“Bakı Metropoliteni” QSC-nin strukturunda təyinat baş verib.
Banker.az xəbər verir ki, Anar Quliyev İnformasiya-kommunikasiya texnologiyaları xidmətinin rəisi təyin edilib. O, 2025-ci ilin iyunundan bu vəzifənin icrasına başlayıb.
A.Quliyev 2024-cü ilin sentyabrından 2025-ci ilin iyununa qədər Sumqayıt Texnologiyalar Parkında müvafiq vəzifədə çalışırdı.
2021-2024-cü illərdə “AzInTelecom” MMC-nin baş icraçı direktorunun müşaviri kimi çalışıb. Həmin vaxta qədər isə Azərbaycan Mərkəzi Bankında 18 il çalışıb. Son üç ili isə departament direktoru kimi çalışıb.
Qeyd edək ki, bu strukturun əsas məqsədi qabaqcıl informasiya texnologiyaları sistemləri ilə təmin olunması üçün təkliflər verməkdən, mövcud informasiya texnologiyaları sistemlərinin tərkib hissələri olan texniki avadanlıqlar və proqram təminatlarının fasiləsiz işini təmin etməkdən ibarətdir.