2025-ci ilin 5 ayında Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr bəlli oldu .....                     “Azpetrol Neft Şirkəti”nin rəhbərliyində təyinat olub .....                     Qırğızlar Rusiyadan xüsusi status .....                     Radioaktiv çirklənmə Azərbaycana necə təsir edəcək? .....                     Ermənilərin musiqi xəzinəmizdən daha bir oğurluğu .....                     Regionda balans oyunu: Rusiya və Çin İranı dəstəkləməyə tələsmir, çünki... .....                     "Bilgəh" sanatoriyasında şok hadisə .....                     Kamran Əliyev Baş Prokurorluqda bəzi idarələrə rəis təyin edib .....                     İranla İsrail arasında kəşfiyyat “döyüşü”: kim kimin nəyini ələ keçirib? .....                     Kipr Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran 3-cü ölkədir .....                     “Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə .....                     Ən yüksək balı toplayan müəllim: .....                     Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb .....                     “Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib .....                     Bolqarıstan səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb .....                     ABŞ İranı vuracaq: .....                     İkinci cəhd imtahanlarının asan olacağı ehtimalı yüksəkdir .....                     Qadağa tanımayan “CƏRRAH”LAR: Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir .....                     Erkan Turan Ermənistanla sərhəddə yerləşən hərbi hissəyə getdi .....                     102-ci baza çıxır, 300 min azərbaycanlı yurduna qayıdır... .....                     “Aztelekom”un işçisi 1600 cərimələndi, .....                     Sistanidən İsrailin Xameneini öldürəcəyi xəbərinə REAKSİYA .....                     Naxçıvanda seçkiləri .....                     “Rusiya Ukraynada yeni hücuma başlayıb” .....                     Kazinolar turist cəlb etmək üçün mühüm vasitədir .....                     Mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq .....                     Niyazi Bayramovun Gəncədə “yol əhvalatı” .....                     Pedaqoji Kollecdə rəhbərlik ona həvalə edildi .....                     Rüşvət almaqda ittiham olunan nazirlik işçisi özünü təqsirli bilmədi .....                     İranda internet tamamilə kəsildi .....                     Gürcüstanın İsraildəki səfirliyinin yaxınlığına raket düşüb .....                     Adil Vəliyev nəyi vecinə alır ki... .....                     Kazino fəaliyyəti üçün qanunvericilikdə nə dəyişməlidir? .....                     Xanım iş adamının 100 min dolları blogger tərəfindən ələ keçirilib .....                     SEPAH-ın Quru Qoşunlarına yeni komandan təyin edilib .....                     Kimi sağ çıxdı, kimi yox... .....                     Bakıda binanın damında qanunsuz inşa olunan HOVUZLU OTEL... .....                     Paşinyan Türkiyəyə niyə gedir? .....                     "Hafka" villalarını satdı: Kirayədə qalır .....                     "Niyə şose yola çıxan kimi hamı sürəti artırır?" .....                 

Paşinyan Türkiyəyə niyə gedir? - HƏQİQƏTƏN DƏ...
Tarix: Bu gün, 11:53 | Çap et

Ermənistanın baş naziri Nikol Paşinyan sabah Türkiyəyə - Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə - səfər etməyə hazırlaşır. Bu səfər onun 2025-ci il üçün xarici siyasət gündəliyində, bəlkə də, ən mühüm hadisədir.

Söhbət sadəcə Ankara ilə İrəvan arasında ikitərəfli əlaqələrdən getmir - məsələ bütöv bir regionun gələcəyi, Ermənistanın siyasi kimliyinin dəyişməsi ehtimalı, Rusiya hərbi bazasının taleyi, Qarabağ müharibəsinin nəticələrindən doğan yeni reallıqların ermənilər tərəfdən interpretasiyası ilə bağlıdır.

Fəqət tarixə düşəcək səfər yalnız bir şərtlə dönüş nöqtəsinə çevrilə bilər: əgər İrəvan yenə də tərəddüdlər və qorxularla yaşamağa davam etməzsə, konkret addım atarsa.

... 1990-cı illərin əvvəllərindən bəri Türkiyənin Ermənistan siyasəti bir prinsip üzərində qurulub: Azərbaycan torpaqları işğalda olduğu müddətcə diplomatik əlaqələr yoxdur, sərhəd bağlı qalır. Bu mövqe təkcə siyasi jest deyil, bu, Ankaranın illərlə formalaşdırdığı və artıq strateji identitetinə çevrilmiş bir yanaşmadır. 44 günlük İkinci Qarabağ müharibəsi bu yanaşmanı daha da gücləndirdi, ona həm beynəlxalq hüquqi, həm də geo-iqtisadi məzmun qazandırdı.

1993-cü ilin aprelində Ermənistanın Kəlbəcəri işğal etməsindən sonra rəsmi Ankara sərhədləri bağlamaq qərarı verdi. Bu, sadəcə reaksiya deyildi - bu, BMT Nizamnaməsinə, Helsinkinin yekun aktına və Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad edən prinsipial mövqe idi. Ankara açıq şəkildə deyirdi: bu qətnamələr pozulduğu müddətcə, diplomatik yaxınlaşmadan söhbət gedə bilməz.

O gündən bəri Türkiyə-Ermənistan münasibətlərində hər cür normallaşma cəhdləri bir sualın cavabına bağlı olub: Ermənistan Azərbaycanla problemi ədalətli və dayanıqlı şəkildə həll edir, ya yox? Türkiyənin Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Şurası və şəxsən Prezident Ərdoğanın açıqlamalarında bu yanaşma dəfələrlə təsdiqlənib.

2020-ci ildə Azərbaycan Ordusunun qazandığı qələbə yalnız regional güc balansını deyil, Türkiyənin bu məsələyə baxışını da daha aydın və qəti etdi. 10 noyabr 2020-ci il razılaşması - Rusiya vasitəçiliyi ilə imzalanan üçtərəfli bəyanat - Ermənistanın geri çəkilməsi və kommunikasiyaların açılmasını nəzərdə tuturdu. Amma əsas məqam həll olunmayıb: Ermənistan hələ də Azərbaycanla sülh müqaviləsi imzalamayıb, hələ də bəzi ərazilərə iddialar səslənir. Bu isə Ankaranın gözləntilərinə cavab vermir.

SETA beyin mərkəzinin yaydığı hesabatda göstərilir ki, Türkiyədə sorğu edilən ekspertlərin 72 faizi Ermənistanla diplomatik münasibətlərin bərpasını hələ tez hesab edir - əsas arqument isə sərhədlərin tanınmaması, ərazi bütövlüyü və hüquqi əsasların qeyri-müəyyən qalmasıdır.

2025-ci ilin aprelində Bakıda - ADA Universitetində keçirilən siyasi forumda, Türkiyə prezidentinin beynəlxalq məsələlər üzrə baş müşaviri professor Çağrı Erhan açıq mesaj verdi: “Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamayana qədər Türkiyə nə sərhədi açacaq, nə də diplomatik əlaqələri bərpa edəcək”.

Bu bəyanatın ATƏT, Aİ və onlarla ölkədən gəlmiş diplomatların qarşısında verilməsi, siqnalın hədəfinin təkcə İrəvan yox, eyni zamanda Ankaraya təzyiq göstərən xarici dairələr olduğunu açıq göstərir. Professorun fikirləri təsadüfi deyildi - bu, rəsmi Ankaranın dəqiq və dəyişməz mövqeyinin ifadəsi idi.

May ayında isə Prezident Rəcəb Tayyib Ərdoğan özü də bu mövqeni bir daha təkrar etdi - özü də Laçında, yəni vaxtilə işğal altında olmuş, indi isə regional kommunikasiyaların açarı sayılan bir məkanın fonunda. Ərdoğan demişdi: “Bakı ilə İrəvan arasında sülhə aparan bütün səyləri alqışlayırıq. Əgər tərəflər istəsə, Türkiyə konstruktiv vasitəçi rolunu oynamağa hazırdır”.

... Türkiyə Statistika İnstitutunun (TÜİK) 2024-cü il hesabatına əsasən, əgər Ankara ilə İrəvan arasında tam normallaşma baş tutarsa, ilk üç ildə iki ölkə arasında ticarət dövriyyəsinin 350–400 milyon dollar həcmində ola biləcəyi proqnozlaşdırılır. Amma bu potensial, hələlik, "buzluq rejimindədir". Səbəb təkcə diplomatik deyil, həm də hüquqi xarakter daşıyır: Ermənistan hələ də Azərbaycan ərazilərini, o cümlədən Naxçıvanı “mübahisəli zona” kimi təqdim edən qanunverici sənədləri rəsmən ləğv etməyib.

Hələ 2022-ci ilin iyulunda Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu açıq bəyan etmişdi: “Sərhədlərin açılması yalnız Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərini tanımağa siyasi iradə göstərməsi halında mümkündür”.

2025-ci ildə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (ICSS) hazırladığı hesabatda bu fikir daha da dəqiqləşdirilir: “Ermənistanla sülh müqaviləsi olmadan sərhədlərin açılması hüquqi presedent yaradacaq və bu, Ermənistanın revizionist siyasətinə dolayısı ilə yaşıl işıq yandırmaq kimi şərh oluna bilər”.

2021-ci ildən etibarən Türkiyə və Ermənistan arasında, Rusiya vasitəçiliyi ilə, xüsusi nümayəndələr səviyyəsində - Serdar Kılıç və Ruben Rubinyan xətti ilə - bir neçə görüş keçirilsə də, bunların heç biri konkret nəticə vermədi. Əsas problem isə Ermənistanın danışıqlara Azərbaycan amilini daxil etməyə qarşı çıxması oldu. Bu isə təbii olaraq Ankaranın qırmızı xətti idi.

Türkiyə üçün Ermənistanla münasibətlərin normallaşması, sadəcə ikitərəfli məsələdən ibarət deyil. Bu, bütöv bir regional memarlığın tərkib hissəsidir. Burada Zəngəzur dəhlizi, Trans-Avrasiya nəqliyyat layihələri, enerji xəttləri və Azərbaycanın iştirakı ilə aparılan hərbi-siyasi koordinasiya var. Və bütün bunların davamlı işləməsi üçün bir şərt var: bölgədə heç bir hüquqi qeyri-müəyyənlik və ərazi iddiaları qalmamalıdır.

Məhz buna görə 2025-ci ilin iyununda Türkiyə və Azərbaycan arasında keçirilən Strateji Əməkdaşlıq Şurasının birgə bəyanatında qətiyyətlə vurğulanırdı: “Hər hansı üçüncü ölkənin Ermənistanla quracağı münasibətlər Azərbaycanın haqlı maraqlarını nəzərə almalı, bölgədəki normallaşma prosesini pozmamalıdır”.

İkinci Qarabağ müharibəsindən sonra - yəni 2020-ci ilin noyabrından bəri - Bakı ilə İrəvan arasında müxtəlif vasitəçilərin iştirakı ilə fasilələrlə sülh danışıqları aparılır. Amma 2025-ci ilin ortalarında bu proses yenidən durğunluğa düşüb. İndi danışıqlara əngəl olan əsas amil geosiyasət yox, Ermənistanın konstitusion arxitekturasıdır. Daha dəqiq desək - Ermənistan Konstitusiyasında yer alan və Azərbaycana ərazi iddialarını dolayı yolla bəyan edən müddəalardır.

Diplomatik mənbələrin məlumatına görə, 2025-ci ilin ortalarında iki əsas platforma nəzərdən keçirilirdi: Vaşinqton (sentyabrda) və Birləşmiş Ərəb Əmirlikləri (dekabrda). Amma bu variantlar hələlik ilkin səviyyədədir. Sənədin imzalanması isə yalnız bir halda mümkündür - əgər əsaslı hüquqi razılaşma əldə olunsa. Əks təqdirdə, sənədin hüquqi qüvvəsi və siyasi etibarı sual altında qala bilər.

Müasir Ermənistan Konstitusiyasının təməlində 1990-cı il 23 avqust tarixli Müstəqillik Bəyannaməsi dayanır. Bu sənədin 11-ci bəndində açıq şəkildə bildirilir: “Ermənistan SSR Dağlıq Qarabağ Respublikasının beynəlxalq tanınması uğrunda çalışacaq”.

Bu müddəa 1995-ci il Konstitusiyasına dolayı şəkildə daxil edilib və daha sonra aparılan bütün dəyişikliklərdə qorunub saxlanılıb. Hazırda qüvvədə olan Konstitusiyanın 13-cü maddəsində yazılıb: “Ermənistan Respublikasının dövlət statusu, prinsipləri və məqsədləri Müstəqillik Bəyannaməsinə əsasən müəyyən olunur”. Bu isə o deməkdir ki, Ermənistanın bütün hüquqi sistemi - istər xarici siyasət, istər təhsil, istərsə də dövlət quruculuğu - Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri ilə ziddiyyət təşkil edən bir sənədə istinad edir.

Avropa Şurasının Venesiya Komissiyasının 2019-cu il tarixli memorandumunda bu məsələ ilə bağlı açıq xəbərdarlıq yer alıb: “Bu cür hüquqi konstruksiyalar beynəlxalq hüquqla sistemli ziddiyyətlər yarada bilər, xüsusilə də ərazi bütövlüyünə hörmət və daxili işlərə qarışmamaq prinsipi ilə”.

Azərbaycan tərəfi isə bu məsələni danışıqların açar məqamı kimi daim qabardır. Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası olan ölkə ilə sülh müqaviləsi imzalamaq nə hüquqa, nə də məntiqə uyğundur.

2025-ci ilin aprelində Ermənistanın baş naziri Nikol Paşinyan yeni Konstitusiya ilə bağlı verdiyi bir açıqlama ilə ölkə daxilində və beynəlxalq müşahidəçilər arasında ciddi rezonansa səbəb oldu: «Məncə, yeni Konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. Amma qərarı Ermənistan xalqı verməlidir».

Bu cümlə, əslində, siyasi məsuliyyətdən yayınmaq cəhdidir. Paşinyan strateji qərarın məsuliyyətini öz üzərindən ataraq onu guya “xalq iradəsinə” yönəltmək istəyir. Yəni o, bilə-bilə ki, “Artsaxın irsindən imtina” kimi qiymətləndiriləcək istənilən dəyişiklik Ermənistanda, xüsusilə də radikal müxalifət və Erməni Apostol Kilsəsinin fəallaşdığı bir dövrdə kəskin etirazlara səbəb olacaq, təşəbbüsü referenduma ötürməklə məsuliyyətdən yayınmağa çalışır.

2025-ci ilin mayında Ermənistanın ədliyyə naziri Sırbui Qaloyan rəsmi şəkildə bildirdi:
«Yeni Konstitusiya layihəsi hələlik daxili müzakirə mərhələsindədir və ictimaiyyətə təqdim olunmayıb».

Bu isə o deməkdir ki, nə Vaşinqton, nə də Dubay sülh müqaviləsinin imzalanması üçün real platformaya çevrilə bilməz - çünki Ermənistan Konstitusiyasında yer alan hüquqi ziddiyyətlər aradan qaldırılmayıb.

“Armlur” nəşrinin yaydığı məlumata görə, Paşinyan Azərbaycan tərəfinə gizli kanallarla müraciət edərək, Konstitusiya məsələsinin müvəqqəti gündəmdən çıxarılmasını istəyib. Səbəb kimi isə ölkədəki daxili gərginlik və sosial partlayış riski göstərilib. Məlumatda iddia olunur ki, bu xahiş Aİ və ABŞ diplomatlarının iştirakı ilə aparılan qapalı məsləhətləşmələr zamanı gündəmə gəlib və Bakı müvəqqəti olaraq bu məsələnin təxirə salınmasına razılaşıb.

Amma Azərbaycan bu razılığı yalnız taktiki addım kimi qiymətləndirir və Ermənistan Konstitusiyasının dəyişdirilməsi üzrə dəqiq qrafikin müəyyən edilməsində israrlıdır. Bakı üçün bu məsələ bir “prinsip məsələsi”dir.

Ermənistanın konstitusion böhranı beynəlxalq hüquqda analoji presedentlərlə müqayisə oluna bilər. Məsələn, 2006-cı ildə Monteneqro beynəlxalq tanınma ərəfəsində Serbiyanı “təbii müttəfiq” kimi təqdim edən konstitusion müddəalardan imtina etmişdi. Eynilə 2003-cü ildə Makedoniya Avropa İttifaqı ilə Assosiasiya Sazişinin imzalanmasına hazırlıq mərhələsində Yunanıstandakı etnik makedonlardan bəhs edən bütün rəsmi istinadları sənədlərdən çıxarmalı olmuşdu.

BMT-nin 2015-ci ildə yaydığı “Postmünaqişə hüquqi bərpa” adlı məruzədə açıq qeyd olunur: «Dayanıqlı sülhün təmin olunması üçün hüquqi ziddiyyətlər aradan qaldırılmalıdır. Bu cür ziddiyyətlər gələcəkdə ərazi mübahisələrinin yenidən alovlanmasına zəmin yarada bilər».

Bu mənada Ermənistan Konstitusiyasında hələ də Müstəqillik Bəyannaməsinə istinadın qalması, əslində, gələcəkdə Azərbaycanın əleyhinə beynəlxalq məhkəmələrdə hüquqi əsas kimi istifadə edilə biləcək “gecikdirilmiş mina”dır.

Cənubi Qafqaz üzrə ixtisaslaşmış Caucasus Policy Center-in 2025-ci ilin iyun ayında yaydığı hesabatda qeyd olunur ki, əgər Ermənistan Konstitusiyasında aydın və geri dönüşü olmayan islahat aparılmasa, bu il sülh müqaviləsinin imzalanma ehtimalı 30 faizi keçmir.

Carnegie Endowment analitiki, bölgə üzrə tanınmış ekspert Tomas de Vaal isə “Deutsche Welle”yə verdiyi müsahibədə açıq deyib: "Ermənistanın əsas problemi geosiyasətdə deyil, onun 1990-cı illərin düşüncə tərzində donub qalmış hüquqi sistemindədir. Hüquqi islahat olmadan sülh mümkün deyil".

2025-ci ildə Bakı ilə İrəvan arasında aparılan danışıqlar sadəcə diplomatik yox, həm də Ermənistanda daxili institutlararası mübarizəyə çevrilib. Açıq debatlarda Konstitusiya və ərazi məsələləri önə çıxarılır, amma qapalı müzakirələrdə daha dərin və həssas mövzular danışılır: Ermənistan daxilində ideoloji müqavimətin sındırılması, Gümrüdəki 102-ci Rusiya hərbi bazasının taleyi və İrəvanın xarici siyasətdə Türkiyə və ABŞ-a doğru strateji yön dəyişməsi.

Bütün bu məsələlər Cənubi Qafqazda formalaşan postqarabağ təhlükəsizlik memarlığının periferiyası deyil - tam əksinə, mərkəzindədir. Ermənistanın yeni geosiyasi rolu, hüquqi konturu və regional davranışı bu nüanslardan asılıdır. Və bu dəyişikliklərin məhz Ankara fonunda, Paşinyanın Türkiyə səfəri ərəfəsində aktuallaşması təsadüfi deyil.

1. Daxili cəbhə: Erməni Apostol Kilsəsi təzyiq altındadır. 2025-ci ilin may-iyun aylarında Ermənistan hökuməti Erməni Apostol Kilsəsinə qarşı ardıcıl və sistemli hücumlara başlayıb. Bu barədə “Aravot”, “Hraparak” və “Pastinfo” kimi yerli mənbələr yazır. Hökumətin təşəbbüsü ilə İrəvan və Armavir yeparxiyalarında qəfil yoxlamalar aparılıb, yüksək rütbəli ruhanilərdən biri barəsində “iqtisadi pozuntulara” görə cinayət işi açılıb. Eyni zamanda, Qərbyönlü QHT-lərin maliyyələşdirdiyi genişmiqyaslı media kampaniyası da işə salınıb.

Paşinyan rejimi Kilsəni Ermənistanda alternativ nüfuz və milli diskursun son qalası kimi görür - xüsusən də Qarabağ məsələsi, milli özünütəyinetmə və Rusiya ilə münasibətlər kontekstində.

Ermənistan Sosioloji Tədqiqatlar Mərkəzinin 2025-ci ilin mayında 7 bölgədə keçirdiyi sorğunun nəticələri bunu təsdiqləyir:
– Respondentlərin 64 faizi Kilsəni “ənənəvi dəyərlərin son istehkamı” hesab edir
– 58 faizi siyasi partiyalara güvənmədiyini, amma Eçmiədzin institutlarına etibar etdiyini bildirir
– 49 faizi isə hesab edir ki, Kilsə ölkənin xarici siyasəti ilə bağlı milli debatlarda iştirak etməlidir

Beləliklə, bu kampaniyanın məqsədi aydındır: Ermənistanın postsovet kimliyini və geosiyasi prioritetlərini kökündən dəyişməyə cəhd göstəriləcəyi halda, mümkün ictimai müqaviməti mobilizə edə biləcək yeganə müstəqil qurumu - Kilsəni zəiflətmək və ya neytrallaşdırmaq.

2. Geosiyasi dönüş: Türkiyə yeni vektor kimi. Bu kontekstdə Türkiyə faktoru daha da ön plana çıxır. Ənənəvi olaraq Ankaranı düşmən obrazında təqdim edən Ermənistan 2022-ci ildən etibarən Türkiyə ilə ticarət və humanitar sahədə əlaqələri artırmağa başlayıb. Ermənistan Milli Statistika Komitəsinin məlumatlarına əsasən, ikitərəfli ticarət dövriyyəsi belə artıb: 2021-ci ildə - 1,3 milyon dollar; 2022-ci ildə - 56 milyon dollar; 2023-cü ildə - 212 milyon dollar; – 2024-cü ildə - 450 milyon dollar.

İrəvandakı Regional Proseslərin Tədqiqi Mərkəzinin 2025-ci il proqnozuna görə, hüquqi və logistika baryerləri aradan qaldırılsa, 2027-ci ilədək Ermənistan-Türkiyə ticarət həcmi 1 milyard dollara çata bilər.

Türkiyə isə Ermənistana sadəcə iqtisadi körpü kimi baxmır. Ankara İrəvanı həm də Rusiya təsirinin qarşısını almaq üçün potensial siyasi-ləyaqətli platforma kimi görür. SETA-nın 2025-ci ilin aprelində yayımladığı hesabatda yazılır: “Əgər Ermənistanın daxili elitaları ideoloji quruluşlarını və Kilsənin mövqeyini nəzərdən keçirsələr, İrəvan Avrasiya İqtisadi İttifaqı ilə Qərbin logistika modelləri arasında balans nöqtəsinə çevrilə bilər”.

Eyni zamanda, Türkiyə sülh prosesində moderator rolunu da möhkəmləndirməkdədir. “Middle East Eye”ın məlumatına görə, Paşinyanın 2025-ci ilin sonuna planlaşdırılan Türkiyə səfəri ABŞ Dövlət Departamenti, Almaniya və Fransa diplomatik nümayəndəlikləri ilə sıx koordinasiya şəraitində hazırlanır.

Vaşinqton Ermənistanı “South Caucasus Gateway” adlı yeni layihəyə cəlb etmək niyyətindədir. Bu layihə Batumi, Samsun və Mersin limanlarını İran və Azərbaycan sərhədləri ilə birləşdirəcək nəqliyyat-enerji düyünüdür. ABŞ Senatının Cənubi Qafqaz üzrə may ayında keçirilmiş dinləmələrinin stenoqramında, dövlət katibinin Avrasiya üzrə müavini Nikolas Vaysman bu barədə açıq deyib: “Ermənistan, Cənubi Qafqazda alternativ təhlükəsizlik və ticarət memarlığının açar komponentinə çevrilə bilər. Amma bunun üçün o, arxaik xarici asılılıqlardan azad olmalıdır”.

... Nikol Paşinyan bu gün elə bir seçim qarşısındadır ki, tarixçilər bu qərarı sadəcə siyasi manevr kimi deyil, bütöv bir mərhələnin dönüş nöqtəsi kimi dəyərləndirəcəklər. Bu, nə Rusiya ilə Qərb, nə də kilsə ilə islahatlar arasında klassik tərəf seçimi deyil. Bu, dərin mahiyyətli bir qərardır: ya qarşıdurmalar üzərində qurulmuş köhnə, inersiya ilə işləyən dövlətçilik modeli davam edəcək, ya da Ermənistan hüquqi realizmə, yetkin və cavabdeh suverenliyə keçid edəcək.

Paşinyan hazırda elə bir siyasi düyünün mərkəzindədir ki, bütün ziddiyyətli vektorlar onun ətrafında birləşib: beynəlxalq tərəfdaşlara qarşı götürülmüş öhdəliklər, Bakının kəskin və prinsipial tələbləri, Moskvadan gələn susqun narazılıq, Ankaranın cəlbedici geoiqtisadi vədləri, Brüssel və Vaşinqtonun gözləntiləri, ölkə daxilində isə Kilsənin dirənişi, ordu və ziyalı təbəqələrinin təpkisi. Paşinyan eyni anda həm islahatçı, həm sabitlik qoruyucusu olmağa çalışır. Amma belə yanaşma onu bir siyasətçinin deyil, simulyasiya siyasətinin girovuna çevirə bilər - yəni: dəyişiklik görüntüsü yaradan, amma sistemin kökündə heç nəyə toxunmayan strategiyanın.

Azərbaycanla sülh müqaviləsinin imzalanması təkcə texniki sənəd deyil. Bu, Ermənistanın siyasi sinfinin ideoloji anakronizmdən imtina etməyə hazır olub-olmadığının testidir. Onilliklər ərzində hüquqi paradokslar, təcridçilik və mifləşdirilmiş dövlətçilik üzərində qurulan modeldən uzaqlaşmaq - bu, sadəcə beynəlxalq öhdəlik yox, daxili transformasiya tələb edir. Konstitusiyanın dəyişdirilməsi, Müstəqillik Bəyannaməsindəki arxaik müddəaların ləğvi, Azərbaycanın ərazi bütövlüyünün rəsmən və birmənalı tanınması, postsovet asılılıq matrisindən çıxış - bütün bunlar baş vermədikcə, istənilən addım, o cümlədən Ankaraya səfər, tarixdə sadəcə rəmzi jest kimi qalacaq. İnstitusional məzmun daşımayan rituallar isə müasir regional sistemdə heç nəyi dəyişmir.

Paşinyanın həll etməli olduğu problem xarici yox, daxili xarakter daşıyır: Ermənistan dövlətçiliyinin mahiyyətini kim müəyyən edir - mif, yoxsa hüquq? Rituallar, yoxsa reallıq? Keçmişin fantomları, yoxsa XXI əsrin regional tələbləri?

Paşinyanın əsl dilemması hakimiyyəti necə qorumaq deyil, Ermənistan cəmiyyətini necə dəyişməkdir - ictimai razılaşmanı dağıtmadan, amma onu yeni şərtlərlə yeniləyərək. Bu, sadəcə islahat yox, dərin konstitusional transformasiya tələb edir. Ermənistan ilk dəfədir ki, sonsuz böhranların növbəti dövrünə yox, həqiqi tarixi düyünə yaxınlaşır. Və bu məqamda - tarixdə çox rast gəlinən bir haldır ki - kiçik dövlətlər üçün səhvin qiyməti kompromisin qiymətindən daha yüksək olur.

20 iyun tarixi ya Ermənistanın yeni dövrə keçidinin başlanğıcı olacaq, ya da Paşinyanın - həm ölkə daxilində, həm də beynəlxalq aləmdə - etimadının son həddi kimi yadda qalacaq.

Elçin Alıoğlu - Trend










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
2025-ci ilin 5 ayında Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr bəlli oldu - TOP 5
Bu gün, 17:21
“Azpetrol Neft Şirkəti”nin rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Bu gün, 17:17
Qırğızlar Rusiyadan xüsusi status TƏLƏB EDİRLƏR
Bu gün, 17:16
Radioaktiv çirklənmə Azərbaycana necə təsir edəcək? - Akademik açıqladı
Bu gün, 17:14
Ermənilərin musiqi xəzinəmizdən daha bir oğurluğu - Video
Bu gün, 17:08
Regionda balans oyunu: Rusiya və Çin İranı dəstəkləməyə tələsmir, çünki... - GƏLİŞMƏ
Bu gün, 17:05
"Bilgəh" sanatoriyasında şok hadisə -Şöbə müdiri beşinci mərtəbədən yıxılıb
Bu gün, 16:59
Kamran Əliyev Baş Prokurorluqda bəzi idarələrə rəis təyin edib - BUNDAN SONRA...
Bu gün, 16:47
İranla İsrail arasında kəşfiyyat “döyüşü”: kim kimin nəyini ələ keçirib? - İNCƏLƏMƏ
Bu gün, 16:44
Kipr Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran 3-cü ölkədir - SİYAHI
Bu gün, 16:42
“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı
Bu gün, 16:28
Ən yüksək balı toplayan müəllim: Sertifikasiyanın "sirlərini" açdı - DETALLAR
Bu gün, 15:57
Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb
Bu gün, 15:55
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib
Bu gün, 15:51
Bolqarıstan səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb - KİV
Bu gün, 15:50
ABŞ İranı vuracaq: - Təyyarə və gəmiləri SƏFƏRBƏR EDİR
Bu gün, 13:17
İkinci cəhd imtahanlarının asan olacağı ehtimalı yüksəkdir -Ekspertdən MÜJDƏ
Bu gün, 13:15
Qadağa tanımayan “CƏRRAH”LAR: Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir - ARAŞDIRMA
Bu gün, 13:07
Erkan Turan Ermənistanla sərhəddə yerləşən hərbi hissəyə getdi
Bu gün, 13:01
102-ci baza çıxır, 300 min azərbaycanlı yurduna qayıdır... -"Hraparak"
Bu gün, 12:59
“Aztelekom”un işçisi 1600 cərimələndi, maaş ala bilmədiyi üçün də işdən çıxdı
Bu gün, 12:56
Sistanidən İsrailin Xameneini öldürəcəyi xəbərinə REAKSİYA - "Press TV"
Bu gün, 12:49
Naxçıvanda seçkiləri Prezident TƏYİN EDƏCƏK
Bu gün, 12:47
“Rusiya Ukraynada yeni hücuma başlayıb” - ISW
Bu gün, 12:43
Kazinolar turist cəlb etmək üçün mühüm vasitədir - keçmiş deputat BELƏ DEYİR...
Bu gün, 12:41
Mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq - belə deyirlər...
Bu gün, 12:40
Niyazi Bayramovun Gəncədə “yol əhvalatı” - Dövlət büdcəsinin ANASI belə AĞLAR QOYULUR...
Bu gün, 12:30
Pedaqoji Kollecdə rəhbərlik ona həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 12:26
Rüşvət almaqda ittiham olunan nazirlik işçisi özünü təqsirli bilmədi - TƏFƏRRÜAT
Bu gün, 12:24
İranda internet tamamilə kəsildi - İSRAİLƏ GÖRƏ...
Bu gün, 12:23
Gürcüstanın İsraildəki səfirliyinin yaxınlığına raket düşüb
Bu gün, 12:17
Adil Vəliyev nəyi vecinə alır ki... - Neft borusunun üstünü də satıb...
Bu gün, 12:16
Kazino fəaliyyəti üçün qanunvericilikdə nə dəyişməlidir? - “Onsuz da mərc oyunları var”
Bu gün, 12:11
Xanım iş adamının 100 min dolları blogger tərəfindən ələ keçirilib - Cəmi 2 ay evli olublar
Bu gün, 12:08
SEPAH-ın Quru Qoşunlarına yeni komandan təyin edilib - IRNA
Bu gün, 12:06
Kimi sağ çıxdı, kimi yox... - Ölkəyə səs salan qətllər
Bu gün, 11:59
Bakıda binanın damında qanunsuz inşa olunan HOVUZLU OTEL... - FOTOLAR
Bu gün, 11:56
Paşinyan Türkiyəyə niyə gedir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:53
"Hafka" villalarını satdı: Kirayədə qalır - BU DA SON...
Bu gün, 11:51
"Niyə şose yola çıxan kimi hamı sürəti artırır?" - ETİRAZ
Bu gün, 11:47
Ermənilər hər vəchlə çalışır ki... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:34
Babək rayonunda tək sakinlərin yox, ALLAHIN DA EVİ SUSUZ QALIB... - NARAZILIQ VAR...
Bu gün, 11:29
Rəsmi Bakı Güney Azərbaycanla bağlı İsrailə NÖVBƏTİ DƏFƏ MÜRACİƏT ETDİ - BİZ NARAHATIQ...
Bu gün, 11:18
Neftçi əgər ezamiyyətə çıxarsa... - AKTUAL
Bu gün, 11:14
Dövlət 1 milyard ayırmışdı ki SUSUZ QALMAYAQ... - AYIRMAMIŞDI Kİ SİZ YEYƏSİNİZ...
Bu gün, 11:01
Tikinti sahəsində tam nəzarətsizlik - BU FAKTDIR...
Bu gün, 10:56
Elan olunmamış raket savaşının bir həftəsi: İran ağır itkilər verir, amma... - GƏLİŞMƏ
Bu gün, 10:54
“Bank of Baku” müştərisini şantaj edir - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:52
Bakı-Naxçıvan uçuşlarının dayandırıldığı bildirilir - Tək Türkiyə yolu qaldı...
Bu gün, 10:48
Meyiti tapılan yeniyetmə Elgünlə eyni məktəbdə oxuyurmuş - İLGİNC NÜANS
Bu gün, 10:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru