Bakı ən böyük məktəblərindən biri olan 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova işdən çıxarılıb.
Bakupost.az bu barədə öz mənbələrinə istinadən xəbər verir.
Qeyd olunur ki, işdən çıxarılmaq xəbərini eşidən direktor özünü xəstəliyə vurub. Belə ki, ərizəyə qol çəkərkən, Mehriban Ələkbərovanın "ürəyi gedib". Onun vəzifədən getməmək üçün bülleten açdırdığı da bildirilir.
Qeyd edək ki, bundan əvvəl məktəb direktorunun adı müxtəlif neqativ hadisələrdə hallanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Mehriban Ələkbərovanın vəzifəsindən uzaqlaşdırıldığı təsdiq edilib. Ətraflı məlumat veriləcək.