Ramin İsayevin əmlakı müsadirə edilə bilər .....                     İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA .....                     Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən .....                     Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb? .....                     Vəkili "Oleq Bakinski"yə bəraət istədi .....                     Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir .....                     Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri .....                     Rövşən Lənkəranskinin yaxını olan "qanuni oğru" axtarışa verildi .....                     "Bundan sonra küsmək, ayrılmaq yoxdur" .....                     Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər .....                     Rusiyanı diz çökdürəcək qərar .....                     Şəxsi həyatla gündəmə gəlmək ayıb deyil?! .....                     İrəvanda kim kimi devirəcək? .....                     “TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib .....                     Tiflis İrəvana rədd cavabı verib .....                     Rusiya-İran iş birliyi regiondakı problemlərin mənbəyidir .....                     Məşhur türk milyonçunun nikahı ləğv edildi .....                     “Rusiya Trampın ultimatumuna məhəl qoymadı və Ukraynanı vurmağa davam edir” .....                     “Məni şərləyib işdən çıxarmaq istəyirlər” .....                     "Allah telefon çıxardanın qapısını bağlasın" .....                     Azərbaycanın tələbi gündəmdə qalır .....                     Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... .....                     Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” .....                     Müəllim direktoru hədələyib? .....                     AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri .....                     BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... .....                     “Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi .....                     Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq .....                     Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol .....                     “FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı .....                     “Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub .....                     Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı .....                     ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? .....                     Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: .....                     Bir həftə əvvəl yaradılan şirkət də .....                     Müğənni Rəqsanədən ETİRAF: .....                     Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə .....                     Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi .....                     “UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” .....                 

“Qarabağı aldıq, Bakıda evimizə çıxarış ala bilmirik” - Gürcüstanda problemi iki ilə həll ediblər
Tarix: 19-06-2025, 10:02 | Çap et

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı, xüsusilə mülkiyyət hüququnu təsdiq edən çıxarış (“kupça”, “əmlak şəhadətnaməsi”) alınması uzun illərdir ki, vətəndaşların ən ağrılı problemlərindən biri olaraq qalır. Prezident İlham Əliyev dəfələrlə bu məsələyə toxunub, müvafiq fərman və sərəncamlar imzalayıb, lakin bu sənədlərin real nəticələrə çevrilməsi gözlənilən səviyyədə olmayıb.

Prezident İlham Əliyev 2019-cu il fevralın 19-da imzaladığı “Azərbaycan Respublikasında ipoteka kreditləşməsi və daşınmaz əmlak bazarının inkişafına dair əlavə tədbirlər haqqında” fərmanda daşınmaz əmlakın qeydiyyatı prosesinin sadələşdirilməsi və sürətləndirilməsi barədə göstəriş verib. Bundan əvvəl 2009-cu ildə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna edilən dəyişikliklərlə də bu sahənin tənzimlənməsi məqsəd qoyulmuşdu. 2016-cı ildə isə Nazirlər Kabinetinin qərarı ilə torpaq sahələrinin sənədləşməsi proseduru yüngülləşdirildi. Eyni zamanda 2014-cü ildə imzalanmış “Elektron xidmətlərin təşkili haqqında” fərman daşınmaz əmlakın elektron qaydada qeydiyyatını nəzərdə tuturdu.

Bununla belə, xüsusən Bakıda və Abşeron yarımadasında, eləcə də kənd yerlərində sənədsiz evlərin sayı 500 minə çatır. Prezident 2018-ci ilin sentyabrında qeyd etmişdi ki, əmlak şəhadətnaməsi məsələsi Azərbaycanın sosial-iqtisadi inkişafı üçün kritik əhəmiyyət daşıyır.

Bəs verilən fərman və sərəncamlar niyə əmlak şəhadətnaməsi problemini aradan qaldırmır?

Bu problemin obyektiv və subyektiv səbəbləri var.

Sovet dövründə aparılan torpaq bölgüsü və qeyri-rəsmi tikililər, bələdiyyələrin torpaq əmlakı zamanı dövlət qeydiyyatının aparmaması, köhnə sənədlərin - texniki pasport, qərar, çıxarışların yeni qanunvericiliyə uyğun olmaması, dövlət orqanları arasında məlumat mübadiləsinin zəifliyi obyektiv səbəblər sırasındadır. Azərbaycan vətəndaşının qarşısında dayanan ən əsas problem isə məsul dövlət qurumlarının, vəzifəli şəxslərin bu problemin uzanmasında maraqlı olmasındadır. Rüşvət və bürokratik əngəllər vətəndaşa evi üçün şəhadətnamə almağa, yaşadığı torpağa sahiblənməyə imkan vermir.

2004-cü ilə qədər qonşu Gürcüstanda da belə olub.

