“Ötən gün “YouTube”da Ermənistanın tarixini və kimliyini təhrif edən iki uydurma videoya rast gəldim. 9 dəqiqəlik bir videoda Ermənistanın müsəlman olduğu və əhalinin çoxunun İslam dinini qəbul etdiyini qeyd olunur”.
Globalinfo.az xəbər verir ki, bunu “The California Courier”in yazarı, erməni əsilli ABŞ vətəndaşı Harut Sassunyan deyib.
O, gördüklərinə görə çox təccübləndiyini bildirib:
“Deyirlər ki, guya dünyanın ilk xristian ölkəsi olan Ermənistanın hazırda əhalisinin 99%-i müsəlmandır. Videolar “İslam işığı” adlı birləşmə tərəfindən hazırlanıb. Lakin görüntülərin süni intellekt məhsulu olduğu hiss edilir. Buna baxmayaraq, bizi müsəlman kimi qələmə verirlər. Hələ qeyd olunur ki, guya 17-ci əsrdə ölkədəki kilsələr məscidə çevrilib, xaçlar aypara ilə, İncil isə Quranla əvəz olunub. Burada dualar oxunur, məktəbdə uşaqlara Allahın 99 adı əzbərlədilir və s. Ölkəmizi İslam dünyası ilə Qərb arasında körpü belə adlandırıblar. İrəvanda, Gümrüdə sanki böyük məscidlər varmış kimi göstəriblər. Bütün xalqı həmin videoları şikayət etməyə çağırıram”.