İrəvanda fəaliyyət gəstərən “artsax ittifaqı” adlı separatçı qurum, ləğv olunmuş keçmiş separatçı-terrorçu rejimin qondarma “ombudsmanı” Qeqam Stepanyanla birlikdə “beynəlxalq hüquqi proseslər üçün artsax respublikasının işğal olunmuş yaşayış məntəqələrində Azərbaycan hakimiyyəti tərəfindən sökülən və ya mənimsənilmiş (əslində başqa şəxslər tərəfindən zəbt olunmuş) mənzillər və evlər haqqında məlumat" toplamağa başlayıb.
Moderator.az xəbər verir ki, tert.am-ın məlumatına gərə, bu barədə qondarma “ombudsman” Artak Beqlaryan öz “Facebook” səhifəsində yazıb.
“Mənzilinizin (evinizin) sökülməsi və ya mənimsənilməsi ilə bağlı məlumatınız varsa və beynəlxalq instansiyalarda müvafiq icraata başlamaq istəyirsinizsə, aşağıdakı anketi doldura bilərsiniz”.
Təqdim olunan məlumatlar yalnız sizin yazılı razılığınızla beynəlxalq hüquqi məqsədlər üçün istifadə olunacaq. Təqdim olunan məlumatlara əsasən, əlavə materiallar toplamaq və sonrakı addımları təşkil etmək üçün sizinlə əlaqə saxlayacağıq.... Nəzərə almaq lazımdır ki, məhkəmə qərarları illər sonra veriləcək. Mümkün qərarlar artsax sakinlərinin geri qaytarılması, əmlakın qorunması, itirilmiş əmlaka görə kompensasiyanın təmin edilməsi və digər əlaqəli sahələrə aid ola bilər”, -deyə separatçı məmur bildirir.
Xatırladaq ki, Azərbaycan hökuməti artıq ötən ildən keçmiş Dağlıq Qarabağ ərazisində vaxtilə yalnız ermənilərin, yaxud ermənilərlə yanaşı azərbaycanlıların da yaşadığı kəndlərdə evlərin bərpasına və ya yeni evlərin tikintisinə, həmçinin bir sıra belə yaşayış məntəqələrinə keçmiş məcburi köçkünlərin köçürülməsi prosesini başladıb.
Qeyd edək ki, keçmiş məcburi köçkünlərə əvvəllər ermənilərin yaşamış olduğu digər kəndlərə də könüllü köçmələri təklif edilir və artıq belə təklifləri qəbul edənlər var...