Lakin Gürcüstan 2004-cü ildə problemin köklü şəkildə həllinə qərar verib. 2004-cü ildən 2006-cı ilə qədər daşınmaz əmlak qeydiyyatında dərin islahatlar həyata keçirib. Bunun üçün Beynəlxalq Bank və Dünya Bankının texniki yardımı ilə vahid “Daşınmaz Əmlak Agentliyi” yaradılıb. Gürcüstanda istənilən vətəndaş internet üzərindən mülkiyyət sənədinə baxa, cəmi 1-2 gün ərzində əmlak aktı ala bilir. 2012-ci ildən bütünlüklə reyestr elektronlaşdırılıb. Bundan başqa, Gürcüstanda qanunsuz tikililər üçün 2010-cu ildə amnistiya tətbiq olunub. Sənədsiz evlərə dövlət tərəfindən status verilib və qeydiyyata alınıb. Nəticədə hazırda Tiflisdə sənədsiz ev demək olar ki, qalmayıb.

Azərbaycan Respublikasında daşınmaz əmlakın dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun (2004-cü il, 12 fevral) ilə tənzimlənir. Qanunun 4-cü maddəsinə əsasən, daşınmaz əmlakın hüquqi statusu yalnız dövlət qeydiyyatından keçməklə təsdiq edilir. Bu sənəd olmadan, yəni əmlak şəhadətnaməsi alınmadan mülkiyyət hüququ tam təsdiqlənmiş sayılmır.

Azərbaycan qanunvericiliyində faktiki tikili olan, lakin torpaq sahəsinə dair çıxarışı olmayan evlər üçün tam leqallaşdırma proseduru nəzərdə tutulmayıb. Gürcüstanda, elə də Ermənistanda bu problem qanunla tənzimləndiyi halda, Azərbaycanda bu istiqamətdə real hüquqi akt mövcud deyil.

1999-cu ildən sonra bələdiyyələr tərəfindən verilən torpaq sahələrinin çoxu dövlət reyestrində qeydiyyatdan keçirilməyib. Torpaq Məcəlləsi və “Bələdiyyə mülkiyyəti haqqında” Qanuna əsasən, belə torpaq sahələrinin də dövlət qeydiyyatına alınması şərtdir. Amma təcrübədə bu mexanizm işləmir.

2014-cü ildən tətbiq edilən elektron xidmətlərin (https://e-emdk.gov.az) əhatə dairəsi hələlik məhduddur. Xüsusilə Bakıətrafı kəndlərdə yaşayanlar üçün elektron xidmətlər əlçatan deyil. Bu isə hüquqi proseslərin ləngiməsinə səbəb olur.

Bu problemin illərlə həll edilməməsi ipoteka bazarında da canlanma yaranmasını əngəlləyir. “İpoteka haqqında” Qanuna əsasən, yalnız kupçalı evlər ipoteka predmeti ola bilər. Sənədsiz tikililərin bank təminatı kimi qəbul edilməməsi sənədsiz mülk sahibi olan vətəndaşların maliyyə bazarından faktiki kənarda qalmasına gətirib çıxarır. Gürcüstanda isə hətta qeydiyyat prosesi davam edən evlər müvəqqəti ipoteka predmetinə çevrilə bilir.

Gürcüstanla müqayisədə Azərbaycanda qeyri-qanuni tikililərin leqallaşdırılması üçün “torpaq və tikili amnistiyası haqqında” xüsusi qanun mövcud deyil. Halbuki “Əmlak amnistiyası haqqında” ayrıca qanun layihəsi parlamentdə uzun illərdir müzakirəyə çıxarılmır.

“Daşınmaz əmlakın amnistiyası haqqında” qanun layihəsi qəbul edilməklə, problemin həlli mümkündür. Bələdiyyələr tərəfindən verilmiş sənədlərin hüquqi qüvvəsinin bərpası üçün keçid müddəaları müəyyən etməklə də problem bitirmək olar. Gürcüstan modeli ilə uyğun vahid əmlak reyestri orqanı yaradılaraq İqtisadiyyat Nazirliyinin tabeliyinə verilməsi də problemin çözülməsi olardı.

Gürcüstanın təcrübəsi göstərir ki, ciddi siyasi iradə, hüquqi amnistiya və tam elektronlaşdırma ilə bu problem 3-5 il ərzində tam aradan qaldırıla bilər. Azərbaycanda isə hüquqi mexanizmlərin yarımçıq olması və texniki gerilik satış şəhadətnaməsi probleminin çözülməsinin qarşısını alır. Qanunvericilikdəki boşluqlar və korrupsiya amili “kupça” probleminin aradan qalxmasına imkan vermir. Bəzi ekspertlərin fikrincə, Gürcüstandakı kimi vahid reyestr orqanının yaradılmaması və amnistiyanın tətbiq edilməməsi əsas maneələrdəndir.

Əgər dövlət Bakıda və Abşeronda sənədsiz evlərə kütləvi amnistiya versə, bu, həm büdcəyə əlavə gəlir gətirər, həm də vətəndaşın hüququnu tanımış olar. Amma prosesin gecikməsi daha çox yerli məmur maraqları ilə bağlıdır. İqtisadi baxımdan bu, bazara dinamika verəcəkdi.

Uzun illərdir ki, Azərbaycanda torpaq və tikili amnistiyası elan edilməsi müzakirə olunur. Lakin bu müzakirələrin real nəticəsi yoxdur.

Azərbaycanda elektron reyestr olsa da, tam şəkildə tətbiq olunmur. Yerli icra strukturlarının səlahiyyətlərindən evi üçün sənəd almaq istəyən vətəndaşdan rüşvət qoparmaq üçün istifadə edirlər. Yerli icra strukturlarının səlahiyyətləri məhdudlaşdırmaqla vahid dövlət agentliyi yaradılmalıdır.

Gürcüstan modeli Azərbaycan üçün nümunə ola bilər.

Bütün bu tədbirlər sözügedən problemi tarixin arxivinə göndərə və vətəndaşların mülkiyyət hüququnu real təmin edə bilər.

Musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ramin İsayevin əmlakı müsadirə edilə bilər - 15 il həbsi istənilir
Dünən, 23:43
İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA - “Dəhlizin yaradılması…”
Dünən, 23:41
Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən ÇIXARILDI
Dünən, 23:38
Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb?
Dünən, 18:03
Vəkili "Oleq Bakinski"yə bəraət istədi
Dünən, 17:54
Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir - NARAZILIQ VAR...
Dünən, 17:52
Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri - MƏLUM OLDU
Dünən, 17:48
Rövşən Lənkəranskinin yaxını olan "qanuni oğru" axtarışa verildi - Bu "sxodka"ya görə
Dünən, 17:45
"Bundan sonra küsmək, ayrılmaq yoxdur"
Dünən, 17:30
Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər - Azad İsazadə
Dünən, 17:27
Rusiyanı diz çökdürəcək qərar VERİLDİ
Dünən, 17:25
Şəxsi həyatla gündəmə gəlmək ayıb deyil?! – Aşıq Zülfiyyə bu dəfə susmadı
Dünən, 17:23
İrəvanda kim kimi devirəcək? - GƏLİŞMƏ
Dünən, 17:19
“TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib
Dünən, 17:16
Tiflis İrəvana rədd cavabı verib
Dünən, 17:14
Rusiya-İran iş birliyi regiondakı problemlərin mənbəyidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:10
Məşhur türk milyonçunun nikahı ləğv edildi
Dünən, 17:08
“Rusiya Trampın ultimatumuna məhəl qoymadı və Ukraynanı vurmağa davam edir” - “The Hill”
Dünən, 17:03
“Məni şərləyib işdən çıxarmaq istəyirlər” – Kollecdə təzyiq iddiası
Dünən, 16:59
"Allah telefon çıxardanın qapısını bağlasın"
Dünən, 16:54
Azərbaycanın tələbi gündəmdə qalır - İLGİNC DETALLAR
Dünən, 16:52
Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... - VİDEO
Dünən, 16:47
Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” - TƏFƏRRÜAT
Dünən, 15:43
Müəllim direktoru hədələyib? - BU NƏDİ BELƏ?
Dünən, 15:39
AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib
Dünən, 15:28
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri - İTTİHAM VAR...
Dünən, 15:27
BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... - GİLEY
Dünən, 15:23
“Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi - TƏFƏRRÜAT
Dünən, 13:03
Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq - hökm verilə bilər
Dünən, 13:01
Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol - MƏQALƏ
Dünən, 11:58
“FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı - ŞOK TƏFƏRRÜAT
Dünən, 11:55
“Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 11:06
Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı
Dünən, 11:05
ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? - Barakın təşəbbüsünün pərdəarxası
Dünən, 11:03
Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: - Əhali razılaşmır
Dünən, 11:02
Bir həftə əvvəl yaradılan şirkət də - SATIŞA ÇIXARILDI
Dünən, 10:53
Müğənni Rəqsanədən ETİRAF: - “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı”
Dünən, 10:52
Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə – suverenliyimizə hücum!
Dünən, 10:48
Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi
Dünən, 10:46
“UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” -EKSPERTDƏN İLGİNC AÇIQLAMA
Dünən, 10:40
Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 10:35
Qusara yeni prokuror təyin olundu - ƏMR
Dünən, 10:23
NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək - AKTUAL
Dünən, 10:22
Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar - KİV
Dünən, 10:16
Əmək normalarının tətbiqi... - Ekspert danışır...
Dünən, 10:15
Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib
Dünən, 10:10
Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib - AY MAŞALLAH...
Dünən, 10:09
Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:07
“Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” - İlham İsmayıl
Dünən, 10:05
Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… - Paşinyan narazıdır…
Dünən, 10:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru