"Əvəz Zeynallıya sahib çıxın!" .....                     İmişli Ağsaqqallar Şurasına sədr seçilib .....                     Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayacaq .....                     "3+3" formatında üçüncü görüş hazırlanır .....                     PUTİNBAŞ Rusiyanın hücumlarına hər zaman hazır olmalıyıq .....                     AXI NİYƏ: Nazir müavinin qardaşı tenderin qalibi oldu .....                     Rusiya yenə özünü .....                     Rusiyanın Cənubi Qafqaza yolunu bağlamaq istəyirlər .....                     Şirkətləri gözləyən 4 milyon manatlıq gəlir .....                     Şərq küləyi əsəcək .....                     Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verib .....                     Konfederasiyanı OYUN-OYUNCAĞA çevirib... .....                     Sakini olmadığın binanın həyətinə girmək QADAĞANDIR? .....                     Bloger Gömrük Komitəsindən şikayət etdi .....                     “Georgi lenti” qalmaqalı böyüdü .....                     Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... .....                     Ermənistan Rusiya ilə bütün istiqamətlərdə əməkdaşlığı davam etdirmək niyyətindədir .....                     Rusiya tərəfindən Azərbaycanda manipulyasiya məqsədli materiallar yayımlayan Facebook səhifələri bağlanıb .....                     Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər .....                     İran YASİNİN ardından agenturasının da FATİHƏSİNİ VERƏCƏKMİ? .....                     “Park müdiri” Karlen həbsdən çıxdı .....                     Budepeşt etirafı: Bakı əsl dost, etibarlı tərəfdaş kimi .....                     Vətən müharibəsi qazisi müşavir təyin edildi .....                     "Bayburt Grup"un Azərbaycan filialının 6 milyondan çox vergi borcu var .....                     Özünü DAĞA-DAŞA salan... Səyyad ARAN... .....                     “Traktor” klubunun çempionluğunu əlindən almaq istəyirlər .....                     Avropa ilə Azərbaycan arasında buzlar əriyir? .....                     İrəvan Bakının Ermənistan ordusu ilə bağlı tələbini yerinə yetirir .....                     Qatilin edamı: İlham Əliyev olmasaydı... .....                     VARFARİN QADAĞASI: Nazirlik deyir ki... .....                     Burda rüşvət verməyən xəstələr Allahın ümidinə buraxılır... .....                     Rafael Quliyev Kənd Təsərrüfatı naziri təyin edildi .....                     İşdən çıxarılan məktəb direktoru ÖZÜNÜ XƏSTƏLİYƏ VURDU .....                     İrəvanda Ermənistan və Rusiya XİN başçılarının görüşü başlayıb .....                     “Bank of Baku”nun İdarə Heyəti sədrinin müavini vəzifəsindən ayrılıb .....                     Naxçıvanda yolların təmiri işləri bu şirkətə verildi .....                     Rəsul Quliyevə ağır itki üz verdi .....                     Bilgəh çimərliyini kimlər zəbt edib? .....                     Həbsdəki keçmiş icra başçısına “5-ci kolon” ittihamı .....                     Xəstələrə yardım üçün bank kartlarına köçürülən pullar necə oğurlanır? .....                 

Azərbaycan-Macarıstan tərəfdaşlığı inkişafdadır - MƏQALƏ
Tarix: Bu gün, 08:50 | Çap et


Regional lider dövlət kimi qüdrətli Azərbaycanın çoxvektorlu xarici siyasətində Macarıstanın xüsusi yeri var. Bu münasibətlər diplomatik aspekti ilə yanaşı, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, mədəni yaxınlaşma və strateji tərəfdaşlıq müstəvisində özünün parlaq təzahürünü tapır. Bugünkü mürəkkəb beynəlxalq münasibətlər sistemində tarixi qardaşlıq bağına - türk soyuna mənsub Macarıstanla münasibətlər siyasi iradənin təcəssümü ilə yanaşı, həm də xalqların ortaq maraqlara söykənən qardaşlıq duyğularının ifadəsidir.
Təsadüfi deyil ki, Macarıstan Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrində körpü rolunu oynayır. Bu ölkə rəsmi Bakının Brüsselə uzanan yolunda etibarlı tərəfdaş, dəstəkləyici səs və anlayışlı müttəfiq kimi çıxış edir. Enerji sahəsində əməkdaşlıq xüsusilə diqqətəlayiqdir. Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasında Macarıstanın fəal iştirakı bizim enerji təhlükəsizliyi gündəliyimizin ayrılmaz tərkib hissəsinə çevrilib. Eyni zamanda təhlükəsizlik sahəsində də əməkdaşlıq dinamik inkişaf edir. Qlobal təhdidlər və regional çağırışlar fonunda Azərbaycanın və Macarıstanın ortaq maraqlara əsaslanan əməkdaşlığı sülhə və sabitliyə xidmət edir. Bu əməkdaşlıqda ikitərəfli təşəbbüslər qədər çoxtərəfli platformalarda qarşılıqlı dəstək də mühüm yer tutur. Xüsusi vurğulanmalıdır ki, Azərbaycanla Macarıstan arasında münasibətlərin bünövrəsində tarixə, mədəniyyətə və humanist dəyərlərə hörmət dayanır. Bu münasibətlər bu gün xalqlar arasında artan qarşılıqlı simpatiya və hörmətlə möhkəmlənir. Şübhəsiz, Macarıstanın Azərbaycanın müstəqil siyasətinə verdiyi dəstək, ölkəmizə göstərdiyi dost münasibət və tərəfdaşlıq niyyəti gələcəkdə daha genişmiqyaslı layihələrin başlanğıc nöqtəsi olacaq.
Dövlətlərarası əlaqələrin inkişafında liderlərin şəxsi münasibətləri bəzən diplomatik protokolların da fövqündə dayanır. Azərbaycan Prezidenti İlham Əliyev ilə Macarıstanın Baş naziri Viktor Orban arasında formalaşmış səmimi dostluq və qarşılıqlı etimad bu gün iki ölkənin strateji tərəfdaşlığının əsas hərəkətverici qüvvəsinə çevrilib. Bu dostluq təkcə sözlərlə deyil, real səfərlər və konkret nəticələrlə təsdiqlənir.
Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Macarıstana işgüzar səfərə gəldi. Səfər çərçivəsində Budapeştdə ölkə başçımızla Macarıstanın Baş naziri Viktor Orbanın məhdud tərkibdə görüşü keçirildi. Ardınca hər iki ölkə lideri mətbuata bəyanatlarla çıxış etdilər. Macarıstanın Baş naziri Viktor Orban öz çıxışında Azərbaycanla əlaqələri olduqca yüksək qiymətləndirərək əsl birlik mesajı verdi. Macarıstan lideri qeyd etdi ki, dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər istiqamətdə üzləşdiyi istənilən çətinlik zamanı hər zaman Prezident İlham Əliyev bizim yanımızda olmuşdur. Məhz cənab İlham Əliyev də dost və qardaş ölkə ilə əlaqələri yüksək qiymətləndirərək bildirdi ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir.
İki ölkə arasında xüsusilə enerji sahəsində müsbət dinamika mövcuddur. Məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuata bəyanatlarla çıxış zamanı bildirdi ki, biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq: "Mən bu gün qeyd etdim və Baş nazir burada qeyd etdi ki, biz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür".
Bununla yanaşı, "Cənub Qaz Dəhlizi" (CQD) layihəsi çərçivəsində Macarıstanın olduqca müsbət təşəbbüsləri təqdirəlayiqdir. Bununla yanaşı, Macarıstanın tanınmış "MOL" şirkətlər qrupunun "Azəri-Çıraq-Günəşli" yatağında 9.57 faiz və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri layihəsində 8.9 faiz paya sahib olması Azərbaycanın zəngin təbii ehtiyatlarına inamın və uzunmüddətli tərəfdaşlığın göstəricisidir.
Yeni dövrün və zamanın tələbinə uyğun olaraq da enerji sahəsində baş verən yeniliklərə paralel Macarıstan hökumətinin "yaşıl enerji" sahəsində təşəbbüslərə verdiyi dəstək isə xüsusi qeyd olunmalıdır. 2022-ci ildə imzalanan və 2023-cü ildə icrasına start verilən "Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" bu sahədə yeni üfüqlər açır.
İqtisadi sahədə də iki ölkə arasında önəmli əlaqələr mövcuddur. Belə ki, 2024-cü ilin sonuna olan statistik rəqəmlər bu sahədəki inkişafın parlaq sübutudur. Azərbaycan və Macarıstan arasında ticarət dövriyyəsində tam 29 faiz artım qeydə alınıb. Bu, Azərbaycan məhsullarının Avropa bazarında daha geniş yer tutduğunun və Macarıstanla ticarət körpüsünün möhkəmlənməsinin rəmzidir. Əməkdaşlıq təkcə ticarətlə də məhdudlaşmır. 2023-cü ildə Macarıstandan Azərbaycana yönələn birbaşa xarici investisiyalar 1 milyard 18 milyon ABŞ dollarına çatıb. Bu, Macarıstanın Azərbaycan iqtisadiyyatına olan dərin marağını, eyni zamanda ölkəmizin sabitliyinə, dayanıqlı inkişafına və investisiya mühitinin cəlbediciliyinə verilən yüksək qiymətdir. Azərbaycanlı investorlar da həmçinin Macarıstanda aktiv iştirakçıdır. Onlar bu ölkənin kənd təsərrüfatı, nəqliyyat və digər vacib sektorlarına yatırımlar etməklə iqtisadi tərəfdaşlığı daha da gücləndirirlər. Bu qarşılıqlı sərmayələr iki ölkənin iqtisadiyyatlarını bir-birinə daha sıx şəkildə bağlayır, strateji dostluğun konkret nəticələrini meydana çıxarır.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

"DİA-AZ"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Əvəz Zeynallıya sahib çıxın!" - ÇAĞIRIŞ
Bu gün, 12:59
İmişli Ağsaqqallar Şurasına sədr seçilib
Bu gün, 12:55
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayacaq - Şərtlər dəyişdi
Bu gün, 12:53
"3+3" formatında üçüncü görüş hazırlanır - Lavrov
Bu gün, 12:51
PUTİNBAŞ Rusiyanın hücumlarına hər zaman hazır olmalıyıq - ÇÜNKİ...
Bu gün, 12:49
AXI NİYƏ: Nazir müavinin qardaşı tenderin qalibi oldu - 1.2 milyon manatlıq razılaşma
Bu gün, 12:44
Rusiya yenə özünü ORTAYA SOXUR
Bu gün, 12:35
Rusiyanın Cənubi Qafqaza yolunu bağlamaq istəyirlər - “Eurasia.net”
Bu gün, 12:27
Şirkətləri gözləyən 4 milyon manatlıq gəlir - NAZİRLİK TƏKƏRLƏR ALIR
Bu gün, 12:21
Şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:17
Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verib - DETALLAR
Bu gün, 12:15
Konfederasiyanı OYUN-OYUNCAĞA çevirib... - Uşaqlıq dostunu da UNUTMADI...
Bu gün, 12:13
Sakini olmadığın binanın həyətinə girmək QADAĞANDIR? - MTK-ların ÖZBAŞINALIĞI
Bu gün, 12:04
Bloger Gömrük Komitəsindən şikayət etdi - "Bizə “ürəyimiz belə istəyir” deyirlər
Bu gün, 11:59
“Georgi lenti” qalmaqalı böyüdü - Dövlət bu cür rəmzlərə aydın hüquqi mövqe sərgiləməlidir
Bu gün, 11:56
Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 11:52
Ermənistan Rusiya ilə bütün istiqamətlərdə əməkdaşlığı davam etdirmək niyyətindədir - Mirzoyan
Bu gün, 11:44
Rusiya tərəfindən Azərbaycanda manipulyasiya məqsədli materiallar yayımlayan Facebook səhifələri bağlanıb
Bu gün, 11:40
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər - BU NƏDİ BELƏ?..
Bu gün, 11:35
İran YASİNİN ardından agenturasının da FATİHƏSİNİ VERƏCƏKMİ? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:29
“Park müdiri” Karlen həbsdən çıxdı - Aldatdığı adamlara nazirlik adından zəng etdiribmiş...
Bu gün, 11:23
Budepeşt etirafı: Bakı əsl dost, etibarlı tərəfdaş kimi - İNCƏLƏMƏ
Bu gün, 11:17
Vətən müharibəsi qazisi müşavir təyin edildi - FOTO
Bu gün, 11:15
"Bayburt Grup"un Azərbaycan filialının 6 milyondan çox vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 11:13
Özünü DAĞA-DAŞA salan... Səyyad ARAN... - SÖZARDI...
Bu gün, 11:01
“Traktor” klubunun çempionluğunu əlindən almaq istəyirlər - BAŞLARI QAÇIB...
Bu gün, 10:54
Avropa ilə Azərbaycan arasında buzlar əriyir? - Fransa anladı ki...
Bu gün, 10:49
İrəvan Bakının Ermənistan ordusu ilə bağlı tələbini yerinə yetirir - Abramyan
Bu gün, 10:47
Qatilin edamı: İlham Əliyev olmasaydı... - Orxanın atası
Bu gün, 10:44
VARFARİN QADAĞASI: Nazirlik deyir ki... - SƏN DEMƏ...
Bu gün, 10:42
Burda rüşvət verməyən xəstələr Allahın ümidinə buraxılır... - NARAZILIQ VAR...
Bu gün, 10:37
Rafael Quliyev Kənd Təsərrüfatı naziri təyin edildi - ƏMR
Bu gün, 10:30
İşdən çıxarılan məktəb direktoru ÖZÜNÜ XƏSTƏLİYƏ VURDU - TƏFƏRRÜAT
Bu gün, 10:25
İrəvanda Ermənistan və Rusiya XİN başçılarının görüşü başlayıb - KİV
Bu gün, 10:18
“Bank of Baku”nun İdarə Heyəti sədrinin müavini vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 10:16
Naxçıvanda yolların təmiri işləri bu şirkətə verildi - 1,3 milyonluq layihə
Bu gün, 10:13
Rəsul Quliyevə ağır itki üz verdi
Bu gün, 10:11
Bilgəh çimərliyini kimlər zəbt edib? - ÖZBAŞINALIQ!
Bu gün, 10:04
Həbsdəki keçmiş icra başçısına “5-ci kolon” ittihamı - İLGİNC FAKTLAR...
Bu gün, 10:01
Xəstələrə yardım üçün bank kartlarına köçürülən pullar necə oğurlanır? - AKTUAL
Bu gün, 09:59
Daha bir Qarabağ Qazisinin HAQQI TAPDANIR... - AXI NİYƏ?..
Bu gün, 09:55
Özbəkistan Azərbaycan vətəndaşlarını ölkəyə şəxsiyyət vəsiqəsi ilə buraxmaq istəyir
Bu gün, 09:49
Azərbaycan səfirliyinə hücum edən şəxs edam olunub - İran mediası
Bu gün, 09:47
Tanınmış iş adamı dünyasını dəyişib
Bu gün, 09:45
İrəvanda Xocalı canisinə qarşı yeni ittiham irəli sürüldü... - Bu gün məhkəmə qarşısına çıxacaq...
Bu gün, 09:37
Səhiyyə Nazirliyi “Varfarin”nin idxalını niyə DAYANDIRIB? - Minlərlə ürək xəstəsi təhlükədə
Bu gün, 09:36
DSX-nin baş gizirini öldürən şəxslər kassasiya şikayəti verdi
Bu gün, 09:33
KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
Bu gün, 09:23
Kremlin Cənubi Qafqaza tanklarla qayıtmaq planı tezləşə bilər - NƏ BAŞ VERİR?
Bu gün, 09:11
Göygöldə qız üstündə qətl: gənc dostunun qisasını almaq istədi, öldürüldü - TƏFƏRRÜAT
Bu gün, 09:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru