbzlər olmadan verdiyi pullarla birlikdə Kənan ona 100 min dollardan çox ziyan vurub.

İstintaq zamanı müəyyən edilib ki, Kənan Cavid adlı tanışının qardaşını işə düzəltmək adı ilə pul alıb. Kənan Cavidin qardaşını DTX-da işə düzəldəcəyini vəd edibmiş. Amma zərərçəkmişi aldadaraq vədinə əməl etməyib. Sonradan müxtəlif bəhanələr gətirərək Cavidi aldadıb. Bəzi hallarda isə vaxt qazanmaq üçün Cavidə İran-Azərbaycan münasibətlərinin gərgin olduğu üçün DTX-da işlərin çox olduğunu, onun işini maraqlana bilmədiyini də deyirmiş.

İş üzrə məhkəmədə şahid qismində dindirilən Arif adlı şəxs Kənanla Elnarə arasında baş vermiş söz-söhbətdə adının hallanmasına narazılığını bildirib. Deyib ki, Kənandan heç bir halda əlavə pul almayıb. Onun sözlərinə görə, Kənanın istəyi ilə youtube kanalına bənzər bir sayt yığmağa başlayıb: “Kənanın bu iş üçün pulu Elnarədən aldığını bilməmişəm. Mən əvvəl Elnarəni tanımamışam. Layihənin yarımçıq qalmasının səbəbi Elnarə ilə Kənanın münasibətlərinin pozulması oldu. Çünki Kənan deyirdi ki, layihə onundur. Elnarə də deyirdi ki, onun. Mənə iş görmək üçün kompüter lazım olanda Kənan mənə kompüter almışdı. Həmin kompüterin pulunu da görülən işlə əvəzləşdirəcəkdi. Sonradan Elnarə dedi ki, kompüter də onun pulu ilə alınıb. Mən sadəcə Kənanın Elnarədən kriptovalyuta üçün pul aldığını eşitmişdim”.

İş üzrə davam edən məhkəmə araşdırmasının sonunda məlum olub ki, Kənan zərərçəkmiş Elnarəyə və Cavidə heç bir məbləğdə pul ödəməyib, onlarla barışmayıb. Hər iki şəxs zərərin ödənilməsini tələb ediblər.

Məhkəmənin hökmü ilə Kənan Balahəsənli külli miqdarda dələduzluqda təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin yeni nəqliyyat naziri təyin edib
Bu gün, 18:01
Boş qalan istirahət MƏKANLARI: Soyuq hava turizmi də “VURDU” - GƏLİŞMƏ
Bu gün, 18:00
Tehran-Bakı münasibətlərini pozmağa çalışırlar - Sərdar Cəlaloğlu
Bu gün, 17:51
Trampın qərarı dolları bahalaşdırdı: Manatı nələr gözləyir? - AKTUAL
Bu gün, 17:48
Müharibə vaxtı qonşu ölkələrin İsraillə hərbi əməkdaşlığı təsdiqlənməyib - Pezeşkian
Bu gün, 17:45
Məhkəmə Fazil Mustafaya sui-qəsd işində təqsirləndirilən şəxslərlə bağlı qərar verib
Bu gün, 17:17
Sülh müqaviləsi və Zəngəzur dəhlizi üçün “yaşıl işıq” - ŞƏRH
Bu gün, 17:16
3 tender ləğv oldu, 1,3 milyon manatlıq gözlənti yarımçıq qaldı - TƏFƏRRÜAT
Bu gün, 17:14
PKK üç gün sonra silahlarını təhvil verməyə başlayacaq
Bu gün, 17:13
İrəvanda bitməyən “deputat ovu”: Paşinyan onları yolundan kənarlaşdırır - İNCƏLƏMƏ
Bu gün, 17:10
Bu şirkət dövlət qurumuna proqram satdı 700 minə yaxın - PUL QAZANDI
Bu gün, 17:06
Müxalifət onu ümumi lider səviyyəsinə qaldırmaqdan çəkinir - ÇÜNKİ...
Bu gün, 17:04
İcra Hakimiyyəti 1,4 milyonluq texnikaları bu şirkətdən aldı - SİYAHI
Bu gün, 17:00
Kredit faizləri artır - Səbəb və nəticələr
Bu gün, 16:57
Rəsmi Tehran Trampın dediklərini təkzib etdi
Bu gün, 16:54
Ermənilər təşvişdə: Tezliklə Zəngəzura nəzarət itə bilər - TƏFƏRRÜAT
Bu gün, 16:50
Məsud Pezeşkian Azərbaycan əleyhinə iddiaları təsdiqləməyib - “Donya-e-eqtesad”
Bu gün, 16:47
Mingəçevirdə usta İcra Hakimiyyəti binasının damından yıxılıb öldü
Bu gün, 15:56
Qaqik Tsarukyan Antikorrupsiya Komitəsinə çağırılıb
Bu gün, 15:54
Qaqik Tsarukyan Antikorrupsiya Komitəsinə çağırılıb
Bu gün, 15:51
Azərbaycanın hava məkanında məhdudiyyətlərin tətbiqi qaydası müəyyənləşib
Bu gün, 15:34
Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan
Bu gün, 15:30
Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ
Bu gün, 15:25
Bakıda 3 nəfəri öldürən dəstə başçısının MƏHKƏMƏSİ - "Əl-qolunu bağlayıb işgəncə verdik"
Bu gün, 15:13
Əkrəm İmamoğlunun diplom saxtakarlığı ilə bağlı məhkəməsinin vaxtı məlum olub
Bu gün, 15:09
Unibankın İdarə Heyəti sədri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 15:06
Azərbaycan və Səudiyyə Ərəbistanı Baş qərargah rəisləri görüşüb
Bu gün, 13:01
Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub - ƏMR
Bu gün, 12:59
İrəvan Rusiyanı rədd edir, Bakı ilə birgə... - Tarasov
Bu gün, 12:57
"8-ci kilometr bazarı" ilə üzbəüz parkı çayxanalar zəbt edib: Sakinlər narazıdır... - "...söyüş söyülür”
Bu gün, 12:51
DTX əməliyyat keçirib, xaricdən ofis və mənzillərdə videomüşahidə kameralarına müdaxilənin qarşısı alınıb - TƏFƏRRÜAT
Bu gün, 12:47
Mülayim qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:42
“Bakı Metropoliteni”ndə yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:40
Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri və digərlərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:29
“Azəriqaz” yenə də itkiyə yol verir... - NHMT sədri SUAL EDİR Kİ...
Bu gün, 12:26
“Azercell” digər mobil operatorlara problem yaradır - NARAZILIQ VAR...
Bu gün, 12:14
Bakıya qarşı “cəbhədə” gərginlik – Dehli ilə bağlı qərar dəyişir?
Bu gün, 12:07
Arif Mehdiyev “Kapital Bank”ın Hüquq departamentinin direktoru - TƏYİN EDİLİB
Bu gün, 12:01
Ermənistan İstintaq Komitəsi eyni vaxtda 51 ünvanda axtarış aparır
Bu gün, 11:50
Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqləyib
Bu gün, 11:36
Rusiya Cənubi Qafqazda nüfuzunu itirir - “Euronews”
Bu gün, 11:34
Neftin qiyməti hansı həddə qədər ucuzlaşacaq? - AKTUAL
Bu gün, 11:31
Ermənistanda naməlum şəxslər parlamentdə deputatlara hücum ediblər
Bu gün, 11:08
"Ailəmizin üzünə baxa bilmirik: Respublikanın rəhbərliyi hara baxır?" - Naxçıvanda TOTAL NARAZILIQ...
Bu gün, 11:07
“İnternational” BOKT-nin yarım mln. manata yaxın vergi borcu yaranıb
Bu gün, 11:02
Dövlətin də payı olduğu aqrar şirkətin direktoru dəyişdi - BUNDAN SONRA...
Bu gün, 10:59
Bakı öz milli duruşunu heç vaxt güzəştə getməyəcək - İNCƏLƏMƏ
Bu gün, 10:57
Moskvanın Zəngəzur narahatlığı: Rusiyanın istəkləri böyükdür, amma... - NƏ ETMƏLİ?
Bu gün, 10:54
Rusiya Ermənistandakı hərbi bazasına yeni qüvvələr gətirir - NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 10:44
Bakıda tanınmış biznesmenin oğlu faciəvi şəkildə öldü - FOTO
Bu gün, 10:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru