Bank əmanətləri: Güvəndiyimiz qalxan, yoxsa aşağı faizli tələ? .....                     Paytaxtın tarixi görkəmi məhv edilir, keçmişi silinir .....                     Köçəryan güclü deyil, Rusiya hələlik Paşinyanla davam edir .....                     Mətbəx masasında əməliyyat: Yaxud xəstələr niyə xəstəxanada ölür? .....                     Ukrayna Rusiya ilə memorandum imzalaya bilər .....                     "Ermənistanın siyasi isteblişmenti ölkənin gələcəyini yalnız Rusiyada görür" .....                     Azərbaycanda şair xərçəngdən vəfat etdi .....                     Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ .....                     Erməni terrorçuları şərti sərhəddə .....                     Rusiya və Ukrayna ən qısa müddətdə atəşkəslə bağlı danışıqlara başlayacaq .....                     “Qocalanda bunu sənə karyera verməyəcək” .....                     Fransanın Bakıda casus oyunları: Martin Ryan onlarla azərbaycanlını Fransa kəşfiyyatına təhvil verib .....                     Camaatımız nə istəyir? .....                     İcra başçıları nə qədər maaş alır? .....                     "Belə mənəvi durum Qalib xalqa yaraşmır...” .....                     Şəmkir İcra Hakimiyyəti milyonluq tender keçirir .....                     “Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək .....                     Bakının mərkəzində söküntü başlayır .....                     Ermənistanın prezident iqamətgahının arxasında yük maşını partlayıb .....                     SSRİ bayrağı qaldıran Saleh Səmədovun oğlu da işdən çıxarıldı .....                     Ukrayna Rusiya ilə sərhəddəki əhalini kütləvi şəkildə köçürür .....                     Makronun yalanı ifşa edildi, Avropa səfərbər oldu .....                     Şərtlər Avropadan Azərbaycanla sağlam münasibətlər qurmağı tələb edir .....                     Rəşadı buna görə ürəyindən vurdular... .....                     Bank kartlarından kütləvi oğurluq: .....                     Paşinyan BUNU ANLADIĞINDAN... .....                     Zakir Həsənov Tel-Əvivdə İsrail müdafiə naziri ilə görüşüb .....                     Moskva regionda yenidən aktivləşib .....                     “SOCAR Midstream Operations” şirkətində yeni təyinat .....                     “Sülh yollarının kəsişməsi” kimi alternativ təkliflər süni bəhanələrdir .....                     Məşhuri-CAHAN: Dövlətdən YEDİYİ BƏLLİ... .....                     Hansı rayonda kredit götürmək daha sərfəlidir? .....                     "Evə daxil oldum, bıçağı göstərdim, pul tələb etdim" .....                     "Bakı Metropoliteni"nin 2 əməkdaşı İSTEFA VERDİ .....                     Saatlıda ƏMƏLİYYAT: Polis Əbəlfəzi həbs etdi .....                     “Hadisənin intihar, yoxsa sui-qəsd olduğunu öyrənmək çətin deyil” .....                     "Bu yolla pul qazanmaq əxlaqsızlıqdır" .....                     Rüfəti əsgər yoldaşı qətlə yetiribmiş... .....                     Maaşımız elə parklanmaya gedir .....                     Hansı rayonda kredit götürmək daha sərfəlidir? .....                 

Köçəryan güclü deyil, Rusiya hələlik Paşinyanla davam edir - GƏLİŞMƏ
Tarix: Bu gün, 00:38 | Çap et

"Nikol Paşinyan hökumətinin hazırkı xarici siyasətinin Ermənistan üçün ciddi nəticələri olacaq". Bunu Ermənistanın sabiq Prezidenti Robert Köçəryan deyib. Onun iddiasına görə, Avropa İttifaqı (Aİ) Ermənistandan Ukrayna kimi Rusiyaya qarşı istifadə etməyə çalışır: "İndiki vəziyyətdə bir məqsəd var: Ukrayna və Ermənistan vasitəsilə Rusiyaya zərər vermək, ya da başqa ölkə tapıb onun vasitəsilə ona zərər vurmağa çalışmaq. Bu, strategiya deyil, başqasının əlində alət olmaqdır. 

Bizim istədiyimiz budur? Mənə deyə bilərsinizmi ki, bu gün Ermənistan hansı xarici siyasət yürüdür? Mən başa düşməyə çalışıram və başa düşmürəm. Bu, siyasət deyil, ciddi nəticələrə gətirib çıxaran biabırçılıqdır. Buna görə də (Rusiyadan) gözlədiyimiz dəstəyi ala bilmədik". Köçəryan bildirib ki, Ermənistan Rusiya ilə münasibətləri bərpa etməlidir. Onun sözlərinə görə, dünya təkqütblü sistemdən çoxqütblü quruluşa keçir və bu keçid dövrü qeyri-sabitliklə müşayiət olunur, bu baxımdan Ermənistan üçün də təhdidlərin sayı artır: “Risklər var və onlar hələ də neytrallaşdırılmayıb. Türkiyə nə edir? Türkiyə türkdilli ölkələri öz liderliyi altında birləşdirməyə çalışır. Hətta ortaq hərbi qüvvələrdən belə danışılır. Bu, Ermənistan üçün təhlükə deyilmi? Əlbəttə ki, təhlükədir. Türkiyədən gələn təhdid qalır, onların məqsədi aydındır. Biz Türkiyənin nail olmaq istədiyi böyük siyasi mənzərədə yad bir cisimik. Bu, onların milli maraqlarıdır, biz onları buna görə günahlandıra bilmərik. Ancaq gəlin anlayaq: bu bölgədə Türkiyəni kim cilovlaya bilər? Mənə bir ölkənin adını deyin". Son günlərdə Ermənistanın daxili siyasi mühitində Rusiyanın 5-ci kolonu olan qüvvələrin fəallaşması müşahidə edilir. Məlumdur ki, Rusiyada Ermənistan üzrə kuratoru Putinin daxili siyasi məsələlər üzrə rəhbəri Sergey Kiriyenko təyin edilib. Əslində, bu, təyinatın özü Kremldə Ermənistana sırf forpost kimi baxıldığını, İrəvanı müstəqil hesab etmədiyini göstərir. Köçəryanın geniş müsahibəsi və həmin müsahibədə onun "Ermənistanın yeganə xilaskarının Rusiya olmasını" deməsi bu qüvvələrin kimə xidmət etməsini açıq nümayiş etdirir. R.Köçəryanın agent olması, vaxtilə Qarabağda separatçı hərəkatın məhz SSRİ DTK-nın xətti ilə başlaması da sirr deyil. Qarabağda Köçəryanın fəaliyyətinin məqsədi azərbaycanlılara qarşı geniş nifrətin, azərbaycanofobiyanın yayılması olub. “Krunk” təşkilatının üzvü olaraq o, Qarabağda ermənilər arasında etnik nifrəti təbliğ edib. Faktiki münaqişənin başlamasının əsas səbəbkarlarından olub. Görünür, Köçəryan hesab edir ki, onun aktiv fəaliyyəti ilə Rusiya regionda 2020-ci ildən sonra yaranmış yeni status-kvo-nu dəyişəcək. Lakin bu, mümkün deyil. Köçəryanın yolu Bakı Məhkəməsində aparılan ədalət mühakiməsindən keçir. Onun başqa siyasi perspektivləri yoxdur.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"adeyib ki, Ermənistanın keçmiş Prezidenti Robert Köçəryan il ərzində ən azı iki dəfə ya mətbuat konfransı keçirir, ya da müxtəlif mövzularda açıqlamalar verir. Ekspert vurğulayıb ki, R.Köçəryanın budəfəki açıqlamaları Baş nazir Nikol Paşinyanın ona qarşı sərt tənqidləri ilə bağlıdır: 

"Nikol Paşinyan Köçəryanı və onun siyasətini parlamentdəki çıxışında sərt tənqid etmiş, keçmiş prezidentə və onun tərəfdarlarına “əsəblərimlə oynayamın, sizi tapdalayaram” kimi mesaj göndərmişdi. Bu sözlər Köçəryana bərk toxunduğuna görə, o, əvvəlcə deputat oğlu Levonu qabağa verib, ürəyi soyumayıb özü də baş nazirin əleyhinə açıqlamalar səsləndirib. Robert Köçəryanın dediyi odur ki, Paşinyanın xarici siyasəti yanlışdır, Avropanın yerinə yenidən Rusiyaya sığınmaq lazımdır. Əslində, Köçəryanın bu sözləri Paşinyandan çox Kremlə ünvanlanıb. Keçmiş prezident Kremlə demək istəyib ki, “sizin Ermənistandakı adamınız əvvəlkitək mənəm, dəstəyiniz artırın, Paşinyanı yıxım”. Köçəryan Paşinyanın 9 mayda Moskvada Putinlə birgə hərbi paradda iştirakından böyük nəticə çıxarmağın əleyhinədir. Onun fikrincə, Paşinyan 9 maydan sonra yenə Fransa Prezidenti Emmanuel Makronla qucaqlaşıb".

Analitik hesab edir ki, Kreml Köçəryana o halda üstünlük verəcək ki, o, siyasi gücünü və reytinqini artıra bilsin:

 "Çünki Kreml Ermənistanda güclü fiqura, seçkidə Paşinyanı yenə biləcək siyasətçiyə üstünlük vermək istəyir. Putin Köçəryanla dostluğundan imtina etməsə də, keçmiş prezidenti Paşinyanı üstələyəcək fiqur saymır. Ona görə də, Kreml hələ ki, Paşinyanla yola davam edəcək. Paşinyan da bunu anladığından Kremli narahat edəcək açıqlama və addımlardan uzaqlaşmağa başlayıb". 











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bank əmanətləri: Güvəndiyimiz qalxan, yoxsa aşağı faizli tələ? - ARAŞDIRMA
Bu gün, 00:46
Paytaxtın tarixi görkəmi məhv edilir, keçmişi silinir - MALƏSƏF...
Bu gün, 00:41
Köçəryan güclü deyil, Rusiya hələlik Paşinyanla davam edir - GƏLİŞMƏ
Bu gün, 00:38
Mətbəx masasında əməliyyat: Yaxud xəstələr niyə xəstəxanada ölür? - AKTUAL
Bu gün, 00:36
Ukrayna Rusiya ilə memorandum imzalaya bilər - KİV
Bu gün, 00:30
"Ermənistanın siyasi isteblişmenti ölkənin gələcəyini yalnız Rusiyada görür" - FAKT BUDUR!
Bu gün, 00:27
Azərbaycanda şair xərçəngdən vəfat etdi
Bu gün, 00:24
Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
Bu gün, 00:20
Erməni terrorçuları şərti sərhəddə
Bu gün, 00:13
Rusiya və Ukrayna ən qısa müddətdə atəşkəslə bağlı danışıqlara başlayacaq - Tramp
Dünən, 22:17
“Qocalanda bunu sənə karyera verməyəcək”
Dünən, 21:23
Fransanın Bakıda casus oyunları: Martin Ryan onlarla azərbaycanlını Fransa kəşfiyyatına təhvil verib - SENSASİON İFADƏ
Dünən, 21:19
Camaatımız nə istəyir? - AKTUAL
Dünən, 19:02
İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ
Dünən, 19:01
"Belə mənəvi durum Qalib xalqa yaraşmır...” - Ekspert son günlərin amansız qətlləri haqda həyəcan təbili çaldı..
Dünən, 18:52
Şəmkir İcra Hakimiyyəti milyonluq tender keçirir
Dünən, 18:47
“Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək
Dünən, 18:37
Bakının mərkəzində söküntü başlayır - nə qədər kompensasiya veriləcək...
Dünən, 18:30
Ermənistanın prezident iqamətgahının arxasında yük maşını partlayıb - KİV
Dünən, 17:19
SSRİ bayrağı qaldıran Saleh Səmədovun oğlu da işdən çıxarıldı - QƏRAR
Dünən, 17:16
Ukrayna Rusiya ilə sərhəddəki əhalini kütləvi şəkildə köçürür
Dünən, 17:13
Makronun yalanı ifşa edildi, Avropa səfərbər oldu – Yeni təhlükə
Dünən, 17:09
Şərtlər Avropadan Azərbaycanla sağlam münasibətlər qurmağı tələb edir - Zülfüqarov
Dünən, 17:06
Rəşadı buna görə ürəyindən vurdular... - Şok fakt açıqlandı
Dünən, 17:03
Bank kartlarından kütləvi oğurluq: - Problemi necə həll etmək olar?
Dünən, 17:00
Paşinyan BUNU ANLADIĞINDAN... - AKTUAL
Dünən, 16:55
Zakir Həsənov Tel-Əvivdə İsrail müdafiə naziri ilə görüşüb
Dünən, 16:52
Moskva regionda yenidən aktivləşib - Rusiya sülh danışıqlarına müdaxilə etməkdə maraqlıdır
Dünən, 16:50
“SOCAR Midstream Operations” şirkətində yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:48
“Sülh yollarının kəsişməsi” kimi alternativ təkliflər süni bəhanələrdir -RƏY
Dünən, 16:43
Məşhuri-CAHAN: Dövlətdən YEDİYİ BƏLLİ... - Amma QUSDUĞU BƏLLİ DEYİL...
Dünən, 16:35
Hansı rayonda kredit götürmək daha sərfəlidir? – Tam siyahı
Dünən, 16:32
"Evə daxil oldum, bıçağı göstərdim, pul tələb etdim" - MƏHKƏMƏ
Dünən, 16:30
"Bakı Metropoliteni"nin 2 əməkdaşı İSTEFA VERDİ - TƏFƏRRÜAT
Dünən, 16:25
Saatlıda ƏMƏLİYYAT: Polis Əbəlfəzi həbs etdi
Dünən, 16:22
“Hadisənin intihar, yoxsa sui-qəsd olduğunu öyrənmək çətin deyil” – Hüquqşünas danışdı
Dünən, 16:19
"Bu yolla pul qazanmaq əxlaqsızlıqdır" - Tahir Kərimli OD PÜSKÜRDÜ
Dünən, 16:16
Rüfəti əsgər yoldaşı qətlə yetiribmiş... - TƏFƏRRÜAT
Dünən, 16:13
Maaşımız elə parklanmaya gedir - AYNA-dan narazılıq
Dünən, 16:10
Hansı rayonda kredit götürmək daha sərfəlidir? – Tam siyahı
Dünən, 15:17
Kiyevdə FSB-nin 17 yaşlı agenti ifşa olundu: - Hərbi komissarlığı partlatmaq istəyirdi
Dünən, 15:12
Ermənilər Qarabağa GERİ DÖNÜR? - Yoxsa, başqa planları var?
Dünən, 14:26
Sergey Lavrov Ermənistana səfər edəcək
Dünən, 13:07
Banan marketlərdə niyə bahalanır? – Səbəbi bilindi
Dünən, 13:06
Cahangir Əsgərov "Premium Bank"dan nə qədər qazanır? - Rəqəmlər
Dünən, 13:01
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi - YENİ TƏYİNAT
Dünən, 13:00
Ermənistan Rusiya hərbi bazasının ölkədən çıxarılması məsələsini müzakirə etmir - Simonyan
Dünən, 12:58
Keçmiş başçının direktor qızı işdən çıxarıldı - SƏBƏBİ
Dünən, 12:51
Sumqayıtda şəkər xəstələri dərman ala bilmir - NARAZILIQ VAR...
Dünən, 12:47
“Adam gərək özü deməsin ki, xalq yazıçısı olmaq istəyirəm...” - Xalq yazıçısından İRAD
Dünən, 12:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru